Azərbaycanda ana özünü və 6 aylıq övladını yandırdı – TƏFƏRRÜAT

13:59 10.05.2018 638
Azərbaycanda ana özünü və 6 aylıq övladını yandırdı – TƏFƏRRÜAT
Daşkəsəndə evdə ana və 6 aylıq körpəsinin ölümü ilə nəticələnən yanğın baş verib. Hadisənin bəzi təfərrüatları məlum olub.

Qabaqtəpə kəndində ata mülkündə yaşayan 1975-ci il təvəllüdlü Abdullayeva Lətifə Mürsəl qızı və 6 aylıq oğlu Həsənli Əli İlqar oğlunun meyiti yanmış halda 2 mərtəbəli evin birinci mərtəbəsindəki otaqların birində aşkar edilib.

Körpənin meyiti yanmış uşaq arabasında, qadının cəsədi isə yerdə olub. Evdə yanğın əlaməti yalnız meyitlərin olduğu yerdə qeydə alınıb.

2016-cı ildə Həsənov İlqar Eldar oğlu ilə ailə həyatı quran L.Abdullayeva yoldaşı ilə birgə ata evində yaşayıb. Həmin mülk atasının ölməmişdən əvvəl etdiyi nəsihətə görə, onun adına keçirilib.

Qadının həyat yoldaşı bir gözündən əlildir. Ailə əlilliyə görə verilən əmək pensiyası və təsərrüfatdan gələn gəlir hesabına dolanıb.

İ.Həsənov faciə baş verən zaman tanışları ilə birgə Daşkəsən şəhərində olduğunu, yoldaşı və övladının ölüm xəbərini isə yaxınlarından aldığını bildirib. Ailənin heç kimlə düşmənçiliyi olmayıb.

Lakin qadın ilə qardaşları arasında atadan qalan mülkə görə narazılıq olub. L.Abdullayevanın 3 qardaşı var. Onlardan Rafiq Abdullayev adlı biri rayonun Astaf kəndində müəllim işləyir, Tofiq Abdullayev ad-soyadlı digər qardaş ticarətlə məşğuldur, başqa biri isə fiziki qusurludur və Bayan kəndində yaşayır.

Qardaşlardan, əsasən qonşuluqda yaşayan Rafiq Abdullayev və Tofiq Abdullayev bacılarının ata mülkündə öz həyat yoldaşı ilə yaşamasına əvvəllər bir neçə dəfə etiraz ediblər. Məhz bu səbəbdən L.Abdullayevanın sözügedən qardaşları ilə arasında soyuq münasibət yaranıb.

Lakin onlar da baş verən faciədən xəbərsiz olduqlarını və hadisənin intihar məqsədi ilə törədildiyini düşündüklərini bildiriblər. L.Abdullayevanın anası və bacısı da hadisənin intihar olduğunu bildiriblər.

Bununla belə, hadisənin kimsə tərəfindən qətl məqsədi ilə törədildiyi də istisna olunmur.

Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.(report)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO