[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan millisinin məşqçisi: “Canni De Byazi qalmaq istəyirdi”

“De Byazinin gedişi mənim üçün sürpriz oldu. Çünki burada qalmaq, işinin davamını gətirmək istəyirdi”.

Bunu “Report”a açıqlamasında futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov baş məşqçi postundan ayrılan Canni De Byazi barədə danışarkən deyib.

53 yaşlı mütəxəssis italiyalı çalışdırıcının gedişinə üzüldüyünü etiraf edib:

“Üç ilə yaxın bir yerdə çalışdıq. Hər şeyi bir yerdə müzakirə edirdik, birgə qərar verirdik. De Byazinin yeni gəldiyi vaxtla indikini müqayisə etsək, fikrimcə, komandada yaxşıya doğru dəyişiklik var idi”.

A.Əsədov həmkarının AVRO-2024-ün seçmə mərhələsində Belçika ilə son matçın ardından azərbaycanlı jurnalistlər barədə nalayiq fikirlər səsləndirməsinə də münasibət bildirib:
“De Byazinin dünənki müsahibəsindən belə anlaşılır ki, bütün jurnalistləri nəzərdə tutmur. Ancaq istənilən halda bu cür danışmaq yolverilməzdir”.

O, milliyə yerli baş məşqçinin təyin olunmasının tərəfdarıdır:

“İstənilən yerli məşqçi üçün bu, böyük şərəfdir. Əlbəttə, hamı kimi, mənim üçün də bu, qürur olar. Uzun müddətdir burada olduğum üçün milliyə yaxşı bələdəm. Amma istənilən qərara hörmətlə yanaşacağam”.

Qeyd edək ki, Canni De Byazi 2020-23-cü illərdə Azərbaycan millisinə rəhbərlik edib. Yığma AVRO-2024-ün seçmə mərhələsində yeddi xalla yer aldığı F qrupunda dördüncü yeri tutub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AFFA-nın baş katibi: “Millidən ayrılmağı Canni De Byazi özü istədi”


“Gündəlikdə bir məsələ var idi - Canni De Byazinin hesabatının dinlənilməsi və gələcək taleyi ilə bağlı müzakirənin aparılması”.

Apasport.az xəbər verir ki, bu sözləri AFFA-nın Baş katibi Sərxan Hacıyev İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Sərxan Hacıyev millidən ayrılmaq barədə qərarın De Byazi tərəfindən verildiyini qeyd edib:

“Canni De Byazi iclasda iştirak etdi və qısa olaraq nəticələr barədə müəyyən məlumat verdi. Ondan sonra bildirdi ki, Azərbaycanda fəaliyyətini dayandırır və müqavilənin uzadılmamasını xahiş edir. Canni De Byazi dinlənildi və AFFA İcraiyyə Komitəsində müzakirə aparıldı. Son üç ildə onun vaxtında millinin nəticələri də nəzərə alındı. Ümumi məsələlər də müzakirə olundu və İcraiyyə Komitəsinin üzvləri tərəfindən də belə qənaətə gəlindi ki, müqavilə uzadılmasın. Bu o deməkdir ki, Canni De Byazi ilə müqavilə uzadılmayacaq”.

Sərxan Hacıyev millinin yeni baş məşqçisinin müəyyən olunması ilə bağlı bildirib ki, xüsusi işçi qrup yaradılacaq, orada İcraiyyə Komitəsinin müəyyən üzvləri təmsil olunacaqlar:

“Ehtimal var ki, kənardan da müəyyən mütəxəssislər cəlb olunsun və həmin işçi qrup tərəfindən baş məşqçi postuna təkliflər verilsin. Əlbəttə ki, detallı şəkildə hər bir amil nəzərə alınaraq, analiz olunacaq. Ondan sonra təkliflər İcraiyyə Komitəsində yenidən müzakirəyə çıxarılacaq və qərar veriləcək”.

O, iclasda millinin baş məşqçisinin yerli mütəxəssis olması məsələsinin də müzakirə olunduğunu deyib:
“İclasda bu barədə də fikir mübadiləsi aparıldı, İcraiyyə Komitəsinin üzvləri tərəfindən müxtəlif fikirlər səsləndirildi”.

Sərxan Hacıyev baş məşqçi məsələsinin yaxın bir-iki ay ərzində həllini tapa biləcəyini söyləyib.

Baş katib millinin yeni baş məşqçisinin yerli olması ehtimalının az olmadığını da vurğulayıb.

Sərxan Hacıyev Canni De Byazinin jurnalistlərin ünvanına səsləndirdiyi fikirlərin İcraiyyə Komitəsi tərəfindən birmənalı şəkildə pislənildiyini də deyib.

İcraiyyə Komitəsinin De Byazinin üç ildə yığmanın inkişaf etməsi barədə fikirləri ilə razılaşmadığını da diqqətə çatdıran Baş katib əlavə edib ki, İcraiyyə Komitəsi müqavilənin uzadılmamasına qərar verəndə, millinin De Byazinin rəhbərliyi altında göstərdiyi nəticələr də nəzərə alınıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Bayer”ə qarşı həddən artıq dinamik olmalıyıq - Qurbanov

“Bayer 04”ə qarşı həddən artıq dinamik çıxış etməliyik.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyanın “Bayer 04” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu ərəfəsində mətbuat konfransında deyib.

“Çox ciddi komandaya qarşı oynayacağıq. İlk görüşdə böyükhesablı məğlubiyyətə baxmayaraq, futbolçularımız ruhdan düşməyiblər. Matça heç də pis hazırlamamışıq. Hazırda Avropanın ən dinamik komandalarından biridir. Çox yaxşı oyun fəlsəfələri və bunu düzgün icra edən futbolçuları var. Rəqiblə tam tanış olduq, futbolçulara lazım olduğu qədər izah etdik. Sabah doğma azarkeşlərimiz önündə mübariz oyun göstərmək istəyirik. Oyunçularımızın bunu bacaracaqlarına şübhə etmirəm”, - Q.Qurbanov vurğulayıb.

O, 8 Noyabr - Zəfər Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib: “Hər kəsin bayramını təbrik edirəm. Bunun futbolçulara təsiri istər-istəməz olur, daha yaxşı oynamağa çalışırlar. Bəzən isə belə amillər oyunçulara əks təsir göstərə bilər. Həddən artıq aqressivlik mane ola bilər. Rəqibə uyğun oyun qurmalı və “Bayer 04”ün üstün cəhətlərinin qarşısını almalıyıq”.

Q.Qurbanov Leverkusendəki 1:5 hesablı məğlubiyyətlə müqayisədə bəzi dəyişikliklərin olacağını vurğulayıb:

“Həmişə öz oyunumuzu yaxşılaşdırmağı düşünmüşük. Əvvəlcə rəqibin oyununu pozmağa, sonra öz oyunumuzu göstərməyə çalışırıq. Bəzən bu alınmır. İstənilən halda cavab görüşlərində dəyişikliklər olur. Bu dəfə də matçın gedişində dəyişikliklər olacaq. İnanıram ki, bu, faydalı olar”.

Baş məşqçi mərhələ adlamaq üçün maksimum çalışacaqlarını deyib:

“Ötən mövsüm Konfrans Liqasının pley-offuna adladıq. Bəzən istədiyimiz alınmaya bilir. Amma bu o demək deyil ki, ilk oyunlarla müqayisədə sonrakı matçlara yaxşı hazırlaşmırıq. Komandanın optimal formada olub-olmadığı vaxtlar olur. Bu gün “Bayer 04”ü saymasaq, digər üç komandanın hər birinin mərhələ adlamaq şansı var. Şansımız varsa, bunu düzgün təhlil edib, daha yaxşı nəticələr qazanmağa çalışacağıq”.

Qeyd edək ki, noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ 04” - “Bayer” oyunu saat 21:45-də başlayacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransı təsis edilib

Oktyabrın 19-da Şuşa şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ədalət mühakiməsi və informasiya texnologiyaları: müasir çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib.

Türkdilli dövlətlərin Ali məhkəmələrinin sədrlərinin iştirakı ilə keçirilən konfransı açan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov qonaqları “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşa şəhərində salamlamaqdan məmnunluğunu ifadə edib. Sədr bildirib ki, Azərbaycan xalqının tarixində əvəzsiz xidmətlər göstərmiş dahi şəxsiyyət Heydər Əliyev Yeni Azərbaycanın memarıdır. Heydər Əliyevin fəaliyyəti Azərbaycanla məhdudlaşmır, beynəlxalq aləmdə böyük nüfuza malik bu dahi şəxsiyyət türk dünyasında, eləcə də qlobal proseslərdə də müdrik siyasəti ilə böyük iz qoyub. Ortaq dəyərlər üzərində türk xalqlarının birliyini möhkəmləndirmək Ulu Öndərin xarici siyasət kursunun əsasını təşkil edirdi. Fəaliyyəti dövründə hər zaman Türkiyə və digər türk dövlətləri ilə əlaqələrinin inkişafına xidmət edən layihələrin təşəbbüskarı, təşkilatçısı olmuşdur. Bu gün bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Türk dünyası böyük bir ailədir” deyən Prezident İlham Əliyev türk dövlətləri ilə əlaqələrə xüsusi önəm verir.

Qeyd edilib ki, türk dünyasının birləşməsində dövlət başçılarının siyasi iradəsi əsas rola malikdir. Məhz müstəqil türk dövlətlərinin liderlərinin qətiyyəti, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində ölkələrimiz arasında əlaqələr genişlənmiş və hazırda türk dünyası ölkələri vahid Türk Dövlətləri Təşkilatında birləşiblər. Bu təşkilat türk dünyasının birliyinə öz töhfəsini verməkdədir.

Hazırda dünyada gedən mürəkkəb proseslər fonunda dövlətlər və onların məhkəmə sistemləri qarşısında yeni çağırışlar meydana gəldiyini deyən İnam Kərimov bildirib ki, bu çağırışlara cavab vermək üçün türk dünyası ölkələrində məhkəmələrin müasir tələblərə uyğun qurulması, ədalət mühakiməsinin həyata keçirilməsində peşəkarlığın artırılması və innovativ texnologiyaların tətbiqi, məhkəmə proseslərində çevikliyin artırılması, məhkəmə-hüquq sistemləri arasında əlaqələrin genişləndirilməsi zamanın tələbidir. Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin məhkəmə orqanları arasında əlaqələrin genişləndirilməsi, ümumi maraq doğuran məsələlər üzrə fikir və təcrübə mübadiləsinin aparılması məqsədilə Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının təsis edilməsinin vacibliyi diqqətə çatdırılıb.

Sonra Türkiyə Respublikası Ali Məhkəməsinin (Yargıtay) sədri Mehmet Akarca çıxış edərək bildirib ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyev türk dünyasının birliyi üçün də mühüm xidmətlər göstərib. Qeyd edilib ki, məhkəmə sistemini müasir dövrün yenilikləri ilə uyğunlaşdırmaq çox vacibdir. Burada hüquq təhsilindən məhkəmədə şəffaflığın təmin edilməsinə qədər geniş bir prosesi dəyərləndirmək lazımdır. Bu baxımdan türkdilli dövlətlərin qarşılıqlı şəkildə öyrənəcəyi bir çox məsələlər var. Mehmet Akarca Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının yaradılmasının əhəmiyyətinə toxunaraq, məhkəmə-hüquq sahəsində əməkdaşlığın gücləndirilməsinin bütün türk dünyası üçün faydalı olacağına əminliyini vurğulayıb.

Qazaxıstan Respublikasının Ali Məhkəməsinin sədri Aslambek Merqaliyev çıxışında Azərbaycan Respublikası Ali Məhkəməsinin Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının yaradılması barədə təşəbbüsünü məmnuniyyətlə qarşıladıqlarını bildirib. Qeyd edilib ki, bu konfrans məhkəmə işinin təkmilləşdirilməsi, ədalət mühakiməsinin və məhkəmə inzibatçılığının səmərəliliyinin təmin edilməsi və təcrübə mübadiləsi üçün mühüm platformaya çevrilməlidir. Konfrans əməkdaşlığın dərinləşməsinə öz töhfəsini verəcək və dövlətlər arasında qarşılıqlı fəaliyyətin mühüm tərkib hissəsinə çevriləcəkdir. Öz növbəsində, təşkilat ədalət mühakiməsinin həyata keçirilməsinin ən aktual məsələlərini müzakirə etməyə imkan verəcək.

Sonra Türkiyə Ali İnzibati Məhkəməsinin (Danıştay) sədri Zeki Yiğit çıxış edərək, müasir dövrdə məhkəmə işlərinə operativ baxılması və süni intellektin tətbiqinin qaçılmaz olduğunu vurğulayıb. Qeyd edilib ki, Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının yaradılması təşkilata üzv ölkələrin məhkəmə sistemini daha yaxından tanımağa imkan verəcək, inteqrasiya və əməkdaşlığı gücləndirəcək.

Özbəkistan Respublikasının Ali Məhkəməsi sədrinin birinci müavini xanım Robaxon Maxmudova çıxış edərək deyib ki, son illər Özbəkistan-Azərbaycan münasibətləri dostluq və strateji tərəfdaşlıq ruhunda uğurla inkişaf edir, ölkələrimizin rəhbərləri arasında müntəzəm təmaslar bunun mühüm əsasını təşkil edir. Getdikcə bir-birinə bağlı olan yeni imkan və çağırışlara malik müasir dünya türk dövlətlərinin, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində həmrəyliyin gücləndirilməsini də tələb edir. Bu kontekstdə məhkəmə orqanlarımız arasında əməkdaşlığı genişləndirmək və dərinləşdirmək məqsədilə Özbəkistan Respublikasının Ali Məhkəməsi Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının yaradılması təşəbbüsünü böyük məmnunluqla qəbul edib. Bildirilib ki, Şuşa Bəyannaməsinin imzalanması və bugünkü konfransın keçirilməsi, ölkələrimiz arasında dialoqun inkişafına, məhkəmə-hüquq sisteminin inkişafı ilə bağlı fikir və qabaqcıl təcrübə mübadiləsinə xidmət edəcək.
Qırğızıstan Respublikasının Ali Məhkəməsinin sədri Zamirbek Bazarbekova çıxışında təmsil etdiyi ölkənin məhkəmə sistemi barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. O qeyd edib ki, Qırğızıstanda məhkəmə sisteminin rəqəmsallaşdırılması üzrə işlərin təşkilində türk dövlətlərinin təcrübəsinin öyrənilməsi çox faydalı olacaq.

Şimali Kipr Türk Respublikası Ali Məhkəməsinin sədri xanım Narin Ferdi Şefik rəhbəri olduğu məhkəmənin fəaliyyəti barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. O da həmkarlarının fikirlərinə qatılaraq, Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının yaradılmasınnın zəruriliyindən və üzv ölkələrin məhkəmə sisteminə verəcəyi faydalardan danışıb.

Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini Sədi Cəfərov isə çıxışında təmsil etdiyi təşkilatın türk dövlətləri arasında siyasətdən tutmuş iqtisadiyyata, enerjiyə, nəqliyyata, turizmə, təhsilə, gənclərə, idmana qədər fərqli sahələrdə əməkdaşlığı genişləndirmək və gücləndirmək üçün səylərini davam etdirdiyini qeyd edib. Bildirilib ki, bu gün təsis edilən yeni əməkdaşlıq formatı türk ölkələri arasında müvafiq sahədə qabaqcıl təcrübə mübadiləsini təmin edəcək, müxtəlif müştərək layihələrin həyata keçirilməsinə, beynəlxalq tədbirlərin təşkilinə, eləcə də birgə təlim proqramlarının həyata keçirilməsinə zəmin yaradacaq.

Daha sonra Türk Dövlətləri Ali Məhkəmələri Konfransının təsis edilməsi ilə bağlı Şuşa Bəyannaməsinin imzalanma mərasimi keçirilib.

İnam Kərimov yekun nitq söyləyərək, konfrans iştirakçılarına təşəkkürünü bildirib.

Sonda xatirə şəkli çəkdirilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Premyer Liqa: “Səbail” təxminən beş ildir “Neftçi”yə qalib gələ bilmir - STATİSTİKA

Azərbaycan Premyer Liqasının X turunda “Neftçi” ilə qarşılaşacaq “Səbail” çempionatda rəqibini sonuncu dəfə 4 il 8 ay əvvəl məğlub edib.

