Dövlət Neft Fondu ilin sonuna kimi $4 млрд satmaq niyyətindədir

22:32 6.04.2020 426
Dövlət Neft Fondu ilin sonuna kimi $4 млрд satmaq niyyətindədir
Son dövrlər baş verən hadisələrlə bağlı Azərbaycan Respublikası Dövlət Neft Fondu barədə ictimaiyyəti maraqlandıran bir sıra məqamları nəzərə alaraq Fond cəmiyyəti narahat edən əsas sualları cavablandırıb:

1. Cari ilin yanvar-mart ayları üzrə Dövlət Neft Fondunun xərcləri illik xərclərin 40% səviyyəsində icra olunub. Xərclərin ilin sonuna kimi mövcud dinamika ilə artması gözlənilirmi?

ARDNF-nin 2020-ci il üzrə büdcəsi təsdiq edilərkən büdcədə xam neftin bir barel üzrə qiyməti 55 ABŞ dolları səviyyəsində götürülmüş və buna uyğun olaraq ARDNF-nin gəlirləri 12 384,1 mln. manat (7 284,8 mln. ABŞ dolları) və xərcləri 11 589,9 mln. manat (6 817,6 mln. ABŞ dolları) səviyyəsində proqnozlaşdırılmışdır.

Cari ilin yanvar-mart ayları üzrə neft və qazın satışı ilə bağlı ARDNF-yə ümumilikdə 2 219 mln. ABŞ dolları, o cümlədən mənfəət nefti və qazının satışından 1 763 mln. ABŞ dolları həcmində vəsait daxil olmuşdur və neftin xalis orta qiyməti 59 ABŞ dolları təşkil etmişdir. Bununla yanaşı, həmin dövr üzrə ARDNF-nin xərcləri 2 763 mln. ABŞ dolları ( 4 697 mln. manat) təşkil etmişdir. Xərclərin cari ilin birinci rübündə çox olması həmin dövr ərzində valyuta bazarında tələbin əvvəlki dövrlərə nisbətən daha çox olmasından istifadə edilərək dövlət büdcəsinə transfertlərin daha tez yerinə yetirilməsi ilə izah oluna bilər. Lakin qeyd etmək istərdik ki, ARDNF-nin 2020-ci il üzrə büdcə xərclərinin büdcədə təsdiq olunan səviyyədə icra olunacağı proqnozlaşdırılır və bu çərçivədə də təxminən 4 milyard ABŞ dolları həcmində vəsaitin hərraclar vasitəsilə satışa çıxarılacağı gözlənilir.


2. Belə olan halda, yəni cari ilin ilk rübü ərzində Dövlət Neft Fondunun xərclərinin icrası gəlirlərini üstələdiyini nəzərə alaraq bu Fondun investisiya portfelinə necə təsir etmişdir? Hansı azalmadan söhbət gedir və ya hansısa vəsaitlərin məcburi satışı baş vermişdirmi?

Qeyd etmək istərdik ki, ARDNF-nin büdcə proqnozları illik əsasda təsdiq olunur və nəzərdə tutulan büdcə ili üzrə icra səviyyəsi həmin ilin müəyyən dövrlərində müxtəlif olur. Belə ki, il ərzində həm dövlət büdcəsinin tələbindən, həm də valyuta bazarında tələbin dəyişməsindən asılı olaraq öhdəliklərin aylar üzrə eyni həcmdə icra olunmaması mümkündür. Bununla yanaşı, xam neftin dünya bazarındakı qiymətlərindən asılı olaraq il ərzində müxtəlif dövrlərdə Fondun gəlirlərinin dinamikası fərqli templə arta bilər. Beləliklə, neftin qiymət faktorundan və xərclərin müxtəlif dövrlərdə fərqli icra olunmasından asılı olaraq ARDNF-nin aktivlərinin il ərzində hansısa dövrün sonuna ya artması, ya da azalması müşahidə oluna bilər. Lakin bundan asılı olmayaraq, Fondun xərcləri üçün illik yuxarı hədd müəyyən edildiyindən, fərqli aylarda icra fərqli olsa da, ARDNF-nin illik büdcə öhdəliyi dövlət büdcəsində təsdiq olunan səviyyədən yüksək ola bilməz. Bir sözlə ARDNF-nin vəsaitlərindən əldə edilən gəlirləri istisna etsək, Fondun vəsaitlərinin hər ilin sonuna olan səviyyəsinə təsir edən tək amil neftin dünya bazarlarındakı qiymət tempidir.



