Hacıqabul-Horadiz yolunun Sabirabad rayonunun Qaratəpə kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Yolu keçən kişini “Mercedes” markalı avtomobil vurub.
Piyadanın Sabirabad sakini, 1983-cü il təvəllüdlü Əkbərov Vüsal Abdul oğlu olduğu məlum olub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Zamantv.az