“Report”un araşdırmasına görə, “dənizçilər” 2019-cu ilin fevralında “ağ-qaralar”a səfərdə qalib gəliblər.

Həmin vaxtdan bəri komandalar arasında 17 qarşılaşma baş tutub ki, bunun 12-də “Neftçi” qələbə qazanıb, 5-də bərabərlik qeydə alınıb. Ümumiyyətlə, “Səbail” tarixi ərzində “Neftçi”ni cəmi 2 dəfə məğlub etməyi bacarıb. Bunun birincisi komandalar arasında 2017-ci ildə keçirilən qarşılaşmaya təsadüf edib. Bu həm də “Səbail”in doğma meydanda güclü rəqibi üzərində ilk və yeganə qalibiyyətidir.

“Səbail” Premyer Liqada mübarizə apardığı 2017-ci ildən bəri 11 dəfə “Neftçi”ni qəbul edib. “Ağ-qaralar” son 10 səfər matçının 7-də 3 xal sevinci yaşayıb, 3 dəfə isə heç-heçə ilə kifayətlənib.

“Səbail”lə “Neftçi” çempionatda 25-ci dəfə qarşılaşacaqlar. İndiyə qədər qeydə alınan nəticələrə baxsaq, “Neftçi”nin böyük üstünlüyə malik olduğunu görərik - 17 qələbə, 5 heç-heçə, 2 məğlubiyyət. Vurulan qollarda da böyük fərq var. “Ağ-qaralar”ın 51 qoluna rəqib cəmi 14 dəfə qarşılıq verib. Digər diqqət çəkən məqam son 14 duelin hamısında “Neftçi”nin qol vurmasıdır.

Qeyd edək ki, oktyabrın 20-də keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Bavariya” və “Barselona”nın skautları “Qarabağ”ın oyununu izləyəcəklər

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində Almaniyanın “Bayer" klubuna qarşı keçirəcəyi oyun qitənin aparıcı klublarının diqqət mərkəzindədir.

Məlumata görə, dünya nəhənglərindən əsasən “Bavariya” və “Barselona” klublarının skautları Almaniyadakı sözügedən qarşılaşmanı izləyəcəklər.

Leverkuzen klubunun 20 yaşlı yarımmüdafiəçisi, ilin ən yaxşı gənc futbolçusu adını qazanmağa namizədlər sırasında yer almış Florian Virts diqqət mərkəzində olacaq. Həm münhenlilər, həm də katalonlar Almaniya yığmasının üzvünü transfer etməyə çalışırlar.

Virts bu mövsüm 10 oyun keçirib, üç qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasında duellər oktyabrın 26-da Leverkuzendə, noyabrın 9-da isə Bakıda baş tutacaq.

Mənbə: mundodeportivo.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Avrasiya Kuboku 2023” döyüş sənətləri üzrə beynəlxalq festival keçirilir

2023-cü ilin 13-15 oktyabr tarixlərində Rusiya Federasiyasının Rostov şəhərində “Avrasiya Kuboku 2023” döyüş sənətləri üzrə Beynəlxalq festival-turnir, habelə sözügedən mötəbər tədbir çərçivəsində koşiki karate-do idman növü üzrə təcrübəli məşqçilərin iştirakı ilə seminar keçiriləcək.

Bu barədə Karate Federasiyası məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Şorinciryu Kenkokan Karate-do Koşiki Karate Federasiyasının komandası da Kata və Kumite növləri üzrə həmin yarışlarda, eləcə də göstərilən seminarda iştirak üçün rəsmi dəvət olunmuşdur. Adıçəkilən turnirdə iştirak etmək və ölkəmizi layiqincə təmsil etmək məqsədilə federasiyamız tərəfindən bir məşqçi və 11 idmançıdan ibarət yığma komanda artıq formalaşdırılmış və yarışa yola salınmışdır.

