Beynəlxalq maliyyə qurumları Azərbaycanda ilk tərəfdaş olaraq Unibank KB-nı seçdi!

14:47 31.01.2020 589
Beynəlxalq maliyyə qurumları Azərbaycanda ilk tərəfdaş olaraq Unibank KB-nı seçdi!
Bir sıra Avropa maliyyə inistitutlarının və inkişaf hökumətlərinin səhmdar payı olan
Frontclear maliyyə bazarları inkişaf şirkəti və nüfuzlu TCX maliyyə təşəbbüsləri fondu Azərbaycan bank sektorunda ilk çatdırılmayan forvard (NDF) sazişini "Unibank”la bağlayıb.

Bu saziş, "Unibank”a öz müştərilərinin valyuta risklərini minimuma endirmək və korporativ müştərilərinin uzunmüddətli maliyyə mənbələrinə çıxış imkanlarını daha da genişləndirməyə imkan yaradacaq.

Saziş Beynəlxalq Svop və Derivativlər Assosiasiyasının (ISDA) 2002 Master Agreement şərtlərinə uyğun olaraq həyata keçiriləcək.

"Unibank KB” ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov nüfuzlu Frontclear şirkəti və TCX fondu ilə tərəfdaşlığın bankın müştəriləri üçün yeni imkanlar yaradacağını vurğulayıb: "Biz çox şadıq ki, NDF sazişi "Unibank”ın strategiyasında vacib hədəflərdən olan yerli biznesin maliyyələşdirməsində yeni imkanlar açacaq. Bu razılaşma korporativ müştərilərimizi sərfəli və az riskli olan maliyyə vəsaitləri ilə təmin etməyə daha çox şərait yaradacaq. Bununla da Unibank real sektorun inkişafına dəstəyini bir qədər də artırmaq imkanı əldə edəcək”.
Frontclear şirkətinin böyük vitse-prezidenti Andrey Şinkeviç saziş haqda fikirlərini bildirib: "Biz ilk sövdələşməmizi Azərbaycanda həyata keçirdiyimizdən və "Unibank”ın nümunəsində Azərbaycan bankına xarici NDF bazarına çıxışında əsas rol oynayan bazanın yaradılmasında iştirakımızdan qürur duyuruq. Saziş qlobal bazar oyunçularının ölkədə hüquqi riskləri azaltmaq imkanlarını gücləndirir və gələcəkdə Azərbaycanın pul bazarlarının inkişafı üçün meyar müəyyənləşdirir”.

TCX Maliyyə Fondunun baş vitse-prezidenti Jerome Pirose təmsil etdiyi qurumun bu müqavilədə tərəfdaşlığından məmnun olduğunu bildirib: "Frontclear" kredit və hüquqi risklərin aspektlərinə böyük diqqət ayırdığından, bu tərəfdaşlıq TCX-yə partyorluq münasibətlərinin gələcəkdə inkişafı üçün birbaşa qarşılıqlı əlaqə imkanı yaradır”.

Frontclear haqqında

Frontclear, Niderland Krallığında təsis edilən, sabit və inklüziv pul bazarları ilə məşğul olan maliyyə inkişaf şirkətidir. Onun investorları əsasən Avropa maliyyə qurumları və inkişaf hökumətləridir. Milli valyutadakı aktivlərin girov idarə etmə məqsədləri üçün istifadə olunacağı təqdirdə, qarşı tərəfin kredit riskini ödəmək üçün kredit zəmanəti verməklə, Frontclear EMDC (Economically More Developed Country) bankları üçün qlobal və yerli banklararası bazarlara çıxış imkanı yaradır. Bundan əlavə, Frontclear sağlam pul bazarlarının inkişafına yönəlik texniki yardımlar da təklif edir. Bu günədək 13-dən çox ölkədə 900-dən çox borclu və tənzimləyiciyə təlim verib, mərkəzi banklar və yerli benefisarlarla onlarla partnyorluq sazişinə imza atıb.
Unibank haqqında

Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Azərbaycanın ən böyük özəl banklarındandır. Dünyanın ən böyük maliyyə qurumlarından olan AYİB "Unibank”ın əsas səhmdarlarından biridir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Hazırda Unibank 1 milyondan çox fərdi və korporativ müştəriyə xidmət göstərir. 27 ildən artıq mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.

TCX haqqında

TCX Fondu Amsterdamda korporativ bazası və ofisləri olan, 80-dən artıq maliyyə bazarında uzun müddətli valyuta svopları və ekspedisiyaları təklif edən qlobal inkişaf maliyyə təşəbbüsüdür. Bir sıra beynəlxalq maliyyə inistitutları tərəfindən yaradılan Fond, 2007-ci ildə fəaliyyətə başlayıb və o vaxtdan bəri 3000-dən çox tranzaksiya üzrə ümumi həcmi 6,5 milyard ABŞ dolları olan hedcləmə alətləri əməliyyatı həyata keçirib. Bu gün fondun sərhəd bazarlarının 60 valyutasında 4 milyard ABŞ dollarından çox pulu var. Bu vasitə ilə Fond beynəlxalq bazarlarda iştirakı məhdud ölkələrin beynəlxalq kapital bazarına çıxışını təmin edir.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU