Əhalinin cərimələrə münasibəti necədir? – STM araşdırıb

17:03 25.08.2020 434
Əhalinin cərimələrə münasibəti necədir? – STM araşdırıb
Sosial Tədqiqatlar Mərkəzi "Pandemiya ilə mübarizədə dövlətin anti-böhran siyasəti ictimai rəydə” mövzusunda ictimai rəy sorğusu keçirib.

Azərbaycan dövlətinin koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində formalaşdırdığı antiböhran strategiyası, müvafiq dövlət siyasətləri ictimai rəy əsasında qiymətləndirilir. Bir-birini tamamlayan strateji qərar və tövsiyələrə əsaslanan antiböhran siyasəti ilə bağlı vətəndaş rəyinin öyrənilməsi bu istiqamətdə hesabatlılığın təmin edilməsi və gələcək qərarlar üçün istinad məqsədi daşıyır.

Analitik hesabatda dövlətin yaxın dövrdə pandemiyanın makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə həyata keçirdiyi təxirəsalınmaz sosial dəstək tədbirlərindən məmnuniyyət göstəriciləri ictimai rəy əsasında qiymətləndirilir.

Ölkələr üzrə karantin qaydalarının pozulmasına görə tətbiq edilən cərimələr xüsusi karantin rejiminin tələblərini pozanlara qarşı 28 fevral tarixli qərara əsasən qanunun tələblərinə uyğun şəkildə cərimə, yaxud inzibati qaydada həbs tədbirləri həyata keçi- rilməyə başlanıb. Bu məqsədlə Milli Məclis tərəfindən İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklər və dövlət başçısı tərəfindən imzalanan "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllə- sində dəyişiklik edilməsi haqqında” Fərmana əsasən, inzibati xə- talar haqqında işlərə baxmaq səlahiyyəti Daxili İşlər Nazirliyinə həvalə olunub.


İnzibati Xətalar Məcəlləsinə 17 mart tarixli dəyişikliyə əsasən ölkədə epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin qaydalarının pozulmasına görə fiziki şəxslərin 100 manatdan 200 manatadək, hüquqi şəxslərin 2000 manatdan 5000 ma- natadək, vəzifəli şəxslərin 1500 manatdan 2000 manatadək məbləğdə cərimə olunması, yaxud işlərin hallarına görə xəta törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs olunması nəzərdə tutulub. 2 iyun tarixində sözügedən Məcəlləyə karantin rejimində qoruyucu vasitələrdən istifadə olunmaması ilə bağlı yeni cərimə növləri əlavə olunub.

Belə ki, qoruyucu vasitələrdən istifadə olunmamasına görə fiziki şəxslərin 50 manat, vəzifəli şəxslərin 100 manat, hüquqi şəxslərin 200 manat məbləğində cərimə olunması təsdiqini tapıb.

Həmçinin qayda pozuntusunun bir il ərzində təkrar törədilməsi halında fiziki şəxslərin 100 manat, vəzifəli şəxslərin 200 manat, hüquqi şəxslərin 400 manat cərimələnməsi nəzərdə tutulub. Lakin karantin qaydalarına əməl olunmamasına dair faktların dinamikasındakı yüksəliş qeyd olunan cərimə miqdarlarının artırılması ilə nəticələnib. Beləliklə, İnzibati Xətalar Məcəlləsinə 29 iyun tarixin- də edilən dəyişikliklə qeyd olunan cərimə miqdarlarının iki misli miq- darında artırılması öz təsdiqini tapıb.

Səhiyyə şokunun minimumlaşdırılması istiqamətində həyata ke- çirilən məqsədyönlü tədbirlərin effektivliyinin artırılması istiqamətində karantin qaydalarına riayət olunması əhəmiyyətli bir faktordur. Cəmiyyətin sosioloji strukturu, davranış və stimullarını nəzərə ala- raq bu istiqamətdə qayda pozuntularının minimumlaşdırılması və sosial həmrəyliyin təşviqi antiböhran idarəçiliyinin mühüm tərkib elementi kimi dəyərləndirilməlidir.

İndiki halda mümkün mənfi kənar təsirləri azaltmaq istiqamətində karantin qaydalarının pozulmasına görə tətbiq edilən cərimələr və onların miqdarına ictimai münasibətin öyrənilməsi də tədqiqatın əsas prioritetlərindən biri kimi xarakterizə edilə bilər.

Belə ki, karantin qaydalarını pozan şəxslərin cərimələnməsi təşəbbüsünə respondentlərin mövqeyi müvafiq olaraq 79.6% müsbət, 17.5%-lik göstərici ilə mənfi kimi xarakterizə edilə bilər. Sonrakı sorğu mərhələsində tətbiq olunan cərimə miqdarları ilə bağlı müna- sibət isə fərqli trendlə müşahidə edilir. Nəticələrə əsaslanaraq qeyd edə bilərik ki, cərimə miqdarlarını müsbət qiymətləndirən respondentlər ümumi rəyi öyrənilənlərin 55.9%-ni təşkil etdiyi halda əks mövqedən çıxış edənlər 37.4%-lik göstərici ilə təmsil olunurlar.

Son mərhələdə keçirilən sorğu nəticələri isə cərimə miqdarlarının təkrar artırılmasının 67% respondent tərəfindən müsbət qiymətləndirildiyini göstərir. Maraqlı məqam ondan ibarətdir ki, cəmiyyətdə karantin rejiminin tələblərini pozanlara qarşı cərimələrin tətbiq edilməsinə münasibət müsbət olduğu kimi (79.6%) cərimə miqdarlarının artırılmasına da münasibətdə müsbət mövqe üstünlük təşkil edir.

– Birinci qrupa aid olan (Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu) respondentlərin 57.3%-i karantin rejimini pozan şəxslərə tətbiq olunan cərimə miqdarı ilə bağlı qərarları müsbət qiymətləndirdiyi halda digər şəhər və rayonları özündə cəmləşdirən ikinci qrup respondentlərin 54.8%-i sözügedən istiqamətdə verilmiş qərarları müsbət qiymətləndirib.

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən pandemiya ilə mübarizə çərçivəsində dövlətin antiböhran siyasətinin demək olar ki, bütün mərhələlərində verilmiş qərarlara ic-timai rəy öyrənilərək müvafiq nəticələr təsbit edilib.

Koronavirus (COVID-19) pandemiyasının inkişaf trayektoriyası ilə bağlı fərqli optimist və pessimist ssenarilər əsasında qarşıdakı mərhələlərdə veriləcək strateji qərarlar, həyata keçiriləcək qabaqlayıcı tədbirlər və dövlətin sosial-iqtisadi dəstək təşəbbüsləri sözügedən ictimai rəyin nəticələrinə əsaslanmaqla antiböhran idarəçiliyi üçün xüsusi əhəmiyyət kəsb edə bilər.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