Sabirabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.APA-nın məlumatına görə, Şəhriyar kəndində traktorun qoşqusunun aşması nəticəsində 6 nəfərin öldüyü bildirilir. Daha bir neçə nəfər xəsarət alıb.
İlkin ehtimala görə, ölənlərin hamısı pambıq tarlasına işləməyə gedən qadınlardır.
***
Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
İlkin məlumata əsasən, Şəhriyar kəndində baş verən qəzada 6 nəfər ölüb.
Zamantv.az