[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İki güləşçimiz Avropa çempionu oldu - YENİLƏNİB


Azərbaycanın daha bir yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

72 kq-da çıxış edən Qurban Qurbanov finalda ukraynalı İrfan Mirzoyevə 8:0 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

67 kq-da yer alan Həsən Məmmədli isə 3-cü yer uğrunda qarşılaşmada bolqarıstanlı İvo İliyevə 8:10 hesabı ilə uduzaraq medalsız qalıb.

xxx

21:10

Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.

60 kq-da mübarizə aparan idmançı həlledici qarşılaşmada israilli Melkamu Fetene ilə üz-üzə gəlib.

Rəqibini 5:3 hesabı ilə məğlub edən Əliyev qitə çempionu olub.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Xasay Həsənli (77 kq) gümüş medal qazanıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Qarabağ” darmadağın etdi, Musa liderliyə yüksəldi


Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.

Çempionatın lideri "Qarabağ” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Səbail”i sınağa çəkib.

Premyer Liqanın məğlubedilməz komandası "Qarabağ” uğurlu seriyasını bu matçda da davam etdirib. Ağdamlılar qarşılaşmanın taleyini birinci hissədə həll ediblər. 24-cü dəqiqədə Elvin Cəfərquliyev hesabı açıb. Bundan 10 dəqiqə sonra Musa Qurbanlı fərqlənərək, qollarının sayını 18-ə çatdırıb və bombardirlər yarışında birinci pilləyə yüksəlib.

Julio Romao 53-cü dəqiqədə cərimə meydanı həndəvərindən mükəmməl zərbə ilə toru silkələyib. Bu, həm də qarşılaşmada vurulan sonuncu qol olub və "Qarabağ” meydanı 3:0 hesablı qələbə ilə tərk edib.

Qalibiyyət sayəsində Qurban Qurbanovun kollektivi xal ehtiyatını 68-ə çatdırıb. Autsayder "Səbail” isə 17 xalda qalıb.

Qeyd edək ki, turun "Kəpəz” – "Zirə” və "Turan Tovuz” – "Qəbələ” görüşləri 1:1 hesablı heç-heçə ilə nəticələnib, "Sabah” "Sumqayıt”ı 4 cavabsız qolla üstələyib. Tura martın 12-də keçiriləcək "Şamaxı” – "Neftçi” matçı ilə yekun vurulacaq.

Qaynarinfo
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu azarkeşlər Ermənistan yığması ilə səfər oyununa buraxılmayacaqlar

Türkiyəli futbol azarkeşləri AVRO-2024-ün seçmə mərhələsində milli komandalarının Ermənistan yığması ilə səfərdə keçirəcəyi oyuna buraxılmayacaqlar.

Bu barədə Ermənistan Futbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, UEFA-nın xüsusi qərarına əsasən, martın 25-də I tur çərçivəsində “Vazqen Sarkisyan” stadionunda baş tutacaq qarşılaşmada qonaq komanda azarkeş dəstəyi olmadan çıxış edəcək.

Qeyd edək ki, bu komandalar arasında Türkiyədəki oyun sentyabrın 8-də olacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“CBC Sport”da nə baş verir? - Kütləvi ixtisarlar başladı


“CBC Sport” kanalında işçilər kütləvi şəkildə ixtisar edilib.

Bu barədə işdən çıxarılan əməkdaşlar məlumat veriblər. Qeyd edilib ki, ilkin olaraq kanalın əsas departamentlərindən biri olan “Program Production” ləğv edilib, 12 əməkdaş işsiz qalıb.

Əməkdaşlar qanunsuz formada vəzifədən azad edildiklərini iddia edirlər. Belə ki, əksər işçilərin xidməti müqaviləsinə vaxtından əvvəl, öz razılıqları olmadan, heç bir xəbərdarlıq edilmədən xitam verilib. Onlar işdən çıxarıldıqlarını yalnız bu gün ofisdə olanda biliblər.

Rəhbərlik işçilərlə görüşmədən, tələsik olaraq onlarla yollarını ayırıb. Əlavə edilib ki, bu, son deyil. Digər departamentlərdə də bənzər işdənçıxarılmaların olacağı anonsu verilib.

Məlumat üçün bildirək ki, son günlər “CBC Sport”un rəhbəri Volkan Üst və digər rəhbər şəxslərin kanaldan ayrılacağı ilə bağlı informasiya yayılmışdı. Bu xəbərdən sonra isə rəhbərlik tərəfindən sıravi əməkdaşların vəzifədən azad edilməyi xeyli suallar yaradıb.

Məsələ ilə bağlı Volkan Üstlə əlaqə saxladıq. O, kütləvi ixtisarlarla bağlı xəbəri təsdiq edib: “Strukturda bəzi dəyişikliklər etdik”.

Kanal rəhbəri digər iddialara şərh vermək istəməyib.

Xatırladaq ki, Volkan Üst “CBC Sport” kanalına 2016-cı ildən rəhbərlik edir.

“Qafqazinfo”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan əsilli idmançı Rusiya çempionu oldu


Azərbaycan əsilli bədii gimnast Lala Kramarenko Rusiya çempionu olub.

18 yaşlı idmançı Moskvada keçirilən turnirdə halqa, top, gürz və lentlə hərəkətlərdə bütün rəqiblərini qabaqlayıb. Lala halqa ilə 40.45, topla 38.35, gürzlə 39.65, lentlə hərəkətlərdə isə 40.50 xalla birinci yeri tutub.

Gənc idmançı futbol üzrə Azərbaycan millisinin sabiq qapıçısı, yığmanın və Rusiyanın ÇSKA klubunun qapçılar üzrə məşqçisi Dmitri Kramarenkonun qızıdır.

18 yaşlı Lala komanda hesabında 2021-ci ilin Avropa çempionu olmaqla yanaşı, yeniyetmələr arasında üçqat dünya çempionudur.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Klopp “100-lər klubu”na qoşuldu

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının “100-lər” klubuna qoşulub.

Turnirin 1/8 finalında Madrid “Real”ına qarşı 1/8 final matçı (2:5) onun üçün 100-cü olub. Klopp bu saya çatan 8-ci mütəxəssisdir. 55 yaşlı çalışdırıcı “Liverpul”u 64, Dortmund “Borussiya”sını 36 ÇL matçına çıxarıb.

Turnirin Çempionlar Liqası adlandırılmağa başlandığı 1992-ci ildən bu yana ən yüksək göstərici “Mançester Yunayted”in sabiq baş məşqçisi Ser Aleks Ferqyusona məxsusdur – 202 oyun. Hazırda “Real”ın “sükançı”sı olan Karlo Ançelotti 186 matçla ikinci, uzun illər “Arsenal”da işləmiş Arsen Venger 184 görüşlə üçüncüdür.

“100-lər klubu”nda Pep Qvardiola (155 oyun), Joze Mourinyo (145 oyun), Mirça Luçesku (115 oyun) və Massimiliano Alleqri (100 oyun) də var.

Mənbə: iffhs.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənilər İsveç - Azərbaycan matçında təxribat törətməyi planlaşdırırlar


İsveçdəki erməni icmasının üzvləri martın 27-də futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu ölkənin Stokholm şəhərində keçiriləcək İsveç - Azərbaycan matçında təxribat törətməyi planlaşdırırlar.

Bu barədə “Report”a İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev məlumat verib.

Diaspor rəhbəri qeyd edib ki, bununla bağlı hazırda İsveçin hüquq-mühafizə orqanlarında işləyən, eyni zamanda Konqresin üzvləri olan dostları xəbərdarlıq ediblər:

“Bizə məlumat verdilər ki, Azərbaycanla oyuna bilet alıb təxribat törətmək, orada siyasi məsələləri qabartmaq istəyirlər. Bunların arasında azərbaycanlı ekofəalların Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirdikləri etiraz aksiyasını hədəf alan şüarlar da var. Həmçinin sosial şəbəkələrdə də yazırlar ki, ermənilər oyun üçün 100 bilet alıb separatçıların əsgi parçası ilə stadiona gəlmək, üzərində “Laçın yolu açılsın” yazılmış banner açmaq istəyirlər”.

Emil Mirzəyev vurğulayıb ki, artıq məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlayıblar:

“Səfirimiz - cənab Zaur Əhmədov başda olmaqla, bu məsələni qaldırdıq. İsveç qanunlarına görə, futbolda heç bir siyasi şüar ola bilməz. Bizim azarkeşlərimiz üçün ayrılmış sektora başqa ölkənin vətəndaşları bilet ala bilməzlər. İstəyirik ki, hüquq-mühafizə orqanları məsələni diqqətdə saxlasınlar. Həmçinin oyuna bir neçə gün qalmış İsveç Futbol Federasiyasında bu məsələni qaldırmaq istəyirik. Bilirsiniz ki, “Sabah”ın idman direktoru İqor Ponomaryov İsveçdə yaşayır. Onunla da danışmışıq. Ponomaryov mümkün təxribat barədə AFFA-ya məlumat verib ki, təhlükəsizlik məsələlərinə ciddi yanaşsınlar”.

O bildirib ki, İsveç Azərbaycanlıları Konqresi olaraq sözügedən oyuna ciddi hazırlaşırlar:

“Səfirimizin dəstəyi ilə görüşə maksimum dərəcədə çox insan cəlb etməyə çalışırıq. Ona görə də 115-ci, 116-cı, 117-ci və 118-ci sektorları azərbaycanlı azarkeşlərlə dolduracağıq. Hamımız doğma komandamıza bayraqlarla dəstək olacağıq. İsveçin bir çox şəhərlərində nümayəndələrimiz, dərnəklərimiz var. Konqres üzvləri, dərnək sədrləri öz adamları ilə paytaxta gələcəklər”.

Emil Mirzəyev xatırladıb ki, bu, ermənilərin ilk belə təxribat cəhdi deyil:

“2016-cı ildə Aprel döyüşləri olanda burada erməni diasporu ilə toqquşmamız oldu. Etiraz mitinqləri, maşın yürüşü təşkil etmişdik. Ermənilər də yolu bağlamışdılar. Bəzi soydaşlarımızın maşınlarını sındırmışdılar”.

Qeyd edək ki, martın 27-də Stokholmun Solna bölgəsindəki “Friends Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiyada dünya çempionu olmuş soydaşımız qətlə yetirilib - FOTO

Rusiya Federasiyasının Dərbənd şəhərində ciu-citsu döyüşü və kimano ilə qrapplinq yarışları üzrə dəfələrlə dünya çempionu olmuş soydaşımız Vidadi Mərdanov qətlə yetirilib.

Cinayət hadisəsi Dərbənd şəhərinin Qaqarin küçəsində baş verib.

Belə ki, Vidadi Mərdanov bir neçə şəxs tərəfindən söhbətə dəvət edilib.

Evindən küçəyə çıxan idmançıya odlu silahdan atəş açılıb.

Hüquq-mühafizə orqanları hücum edənlərin şəxsiyyətini müəyyən edə bilsələr də, onları saxlayıb istintaqa cəlb etmək hələlik mümkün olmayıb.

Axtarışlar davam etdirilir.
Rusiyada dünya çempionu olmuş soydaşımız qətlə yetirilib - FOTO

Mənbə: İzvestiya
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rus və ukraynalı futbolçular arasında əlbəyaxa dava - Video


Rusiyanın “Şinnik” və Ukraynanın “Minaj” klubun futbolçuları əlbəyaxa davaya çıxıblar.

Hadisə Antalyada yerləşən hotellərin birində baş verib.

Məlumata görə, dava rus futbolçulardan birinin hotel əməkdaşına kobud davranması nəticəsində baş verib. Davada bir neçə futbolçuda sınıq əmələ gəldiyi bildirilib.

Hadisədən sonra hər iki komanda hoteli tərk edib.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Qarabağ” “Gent”ə qarşı


“Qarabağ” bu gün Avropa Konfrans Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq.

Ağdam təmsilçisi Belçikanın “Gent” komandası ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna saat 21:45-də start veriləcək.

“Qarabağ”la “Gent” arasında cavab oyunu fevralın 23-də, Belçikada keçiriləcək.

Avropa Konfrans Liqası
1/16 finalın ilk oyunu
16 fevral

21:45. Qarabağ – Gent
Hakimlər: Məhəmməd Əl-Hakim, Fredrik Kliver, Robin Vilde, Boyan Pandziç (hamısı İsveç).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

XƏBƏR LENTİ

20:23

Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi

19:53

İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq”

19:01

Rusiya şirkəti Ramiz Mehdiyevin ailəsinə məxsus Bank "BTB"yə QARŞI - DETALLAR

18:49

16 saylı Ucar Ərazi İdarəsinin işçiləri Göyçay sakinini ölkə başçısından kömək istəməyə vadar etdi

17:00

Ucuz reklama əl atan özünə müğənni deyən Aynur Nəbiyeva kimdir?

16:41

BAKIDA NÖVBƏTİ DƏLƏDUZLUQ CİNAYƏTİ - "JEK"-in baş mühəndisnin oğlu 5 nəfəri aldatdı

16:15

" `Umico` market kimdir sizin rəhbər?.. Nə etmək istəyir?!!" - ETİRAZ

15:38

"AAAF İnşaat"dakı milyonluq yeyinti faktları haqda açıqlama verdi, işdən çıxarıldı - ŞİRKƏTİN KEÇMİŞ KOMENDANTINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT

14:54

“Oba” marketlərdə endirim saxtakarlığı - NARAZILIQ VAR...

14:28

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM

14:09

Bayram Səfərov keçirdiyi tenderdə oğlunu qalib elan edib

13:46

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

13:04

Baş həkimin qanunsuz obyektini KİMLƏR HİMAYƏ EDİR? - İDDİA

12:36

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

12:06

“Gümrü bazası Qarabağa köçürüləcək” iddiasının sirri - Moskva nəbz yoxlayır, yoxsa...

11:33

İmişlidə NONSENS: Keçmiş bələdiyyə sədri bələdiyyə möhürünü oğurlayıb, qaytarmır... - BU NƏDİ BELƏ?!

10:54

“İcra Hakimiyyətindən bizə deyirlər ki, hara şikayət etsəniz də, xeyri yoxdur” – EVLƏRİ DAĞILAN DAŞKƏSƏN SAKİNLƏRİ ÇADIRDA YAŞAMAĞA MƏCBUR EDİLİR / VİDEO

10:11

Sürücülərin ən çox şikayət etdiyi sığorta şirkətləri BƏLLİ OLDU - “Xalq Sığorta”, “Bakı Sığorta”, “AtaSığorta” liderdir...

09:39

Sabirabadda KÖRPÜ DƏLƏDUZLUĞU... - Rəsmilər HARA BAXIR?

09:17

“İST PETROL”-da benzinə görün nələr QATILIR - Təsadüf yoxsa REALLIQ?

16:33

"Azpulmat" məlumatlarınızı OĞURLAYIR: - Tətbiqin sahibini hansı CƏZA GÖZLƏYİR?

16:07

Ekspert: Hidrogen enerjisinə keçid siyasi təşəbbüslər tələb edir

15:24

Ənvər Əfəndiyevin “sağ əli” Firuz İsmayılov həbs təhlükəsi altında - İLGİNC

14:57

Böyük Britaniyada qanunsuz miqrant problemi – ermənilər krallıqdan qovulur

14:17

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub - TƏFƏRRÜAT

13:37

Onlar 4 aydır, əməkhaqqı ala bilmirlər - Naxçıvanda səhiyyə işçiləri də etiraz edir

13:13

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq

12:51

Məleykə Abbaszadə millətin gələcəyini və gəncliyini şikəst edir - FAKTLARLA...

12:24

İki əmlak oliqarxı Mətin Eynullayevə qarşı: Taleh Bəşirov və Eldəniz Qafarov prezidentə sabotaj içində

11:44

Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb – Qumarda uduzdu

11:12

Nazirlik "Siyəzən Broyler"də nöqsanlar aşkarlayıb - DETALLAR

10:34

14 saylı Ərazi İdarəsi sənəd SAXTALAŞDIRIR? - BU NƏDİ BELƏ?!

09:45

Bu gün akademik Zərifə Əliyevanın anım günüdür

09:25

"Şəki Suvarma Sistemleri İdarəsinin müdiri mənə qarşı QƏRƏZLİDİR..." - GİLEY