Mənzilə zirzəmidən girən keçmiş məhkum və silsilə oğurluqlar edən yeniyetmələr tutulub

17:07 30.01.2020 418
Mənzilə zirzəmidən girən keçmiş məhkum və silsilə oğurluqlar edən yeniyetmələr tutulub
Mənzillərə zirzəmilərdən daxil olaraq çoxsaylı oğurluqlar edən şəxs, həmçinin gözəllik salonları və tibb müəssisələrini qarət edən yetkinlik yaşına çatmayan iki nəfər saxlanılıb.
Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi rayonu S.S.Axundov küçəsində yaşayan Mahir Cəbiyevin evindən oğurluq edilib. Naməlum şəxs evə daxil olaraq dolabdan ümumi dəyəri 6000 manat olan qızıl-zinət əşyaları oğurlayıb.

Məlumat daxil olan kimi Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Müəyyən edilib ki, oğurluq hadisəsini törədən şəxs mənzilə binanın zirzəmisindən daxil olub. Belə ki, hadisə baş verən mənzil birinci mərtəbə yerləşdiyindən ev sahibi otaqların birinin döşəməsindən zirzəmiyə yol açaraq oradan saxlanc yeri kimi istifadə edib. Oğurluq edən şəxs də evə mənzilin zirzəmiyə açılan taxta qapısını qıraraq daxil olub. Həmçinin polis bölməsində baş verən oğurluq hadisəsi ətrafında araşdırma aparılan zaman paytaxt ərazisində son iki ay ərzində eyni üsulla, yəni zirzəmidən daxil olmaqla birinci mərtəbələrdə yerləşən daha 6 mənzildən oğurluq edildiyi müəyyən olunub.

Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Çingiz Dadaşov tutularaq istintaqa təqdim edilib. Saxlanılan şəxs ifadəsində Binəqədi rayonunda 2, Nəsimi rayonunda isə 5 mənzildən pul və qızıl-zinət əşyaları oğurladığını etiraf edib.

Qeyd edək ki, Çingiz Dadaşov saxlanılan zaman onun oğurluq yolu ilə əldə etdiyi qızıl-zinət əşyalarının bir qismi polislər tərəfindən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində rayon ərazisində yerləşən gözəllik salonları və tibb müəssisələrindən silsilə oğurluqlar edən daha iki nəfər saxlanılıb. Əməliyyat zamanı paytaxt sakinləri Rəhman Dadaşzadə və Ayxan Həsənov tutularaq Polis Bölməsinə gətiriliblər. Araşdırma zamanı onların Binəqədi rayonundan başqa paytaxtın digər ərazilərində də çoxsaylı oğurluq etdikləri məlum olub. Qeyd edək ki, onlar yetkinlik yaşına çatmamış yeniyetmələrdir.

Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT