[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazirlər Kabineti jurnalist vəsiqəsinin hazırlanması ilə bağlı tapşırıq verdi
Nazirlər Kabineti “Media haqqında” 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Prezidentinin 2022-ci il 8 fevral tarixli 1589 nömrəli fərmanının icrasının təmin edilməsi haqqında sərəncam imzalayıb.

"Zamantv.az" xəbər verir ki, sərəncamın imzalanması “Media haqqında” 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” dövlət başçısının 2022-ci il 8 fevral tarixli 1589 nömrəli fərmanının icrasını təmin etmək məqsədilə qərara alınıb.

Ədliyyə Nazirliyi Medianın İnkişafı Agentliyi, Azərbaycanın Audiovizual Şurası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla:

- Medianın İnkişafı Agentliyinin və Audiovizual Şuranın yaradılması ilə əlaqədar normativ hüquqi aktların uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir;

- “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Audiovizual Şura Ədliyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun 30.1-ci və 59.2-ci maddələrində nəzərdə tutulmuş siyahıya dair təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Medianın İnkişafı Agentliyi Ədliyyə Nazirliyi, Audiovizual Şura, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla:

- Qanunun 70.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, jurnalist vəsiqəsinin formasını, onun verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləğini və həmin vəsaitdən istifadə qaydası ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir;

- Qanunun 73.6-cı maddəsinə uyğun olaraq, Media Reyestrinin aparılması qaydalarının layihəsini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir;

- Qanunun 73.8-ci maddəsinə uyğun olaraq, Media Reyestri şəhadətnaməsinin forması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Audiovizual Şura, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, qanunun 29.4-cü və 33.5-ci maddələrində nəzərdə tutulmuş xidmət haqlarının məbləğinə dair təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Audiovizual Şura və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Şuranın inzibati bina ilə təmin edilməsi və maddi-texniki təminatına dair təkliflərini on beş gün müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Nazirlər Kabinetinə təqdim etməlidir.

Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl olunmasını təmin etməlidir.

Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, qanunun tətbiqinin təmin edilməsi məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların qanuna uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.

Bu Sərəncamın 1-ci, 6-cı, 7-ci və 8-ci hissələrinin icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə, 2-ci və 3-cü hissələrinin icrası Humanitar məsələlər şöbəsinə, 4-cü hissəsinin icrası Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinə, 5-ci hissəsinin icrası isə İqtisadiyyat şöbəsinə həvalə edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kiyevdə neft anbarı VURULDU -YENİLƏNİB
Kiyev səmasında görünən iki güclü partlayışın Vasilkov şəhərində baş verdiyini açıqlanıb.

Zamantv.az-ən Ukrayna mediasına istinadən xəbərinə görə, partlayışın baş verdiyi ərazi Kiyevin 30 kilometr cənubunda yerləşir.

Ukrayna mediasının məlumatına görə partlayış Rusiya ordusunun Vasilkovdakı neft anbarını vurması nəticəsində baş verib. Ərazidə yanğının hələ davam etdiyi bildirilir.
Kiyev səmasında güclü partlayış baş verib.

Zamantv.az-ın CNN-ə istinadən xəbərinə görə, partlayış Kiyevin cənub-qərbində şəhər mərkəzindən təxminən 20 kilometr məsafədə baş verib.

Hadisədən sonra göy üzünün bir neçə dəqiqə ərzində işıqlandığı bildirilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
SOCAR-da Dünya İqtisadi Forumunun prezidenti ilə görüş keçirilib
Fevralın 23-də SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə SOCAR və Dünya İqtisadi Forumu arasında mövcud əlaqələrin inkişaf etdirilməsi və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılmış, Bakıda fəaliyyətə başlamış Dördüncü Sənaye İnqilabı Rəqəmsal Mərkəzi ilə təcrübə mübadiləsi və tərəfdaşlıq imkanları müzakirə edilmişdir.

Rövşən Nəcəf qeyd etmişdir ki, SOCAR Dünya İqtisadi Forumunun uzunmüddətli tərəfdaşıdır, əməkdaşlığın davam etdirilməsində, Forumun gələcək tədbirlərində iştirak etməkdə maraqlıdır. SOCAR-ın iki müəssisəsi- “Petkim” və “STAR” neft emalı zavodu Dünya İqtisadi Forumunun “Global Lighthouse Network” şəbəkəsinin ən çox rəqəmsallaşmış müəssisələri arasında yer almağa nail olmuşdur. Rəqəmsallaşma SOCAR-ın 2035-ci ilədək Korporativ Strategiyasında şirkətin prioritet inkişaf istiqamətlərindən biri kimi təsbit olunmuşdur. Bu baxımdan Azərbaycanda Dördüncü Sənaye İnqilabı Rəqəmsal Mərkəzinin fəaliyyətə başlaması Forumla SOCAR arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni perspektivlər açır.

Dünya İqtisadi Forumunun prezidenti Borge Brende Bakıda Dördüncü Sənaye İnqilabı Rəqəmsal Mərkəzinin açılmasından məmnunluğunu bildirmiş, Mərkəzin yaradılmasının iki il əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları ilə razılaşdırıldığını vurğulamışdır. Bakıdakı Mərkəzdə süni zəka, rəqəmsal ticarət və s. sahələrdə araşdırmaların aparılacağını söyləyən Borge Brende bu istiqamətlər üzrə Forumun dəyərli tərəfdaşlarından olan SOCAR-la yeni əməkdaşlıq imkanlarının yarandığını ifadə etmişdir. O, eyni zamanda enerji təchizatının dünya ölkələrinin gündəmində əsas məsələlərdən biri olduğunu xatırladaraq, bərpa olunan enerjinin inkişafı və digər enerji layihələri çərçivəsində də əməkdaşlığın genişləndirilməsinə maraq göstərdiklərini vurğulamışdır.

Görüşdə SOCAR-ın neft-qaz sənayesində zəngin təcrübə və ənənələrə, insan kapitalına malik olması qeyd edilmiş, mövcud resurslardan Dördüncü Sənaye İnqilabı Rəqəmsal Mərkəzinin fəaliyyətində istifadə imkanlarına dair fikir mübadiləsi aparılmışdır.
SOCAR-da Dünya İqtisadi Forumunun prezidenti ilə görüş keçirilib

SOCAR-da Dünya İqtisadi Forumunun prezidenti ilə görüş keçirilib
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İnflyasiya yüksəlir, faizlər aşağı düşür, vətəndaş banka inanmır... - NƏ ETMƏLİ?
“2022-ci ildə bizi narahat edən ən böyük amil dünyadakı bahalaşmadır. Artıq Azərbaycanda inflyasiya göstəricisi əmanət faizlərindən yüksəkdir və belə bir vəziyyət əmanətlərin artmasını zəiflədə, hətta azalmasına səbəb ola bilər”.

Bunu jurnalistlərlə görüşündə “Yelo Bank” ASC-nin İdarə Heyətinin sədri Anar Həsənov bildirib.

Bankir qeyd edib ki, dünya ölkələrində, o cümlədən Azərbaycanda da inflyasiya yüksəlməkdədir. Yanvarda 12,5% təşkil etmiş illik inflyasiya bankların əmanət faizlərini xeyli üstələyib:

“Əmanətçi banka əmanət yerləşdirərək bankdan və şərtlərdən asılı olaraq illik 7-11% civarında gəlir əldə edir, digər tərəfdən qiymətlər illik 13%-ə yaxın artıb. Bu o deməkdir ki, pul daha çox ucuzlaşdığından əmanətçilər real olaraq qazanmayıblar. Belə bir vəziyyət bankların əmanət portfellərinin artım tempinin zəifləməsi, hətta azalması ilə nəticələnə bilər. Digər tərəfdən də, əhalinin və investorların öz vəsaitlərini bank əmanətlərindən başqa sərmayə edəcəkləri alətlər yox dərəcəsindədir”.

Beləliklə, cari ildə bankları ən çox narahat edən risk açıqlanıb.

Belə olduğu təqdirdə bankların bağlanma ehtimalı varmı və yaxud müştərilər pulunu evdə saxlamaqdansa, bankda saxlamağa üstünlük verəcəklərmi? DİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Fuad İbrahimov Cebhe.info-ya bildirdi ki, mövcud vəziyyət bankların bağlanmasına gətirib çıxara bilməz:

"Ancaq bankların mənfəət, gəlir hissəsinə əhəmiyyətli dərəcədə təsir edə bilər. Burada paritetdir, həm vətəndaşlar depozit hesablarına qoyduğu vəsaiti illik 9-10 faizlə yerləşdiriblərsə, ortalama inflyasiya həddi 12 faiz olubsa, məcazi mənada vətəndaş itki ilə üzləşməli olub. Doğrudur, nominal şəkildə gəliri əldə edib, ancaq ümumi bahalaşma səviyyəsinə baxdıqda kapitalizasiyada itki ilə üzləşib. Ancaq banklarda inflyasiyanın səviyyəsi, verilən kreditlərin geri qaytarılmasını nəzərə alsaq, gəlir hissəsinə, birmənalı kapitalizasiya rəqəmsal hissəsinə ziyan vurmayıb. Ümumiyyətlə, inflyasiya göstəricilərə uyğun ziyan hesab edilir, yəni gəlirindən məhrum olub".

Ekspertin sözlərinə görə, nəzərə almaq lazımdır ki, 2021-ci il ümumiyyətlə, inflyasiya ili kimi dünyada qeydə alınıb:

"Çünki pandemiyanın nəticəsi olaraq fiskal və monetar siyasət nəticəsində bu labüd idi. İndiki vəziyyətdə daha çox antiinflyasiya proqramları həyata keçirildiyi üçün bu daha təkrarlanmayacaq. Hesab edirəm ki, vətəndaşlar pullarını bankalara rahat şəkildə yerləşdirə bilərlər".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Avropada qazın qiyməti 800 dolları ötüb
Avropada qazın qiyməti ticarət sessiyasının sonunda min kubmetr üçün 800 ABŞ dollarını ötüb.

"Zamantv.az" xəbər verir ki, bu barədə ICE London Fond Birjasının məlumatında deyilir.

Hərracın açılışında qazın qiyməti 780 ABŞ dolları olub.

Maksimum göstərici 840, minimum isə 760 ABŞ dolları təşkil edib.

Fyuçerslərin qiyməti bağlanışda min kubmetr üçün 825 dollara qalxıb.

Ümumilikdə qiymətlər 10%-dən çox ucuzlaşıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
MSŞA milli koalisiyası Təbii Sərvətlərin İdarə Edilməsi İnstitutunun (NRGI) 2021-ci üçün qiymətləndirmə indeksinə münasibət bildirdi.
MSŞA milli koalisiyası Təbii Sərvətlərin İdarə Edilməsi İnstitutunun (NRGI) 2021-ci üçün TRİ indeksi ilə bağlı sənədə münasibət bildirib.

25 Noyabr 2021-ci il tarixli Təbii Sərvətlərin İdarə Edilməsi İnstitutunun (NRGI) açıqladığı indekslər haqqında, MSŞA milli koalisiyası 8 Fevral 2022-ci il Şura iclasında mövqe sənədi qəbul etmişdir.

“Azərbaycanın neft və qazsektoru 2021-ci il Təbii Resursların İdarə Edilməsi İndeksi” qiymətləndirməhesabatıiləbağlıİctimai Birliklərin MSŞA Koalisiyasının

Mövqe Sənədi[1]



25 noyabr 2021-ci ildə Təbii Sərvətlərin İdarə Edilməsi İnstitutu (NRGI) tərəfindən hazırlanmış Azərbaycanın neft və qaz sektoru üzrə 2021-ci il üçün Təbii Resursların İdarəedilməsi İndeksi (TRİİ) açıqlanıb. Bu sənədə görə, Azərbaycanın neft və qaz sektoru 2021-ci il Təbii Resursların İdarəedilməsi İndeksində (TRII) 100 mümkün baldan 56 bal toplayaraq, 2017-ci illə müqayisədə 9 pillə yüksəlib. Bu yüksəliş üç komponent üzrə (dəyərin reallaşması, əlverişli mühit və gəlirlərin idarə olunması) dəyişiklik sayəsində mümkün olub. Belə ki, ölkənin neft və qaz sektorundan yaranan dəyərin reallaşması qabiliyyəti 10 bal geriləmə ilə 39 balla son qiymətləndirmədən sonra pisləşsədə, ümumi“mühit”göstəricisi 1 bal irəliləmə ilə 50 bal,gəlirlərin idarə olunması üzrə göstərici isə 35 pillə irəliləmə ilə 43 baldan 78 bala yüksəlib və hazırda “yaxşı” icra əlverişli qrupuna daxil olub.

NRGI açıqladığı sənəddə “Gəlirlərin idarə edilməsi sahəsindəki irəliləyişlərə baxmayaraq, Azərbaycanda resurs idarəçiliyi zəif olaraq qalır” qənaətini ifadə etsə də və “dəyərin reallaşması“ komponenti üzrə qiymətləndirmə ümumən reallığa yaxın hesab edilsə də hesabatın bir çox vacib göstəricilərinin, xüsusilə də 2017-ci ilə nisbətdə TRİİ tərkib balının 9 bal, gəlirlərin idarə olunması üzrə komponent göstəricisinin 35 bal, əlverişli mühit göstəricisinin 1 bal olsa da yüksəlməsinin ifadə olunması Azərbaycan ictimaiyyətində, vətəndaş cəmiyyətində, xüsusilə də QHT-lərin bu sahədəki ixtisaslaşmış birliyi olan və gəlirlərin şəffaflığı prosesini 2003-cü ildən izləyən, ona ictimai nəzarəti həyata keçirən İctimai Birliklərin MSŞA Koalisiyasında birmənalı qarşılanmayıb.

Məlumat üçün qeyd edək ki, indeksi hazırlayanlar qiymətləndirmə üçün nəticələrı beş göstərici aralığında qruplaşdırıblar: “yaxşı” (75 baldan yuxarı), “qənaətbəxş” (60-74 bal), “zəif” (45-59 bal), “qeyri-qənaətbəxş” (30-44 bal) və “uğursuz”(30 baldan aşağı).  TRİİ 2021-ci il üçün təbii resurslarla zəngin 18 ölkənin neft, qaz və mineral sərvətlərini necə idarə etdiklərini qiymətləndirir. İndeksin tərkib balı üç komponentdən ibarətdir. Bunlardan ikisi hasilat sektorunun əsas xüsusiyyətini -dəyər reallaşması və gəlir idarəçiliyini ölçür; üçüncüsü isə idarəetmənin daha geniş məzmununu – əlverişli mühiti əhatə edir. İdarəçiliyin bu üç ümumi ölçüsü 136 suala cavabın cəmlənməsi ilə hesablanan 51 indikatordan ibarət 14 altkomponentdən təşkil olunub. NRGI-nin indeksin hazırlanma metodologiyası ilə bağlı qeydlərinə görə, 18 ölkənin hər birində müstəqil tədqiqatçılar dəyər reallaşması və gəlir idarəçiliyinə dair ilkin məlumatları toplamaq üçün sorğunu cavablandırıblar. Üçüncü komponent üçün isə NRGI, 20-dən çox beynəlxalq təşkilatın məlumatlarına əsaslanıb. Təbii Resursların İdarəedilməsi İndeksinin Azərbaycan neft və qaz sektoruna 2021-ci il üzrə verdiyi ballar 2017-ci illə müqayisədə təqdim edilib.

Sənədə görə, ökənin neft-qaz sektorunda yaranan dəyərin reallaşması qabiliyyəti göstəricisi son qiymətləndirmədən sonra pisləşib. Və bunu lisenziyalaşdırma prosesində qaydaların və məlumat açıqlılığının olmaması, habelə, vəzifəli şəxslərin maliyyə məlumatlarının açıqlanmaması və bu sektorda iştirak edən şirkətlərin benefisiar sahiblərinin müəyyən edilməməsi, ətraf mühit və sosial təsirlərin qiymətləndirilməməsi, eyni zamanda, ətraf mühitə təsirlərin azaldılması planları ilə bağlı qanunlar və məlumat açıqlanması məsələləriylə bağlı ciddi problemlərin mövcud olması ilə əlaqələndiriblər. Qiymətləndiricilər ARDNŞ-in hesabatlılığının zəiflədiyini, şirkətin məhsul satış qaydaları və açıqlamalarının xüsusilə problemli hesab etsələr də Şirkət (aşağı hissədə olsa da) “qənaətbəxş” qrupunda yer alıb.

