Dünən keçirilən "Yuventus" - "Ferentsvaroş" qarşılaşmasından sonra (2:1) Kriştianu Ronaldo qəribə addımla yadda qalıb.
Offsideplus.az "Goal"a istinadla xəbər verir ki, hakimin final fitindən sonra qonaqların futbolçusu Marsel Hayster ulduz həmkarına yaxınlaşıb. Lakin Ronaldo rəqibin təklifini aşkar şəkildə rədd edib.
Bunu səbəbkarın özü açıqlamasında etiraf edib: "Çox əsəbi və dilxor idi. Amma mən yenə də ona yaxınlaşıb futbolkalarımızı dəyişməyi təklif etdim. Açıq şəkildə imtina etdi. Niyə? "Niyə"si çox güman, qol imkanlarına boşa verdiyinə və bir epizodda məni keçə bilməməyinə görəydi. Hətta həmin anın şəkli də var. "instaqram" səhifəmdə paylaşmışam. Həyatımın ən gözəl görüntüsüdür".
Zamantv.az