Sumqayıtda yaşayış binasında yanğın olub.
Bizimyol.info xəbər verir ki, FHN-in mətbuat xidmətinin məlumatına görə, Sumqayıt şəhərində beşmərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 65 m² olan 3 otaqlı məzilin 1 otağında döşəmə 1 m² sahədə, 1 ədəd elektrik qızdırıcısı və yataq dəsti qismən yanıb.
Yanğın zamanı 1 nəfər xəsarət alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Zamantv.az