Qeyd etmək vacibdir ki, 2021 Resursların İdarəedilməsi İndeksi: seçilmiş dövlət müəssisəsi göstəricilərinə görə dövlət müəssisəsinin idarə olunması təkmilləşdirilmiş olsa da, korrupsiyaya qarşı həssaslıq qalmaqdadır. Dövlət müəssisələrinin idarə olunması demək olar ki, 10 bənd yaxşılaşıb, seçmə üzrə qiymətləndirilən 21 dövlət şirkətindən 14-ü son beş ildə göstəricilərini yaxşılaşdırıb. Lakin, cəmi dörd dövlət müəssisəsi (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Mərakeş OCP, Meksikanın Petroleos Mexicanos (PEMEX) və Tanzaniya Neft İnkişaf Korporasiyası (TPDC) idarəçilik göstəricilərinin pisləşdiyini nümayiş etdirib. Hesabata əsasən qiymətləndirilən 21 dövlət şirkətindən 19-da gəlirlərin transferini tənzimləyən hüquqi qaydalar var. Yalnız ARDNŞ (SOCAR) və Konqo Demokratik Respublikasına məxsus dövlət şirkəti bunları qanunvericilikdə təsbit etmir, baxmayaraq ki, şirkətlər gəlirlərin bölüşdürülməsi ilə bağlı məlumatı praktikada açıqlayır. Bu nüans Azərbaycanda müvafiq sahə üzrə şəffaflıq və hüquqi öhdəliklərin təminatı üzrə hüquqi çərçivənin çatışmazlıqlarından biri kimi qiymətləndirilməlidir.

MSŞA Koalisiyasının mütəxəssisləri hesab edir ki, TRİİ hesabatında SOCAR-ın İdarə Heyətinin və Müşahidə Şurasının əksər üzvlərinin hökumətdən müstəqil olmaları haqda hesabatdakı iddia doğru deyildir. SOCAR-ın İdarə Heyətinin üzvləri (Prezident və vitse-prezidentlər) və Müşahidə Şurasınınüzvləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir və azad edilir. Şirkət öz nizamnaməsinə görə hökumət və parlament qarşısında hesabat öhdəliyi daşımasa da, ali icra hakimiyyətinin rəhbəri olan ölkə prezidentinin qarşısında hesabat öhdəliyi daşıyır.

SOCAR illik hesabatlarını ictimaiyyətə açıqlama öhdəliyini də hüquqi çərçivədə məyyən etməyib və bu resursların idarə edilməsində şəffaflığın təmini üçün hüquqi çərçivənin yaxşlaşması iddiasına zərər vuran nüansdır.

Yuxarıda təqdim olunan rəqəmlərdən də göründüyü kimi, “Gəlirlərin idarəedilməsi” üzrə göstəricinin kəskin dəyişməsi Azərbaycan üçün TRİİ-nin “yaxşı” icra əlverişli qrupuna keçidini təmin edib.  “Gəlirlərin idarəedilməsi” göstəricisi üzrə belə kəskin dəyişiklik iki altkomponentin yüksəlişi sayəsində mümkün olub. Sənədə görə, “Milli Büdcə” altkomponentinin 2017-ci illə müqayisədə (33 bal) 2021-ci ildə 37 bal artaraq 70 bal olub, “Suveren Rifah Fondları” altkomponenti isə 34 bəndlik artımla (2017-ci ildə 52 bal) 2021-ci ildə 86 bal toplayıb.

Qiymətləndiricilər “Milli büdcə” altkomponenti üzrə balların 37 bənd yaxşılaşmasını, 2019-2020-ci illər üçün büdcə və hökumət xərclərinin açıqlanması, Maliyyə Nazirliyinin həm neft -qaz sektorundan əldə edilən gəlirlərin, həm də neft gəlirlərinin proqnozlarını göstərən sənədlərin dərc edilməsi, fiskal qaydaların qəbulu, bu qaydalara əməl edilməsi və nəzarət orqanı kimi Hesablama Palatası tərəfindən təsdiqlənməsi ilə izah ediblər.

NRGI “Suveren Rifah Fondları” altkomponentinin 86 balla “yaxşı” göstəricilər kategoriyasına düşməsini ARDNF-nun idarə edilməsində əhəmiyyətli irəliləyişlərin qeydə alınması ilə əlaqələndirib. Sənəddə 2018-ci ilin dekabrında qəbul edilən qərarlarla fonddan vəsaitlərin çəkilməsini tənzimləyən qaydaların təkmilləşdirilməsini, Büdcə Sistemi haqqında Qanunun həm depozitlər, həm də pul çəkilmələrinin illik büdcədə qeydə alınmasını və hökumətin qanunvericilik çərçivəsinə daxil edildiyini müəyyən etməsini, Fondun hesabatlılıq qaydalarının təkmilləşdirilməsini, Mühasibat Uçotu haqda Qanunun illik hesabatın dərci, eləcə də, ARDNF-in maliyyə hesabatlarının illik xarici maliyyə auditi tələb etməsini yüksəlişi təmin edən faktorlar kimi dəyərləndiriblər.

