Sahil Babayev yanlış əlillik təyinatlarından DANIŞDI

15:23 17.06.2020 417
Sahil Babayev yanlış əlillik təyinatlarından DANIŞDI
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlillik və reabilitasiya məsələləri ilə bağlı işçi qrupunun videokonfrans formatında iclası keçirilib.

Qurumdan Anews.az-a verilən məlumata görə, iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sosial sahədə aparılan islahatların əlillik və reabilitasiya sahələrini də əhatə etdiyini vurğulayıb. Nazir bildirib ki, əlilliyin qiymətləndirilməsi və tibbi-sosial reabilitasiya sistemlərinin şəffaflaşdırılması, bu sahələrdə aşkarlığın təminatı və inzibatçılığın təkmilləşdirilməsi, mütərəqqi təcrübələrdən irəli gələn meyarların tətbiqi üçün müvafiq işlər davam etdirilir.

S.Babayev deyib ki, "Əlilliyin müəyyən olunması meyarları”nın layihəsi hazırda razılaşdırma prosesindədir və bu meyarlar əlilliyin qiymətləndirilməsində əmək qabiliyyətinin itirilməsi faizinin əsas götürülməsini nəzərdə tutan yeni keyfiyyət dəyişikliyi yaradacaq. Həmçinin əlilliyi olan şəxslərin reyestri, bu kateqoriyadan olan vətəndaşların abilitasiyası, dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması ilə bağlı qaydaların və s. normativ aktların layihələri də hazırlanır.

Nazir "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun təkmilləşdirilməsi üçün qanuna əlavə və düzəlişlərlə bağlı yeni təkliflərin də hazırlanmaqda olduğunu deyib.

S.Babayev yanlış əlillik təyinatlarının da aşkar edilərək ləğv edilməsi işlərinin davam etdirildiyini qeyd edib. O, bu il əsaslı təmir və yenidənqurma işlərindən sonra yeni reabilitasiya müəssisələrinin açılmasının nəzərdə tutulduğunu bildirib.

İclasda əlilliyin qiymətləndirilməsi üzrə ümumi icmal, statistik məlumat təqdim edilib, bununla əlaqədar, habelə yeni qanunvericilik layihələri və islahatlar, innnovasiyalar və təkmilləşdirmələrlə bağlı müzakirələr aparılıb.

Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin fəaliyyətinin təkmilləşdirilməsinə dair görülən işlər, əlilliyi olan şəxslərin reabilitasiyası sisteminin səmərəli təşkili, bərpa mərkəzlərinin maddi-texniki təchizatının gücləndirilməsi və müasirləşdirlməsi məsələləri nəzərdən keçirilib.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ

17:54

Ov mövsümü hamı üçün bitib? - Restoranlar çöl quşlarından kabab təklif edirlər - VİDEO

17:10

Bir ailənin 6 üzvü qəzada ÖLDÜ

16:09

Bakıda liftdən meyit tapıldı

15:02

Braziliya tarixinin 10 ən yaxşı hücumçusu

14:40

Heydər Əliyev Fondunun tiktirdiyi məktəb binasından şagirdlər yenidən qəzalı binaya qaytarılır - FOTO/VİDEO

13:42

Rayondan Bakıya gələnləri təhqir edən aktrisaya sərt cavab - QALMAQAL

12:32

Rayonlara qar yağdı - Faktiki hava

12:03

AYNA bu dəfə də bizləri sevindirəcək... - AMMA NECƏ...

11:30

"Ucar xəstəxanasında insanları öldürürlər" - MÜRACİƏT

10:49

“Azəriqaz”dan absurd şəhid ailəsi ayrıseçkiliyi - Bu nə təfəkkürdür?

10:07

Elektromobillərə maraq durmadan artır: Bazara necə təsir göstərəcək?

09:46

Sabahdan tətil başa çatır