Əmanətlərin tam sığortalanması müddəti martın 4-də başa çatıb. Təxminən 2 həftədir ki, bu məsələdə boşluq yaranıb. Bu boşluq aradan qaldırılan kimi "Atabank"ın əmanətçilərinə pullarını geri götürmək imkanı yaradılacaq.
Zamantv.az xəbər verir ki, bunu Real Tv-yə müsahibəsində Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
Baş bankir bildirib ki, Azərbaycanda "Əmanətlərin tam sığortalanması haqqında" Qanunun müddətinin bu il dekabrın 4-nə qədər uzadılması barədə qanun qüvvəyə minən kimi "Atabank" ASC ilə bağlı işə baxılacaq.
Rüstəmov bu bankdakı əmanətlərin 100% qorunduğunu və onlarla bağlı hər hansı problemin olmadığını bildirib:
"Atabank"la bağlı narahatlıq var və bunun da obyektiv səbəbi mövcuddur. "Əmanətlərin tam sığortalanması haqqında" Qanunun müddəti uzadılan kimi işə başlayacağıq. Bu məsələ hər gün hökumətdə müzakirə edilir", - deyə Rüstəmov qeyd edib.
Zamantv.az