Lakin MSŞA Koalisiyası bu qiymətləndirmənin reallığa adekvat olmadığı qənaətindədir və qeyd etməyi vacib hesab edir ki, 2019-2020-ci illərdən əvvəl də Azərbaycanda büdcə və hökumət xərcləri açıqlanır, Maliyyə Nazirliyi neft -qaz sektorundan əldə edilən gəlirləri də, neft gəlirlərinin proqnozlarını da ehtiva edən sənədləri dərc edirdi. Hesablama Palatası isə dövlətin ali maliyyə nəzarəti orqanı funksiyasını 2001-ci ildən bəri yerinə yetirməkdədir və hər maliyyə ilində fiskal qaydalara əməl edilib-edilməməsini qiymətləndirir və MM-ə hesabat verir.

Azərbaycan büdcə qaydasını 2018-ci ilin yayında qəbul edib[2]. Həmin qayda cəmi 1 il – 2019-cu ilin icmal büdcəsinə münasibətdə tətbiq edilib. 2020-ci ildə pandemiyanın neqativ təsirlərinin aradan qaldırılması üçün büdcə xərclərinin artırılmasına yaranan ehtiyac əsas gətirilərək qaydanın tətbiqi 2022-ci ilədək dayandırılıb. Hazırda isə yeni büdcə qaydasının tətbiqi ilə bağlı “Büdcə sistemi haqqında” Qanuna dəyişiklik[3] təsdiq edilsə də yeni qayda Neft Fondundan büdcəyə transfertlərin məhdudlaşdırılmasına gətirib çıxarmayıb, əksinə cari ildə Neft Fondundan dövlət büdcəsinə transfertlər 510 milyon manat artırılıb. Koalisiyanın mütəxəssisləri hesab edir ki, 2018-ci ildə qəbul edilən fiskal qaydanın hesabat dövründə cəmi 1 il işləməsi, sonra təxirə salınması heç cür bu komponent üzrə mövcud artımı şərtləndirə bilməz.

Digər tərəfdən, Azərbaycanda milli büdcə prosesində ictimai iştirakçılıq yox səviyyəsindədir. Belə ki, hesabat dövründə nə İctimai Birliklərin MSŞA Koalisiyasının, nə də digər ixtisaslaşmış QHT-lərin milli büdcə prosesində iştirakı qeydə alınmayıb. Bundan başqa, Parlamentdə büdcə prosesi 2019-cu ildə təxminən on gün, 2020-ci ildə isə cəmi üç gün davam edib və heç bir QHT bu müzakirələrdə iştirak etməyib.

ADRNF-nin hesabatlılığına gəlincə isə, burada da heç bir keyfiyyət dəyişikliyi yoxdur, 2017-ci ilə qədər də qüvvədə olan qaydalara uyğun olaraq hesabatlar açıqlanmaqda davam edir və bu istiqamətdə heç bir təkmilləşdirmə aparılmayıb, əksinə Neft Fondu 2018-ci ilə qədər EITI hesabatlarını da açıqlasa da sonradan bunu da dayandırıb. Eyni zamanda, Koalisiya üzvləri olan QHT-lərin verdiyi məlumatlara görə, son illər Dövlət Neft Fondundan informasiya almaq çətinləşib, hətta bəzi Koalisiya üzvləri 2019-cu ildə göndərdiyi informasiya sorğularına indiyədək cavab almadıqları üçün Fondu məhkəməyə də veriblər.

Sənədə görə, hökumət 2018-ciildə Fondun vəsaitlərinin idarə olunmasıyla bağlı fiskal qaydaları təkmilləşdirib. Lakin qiymətləndiricilər “unudublar” ki, hökumət fonddan vəsaitlərin çəkilməsi qaydasını cəmi 1 il tətbiq edib sonra dayandırıb. Yəni, qanunvericilikdəki dəyişiklik, demək olar ki, praktikada tətbiq edilməyib. Bundan başqa, dövlət budcəsinin ARDNF-dən transfer edilən vəsaitlərdən asılılığını azaltmagı və 2025-ci ilədək 15 faizə endirməyi nəzərdə tutan “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” 2016-ci ildə qəbul edilsə də ona da əməl olunmayıb. Təəssüf ki, bu gun dövlət sektorunda xərclənən hər manatın 45 qəpiyi ARDNF-dən edilən transfertlər hesabına maliyyələşdirilir (dövlət büdcəsinin gəlirləri 26407 milyon, ARDNF-dən büdcəyə transfertlərin həcmi 11860 milyon manat).

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 8 sentyabr 2021-ci il tarixdə “2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair” Açıqlama sənədində 2022-2025-ci illər üzrə bir sıra vacib makroiqtisadi göstəricilər, o cümlədən, dövlət büdcəsinin və Dövlət Neft Fondunun gəlir və xərcləri, habelə, Neft fondundan dövlət büdcəsinə ediləcək transfertlərlə bağlı proqnozlar açıqlanıb. Bu sənədə görə 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 27127,0 milyon manat, Neft Fondundan dövlət büdcəsinə transfertlərin həcmi 10840,0 milyon manat, Neft Fondunun gəlirləri 10092,4 milyon manat, xərcləri isə 10862,9 milyon manat həcmində

Bu rəqəmlərdən bəlli olur ki, 2025-ci ildə dövlət budcəsinin ARDNF-dən transfer asılılığı“Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə4 nəzərdə tutulduğu kimi 15% deyil, 40% proqnozlaşdırılır. Eyni zamanda, onu da qeyd etməliyik ki, 2025-ci ilin proqnoz rəqəmlərinə görə, bu ildə Neft Fondunun xərcləri gəlirlərini 8% qabaqlayacaq, yəni xərclər gəlirlərdən 8% çox olacaq. Deməli, hətta proqnoz rəqəmlər belə ARDNF-n “gələcək nəsillərin fondu” fəlsəfəsini və “idarə etmədəki praktik irəliləyişlərin” mvcud olmasını inkar edir.



ARDNF-nun idarə edilməsində əhəmiyyətli irəliləyişləri təmin etdiyi iddia olunan digər arqumentlərə əksarqument kimi isə aşağıdakıları qeyd etmək istərdik:

ARDNF 2017-ci ildən sonra deyil, fəaliyyətə başladığı ildən bəri təbii ehtiyatların idarə olunmasından əldə edilən gəlir və xərcləri, investisiya fəaliyyəti haqqında rüblük, Fondun fəaliyyəti barədə illik hesabatları mütəmadi olaraq dərc edir. Fond maliyyə fəaliyyəti haqqında hesabatının müstəqil auditor tərəfindən yoxlanılmasını təmin edir və onun nəticələrini də açıqlayır. Yəni, səthi analizlə belə, hesabatlılıqda əhəmiyyətli hər hansı inkişaf olmadığını deməyə əsas verir.
Ölkə üçün əhəmiyyətinə baxmayaraq, ARDNF–in fəaliyyəti ayrıca qanunla deyil, ölkə Prezidentinin (yəni bir nəfərin) fərman və sərəncamları ilə tənzimlənir, Fond yalnız prezident qarşısında hesabat verir və məsuliyyət daşıyır. ARDNF-in İcraçı Direktoru və müavini ölkə prezidenti tərəfindən bu vəzifəyə təyin və azad edilir. ARDNF-in nəzarətedici orqanı olan Müşahidə Şurasının üzvlərini prezident sərəncamla təsdiq edir. Müahidə Şurası 6 nəfər yüksək səviyyəli hökumət və parlament nümayəndələrindən ibarətdir, halbuki Şuranın əsasnaməsində bu tərkib müvafiq dövlət orqanlarının və ictimai təşkilatların nümayəndələrindən, habelə digər şəxslərdən ibarət olacağı qeyd edilmişdir. Müşahidə Şurasının formalaşdırılması mexanizmi isə (seçki və ya təyinat) Fondun əsasnaməsində göstərilməmişdir. Fondun Müşahidə Şurasının Prezident Administrasiyasının rəhbər üzvlərindən, Baş Nazir və hökumət nümayəndələrindən, parlament üzvü və Mərkəzi Bank rəhbərindən əsasnamədə müəyyən edilməmiş qaydalarla formalaşdlırılması Fondun idarə edilməsində beynəlxalq şəffaflıq prinsip və meyarlarının nəzərə alınmadığını, prosesdə ictimai nəzarət mexanizminin qurulmadığını açıq-aşkar göstərir.
ARDNF-nin büdcəsi parlamentdə ayrıca müzakirə olunmur. Belə ki, ARDNF-nin gəlir və xərcləri icmal dövlət büdcəsinin tərkib hissəsi olaraq ölkə parlamenti tərəfindən dövlət büdcəsi layihəsi ilə birlikdə müzakirə edilir və təsdiq edilir. “Büdcə Sistemi Haqqında” Qanun Hesablama Palatasına ARDNF-i audit etmək səlahiyyəti versə də indiyədək belə bir fakta rast gəlinməyib. Hesablama Palatası yalnız ARDNF-nin büdcəsinin layihəsi və icrasına dair hesabata rəy verir.
Nəhayət, hesabat dövründə əhəmiyyətli dəyişikliklərdən biri də Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən (EİTİ-dan) çıxması və vətəndaş cəmiyyətinin bu prosesdə iştirakına son qoyulmasıdır. Belə olan halda “Gəlirlərin idarə edilməsi” üzrə göstəricinin 35 pillə irəliləməsinə beynəlxalq səviyyədə tanınmış universal yaxşı idarəetmə prinsiplərindən olan açıqlıq, şəffaflıq, səmərəlilik və effektivlik prinsiplərinə əməl olunması baxımından yanaşma da çoxlu sualar və sorğulama ehtiyacı yaradır. Belə ki, Azərbaycan 2017-ci ilin mart ayında MSŞT-ni tərk etdikdən sonra ölkədə mədən sənayesində şəffaflıq standartlarının tətbiqi və bu sahəyə ictimai nəzarətin təşkili sahəsində vəziyyət pisləşib. Həmin ilin aprel ayında iki tərəfin- aidiyyəti dövlət qurumlarının yüksək vəzifəli şəxslərin və mədən sənayesi şirkətlərinin nümayəndələrinin iştirakı ilə Hasilat Sənayesində Şəffalıq Komissiyası yaradılmışdır. Yeni yaranmış Komissiya VC-ni tərəf kimi tanımayıb, yalnız fərdi qaydada toplantıları müşahidə etməyə izn verib. 2020-ci ilin iyulunda hökümət Komisiyası da ləğv olunub və şəffaflıq üzrə hesabatlılığın təmin edilməsi Dövlət Statistika Komitəsinə (DSK) həvalə edilib. Beləliklə də, 2017-ci ildən sonra Azərbaycanda yerli VCT-lər şəffaflıq prosesdə iştirak imkanını tamamən itirib. MHŞT üzrə son hesabat 2018-ci il üçün dərc olunub. Bundan sonra hasilat sənayesi ilə bağlı statistik məlumatlar açıqlanmayıb və bu informasiyalara çıxış məhduddur.
“Gəlirlərin səmərəlilik və effektiv idarə edilməsinə gəldikdə isə rəqəmlərə nəzər salmaqla mövcud durum haqda aydın təsəvvür əldə etmək mümkündür. Belə ki, ARDNF-in 2019-cu ildə gəlirləri 15.45 mlrd manat, o cümlədən, valyuta aktivlərin idarə edilməsindən 1 mlrd. 442 mln. 497 min manat, dövlət büdcəsinə transfer- 11.36 mlrd.manat (yəni illik daxilolmaların 73.5 faizi həcmində): 2020-ci il üzrə gəlir – 12,38 mlrd. manat, valyuta aktivlərinin idarə edilməsi- 1 mlrd.31 mln. 271 min manat, dövlət büdcəsinə transfer- 11.35 mlrd.manat (yəni illik daxilolmaların 91.6 faizi həcmində); 2021-ci il üzrə gəlir – 8 mlrd. manat, o cümlədən, valyuta aktivlərin idarə edilməsindən 759 mln. 717 min manat, dövlət büdcəsinə transfer- 12.2 mlrd. Manat (yəni illik daxilolmaların 150 faizi həcmində) təşkil edib. Göründüyü kimi, həm Fondun vəsaitlərindən dövlət büdcəsinə transferlərtin həcmi artıb: 2019-cu ildə bu rəqəm illik daxilolmaların 73.5 faizin təşkil edirdisə, 2021- ci ildə artaraq 150 faiz olub. Fondun valyuta aktivlərinin yerləşdirilməsi və idarəedilməsindən əldə edilən gəlirlər 2019- cu ilə nisbətən 2021-ci ildə düz 48 faiz azalıb.
Maraqlıdır, bütün bu qeyd etdiklərimizin fonunda Azərbaycanda “Gəlirlərin idarə edilməsi” üzrə altkomponentin 35 pillə irəliləmə qət etmiş kimi qiymətləndirilməsi necə baş verib?! Əslində, NRGİ “Resursların İdarə Edilməsi İndeksi, Azərbaycan 2021” sənədində ARDNF-un idarəçiliyinin daha da təkmilləşdirilməli olduğunun, parlamentin ARDNF-in illik maliyyə hesabatlarını nəzərdən keçirməsini qanunverici normaya çevirməyin, Büdcə Sistemi haqqında Qanunun 12-ci maddəsinə (Dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və təqdim olunan sənədlər) ARDNF-in daxil edilməsinin və fondun investisiya fəaliyyətinin müəyyən edilmiş qaydalara uyğun olub-olmadığını müəyyən edə bilmək və fondun maliyyə sağlamlığını və idarəçiliyini dərindən araşdırmaq imkanı baxımından fondun maliyyə hesabatlarının qiymətləndirmə dövründə parlament tərəfindən nəzərdən keçirilməsinin vacibliyini vurğulayır.

