[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bunlar müştəriləri aldatmağa yönəldilmiş hərəkətlər hesab ediləcək


Müştərilərin çaşdırılması və aldadılması halları müəyyənləşir.

Bu barədə Milli Məclisə daxil olan Rəqabət Məcəlləsində qeyd olunub.

Belə ki, aşağıdakılar müştəriləri çaşdırmağa, yaxud aldatmağa yönəldilmiş hərəkətlər hesab edilir:

-məhsulun mənşəyi, hazırlanma üsulu və texnologiyası, istifadə üçün yararlılığı, keyfiyyəti, çəkisi, qiyməti və ya başqa xassələri, habelə təsərrüfat subyekti və ya onun sahibkarlıq fəaliyyətinin xüsusiyyəti barədə müştərini çaşdıra və ya aldada bilən hər hansı məlumatlardan istifadə olunması;

-məhsulun satışı, yaxud danışıqlar zamanı müştərinin sərbəst seçim hüququna təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması;

-müştərini çaşdıra bilən tərzdə öz məhsulunun rəqibin məhsulu ilə müqayisə edilməsi, habelə bu müqayisənin reklam və ya media məhsulu kimi təqdim olunması;

-məhsulun istehlak xassələri və digər mühüm xüsusiyyətləri barədə həqiqətə uyğun olmayan göstəricilərdən (o cümlədən fərqləndirici nişan, marka və ya işarələrdən) istifadə edilməsi və bununla əlaqədar reklamın verilməsi;

-məhsulun standartlara və ya texniki reqlamentlərə uyğunluğu barədə yanlış məlumat verməklə (bəyan etməklə) təklif edilməsi, yaxud məhsulun öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident sərəncam imzaladı


Azərbaycan Prezidenti İlham Əliyev Masallı rayonunun Ləngan–Əhmədli–Təklə–Köcəkli, Bala Təklə–Şərəfə və Öncəqala–Hüseynhacılı–Viləş–Xallıcalı–Dəlləkli–Qədirli avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı sənədə əsasən, əlli bir min nəfər əhalinin yaşadığı 27 yaşayış məntəqəsini birləşdirən Ləngan–Əhmədli–Təklə–Köcəkli, Bala Təklə–Şərəfə və Öncəqala–Hüseynhacılı–Viləş–Xallıcalı–Dəlləkli–Qədirli avtomobil yollarının tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.8-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 14,6 milyon (on dörd milyon altı yüz min) manat ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
UN DEYİL.. QOĞAL DA OLMAYIB: "Çörək Tofiq"in gerçək nağılı - İLGİNC İDDİALAR

Ulu Öndər 2003-cü ildə Tofiq Hüseynli haqqında nələr dedi… Gəlin görək haqqında bəhs etmək istədiyimiz Tofiq Hüseynli kimdir, nəçidir..? Məsələyə bir az uzaqdan başlayaq. Qısaca, onu qeyd edək ki, əslən Qubadlıdan olan bu adam 1982-ci ildə Sumqayıt çörək-qənnadı kombinatında sex rəisi işləyib, 1992-ci ildə bu müəssisənin bazasında yaradılan səhmdar cəmiyyətin sədri seçilib.
Fikir verdinizmi, bu adam heç kombinatın direktoru da işləməyib, sadəcə sex rəisi olub, amma bir neçə il sonra Sumqayıt boyda şəhərin çörək kombinatını ələ keçirib, guya səhmdar cəmiyyət yaradıb-filan.. Həm də neçənci ildə…1992-ci ildə…Cəbhəçilərin vaxtında.. 1992-ci ildə heç özəlləşməyə düz əməlli start verilməmişdi, amma bu adam dövlətin və xalqın mülkiyyətini qısa vaxtda ələ keçirə bilib…
Bu gün Tofiq Hüseynlidən soruşan lazımdır ki, çörək kombinatındakı digər yüzlərlə səhmdarın haqqını neylədin..? Onlar həmin kombinatda illərlə can qoymuşdular…Onların haqqını necə yedin..? Yeri gəlmişkən, Ulu Öndər 2003-cü ildə Sumqayıtda keçirdiyi müşavirədə demişdir ki, Sumqayıtda özəlləşdirmədə ciddi problemlər olub… Bu məsələyə bir azdan qayıdacağıq.
Sözümüzün canı odur ki, bu adam o boyda çörək kombinatını zəhmətlə qazanmayıb, sadəcə ələ keçirib. İndi hər yerdə halallıqdan danışır… Bu hələ harasıdır..?
Normal təhsili, savadı olmayan Tofiq Hüseynli 2000-ci ildə 40 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputat seçilmiş və II çağırış Milli Məclisin üzvü olmuşdu. Sözün düzü, belə bir adamın deputat olması özü bir möcüzə idi və növbəti seçkidə seçicilər onu baykot etdilər.
“Çörək Tofiq” hər yerdə deyir ki, 1993-cü ildə Qubadlılar qaçqın düşəndə hamısına iş vermişəm, çörək vermişəm və s. Birincisi, adam verdiyini deməz, ikincisi, sən çörək verən idinsə, kombinatın işçilərini niyə çörəksiz qoyurdun..? Biz hələ Tofiq Hüseynlinin Sumqayıtda çörək satışını inhisara almasından danışmırıq.
Bu adam Bakıdan gətirilən çörəklərə qadağa qoyub. Adama deyərlər ki, sən kimsən, nəçisən inhisar yaradırsan..? Yuxarıda qeyd etdiyimiz kimi Ulu Öndər 2003-cü ildə Sumqayıtdakı müşavirədə Tofiq kimilərin yaxşıca dərsini vermişdi. Xatırlatma üçün qeyd edək ki, həmin müşavirədə Sumqayıtın o zamankı deputatları Tofiq Hüseyli, Xıdır Alovlu, Sumqayıt Şəhər İcra Hakimiyyətinin o zamankı başçısı Təvəkkül Məmmədov, “Azərkimya”nın rəhbəri Fikrət Sadıqov, iş adamı Zaman İsgəndərov da iştirak edirdi.
Ulu Öndər çıxışında qeyd edirdi ki, bizə Təvəkkül Məmmədov haqqında anonim məktublar daxil oldu. Nə bilim, o pis işləyir, vəzifəsini icra edə bilmir, haradasa gedib katibəsinin toyunda kefli olubdur, neyləyibdir. Bəli, digər tərəfdən, guya o, narkotik qəbul edir, nəşə çəkir və s. Sonra Ulu Öndər qeyd edir… Mənə deyiblər, Sumqayıtda bir neçə qrup var, onların əlində böyük kapital var. Onlardan biri Fikrətdir, biri Tofiq Hüseynlidir, bir neçə başqaları da var. Zaman var.
Deyirlər bütün ticarət, 30 ildir Sumqayıtın ticarəti onun əlindədir. Sovet vaxtında olub, indi özəlləşdirilib, hamısı əlindədir. Ümumiyyətlə, burada özəlləşmədə böyük səhvlər var.
Deyirlər ki, burada olan obyektlərin böyük bir hissəsini Fikrət Sadıqovun qoyumları özəlləşdirıblər. Başqa bir hissəsini Tofiq Hüseynli özəlləşdiribdir. Başqa bir hissəsini Zaman İskəndərov özəlləşdiribdir… Tofiq Hüseynlinin bir dəstə qohumu işləyir. Bir dəstə də Zaman İskəndərovun qohumu işləyir və başqalarının qohumları işləyir. Başqa adamlara yer yoxdur!
Bunların həm biznesdə böyük imkanları var, həm də böyük vəzifədədirlər.
Bu vəzifələrdən, bu imkanlardan istifadə edərək, eyni zamanda, bütün qohum-qardaşlarını vəzifələrə doldurublar. Bəs, başqa adamlar kənarda qalır axı. Niyə, nədən ötrü? Fikir verinizmi, Ulu Öndər təkrar-təkrar Tofiq Hüseynlinin adını çəkir, onun neqativ əməllərindən danışır…
Amma bu gün Tofiq Hüseynli özünə “Çörək Tofiq” ləqəbi götürüb, özünü hacı Zeynalabdin Tağıyevin davamçısı hesab edir və s. Ancaq tanıyanlar Tofiq Hüseynlinin kim olduğunu, hansı əməllərə sahib olduğunu gözəl bilirlər.
P.s. Növbəti yazılarımızda Tofiq Hüseynlinin, Zaman İskəndərovun və onların qohumlarının haqqında Ulu Öndərimizin fikirlərinə uyğun olaraq daha böyük araşdırma yazısı dərc edəcəyik, bizi izləyin.
Gündəlik Bakı
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Buralara da ƏL GƏZDİRİLƏCƏK... - İLGİNC İDDİALAR...

Səkinə Sadıqovanın pulun hesabına təpiklə açdığı qapılar artıq onun üzünə bağlanıb… 2019-cu ildən Sumqayıt Səhiyə Şöbəsinin müdiri, hazırda Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıqova barəsində yazmaq istəyərkən qeyri-ixtiyari yada “dəlilik kağızı” düşdü. Xatırlatma üçün qeyd edək ki, el arasında dəlilik kağızı deyilən hal, səhiyyədə, 9-B, yəni xəstəliklər cədvəlinin 22-C maddəsini nəzərdə tutur.
Məlumat üçün qeyd edək ki, xəstəliklər cədvəlinin 22-C maddəsinə görə xəstə bilinən adama nəinki vəzifə tutmaq olmaz, bu şəxslər hec hərbi xidmətə aparılmır, hətta bu şəxslərə avtomobil sürməyə icazə verilmir. Yəqin oxucuda “dəlilik kazğızı”nın nə olduğu barədə müəyyən təsəvvür yarandı. Çoxsaylı oxucularımız düşünə bilər ki, bunun, yəni 9-B-nin, “dəlilik kağızı”nın Səkinə Sadıqovaya nə dəxli..?
Xatırlatma üçün qeyd edək ki, 250 mindən artıq əhalisi olan Sumqayıt şəhərinin səhiyyəsinə, ( indi isə Allah qoymasa həm də Abşeron və Xızı rayonlarının ) rəhbərlik edən Səkinə Sadıqovanın ruhu dispanserdə müalicə olunması barədə xəbərlər yayılır, amma Səkinə Sadıqova bircə dəfə də bu xəbəri təkzib etməyib. Səkinə Sadıqova özü də kollektiv arasında deyir ki, “Mən vergiliyəm”, guya buna “vergi verilib”. Bütün bunlar onu göstərir ki, bu boyda vəzifəni daşıyan şəxsin ƏQLİNDƏ problem var. Adamın yadına lap molla ilə qarı məsələsi düşür. Molla qoca qarının süd verməyən inəyinə süd duası yazır və qarı da sevinir. Sonra məlum olur ki, molla dua əvəzinə qarının ünvanına “SALAM” göndərib. İndi Səkinə Sadıqova da həmin qoca qarının durumuna düşüb. Və vəziyyətdən çıxmaq üçün ora-bura çabalayır, ağlına gələni danışır...
Bəli, Səkinə Sadıqova son zamanlar hər yerdə deyir ki, mənim istənilən qədər pulum da var, yuxarıda oturan adamlarım da... Səkinə deyir ki, qoy Hesablama Palatası, Maliyyə Nazirliyi, Hüquq-Mühafizə Orqanları özlərini yorub barəmdə yoxlamalar aparmasınlar, materiallar toplamasınlar, pulum da var, adamım da, verib məsələni həll edəcəm. Hətta Səkinə Sadıqova məclislərdə deyir ki, PUL KİMDƏDİRSƏ, QANUN DA ONUN TƏRƏFİNDƏDİR. Səkinə Sadıqovanın bu sayıqlaması, Azərbaycan dövlətinə, dövlətçiliyinə qara yaxmaqdır. Bu hələ harasıdır..?
Səkinə Sadıqova ölkə mediasına da ironiya ilə mesaj göndərir ki, nə qədər yazırsınız yazın, yazdıqlarınız elə kağız üzərində qalacaq. Səkinə Sadıqovaya demək istəyirik ki, bütün sivil dünyada media-mətbuat 4-cü hakimiyyət hesab edilir, ay Səkinə...bu sənin üçün mollanın duası-zad deyil ee... Səkinə Sadıqova az qala rəsmi qurumları ittiham edir ki, onlara lazım olan pulu verirəm, hətta deyir ki, mediaya da pul vermək istədim götürmədilər...
Bütün bunlar onu göstərir ki, Səkinə Sadıqova ölkə səhiyyəsinə sanki bazar kimi yanaşır, üzr istəyirik, özünü sanki bazar adamı kimi aparır... Səkinə Sadıqova doğrudan da dövlət məmuru adına yaraşmayan ifadələrdən istifadə edərək bildirir ki, istənilən qapını təpiklə açıram, TƏBİB-də, Hüquq-Mühafizə Orqanlarında ən yüksək vəzifədə işləyən dostlarım var...
Bir sözlə, Səkinənin hərəkətləri, davranışı, danışdıqları normal ağılın məhsulu deyil. Bu adam deyir ki, pulun varsa, nə istəyirsən elə, səni həbs etmək istəyənləri qapına gətir, qapının dalında saxla, sonra da haqqını ver...vəssəlam... Səkinə Sadıqovaya deyirik ki, müdriklər deyib kİ, yerin də qulağı var, ay Səkinə, danışdıqların gərəkən ünvana çatar, gəlib sənin əlini-qolunu bağlayıb, elə öz kabinetindəncə apararlar. Dilini dinc saxla, ay Səkinə...
Səkinə Sadıqovaya deyirik ki, özün də görürsən ki, bu yazıda sənin şəhid ailəsini incitməyin, bayram günlərində işçilərin əmək haqqını kəsməyin, 3 milyon dövlət vəsaitini mənimsəməyin, belindəki 713 min dollarlıq kəmər barədə, haqqında Cinayət Məcəlləsinin 3 maddəsi ilə cinayət işinin başlanması, keçirdiyin saxta tenderlər, Təcili Yardım Stansiyasının sürücülərindən işə qəbul üçün aldığın 10 minlər... Təcili yardım maşınlarına ayrılan yanacağı, ehtiyat hissələrini satdırmağın, 300 minlik şəhərin səhiyyəsinə dövlətin ayırdığı dərman preparatlarını özəl apteklərdə satdırmağın, dövlətin quruma verdiyi 100 kömpüterin içini sökərək qiymətli metal kimi satmağın və s barədə yazmadıq. Bilirsən niyə..? Çünki bu əməllərin barədə artıq dövlət qurumları xəbər tutublar. Və yəqin ki, yaxın zamanda layiq olduğun məkana səni aparacaqlar. Çünki sən cəmiyyət və ictimaiyyət üçün təhlükəlisən. Təkcə rüşvətə və korrupsiyaya görə yox, həm də AĞIL probleminə görə... 9-B-nin səni xilas edəcəyinə də ümid etmə...
Artıq səni Səhiyyə Nazirlıriyinin ( Teymur Musayev), TƏBİB-in ( Vüqar Qurbanov, Araz Nəsirov ) rəhbərliyi də xilas edə bilməyəcək, çünki sənin həmin məclisdə danışdığın söhbətlərdən hamının xəbəri var. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
SOCAR Ukraynaya 20 ton yanacaq verib

Dövlət Neft Şirkəti (SOCAR) Ukraynaya 20 ton yanacaq verib.

Bu barədə SOCAR məlumat yayıb.

Ukrayna tərəfinin müraciəti nəzərə alınaraq, Prezident İlham Əliyevin tapşırığına əsasən, müvafiq humanitar yardım məqsədilə SOCAR Ukraynanı 20 ton yanacaqla təmin edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabahdan əmlakını sığortalamayanlar cərimələnəcək?


"Bəzi sığorta şirkətləri mənzillərə xəbərdarlıqlar göndərərək əmlakını sığortalmayanların iyunun 1-dən cərimələcəyini bildiriblər. Bu məsələ ilə bağlı müraciətlərin sayının çox olduğunu nəzərə alaraq bildirmək istərdik ki, mənzillərin icbari sığortası ilə bağlı xəbərdarlıqlar rəsmi deyil. Qanunvericilikdə mənzilini icbarı sığorta etdirməyənlər üçün cərimələr nəzərdə tutulsa da, bu cərimələr artıq xeyli müddətdir ki qüvvədədir, yəni onun 1 iyun tarixi ilə heç bir əlaqəsi yoxdur".

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, Bakıdakı ev və mənzillərin illik sığorta haqqı 50, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40, digər şəhər və rayonlarda isə 30 manatdır:

"Müvafiq olaraq, paytaxtdakı mənzillərə 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindəki mənzillərə 20 min, digər şəhər və rayonlardakı mənzillərə isə 15 min manat sığorta təminatı verilir. Daşınmaz əmlakın icbari sığortasına dair qanun hələ bir neçə il əvvəl qüvvəyə minməsinə baxmayaraq sığorta haqqının yığılmasında çətinliklər qalmaqdadır. Daşınmaz əmlakın təxminən 80 faizə yaxını hələ də sığortasızdır. Nəticədə icbari sığortadan istifadə edilmədiyi üçün əmlaka fərqli səbəblərdən ziyan dəyən zaman ödənişlər həyata keçirilmir. Halbuki, icbari sığortadan istifadə əmlaka dəymiş ziyanın şirkət tərəfindən qarşılanmasına gətirib çıxara bilər".

Deputat qeyd edib ki, sığorta mexanizminin təkmilləşdirilməsinə ehtiyac var:

"Elə əmlaklar var ki, onlar mütəmadi sığorta olunurlar, həmin əmlaklara ziyan dəymir. Belə əmlaka ziyan dəymədiyi üçün illərlə sığortadan istifadə etmirlər. Hazırda əmlakın sığortalanmasında fiks-vahid tariflər tətbiq olunur. Məsələn, iki vətəndaş əmlakını sığortalayıbsa, onlardan biri son beş ildə sığortadan istifadə etməyibsə, digər vətəndaş isə əmlakını sığortalayıb, son beş ildə iki dəfə sığorta hadisəsi baş veribsə, yenə də hər iki vətəndaşın sığorta haqqı eynidir. Buna görə də sığorta hadisəsi baş verməyən əmlaklar üçün daha aşağı tariflərin müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Bu, təbii olaraq imkan verəcək ki, həm vətəndaşlar daha geniş şəkildə sığortadan istifadə etsinlər, həm də əmlakına ziyan dəyməyən, sığorta hadisəsi baş verməyən vətəndaşımız əmlaka görə daha az sığorta tarifi ödəsin".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazirlik əməkdaşının ölkədən çıxışına qadağa qoyulur – Maraqlı faktlar


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Gəlirlər Baş İdarəsi Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun baş meneceri Kəmalə Rasim qızı Rasimli barəsində məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatına verilib.

Bildirilir ki, məhkəmə iddiası vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar qaldırılıb.

Kəmalə Rasimli həm də sahibkardır…

Zoologiya İnstitutunun baş meneceri Kəmalə Rasimli həm fiziki şəxs (VÖEN – 1001630942), həm də hüquqi şəxsin rəhbəri kimi vergi ödəyicisidir.

Kəmalə Rasimlinin rəhbərlik etdiyi hüquqi şəxsin – “Aysberq KMT” MMC-nin (VÖEN-1003279381) hazırda (23.05.2023-cü il tarixinə) dövlət büdcəsinə 27 min 898 manat 35 qəpik vergi borcu olduğu bildirilir.

Məlumat üçün bildirək ki, “Aysberq KMT” MMC 24.02.2014-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 5 manat olan bu şirkətin hüquqi ünvanı “Binəqədi rayonu, Süleyman Sani Axundov, ev 2A, m. 25”də yerləşir.
2021-ci ildə Bakı Dövlət Universiteti (BDU) tərəfindən elan olunan 4 tender müsabiqəsinin (Açıq tender) qalibi “Aysberq KMT” MMC olub və tenderlərin ümumi dəyəri 127 min 652 manat 10 qəpik olub.

“Aysberq KMT” MMC aşağıda qeyd olunan beynəlxalq konfranslar üçün BDU-ya iş və xidmətlər təqdim edib:

– Lütfi Zadənin 100 illiyinə həsr olunan “Qeyri-səlis məntiq və tətbiqləri” mövzusunda beynəlxalq elmi konfrans – 23 min 523 manat,
– “Fizikada müasir trendlər” mövzusunda beynəlxalq elmi konfrans – 44 min 648 manat 70 qəpik,
– “Hüquq” mövzusunda beynəlxalq elmi konfrans – 34 min 281 manat 40 qəpik,
– “Nizami Gəncəvi 880” mövzusunda beynəlxalq elmi konfrans – 25 min 199 manat.

Tenderlə bağlı diqqət çəkən məqam odur ki, “Aysberq KMT” MMC-yə məxsus olduğu bildirilən “iceberg.az” saytında bu şirkətin tərcümə işlərilə məşğul olduğu göstərilib. Tərcümə Mərkəzi kimi fəaliyyət göstərən MMC-nin BDU-ya müxtəlif məhsullar satması, həmçinin xarici qonaqlara otel və nahar xidmətləri göstərməsi üçün hansı təcrübəyə sahib olduğu bilinmir.

Kəmalə Rasimli əvvəllər də işlədiyi qurumun – AMEA-nın tenderlərində qalib olub

Qeyd edək ki, “Aysberq KMT” MMC müvafiq sahədə heç bir təcrübəsi olmadığı halda (rəsmi saytlarında elə yazılıb – red.) ötən ilin noyabr-dekabr aylarında AMEA İşlər İdarəsinə 48 min 216 manatlıq yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlər satıb.

Halbuki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması lazımdır.

Diqqət çəkən başqa bir məqam isə odur ki, “Aysberq KMT” MMC-nin qanuni təmsilçisi Rasimli Kəmalə Rasim qızı daha əvvəl “Binəqədi rayonu, Süleyman Sani Axundov, ev 2, m. 25”də qeydiyytda olan “Servis və Supley Ltd” MMC adlı şirkətin də direktoru olub.

Bu şirkət isə bu ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi tərəfindən keçirilən 129 min 964 manatlıq tender müsabiqəsinin qalibi olub.

Kəmalə Rasimli daha sonra şirkətin qanuni təmsilçiliyindən ayrılıb. Dövlət Vergilər Xidmətinin reyester məlumatlarından belə görünür ki, tender müsabiqəsi keçirilən zaman MMC-nin qanuni təmsiçisi Kəmalə Rasimli olub. Daha sonra MMC-nin həm qanuni təmsilçisi, həm də hüquqi ünvanı dəyişdirilib. Hazırda “Servis və Supley Ltd” MMC-nin qanuni təmsilçisi Həbibova Aytəkin Rasim qızıdır. Hüquqi ünvanı isə “Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 59K, m. 390”da yerləşir.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndində açıq şəkildə yazılıb ki, satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilatı asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir.

Amma göründüyü kimi, satınalan təşkilat olan AMEA-nın keçirdiyi tender müsabiqəsinin qalibi olan podratçı şirkətin

– “Service and Supply Ltd.” MMC-nin direktoru AMEA-dan əmək haqqı alan vəzifəli şəxsdir.
Məlum olduğu kimi, Zoologiya İnstitutu daha əvvəl AMEA-nın tərkibində olub.

Kəmalə Rasimli onu məhkəməyə verən qurumun da tenderini udub

Ötən ilin dekabr ayında İqtisadiyyat Nazirliyinin keçirdiyi tender müsabiqəsinin qalibi isə fiziki şəxs Kəmalə

Rasimli Rasim qızı olub. Kəmalə Rasimli İqtisadiyyat Nazirliyinə tərcümə xidmətləri göstərəcək və qarşılığında 21 min 616 manat alacaq.

Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən Kəmalə Rasimli vergi borcunun olduğunu təsdiqləyib və əlavə edib ki, hazırda məhkəmə prosesi davam edir: “Məhkəmə prosesinin sonunda məlum olacaq ki, vergi borcum var, yoxsa-yox. Əgər məhkəmə vergi borcumun olduğunu təsdiqləyərsə əlbəttə ki, ödəyəcəyik”.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Günay Bank" müflis elan edildi

Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 16-da lisenziyasını ləğv etdiyi “Günay Bank” ASC müflis elan edilib.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Bakı Kommersiya Məhkəməsi qərar qəbul edib.

Qərara əsasən, Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin olunub. Fond əhalinin qorunan əmanətlərinin ödənilməsinin vaxtı və yeri barədə məlumat verəcək.

Xatırladaq ki, “Günay Bank” ASC-nin lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdu. AMB “Günay Bank”ın məcmu kapitalının müəyyən edilmiş tələbdən - 50 milyon manatdan, məcmu kapitalının adekvatlıq əmsalının isə 3%-dən az olmasını, cari fəaliyyətinin etibarlı və prudensial qaydada həyata keçirilməməsini əsas gətirərək “Banklar haqqında” qanuna əsasən, onu bazardan kənarlaşdırıb, bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan I rübdə Qarabağa 1 milyard manatdan çox pul qoyub

Bu ilin I rübündə Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına 1 milyard 067 milyon manat vəsait yönəldib.

