Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 44 yaşlı, əvvəllər məhkum olunmuş R.Səfərovdan 3 kiloqram 156 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Lent.az -a Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 37 yaşlı, əvvəllər məhkum olunmuş Ə.Məmmədovdan 243 qram heroin götürülüb.
Bundan başqa, Xətai rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 43 yaşlı N.Nəbizadə saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 0,425 qram heroin və 1,320 qram metamfetamin aşkar olunaraq götürülüb.
Hər üç faktla bağlı araşdırma aparılır.
Zamantv.az