Bütün bunlara görə, MSŞA Koalisiyası Azərbaycanın “Suveren Rifah Fondları” altkomponentində 86 bala yuksəlib “yaxşı” göstəricilər kategoriyasına keçməsini qeyri-real hesab edir və ARDNF-nun idarəedilməsində əhəmiyyətli irəliləyişlərin təmin edilməsi müddəasını əsaslandırılmamış və qeyri-obyektiv sayır.

Həmçinin, MSŞA Koalisiyası hesab edir ki, “Əlverişli mühit” göstəricinin 1 ballıq da olsa yüksəliş göstərərək 50 balla qiymətləndirilməsi də real vəziyyəti əks elətdirmir. Bu göstəricinin altkomponentlərindən “Hökumətin effektivliyi”nın 61-dən 65-ə, “Korrupsiyaya nəzarət”in 37-dən 38-ə, “Siyasi sabitlik və zorakılığın olmaması”nın 40-dan 42-yə, “Acıq məlumat”ın 70-dən 74-ə yüksəlməsi də qəbul edilən deyil. Çünki, ölkədəki mövcud durum iqtisadiyyatının xammal ehtiyatlarından yüksək səviyyədə asılılığı[4], monopoliyalar[5], korrupsiya[6], kölgə istisadiyyatı[7], məmur özbaşınalığı, məhkəmə-hüquq sisteminin icra hakimiyyətinin təsiri altında olması[8], mərkəzləşmiş siyasi və iqtisadi sistem[9] və s.-lə xarakterizə olunur. İndiki siyasi durum vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyəti üçün əlverişli deyil. QHT-lər tərəfindən beynəlxalq vətəndaş cəmiyyəti və ixtisaslaşmış təşkilatlarla birlikdə grant layihələrinin həyata keçirilməsinə hüquqi, bank və praktiki baryerlər var.[10]Ölkədə vətəndaşların azad toplaşmaq, birləşmək, söz və ifadə azadlığı hüququ təhlükə altına düşüb. Müstəqil media tamamilə sıradan çıxarılıb. İnsan hüquqlarının pozulması, söz, fikir, ifadə, birləşmək və digər azadlıqlarının məhdudlaşdırılması ilə bağlı ciddi faktlar mövcuddur və s.[11] Bütün bu sadalananlar (bu faktlar beynəlxalq təşkilatların hesabatlarında da ifadə olunub) əlverişli mühit komponenti üzrə də qiymətləndirmənin obyektivliyi ilə razılaşmamağa əsas verir.