Qürur hissi ilə qeyd etmək istərdik ki, Azərbaycan Koşiki Karate-do Federasiyasının baş məşqçisi Nazim Mövsümzadə turnir çərçivəsində artıq 13 oktyabr 2023-cü il tarixində Rusiya Koşiki Karate-do Federasiyasının prezidenti Aleksandr Borisoviç Sokovikovla birgə Seminar keçirmiş və veteranlar arasında Kata yarışında iştirak etməsi gözlənilir.
Yığma komandamızın hər idmançısı iki növ üzrə, yəni Kata və Kumite yarışlarında iştirak edəcəkdir. Əsas yarışların 14-15 oktyabr 2023-cü il tarixlərində keçirilməsi nəzərdə tutulmuşdur.

Dövlətlərimiz arasında idman sahəsində mövcud əlaqələrin daha da möhkəmləndirilməsi və inkişafı üçün komandamızın bu kimi turnirlərdə iştirakı çox vacibdir və idmançılarımızın beynəlxalq miqyaslı gələcək yarışlara hazırlıq səviyyəsinin yoxlanılması baxımından mühüm əhəmiyyət kəsb edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yeni reytinq: “Qarabağ” Avropa nəhənglərindən öndə


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Qurumun saytının yaydığı məlumata görə, 414 komandanın yer aldığı siyahıya Azərbaycanın üç təmsilçisi düşüb.

Ötən ay 64-cü pillədə qərarlaşan “Qarabağ” 61-ci yerə yüksəlib. Ağdam təmsilçisinin hesabında 144,5 xal var. Azərbaycan çempionu “Ayaks” (Niderland), “Çelsi”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko” (İspaniya) və “Marsel” (Fransa) kimi klubları qabaqlayır.
“Sabah” və “Neftçi” isə geriləyiblər. “Bayquşlar” 286-cı yerdən 302-ci pilləyə düşüblər. Komandanın 63,5 xalı var. Hesabında 61,75 xal olan “Neftçi” isə 311-ci yeri 318-ci pilləyə dəyişib.

Qeyd edək ki, reytinq cədvəlinə 304 xalla İngiltərənin “Mançester Siti” klubu başçılıq edir. İspaniya klubu “Real Madrid” 291 xalla ikincidirsə, İtaliya “İnter”i (254) üçüncü yerə yüksəlib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yas məclislərində borca düşənlər... - ACI DA OLSA... FAKTDIR!


Azərbaycanda yas mərasimlərində israfçılıq cəmiyyətdə müzakirə edilən mövzulardandır. Bəzi fikirlərə görə, hətta yas mərasimlərində borca düşən ailələr var.

"Atam rəhmətə getdi. Ailəmizdə yeganə işləyəni itirdik. Evdə pul yox idi. Gündəlik çörəkpulu qazanırdıq. Qohumlar, qonşular da bizim kimi kasıbdırlar. Yas mərasimini keçirtmək üçün borc götürdüm". Astara kəndlərinin birində yaşayan Cəfər Hüseynov (ad və soyad şərtidir) bunları deyir. O, özünü günahkar bilir: "Yas mərasiminə çadır gətirdim, günə 200 manata. Həyətdə yeddi gün qaldı. Çadır pulunu bu günə qədər tam ödəməmişəm. Mərasimi yola vermək üçün hər gün 300-350 manatlıq bazarlıq edirdim. Sonra 40-na qədər cümə axşamları toplaşıb qəbirüstünə gedirdik. Orada da hər dəfə 50-60 manat bazarlığa gedirdi. Molla pulu, dəfn etmək, 1000 manatdan çox pul götürdü. Bizdə adətdir, gərək 40-na qədər başdaşı götürülə".

"Borclarını istəyirlər, verə bilmirəm"
Onun vurğulamasına görə, götürdüyü borc da qurtarıb, gedib yenidən borc pul alıb, atasının məzarına başdaşı qoydurub: "Xeyli vaxt keçir, borclarını istəyirlər, verə bilmirəm".

O, yas mərasimini yola vermək üçün borca düşən yeganə adam deyil. Azərbaycanda kənd yerlərində yaşayan əhalinin iqtisadi vəziyyətini nəzərə alaraq bəzi yerli icmalar yas mərasimlərində təmtəraqlı ehsanın verilməsini qadağan ediblər. Artıq bəzi yerlərdə "yeddi" mərasimi ləğv edilib. Dəfnin ilk günündə və "üç" mərasimində süfrəyə yalnız çay, yağ-çörək qoyurlar.