Oxu.Az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin dövlət büdcəsində sözügedən məqsədlə nəzərdə tutulmuş 3 milyard manat vəsaitin 35,5 %-i deməkdir. Həmin vəsait sifarişçi təşkilatların müvafiq layihələr üzrə təqdim etdiyi kassa sifariş sənədləri əsasında istifadə olunub.
Rüblük xərcləmələrin 1 milyard 042,5 milyon manatı avtomobil yollarının layihələndirilməsi və tikilməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, 13 milyon manatı işğaldan azad olunmuş ərazilərdə suvarma sistemlərinin yaradılması məqsədilə “Azərbaycan Meliorasiya və Su Təsərüffatı” ASC-nin, 6 milyon manatı işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi məqsədilə Minatəmizləmə Agentliyinin, 5,5 milyon manatı isə digər zəruri infrastrukturun yaradılması məqsədilə müvafiq icraçıların payına düşüb.

Hesabat dövründə sifarişçi təşkilatların müvafiq layihələr üzrə təqdim etdiyi kassa sifariş sənədləri əsasında dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin (2 milyard 650,4 milyon manat) 10,2 %-i və yaxud 269,2 milyon manatı xərc edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şirkətə ayrılan investisiyanın dövlət proqramının məqsədinə tam uyğun olmadığı məlum olub


Hesablama Palatası “AzerGold” QSC tərkibində törəmə şirkətə ayrılan investisiyanı “dövlət proqramın”ın məqsədlərinə tam uyğun olmadığını hesab edir.

Banker.az xəbər verir ki, Hesablama Palatasının bülleteninin 2023-cü il üzrə birinci nömrəsində qeyd edilir.

Palata qeyd edir ki, “Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” 13 iyul 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus səhmlərinin investisiya müsabiqəsi vasitəsilə satışı üsulu ilə özəlləşdirilməsi haqqında qərar qəbul edilib.

Lakin Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2020-ci il tarixli 2245 nömrəli Sərəncamı ilə müvafiq Sərəncamda dəyişiklik edilib, “Daşkəsən Filizsaflaşdırma” ASC-nin ləğv edilməsi ilə bağlı qərarı əsasında 05 oktyabr 2020-ci il tarixində “Daşkəsən Filizsaflaşdırma” ASC ləğv edilərək 14 dekabr 2020-ci il tarixindən “AzerGold” QSC tərkibində törəmə hüquqi şəxs qismində “Daşkəsən Dəmir Filiz” MMC təsis edilib.

Buna baxmayaraq, 2021-ci ildə “Daşkəsən Dəmir Filizi” MMC-yə 9 milyon 600 min manat maliyyə dəstəyi ayrılmış və 100% həcmində istifadə edilib.

“Beləliklə, qeyd edilən vəsaitin ayrılması “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın məqsədlərinə tam uyğun olmayıb”– deyə, Palata qeyd edir.

II Dövlət Proqramının əsas məqsədi:

-“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsini həyata keçirməkdən;

-iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi və rəqabət mühitinin formalaşdırılması əsasında milli iqtisadiyyatın səmərəliyini yüksəltməkdən;

-bazar münasibətlərinin iqtisadi əsası kimi özəl mülkiyyətçilər təbəqəsini genişləndirməkdən;

-iqtisadiyyata investisiyalar, o cümlədən xarici investisiyalar cəlb etmək yolu ilə onun inkişafına nail olmaqdan;

-dövlət əmlakını dövlət özəlləşdirmə çeklərinə satmaqla özəlləşdirmə prosesinə əhalinin maksimum geniş təbəqələrini cəlb etməkdən;
– I Dövlət Proqramı çərçivəsində özəlləşdirmə üçün açıq elan edilmiş müəssisə və obyektlərin özəlləşdirilməsini başa çatdırmaqdan ibarətdir.

Qeyd edək ki, “Daşkəsən” dəmir filizi sahəsində 6 yataq mövcuddur: “Şimal-şərq”, “Şimal-qərb”, “Cənub-şərq”, “Cənub-qərb”, “Dəmirov”, “Dardərə”.

XƏBƏR LENTİ

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?