MSŞA Koalisiyası bu qənaətdədir ki, ümumən 2021-ci il üzrə Azərbaycan üçün Təbii Resursların İdarəedilməsi İndeksi reallığa adekvat deyil. NRGİ-nin TRİİ-də əsaslandırılmış yanlışlıqları düzəltmək üçün əməkdaşlığa hazır olması bəyanına əsaslanaraq Koalisiya mövqeyinin və bu sənəddə ifadə olunan arqumetlərin diqqətə alınacağına ümid edir. Eyni zamanda, Koalisiya nüfuzlu beynəlxalq təşkilatları reallığın əksinə Azərbaycanı ”inkişafda” göstərən hər bir qiymətləndirmənin ölkədəki mövcud əlverişsiz mühiti dəyişməmək üçün hökümətin (siyasi hakimiyyətin) əsaslandığı arqumentləri möhkəmləndirdiyini nəzərə almağa çağırır.
İctimai Birliklərin MSŞA Koalisiyası

[1]Mövqe sənədi 08 fevral 2022-ci ildə MŞSA Koalisiyası Şurasında qəbul edilib

http://e-qanun.az/framework/39838]“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

https://www.meclis.gov.az/news-layihe.php?id=1621&lang=az&par=0&fbclid=IwAR34fxtp4qQglObrs29j82YcEamBUTXX4o4s-gJyxZCtPHbJz6Ke7aEB1JY]“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

https://www.economy.com/azerbaijan/indicators] Azerbaijan - Economic Indicators

https://bakuresearchinstitute.org/en/socar-big-problems-at-the-largest-company-in-azerbaijan/]SOCAR: Big Problems at the Largest Company in Azerbaijan

https://www.transparency.org/en/countries/azerbaijan]Country data

Azerbaijan: Shadow economy

https://www.nhc.nl/assets/uploads/2017/07/Functioning-of-the-Judicial-System-in-Azerbaijan-and-its-Impact-on-the-Right-to-a-Fair-Trial.pdf]Judicial System in Azerbaijan

https://www.ebrd.com/documents/strategy-and-policy-coordination/azerbaijan-diagnostic.pdf?blobnocache=true][9]https://www.ebrd.com/documents/strategy-and-policy-coordination/azerbaijan-diagnostic.pdf?blobnocache=true

https://www.icnl.org/resources/civic-freedom-monitor/azerbaijan]LAST UPDATED: 3 JUNE 2021 Introduction

https://www.state.gov/reports/2020-country-reports-on-human-rights-practices/azerbaijan/]2020 Country Reports on Human Rights Practices: Azerbaijan
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Neftin qiyməti manatın məzənnəsinə ciddi dəstəkdir” - Elman Rüstəmov
“Dünya bazarlarında neftin qiymətinin yüksək səviyyədə formalaşması təbii ki, manatın məzənnəsinə ciddi dəstəkdir”. Zamantv.az xəbər verir ki, bunu “Report”a eksklüziv açıqlamasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, neftin qiyməti bilavasitə ölkənin tədiyə balansına, cari hesablar balansına ciddi təsir göstərir. Lakin bunun nə dərəcədə uzunmüddətli olacağı bu gün məlum deyil.

“Bütövlükdə aparıcı beynəlxalq təşkilatlar cari ildə neftin konsensus qiymətini qaldırıblar. Ən azı, bugünkü qeyri-müəyyənliklər şəraitində proqnozlar ancaq cari illə kifayətlənir. Bildiyiniz kimi, hazırda dünya iqtisadiyyatında ciddi turbulentlik var. Federal Rezerv Sisteminin, dünyanın aparıcı mərkəzi banklarının pul-kredit siyasətinin sərtləşdirilməsi istiqamətində addımlar atacağı gözlənilir. Bunların da neftin qiyməti ilə əlaqəsi var. Ona görə də gözləməyi təklif edirəm. Amma cari ildə neftin qiymətinin yüksək formalaşacağı proqnozu Beynəlxalq Valyuta Fondu və bir sıra qurumlar tərəfindən artıq təsdiqlənib. Bu da bizim dövlət büdcəmizdə nəzərdə tutduğumuz qiymətdən əhəmiyyətli dərəcədə yüksəkdir. Bu isə o deməkdir ki, bizim əlavə valyuta ehtiyatlarımız yaranacaq,” – deyə E.Rüstəmov bildirib.

Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları, məzənnə isə 1 dollar üçün 1,7 manat götürülüb. Dünya bazarında dünən "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,52 ABŞ dolları, yaxud 0,5 % artaraq 98,75 ABŞ dollarına çatıb.

"Brent" markalı neftin qiyməti isə son 8 ildə ilk dəfə olaraq bir barel üçün 95 ABŞ dollarını ötüb. Londonun ICE birjasına istinadən, dünən axşam fyuçers müqaviləsinin dəyəri 4 % artaraq bir barel üçün 95,33 ABŞ dolları təşkil edib.

"Brent" nefti sonuncu dəfə 2014-cü ilin oktyabrında 95 ABŞ dollarını keçib.

XƏBƏR LENTİ

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!