Azərbaycan cüdoçuları Avropa çempionatında mübarizəyə başlayırlar - VİDEO
İdman
09:5826.04.2018586
Bu gün İsrailin Təl-Əviv şəhərində cüdo üzrə kişi və qadınlar arasında Avropa çempionatına start veriləcək.
"Report"un məlumatına görə, üç gün davam edəcək yarışa 44 ölkədən 368 cüdoçu (215 kişi, 153 qadın) qatılacaq. Azərbaycanı 9 kişi və 7 qadın olmaqla, 16 tatami ustası təmsil edəcək.
İlk yarış günündə onlardan 9-u qüvvəsini sınayacaq. Cüdoçuların hamısı mübarizəyə 1/16 final mərhələsindən başlayacaqlar.
Kişilərdən 60 kq çəki dərəcəsindəki Vüqar Şirinli rusiyalı olimpiya və ikiqat Avropa çempionu Beslan Mudranovla, 66 kq çəkidəki Avropa və dünya çempionatlarının mükafatçısı Orxan Səfərov xorvatiyalı Bernard Azinoviçlə, Nicat Şıxəlizadə moldovalı Denis Vyeru ilə üz-üzə gələcək.