Ölkənin cənub rayonlarından olan Cəlilabadda kartof yığımına başlanılıb. Yanvar və fevral aylarında əkilən və parnikdə yetişdirilən kartof bitkisinin satışına başlanılıb. Bir çox sakinlər kartoflarını may ayında satacaqlarını desələr də, satışa hazır olduğunu deyən sahibkarlardan kartofunu satanlar da var.
Yeni çıxan kartofun klosu isə 80 qəpikdir. Sakinlər Moderator.az-a bildiriblər ki, buna səbəb rus rublunun aşağı düşməsidir. Əgər rus rublunun qiyməti aşağı düşərsə, xaricə ixrac olunan kartofun da qiyməti ucuz olacaq. Bu isə sakinlərin ürəyincə deyil. Onlar ümid edirlər ki, min bir əziyyətlə yetişdirdikləri kartoflarını münasib qiymətə satacaqlar.
Xatırladaq ki, son zamanlar Cəlilabadda çiyələk, üzüm, qarğıdalı, sarımaq və kartof sahələri genişlənir. Rayonun əkinəcək üçün çox əlverişli torpağı var.
zamantv.az
Zamantv.az