[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Danimarka Futbol İttifaqı FIFA-dan çıxa bilər


Danimarka Futbol Assosiasiyası dünya çempionatında LGBT nümayəndələrinə dəstək məqsədilə kapitan sarğılarının qadağan edilməsi ilə bağlı qalmaqal fonunda FİFA-dan çıxmaq imkanını müzakirə etməyə hazırdır.

Bu barədə qurumun rəhbəri Yesper Meller bildirib.

O, FİFA-nın Qətərdə keçirilən turnirlərdə “One Love” yazısı olan kapitan sarğılarını qadağan etməsinin Danimarka Futbol Assosiasiyasının “qəzəbinə səbəb olduğunu” deyib.

“FIFA-dan mümkün çıxış ilə bağlı qərar indi verilməyib. Biz bunu avqust ayından Skandinaviya regionunda müzakirə edirik”, - Meller vurğulayıb.

Oun sözlərinə görə, Danimarka bu məsələdə özbaşına hərəkət etsə, problemlər yarana bilər.

“Gəlin görək dialoq qura bilərikmi? FİFA-ya inamı necə bərpa etmək barədə düşünməliyik. Biz nə baş verdiyini qiymətləndirməliyik və sonra strategiya hazırlamalıyıq, o cümlədən skandinaviyalı həmkarlarımızla birlikdə”, - Meller qed edib.

Futbol funksioneri bəyan edib ki, Danimarka qarşıdan gələn seçkilərdə FİFA-nın hazırkı prezidenti Canni İnfantinonu dəstəkləməyəcək.

Mənbə: sportrbc.ru
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mahir Emreli erməni təxribatına belə cavab verdi - Video


Xorvatiya çempionatının 17-ci turu çərçivəsində keçirilən “Dinamo” – “Riyeka” matçı zamanı meydançanın kənarında isinmə hərəkəti edən Mahir Emreli erməni təxribatı ilə üzləşib.

“Riyeka”nın azarkeşlərindən Emreliyə “Qarabağ Ermənistandır” deyərək təxribata əl atıb.

Mahir isə meydana girib qol vurduqdan sonra həmin azarkeşə tərəf qaçaraq ona hərbi salam verib. Bununla da Emreli azarkeşə cavab göndərib.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Mançester Yunayted”dən Ronaldu ilə bağlı AÇIQLAMA


İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Kriştianu Ronaldunun "The Sun" nəşrinə verdiyi qalmaqallı müsahibə ilə bağlı bəyanat yayıb.

Portuqaliyalı hücumçunun ittihamlarına bütün faktlar nəzərdən keçirildikdən sonra cavab veriləcəyi bildirilib.

"Hazırda əsas məqsədimiz mövsümün ikinci yarısına hazırlaşmaq, oyunçular, agentlər, heyət və azarkeşlər arasında qurulan inamı və birliyi qoruyub saxlamaqdır", - bəyanatda vurğulanıb.

Qeyd edək ki, 37 yaşlı forvard müsahibəsində "Mançester Yunayted"in ona xəyanət etdiyini söyləyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mübariz Mənsimov yeni klub yaratdı – Fan klublara vəsait ayrıldı və tapşırıq verildi: Sərt olun

“Ölkə futbolunda “Xəzər Lənkəran” futbol klubu tarix olduqdan sonra bu adda klublar yenidən yaradıldı. Azərbaycanda futbol komandası yaratmaq asan məsələ olsa da, ayaqda tutmaq isə çox çətindir. Mübariz Mənsimov zamanında rəhbərlik etdiyi “Xəzər Lənkəran”dan sonra indi də “Xəzər Lənkəran 42” komandasını yaratdı. Mənsimov əvvəlkindən fərqli olaraq indi görünmək istəmir”.

Bu barədə Gələcək Azərbaycan Partiyasının sədr müavini Aslan Həmidli məlumat verib.

Mübariz Mənsimov yeni klub yaratdı – Fan klublara vəsait ayrıldı və tapşırıq verildi: Sərt olun
Mübariz Mənsimov yeni klub yaratdı – Fan klublara vəsait ayrıldı və tapşırıq verildi: Sərt olun

A.Həmidlinin sözlərinə görə, “Xəzər Lənkəran”ın keçmiş direktoru Höccət Hacıyev “Xəzər Lənkəranın 42”nin rəhbəri olduğunu bəyan edərək fan klublarla görüşlərə başlayıb: “Hər həftə restoranlarda azərkeşləri dəvət edib prosesə qoşmaq istəyirlər. Hər fan klubla görüşdə maliyyə dəstəyinin Mübariz Mənsimov olduğunu vurğulayan Höccət müəllim əsl başqanın Mübariz olduğunu hər görüşdə təkrar edir. Bununla iş bitirmi? Əlbəttə, xeyr. Mübariz müəllim fan klublara tapşırıq verib. Əvvəlkindən daha sərt olun. Açığı mən bunu başa düşmədim. Ağlıma isə “Xəzər Lənkəran” azərkeşlərinin polis əməkdaşlarına və Daxili Qoşunların əməkdaşlarına xəsarətləri yadıma düşdü. Artıq prosses başlayıb. Fan klublara vəsait ayrılıb. Onların hər birinin xərcləri qarşılanacağı sözü verilib. Araşdırılmalıdır bu pulun mənbəyi haradır. Axı illərdir digər şəxslər “Xəzər Lənkəran”ın adı altında yeni komanda qursa da, maliyyə səbəbindən ayaqda saxlaya bilməyiblər. Azərbaycanda futbolun inkişafının tərəfdarıyam. Amma kimlərsə öz şəxsi maraqları naminə istifadə edəcəksə, belə futbol olmaz olsun…Tanrı bizi qorusun”.

H.Hacıyevin də mövqeyini dərc etməyə hazırıq.Pravda.az

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanın daha bir cüdo hakiminin kateqoriyası yüksəlib


Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər komitəsinin üzvü Arzu Acalova A kateqoriyasına yüksəlib.

Federasiyadan verilən məlumata görə, referi buna Avstraliyanın Pert şəhərində Beynəlxalq Cüdo Federasiyasının (IOC) imtahanında nail olub.

Acalova 27-29 oktyabrda böyüklər arasında Açıq Okeaniya turnirində görüşləri idarə edib. O, həm nəzəri, həm də praktiki imtahanı yaxşı nəticə ilə başa vurub.

Qeyd edək ki, cari ildə ACF-in hakimlər üzrə meneceri Mətin Rəhimli və hakimlər heyətinin üzvü Nazim Umbayev A kateqoriyasına yüksəliblər, Bəhriyyə Hüseynova və Elşad Əsədov isə B kateqoriyalı hakim statusu qazanıblar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanlı atıcıdan tarixi qələbə - Son 20 ildə ilk dəfə


Azərbaycanlı atlet atıcılıq idmanı tariximizə düşəcək qələbə əldə edib.

Atıcımız Nigar Nəsirova Misirin Qahirə şəhərində keçirilən Atıcılıq üzrə Dünya Çempionatında bürünc medal qazanıb.

Nigar Nəsirova 5,6 kalibrli tapançadan 50 metr məsafəyə atəş üzrə 3-cü yerə çıxıb. Qadınlar arasında fərdi yarış növündə azərbaycanlı atlet 539 xal toplayıb.

Qeyd edək ki, Dünya Çempionatında bu idman növündə son qələbəmiz 2002-ci ildə olmuşdu.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Saçları açıq yarışan iranlı idmançı itkin düşüb?


Cənubi Koreyada keçirilən çempionatda saçı açıq dırmaşan iranlı idmançı Elnaz Rekabi İran rəsmiləri ilə görüşdükdən sonra itkin düşüb.

Rekabinin ailəsi və dostları bazar ertəsi yüksəlişdən sonra İran rəsmisi ilə görüşdüyünü deyən idmançı ilə əlaqə saxlaya bilmədiklərini açıqlayıblar. Ailəsi Rekabinin təhlükəsizliyindən narahat olduqlarını bildiriblər.

Bu gün İranın Seuldakı səfirliyi Rekabinin Tehrana qayıtdığını açıqlayıb. "Elnaz Rekabi çərşənbə axşamı səhər qayayadırmanma üzrə Asiya çempionatı başa çatdıqdan sonra Seuldan İrana yola düşüb. İran İslam Respublikasının səfirliyi Elnaz Rekabi ilə bağlı bütün yalan xəbərləri, yalanları və yalan məlumatları qəti şəkildə rədd edir", - deyə məlumatda bildirilir. Rеkabinin çadrasız, saçları açıq formada dırmaşması İrandakı etirazlara dəstək kimi şərh edilib və onun İrana erkən göndərildiyi bildirilib.
BBC Fars xidmətindən Rana Rəhimpur bildirib ki, Rekabinin birbaşa İrandakı həbsxanaya göndərildiyi güman edilir.Lakin instaqramda təsadüfən hicabını atdığını açıqlayan Rekabi komandası ilə birlikdə İrana qayıtdığını da əlavə edib və hamını narahat etdiyi üçün üzr istəyib. Tasnim xəbər agentliyinin sitat gətirdiyi qardaşının çıxışına görə, Rekabi "İran millisinin forması ilə yarışmağa davam edəcək".

İki il əvvəl iranlı şahmat hakimi Şöhrə Bayat Şanxayda keçirilən qadınlar arasında şahmat üzrə dünya çempionatında saçları açıq halda çəkilmiş fotolarını paylaşdıqdan sonra ölümlə hədələndiyini açıqlamışdı.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dünya çempionatına 3 milyona yaxın bilet satılıb


Bu il Qətərdə keçiriləcək dünya çempionatına indiyədək 3 milyona yaxın biletin satıldığı açıqlanıb.

Bu il noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək dünya çempionatına satılan biletlərin sayı açıqlanıb. Dünya Kuboku Əməliyyatlar Direktoru Colin Smith Qətərin paytaxtı Dohada keçirdiyi mətbuat konfransında bildirib ki, dünya çempionatına indiyədək 2,89 milyon bilet satılıb və ən çox bilet alınan ölkələr Qətər, ABŞ və Səudiyyə Ərəbistanıdır.

Beynəlxalq Futbol Assosiasiyaları Assosiasiyasının (FİFA) prezidenti Gianni İnfantino mətbuat konfransına videomüraciətində turnir üçün 240 min qonaqpərvərlik paketinin satıldığını bildirib. Qətər 1,2 milyon ziyarətçiyə ev sahibliyi edəcək.

Dünya Kuboku bu il ilk dəfə Yaxın Şərq ölkəsində keçirilərkən; Qətər turnirə ev sahibliyi edən ən kiçik ölkə olub. Qətərin təxminən 1,2 milyon ziyarətçiyə ev sahibliyi edəcəyi gözlənilir. Minlərlə azarkeşin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) turizm mərkəzi kimi qonşu ölkələrdə qalması və matçlar üçün Dohaya uçması gözlənilir, çünki Dohadakı bir çox otel nömrələri futbol komandaları, dəstək heyəti və Dünya Kuboku rəsmiləri tərəfindən istifadə olunacaq.
Qətər Dünya Kuboku Təşkilat Komitəsinin baş direktoru Yasir Əl Camal, bir gecədə 2 milyon otaq satıldığını bildirərək, Qətərin son dəqiqə bilet satışını qarşılamağa hazır olan 30 min daha otaq olduğunu söylədi.

Dünya Kubokunda 32 ölkə iştirak edəcək və Yaponiyanın noyabrın 7-də turnirə gələcək ilk komanda olacağı gözlənilir. 2018-ci ildə keçirilən turnirdə Fransa çempion olub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məmmədyarov Karlseni məğlub etdi


Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" onlayn şahmat seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində mübarizəyə start verib.

Məmmədyarov ilk görüşündə yarışın təşkilatçısı Maqnus Karlsenlə qarşılaşıb.

Ağ fiqurlarla oynayan “Şah” 45-ci gedişdə rəqibini təslim olmağa məcbur edib.

Bu gün ümumilikdə 4 oyun keçirəcək Məmmədyarovun növbəti rəqibləri polşalı Yan Kşiştof-Duda, niderlandlı Aniş Qiri və kanadalı Erik Hansen olacaq.

Qeyd edək ki, ümumi mükafat fondu 150 min dollar olan turnirin qrup oyunlarından sonra ilk səkkiz yeri tutacaq şahmatçılar pley-offa vəsiqə qazanacaqlar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türk azarkeşlər Ermənistan millisinin paylaşımına Azərbaycanla bağlı şərhlər yazdılar - FOTOLAR


AVRO-2024-ün seçmə mərhələsi üzrə D qrupunda Türkiyə və Ermənistan komandaları üz-üzə gələcəklər.

Ermənistan Futbol Federasiyasının tviter səhifəsi rəqiblərini salamlayıb. Bəzi türk azarkeşlər isə rəy bölməsində Azərbaycan və Türkiyə bayrağını paylaşıb, "Qarabağ Azərbaycandır" yazıblar.

Xatırladaq ki, Avropa çempionatının seçmə mərhələsinə 2023-cü ilin martında start veriləcək. D qrupunda mübarizə aparan Türkiyə millisinin rəqibləri Xorvatiya, Uels, Ermənistan və Latviyadır.

Bəzi maraqlı şərhləri təqdim edirik:
Türk azarkeşlər Ermənistan millisinin paylaşımına Azərbaycanla bağlı şərhlər yazdılar - FOTOLAR
Türk azarkeşlər Ermənistan millisinin paylaşımına Azərbaycanla bağlı şərhlər yazdılar - FOTOLAR
Türk azarkeşlər Ermənistan millisinin paylaşımına Azərbaycanla bağlı şərhlər yazdılar - FOTOLAR

AMİA.AZ

XƏBƏR LENTİ

16:50

Azərbaycanda yemək tenderi «çempionları» - 2 şirkətə 80 milyonluq sifariş

16:30

Göytəpə meşəsində "soyqırım": 20 gündə minlərlə ağac kəsilib - BU NƏDİ BELƏ?!

15:57

Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət cərimələnir

15:38

Talıbovların Naxçıvanda geridönüşü, yoxsa... - NƏ BAŞ VERİR?

14:35

“Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

14:06

Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! - Nazirə müraciə olundu

13:20

BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

12:48

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

12:05

Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

11:27

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

10:57

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR