Sumqayıtda bu axşam yaşayış binasında partlayış olub, xəsarət alanlar var.
Axar.az xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayonunda ev 71, mənzil 33 ünvanında qeydə alınıb.
Partlayış qaz sızması nəticəsində baş verib. İnsident nəticəsində 1960-cı il təvəllüdlü Nuriyev Məhyəddin Balaxan oğlu və onun həyat yoldaşı 1970-ci il təvəllüdlü Nuriyeva Narınc Ağacəfər qızı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Zamantv.az