Məlum olduğu kimi, hər il ARDNF-dən dövlət büdcəsinə müəyyən edilmiş həcmdə transfertlər həyata keçirilir və Fond da öz növbəsində bu xərcləri qarşılamaq üçün ən azı həmin məbləğ qədər çox qısa müddətli aktivləri investisiya portfelində saxlayır. Bununla yanaşı ARDNF-nin vəsaitləri həm də ölkə iqtisadiyyatı üçün xarici şoklar zamanı "təhlükəsizlik yastığı” rolunu oynayır və dövlət büdcəsində yarana biləcək fiskal kəsirin örtülməsində istifadə edilir. Bunu nəzərə alaraq ARDNF-nin vəsaitlərində heç bir zərərə səbəb olmadan dərhal istifadə edilə biləcək yüksək keyfiyyətli likvid alətlər önəmli hissəni təşkil edir. Belə ki, Fondun aktivlərinin 70%-ə qədərini borc öhdəlikləri və pul bazarları alətləri portfeli təşkil edir. Mart ayının sonuna yalnız ABŞ dollarında ifadə olunan aktivlərdə gəlir əldə edilən nağd vəsaitlərin həcmi təxminən 4 milyard ABŞ dollarına bərabərdir. Bununla yanaşı, təkcə ABŞ dollarında ifadə olunan istiqraz portfelində yalnız əsas məbləğin qaytarılmasına görə təqribən 2,4 milyard ABŞ dolları həcmində nağd vəsait ARDNF-yə daxil olacaqdır. Bir daha qeyd edirik ki, ARDNF-nin öhdəliklərinin yerinə yetirilməsi istiqamətində investisiya portfelinə daxil edilən aktivlərin heç bir zamansız və məcburi satışına ehtiyac yoxdur.


3. Dünya maliyyə bazarlarındakı dalğalanmalar ARDNF-nin portfelinə necə təsir edir?

Təbii ki, bugün dünya iqtisadiyyatında, eləcə də beynəlxalq maliyyə bazarlarında baş verənlər ARDNF-nin də daxilolmalarına və investisiya portfelinə təsirsiz ötüşmür. Bugün ARDNF-nin investisiya portfelinin 80%-dən çoxu yüksək likvid və daha az qiymət dəyişkənliyi ilə xarakterizə olunan sabit gəlirli qiymətli kağızlar və qızıldan ibarətdir ki, məlum olduğu kimi bu aktivlər də böhran dövrlərində daha etibarlı alətlər hesab olunurlar. Bir daha qeyd edirik ki, beynəlxalq maliyyə bazarları dünya iqtisadiyyatının güzgüsüdür. Əgər bugün bütün dünyada insanlar daha az məhsul və xidmətlər istehlak edirlərsə, şirkətlər bunun müqabilində öz istehsal imkanlarından daha az istifadə edirlərsə, bu o deməkdir ki, onların gəlirləri azalır və nəticə etibarilə də bu onların birjada kotirovka olunan səhmlərinin qiymətinə təsir edir. Həmin səhmlər də bugün demək olar ki, bütün institusional investorların portfellərinin tərkib hissəsidir. Digər suveren fondlar kimi ARDNF-nin də investisiya portfelində bu dalğalanmalar qısamüddətli qiymət dəyişkənliyindən yaranan realizə edilməmiş müvəqqəti zərər kimi öz əksini tapacaqdır və Fondun informasiya siyasətinə uyğun şəkildə ictimaiyyətə çatdırılacaqdır.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:19

12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... - Nələr var, nələr...