"Bizdə mal kəsən də olur"
Astara şəhər sakini Nurəddin Feyziyev də qonşu ölkədə keçirilən yas mərasimlərini misal göstərir: "Bəzi islam ölkələrində yas məclislərini evlərdə keçirtmirlər. Məhrumun yaxın adamları müəyyən edilmiş vaxtda məscidə gəlir. Məsciddə bunun üçün ayrıca yer var. Orada onlara başsağlığı verənləri qəbul edirlər. Stolda bir neçə dəqiqə əyləşirlər, çay içirlər, sonra çıxıb gedirlər. Məclisdə xurma verirlər. Nə yemək?! Pul və başqa maddi dəstək olmur. Ola bilər ki, yaxın adamları mərhumun ailəsinə kömək etsin...".

O düşünür ki, Azərbaycanda da yas mərasimləri böyük xərc çəkilmədən keçirilməlidir: "Bizdə yas mərasimini yola vermək üçün mal kəsən də olur. Yeddi gün gəlib-gedənlərə günorta, şam yeməyi verirlər. Sonra "qırx"ına kimi cümə axşamına gələnlərə yemək verirlər. Ev yiyəsi dərdini çəksin, ya bu millətə yemək versin? Hər gün bahalaşma gedir. Belə vəziyyətdə borca düşənlər də olur. İş ondadır ki, bunların heç birisi ölən üçün əhəmiyyət daşımır. Qaydanı dəyişmək lazımdır".

"...Kasıblar da yarışır"
Mədəniyyət sahəsində çalışan Fəxrəddin Məmmədov doğulduğu Astara rayonunun Ərçivan qəsəbəsində keçirilən yas mərasimləri haqqında buları deyir: "Yeddi gün məclis keçirilir. İndi qəsəbədə üç yerdə yas mərasimi var. Onların ailə üzvləri gecə-gündüz çalışırlar ki, mərasimə gələnləri razı salsınlar. Atası ölüb, bu dərd qalıb bir yana, qaçır bazara. İqtisadi vəziyyət də yaxşı deyil. Varlılar arasında yarış getdiyi kimi, kasıblar da yarışır. Hərə çalışır ki, başqalarından üstün olsun. Varlının imkanı var ehsan verir, kasıbın yoxdur. Varlının yas mərasimində israfçılığa yol verilir...".

Onun sözlərinə görə, qiymətlər də tez-tez artır: "Rayonda yas mərasimlərini keçirtmək üçün xüsusi yerlər yoxdur. Çadır qururlar. Əvvəllər günə 100 manat alırdılar, indi olub 250 manat. Qəbri qazırdılar 50 manata, indi qazırlar 100 manata. Dəfn məsələsində bütün qiymətlər qalxıb".

"Qurani-Kərimdə yas məclisi söhbəti yoxdur"
İctimai fəal Asən Həşimli cəmiyyətdə maddi təbəqələşmədən danışır: "Sovet dövründə, əsasən, imkanlar bərabər idi. Ona görə yas mərasimlərinin keçirilməsində problem görünmürdü. İndi bizdə varlı və kasıb təbəqə var. Orta təbəqə yoxdur. Kasıb da varlı kimi məclisini yola vermək istəyir. Bu, mümkün deyil axı. Ölkədə bahalaşma gedir. İşsizlikdir. Bunun də təsiri var. Ətin bir kiloqramını alırdıq 5-6 manata, indi alırıq 14-15 manata. Digər ərzaqlar da elə. Yas mərasimini yola vermək üçün xaricdə yaşayan yaxınlarını da səfərbərliyə alırlar".

İbadətlə məşğul olan Akif Məmmədov isə deyir ki, yas mərasimini keçirtmək məcburi deyil: "Müqəddəs kitab olan Qurani- Kərimdə yas məclisi qurmaq söhbəti yoxdur. Ölən adamı dəfn etmək, torpağa tapşırmaq vacibdir. Səndən asılıdır. Varındırsa ehsan ver, yoxundursa, vermə. Bəziləri özünü dağa-daşa vurur ki, məclisi yaxşı keçirtsin. Nəticədə borca düşür. Lazım deyil. İnsan öldü, qurtardı. Əsas əməldir...".
AzadlıqRadiosu

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu