Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turniri davam edir. Apasport.az saytının məlumatın görə, bu gün III turun görüşləri keçiriləcək.
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov hesabat turunda ağ fiqurlarla oynayacaq. “Şah”ın rəqibi rusiyalı Sergey Karyakin olacaq.
Teymur Rəcəbov isə Aniş Qiriyə qarşı “qaralar”la mübarizə aparacaq.
Təmsilçilərimizdən ən çətin oyun Rauf Məmmədovu gözləyir. Belə ki, Məmmədov dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək. Rauf ağ fiqurlarla çıxış edəcək.
“Shamkir Chess 2018”
III tur
21 aprel
Aniş Giri (Hollandiya, 2777) – Teymur Rəcəbov (Azərbaycan, 2748)
Dinq Liren (Çin, 2778) – Veselin Topalov (Bolqarıstan, 2749)
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814) – Sergey Karyakin (Rusiya, 2778)
David Navara (Çexiya, 2745) – Radoslav Voytaşek (Polşa, 2744)
Rauf Məmmədov (Azərbaycan, 2704) – Maqnus Karlsen (Norveç, 2843)
Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən yarış 9 turdan ibarət olacaq.
Turnir cədvəli: Karlsen, Məmmədyarov, Dinq, Karyakin, Giri, Topalov, Rəcəbov, Navara, Voytajek, Məmmədov – hamısı 1 xal.
Zamantv.az