13:38

Londonda 85 milyonluq məhkəmə işi ilə gündəm olan deputatın oğlu Bakıda obyekt tikir - DETALLAR

13:33

İcra başçısı üçün 57 minə xidməti avtomobil -Seymur Orucov maşınını yeniləyir

11:50

Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər?

11:08

Elm və Təhsil Nazirliyinin ŞÜBHƏLİ qrant müsabiqəsi - Pullar paylanıb, ancaq…

10:29

Türkiyənim Azərbaycandakı səfirinin qardaşı oğlu DƏLƏDUZ ÇIXDI - TƏFƏRRÜAT

10:06

"Azpetrol" məntəqələrində TOTAL TƏFTİŞ... - İnsanların həyatı təhlükəyə atılıb!

21:50

Ramazanın doqquzuncu gününün duası - İmsak və iftar vaxtı

18:51

Tenderə nəzarət edən dövlət qurumunun özü qanunsuz tender keçirir? – FOTOFAKT

18:26

" “Istanbul NS Klinikası Baku”nun cəlladları anamı öldürdülər!!!" - Jurnalist ÜSYAN ETDİ

17:35

Ağacları qırıb yerinə beton tökdülər - AXI NİYƏ?

16:58

“Bundan sonra bura Zəfər meydanıdır”

16:40

Prezident xalqı təbrik etdi

16:09

Şahbuzda müəllimlərin 7-ci sinifdə oxuyan qıza qarşı VƏHŞİLİYİ... - BU NƏDİ BELƏ?!

15:29

Ruhi elə bilir ki yardım paylayıb deputat olacaq... - VİDEO

14:36

Vergi Xidməti bu müəmmanı açacaqmı? - Bir ünvanda qeydiyyata alınmış onlarla MMC-nin arxasında kimlər durur

13:56

Dələduzluq edən sabiq bələdiyyə sədri ilə bacısı yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT

13:03

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib

12:36

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub - İLGİNC İDDİALAR...

11:50

"Bura gələndə özünüzlə yemək gətirin..." - GİLEY

10:57

Qazaxda diş həkimi azyaşlı xəstəni DÖYDÜ - Valideynlərinin GÖZÜ QARŞISINDA...

10:14

"Bəs sonra sizi mənim əlimdən kim alacaqdı?" - ETİRAZ

23:23

Müqayis Verdiyevin dələduzluğ əməli İFŞA OLUNDU – Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar…

17:02

Azərbaycan təhsilində kitab vəsaiti PROBLEMİ: - "Dərsliklər ali məktəbə hazırlıq üçün predmet deyil, məktəblini..."

16:03

Təhməzovun “OVQAT”I NİYƏ KORLANMIR? - İLGİNC İDDİALAR...

12:00

Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı QANUNSUZ ƏMƏLLƏRİ... - ŞOK İDDİA

11:30

Azərbaycanda insanlar daha çox taksi, avtobus, yoxsa metrodan istifadə edirlər? - VİDEO

11:00

Bakıda yeni hava limanı tikilir - Video

10:40

Kurskda PUA hücumu təhlükəsi elan edildi

10:20

Rusiyadakı seçkiləri diqqətlə izləyirik - Kirbi

10:00

Əhalinin DİQQƏTİNƏ! Təhlükəli mesajlar göndərilir

23:54

Ramazanın altıncı günü: İftar və imsak vaxtları

23:32

"Qarabağ"a qollar vurdu, həftənin ən yaxşısı oldu

18:56

Sabunçuda SİRLİ-SEHİRLİ inşaat işləri... - Hamı görür, amma kimsənin xəbəri yoxdur...