ZamanTV.az xəbər verir ki, Ukraniyanın Xarkov şəhərində keçirilən, döyüş sənətləri üzrə Açıq Avropa Çempionatının iştirakçıları vətənə qayıdıblar. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançılarımızı Müdafiə və İdman nazirliklərinin nümayəndələri, qazilər və jurnalistlər qarşılayıblar. Qeyd edək ki, 22-26 aprel tarixində keçirilən çempionatda ölkəmizi 10 idmançımız təmsil etmişdir. İdmançılarımız İdmanın Şauilin Sanda, Şauilin Full və digər peşəkar növlərində 5-i qızıl olmaqla, 2 gümüş və 3 bürünc medal qazanmışdır.
İbrahimli Nicat, Erkin Osmanov, Azər Cəbrayılov, Tofiq Niftəliyev, Tamerlan Şahverdiyev və digər idmançılarımız Xarkovda Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirmişdir.
Həmçinin, İbrahimli Nicat Avropa Çempionatının "Baş mükafat"ına layiq görülüb.
Qeyd edək ki, Azərbaycan Millisi ümumi komanda hesabına II yerə layiq görülüb.
Zamantv.az