Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Keşlə” Futbol Klubu beş futbolçu ilə yollarını ayırıb.
Bununla bağlı klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Əfran İsmayılov, Tural Bayramlı, Murad Ağayev, Lorenso Frutos və Franko Floreslə bitən müqavilələri qarşılıqlı razılıq əsasında yeniləməyib.
Qeyd edək ki, buna qədər Vüsal İsgəndərli, Ruslan Əmircanov, Tərlan Quliyev, Azər Salahlı, Con Kamara və Miyuşko Boyoviçlə müqavilə müddəti artırılıb, Tural Axundov və Şəhriyar Əliyev “Keşlə”yə transfer olunub, Ruslan Qurbanov, Slavik Alxasov və Cabir Əmirli isə komandanı tərk ediblər.
Zamantv.az