Hacı Məhərrəmin koronavirus “töhvəsi” - İDDİA

13:16 9.06.2020 461
Hacı Məhərrəmin koronavirus “töhvəsi” - İDDİA
Qlobal pandemiya fonunda ölkəmizdə fəaliyyət göstərən şirkətlərin böyük hissəsi Prezident İlham Əliyevin çağırışına dəstək olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülüb və proses davam edir. Son məlumatlara görə, 3125 hüquqi şəxs tərəfindən fonda 85 milyon, 331 min, 373 manat pul köçürülüb. Həmçinin, 10435 fiziki şəxs də Prezidentin çağırışına qoşulub. Bununla bağlı cumhuriyyet.az bildirir ki, fonda vəsait köçürən hüquqi və fiziki şəxslər arasında nə “Bağçalı Evlər” MTK, nə də onun sahibi Məhərrrəm Novruzovun adının olmaması maraq doğurur. Onu da bildirək ki, M.Novruzov tikinti maqnatı kimi tanınır və Masazır ərazisindəki “Qurtuluş-93” yaşayış kompleksi onun şirkəti tərəfindən tikilib.

Amma M.Novruzovun biznesi yalnız tikinti işi ilə yekunlaşmır. Bir neçə il öncə “Bağçalı evlər” şirkəti Şabran rayonunun Rəhimli kəndində müasir istixanalar qurub. Artıq şirkət tərəfindən 0,13 hektar ərazidə müasir damcı üsulu ilə tərəvəz yetişdirən istixana fəaliyyətə başlayıb. Hazırda şirkət tərəfindən 4 hektar ərazidə yeni istixana kompleksi quraşdırılıb. “MY BEACH” hotel və restoranı da “Bağçalı evlər” şirkətinin rəhbəri Hacı Məhərrəm Novruzova məxsusdur. Hacı titulu daşıyan bu şəxsin nə hacı, nə də iş adamı kimi ölkənin bu vaxtında bir qəpiyindən də keçməməsi məşhur “Hacı Qara” xəsisliyini yada salır. Çünki “Qurtuluş-93” ərazisində yaşayan hər hansı bir aztəminatlı ailəyə də “Bağçalı Evlər” MTK və ya Hacı Məhərrəm tərəfindən yardım edilməsi haqda məlumat yoxdur. Əksinə, cumhuriyyet.az-a daxil olan şikayətdə bildirilir ki, hətta Məhərrəm Novruzovun pandemiya və karantin dövründə, hətta novruz bayramı dönəmində bəzi ailələrin dolanışığına müdaxilə etməsi halları da baş verib ki, bunun nəticəsində “Hacı”nın evinin qarşısında intihara cəhd də edilib.

Məlumata görə, Bağçalı Evlər” MTK və ya Hacı Məhərrəmin Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürməməsinin əsas səbəbi maliyyə vəziyyətinin pis olması ilə bağlı deyil. Çünki bu dönəmdə də “Qurtuluş-93”-də tikinti işləri aparılıb və Hacı vətəndaşlardan ödənişlərini yığıb. Eyni zamanda cumhuriyyet.az-a daxil olan məlumata görə Hacı bir müddət əvvəl çox qiymətli bir hədiyyə alıb. Doğurdanda Həcc ziyarətinə gedib şeytana daş ataraq günahlarını yuyanlar, sonra aramıza qatılıb “Hacı” qiyafəsində şeytanlıq edənlərin sayı durmadan artır. Azərbaycanda çoxlu hacı var. Kimin ki, cibinə pul düşür, dönüb olur “Hacı”. Əvvəl şeytana daş atır, sonra da günahsız insanlara. Doğrudur, aramızda əsl hacılar çoxdur və onlara hörmətimiz sonsuzdur, qarşılarında baş əyirik. Amma məmləkətimizdə alayı hacılar əfsuslar olsun ki, az deyil. Şıxəli Qurbanovun qatili – yəni onu zəhərləyən diş həkimi də hacı idi. Hacılar var ki, bir gözəlçə ilə gecə həyatının 3 saatına 3 min manat verir, amma şəhid ailəsinin haqqını tapdayır. Hacı var ki, vaxtilə vəzifədə idi, elə ki, əsəbləşdi, xoşu gəlməyən adamı böyük soyuducuda saatlarla saxlayırdı. Vallah, belə hacıları görəndə onların Həcc ziyarətində daş atdıqları şeytana adamın yazığı gəlir. Bu gün iş adamlarımız arasında həcc ziyarətinə gedib, nəfsinə sahib olmayanlara, ciblərindəki pulun istisiylə Azərbaycan qanunlarını saymayanlara da çox rast gəlirik. //cumhuriyyet.net//
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir