"Axırıncı dəfə bıçaq elə çiynində qaldı..." - Azərbaycanda həkim baş həkimi bıçaqlayıb

17:03 30.01.2020 439
"Axırıncı dəfə bıçaq elə çiynində qaldı..." - Azərbaycanda həkim baş həkimi bıçaqlayıb
Sumqayıtdakı “Sum Modern Dental Clinic”də həkim işləyən Pərviz İbrahimov klinikanın baş həkimi Şahin Baxşəliyevi öldürməyə cəhddə ittiham olunur. Həkim bu ittihamla Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.
Bizimyol.info xəbər verir ki, cinayət işinin materiallarında Pərviz İbrahimovun baş həkimə 9 bıçaq zərbəsi vurduğu yazılıb. Amma təqsirləndirilən həkim deyir ki, üç dəfə zərbə vurduğunu xatırlayır: “Birini ayağından, birini böyründən, birini də çiynindən vurdum. Axırıncı dəfə bıçaq elə çiynində də qaldı”.

Pərviz İbrahimov özünü qismən təqsirli bilir. Deyir ki, əməlindən peşmandır. O, baş həkimi bıçaqlamasının səbəbindən də danışıb. Bildirib ki, baş həkim onu və ailə üzvlərini təhqir edib: “Mübahisədən sonra klinikadan çıxıb, dəniz kənarına getdim. Bir saat orada ağladım, qışqırdım. Sakitləşə bilmirdim. Bıçaq götürüb qayıtdım, otağa girən kimi vurdum”.

Mübahisənin nədən başlamasına gəlincə, təqsirləndirilən həkim bu barədə də danışıb. Deyib ki, qəbuldakı yeni işçinin pasiyentlə davranışına etiraz edib: “İranə klinikaya yeni işə düzəlmişdi. Elə hadisə günü bildim. Pasiyentə kobud cavab verdi, mən də ona irad tutdum. Mənə dedi ki, sən kimsən? Dedim, danışığına fikir ver, həkimlə danışırsan. Bu mübahisə baş həkimə də çatdı. Mənim dediklərimə inanmadı, dedi ki, İranənin qardaşını, yoldaşını çağıracaq. Dedim ki, söhbəti böyütməyin mənası yoxdur. O mübahisə əsnasında məni təhqir eləməyə başladı”.

Zərərçəkmiş baş həkim məhkəməyə gəlməsə də, ərizə göndərib. Yazıb ki, barışıblar, şikayəti yoxdur.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"