[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda DƏHŞƏT: Dörd uşaq anası məktəbdə qətlə yetirildi - YENİLƏNİB
Fevralın 11-i İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbin həyətində 1982-ci il təvəllüdlü Gülarə Qəhrəmanovanın öldürülməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

İsmayıllı Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişin iş yoldaşı 1997-ci il təvəllüdlü Bəxtiyar Əhmədli şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Gülarə Qəhrəmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bəxtiyar Əhmədli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

13:24

İsmayıllı rayonunda yerləşən məktəblərdən birində qadın qətlə yetirilib.

Zamantv.az -ın məlumatına görə, hadisə Basqal kənd tam orta məktəbində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Bəxtiyar Əhmədli 1982-ci il təvəllüdlü Gülarə Qəhrəmanovanı bıçaqlayıb.

İlkin məlumata görə, hadisə iki şəxs arasında baş verən mübahisə nəticəsində olub.
Qadın hadisə yerində vəfat edib.

B.Əhmədli məktəbdə gözətçi, G.Qəhrəmanova isə texniki işçi vəzifəsində çalışıb.

Qətli törədən şəxs hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, B.Əhmədli Vətən müharibəsi qazisi olub. G.Qəhrəmanovanın isə dörd uşağı var.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yevlax bələdiyyəsində kassadan nağd pul əsassız silinib
Yevlax rayonunun Aran bələdiyyəsində kassadan nağd pulun əsassız olaraq məxaricə silinib.

"Zamantv.az" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətindən məlumat verilib.

Bildirilib ki, icarəyə verilmiş bələdiyyə torpaqlarından toplanmış icarə haqlarının bələdiyyənin hesabına mədaxil olunmadığı və təyinatından yayındırıldığı müəyyən edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şabranda narkotik dövriyyəsinə görə 2 nəfər həbs edilib
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Zamantv.az"a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakinləri Amin Məmmədrəhimov və Mövlud Mövludov saxlanılıb. Həmin şəxslərin üzərlərinə, eləcə də yaşadıqları evlərə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Şabran RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Şabranda narkotik dövriyyəsinə görə 2 nəfər həbs edilib
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mənzildən kişi meyiti tapıldıGəncədə mənzildə kişi meyiti aşkar edilib.
Zamantv.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1969-cu il təvəllüdlü Əliyev Ceyhun İsmayıl oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qışqırmasın deyə boğazına maddə töküb səs tellərini yandırdı... - "KANZAS QƏSSABI"
Robert Berdella - onu "Kanzas Siti qəssabı" adlanırırdılar.

Zamantv.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Kanzas ştatından olan Robert qurbanlarını xüsusi qəddarlıqla öldürürdü.

O, “şikar”larını öz evinə aparıb, onlara çoxsaylı işgəncələr verdikdən sonra həyatlarına son qoyurdu. Hətta qurbanların qışqırmasının qarşısını almaq üçün onların boğazlarına boru təmizləyici maye tökərək səs tellərini yandırırmış.
Qatı cinayətkar kimi yaddaşlarda qalan R.Berdella ümumilikdə 20 nəfərin ölümünə səbəb olub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sahil Babayevin kantoru da rəsmi ittihamları RƏDD ETDİ[thumb=left]http://zamantv.az/uploads/posts/2022-
02/1644510028_1644500909_0001.jpg[/thumb]
Dövlət Maliyyə Nəzarəti Xidmətinin bugün yaydığı hesabatında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Aparatında və onun tabeliyində olan 28 qurumda həyata keçirilən nəzarət tədbirlərinin nəticələri də açıqlanıb.

Zamantv.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

"Bununla bağlı media sorğularına cavab olaraq bildiririk ki, adıçəkilən qurumun nazirliklə bağlı həmin yoxlamaları 2013-cü ilin oktyabrından 2018-ci ilin aprel ayına qədərki dövrü əhatə edib. Aşkar olunan nöqsan və qanunsuzluqlar da 2013-2018-ci illərə aiddir", nazirlikdən qeyd edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident "Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında" SƏRƏNCAM İMZALAYIB
Prezident İlham Əliyev "Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında" sərəncam imzalayıb. Zamantv.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə ön cəbhədə fədakarlıq göstərmiş mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin əməkdaşları və mülki işçiləri “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif ediliblər.

Bu sərəncamda göstərilən şəxsləri “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikasının Baş nazirinə verilib.

Sərəncamla Nazirlər Kabinetinə aşağıdakı tapşırıqlar verilib:

Bu sərəncamın 1-ci hissəsinə uyğun olaraq, Vətən müharibəsi iştirakçılarının siyahısını aşağıdakılar nəzərə alınmaqla müəyyən etsin:

“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 3088 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən “Müharibə veteranı” adı verilmiş şəxslərin siyahısı;

əməkdaşları və mülki işçiləri ön cəbhədə fədakarlıq göstərmiş digər mərkəzi, habelə yerli icra hakimiyyəti orqanlarının, eləcə də Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin təqdim etdiyi məlumatlar;

bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“GÖRDÜM Kİ, MEHDİYEVLƏ İŞLƏMƏK MÜMKÜN DEYİL” - Rasim Ağasiyev ittihamları rədd edir
Bir müddət əvvəl AMEA-nın işlər idarəsinin sabiq müdiri, keçmiş nəqliyyat nazir Ziya Məmmədovun qardaşı Elton Məmmədovun Ramiz Mehdiyevlə bağlı ciddi ittihamların yer aldığı müsahibəsində AMEA-nın Hüquq və kadrlar idarəsinin rəisi Rasim Ağasiyevin də adı çəkilirdi.

Orada iddia olunurdu ki, R. Ağasiyev Ramiz Mehdiyev tərəfindən himayə olunur və zamanında Mehdiyevin pasport və qeydiyyat şöbəsində işləyən qaynı Levan Qurskaya Yuriyeviçlə birləşərək ermənilərin Azərbaycan və rus adı ilə Azərbaycandan köçməsinə xidmət edib.

Zamantv.az xəbər verir ki, “AzPolitika.info” ilə əlaqə saxlayan Rasim Ağasiyev Elton Məmmədovun onun barəsində səsləndirdiyi fikirlərin yalan və böhtan olduğunu bildirdi: “Elton Məmmədovun mənimlə bağlı dedikləri tamamilə yalandır, Levan adlı şəxsi tanımıram və onunla heç bir əlaqəm olmayıb.”

R.Ağasiyev Ramiz Mehdiyev tərəfindən himayə olunduğuna dair iddiaları da cəfəngiyyat adlandırdı: "Əksinə, Mehdiyevlə işləməyin mümkün olmadığı üçün könüllü olaraq vəzifəmdən getmişəm".

Hələ Mehdiyev AMEA-da prezident olana qədər, 2013-2018-ci illərdə AMEA-nın Hüquq və kadrlar idarəsinin rəisi vəzifəsində işlədiyini deyən R.Ağasiyev doktorluq işinin müdafiəsi üçün həmin vəzifədən ayrılaraq, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda "Əcnəbilərin hüquqları və miqrasiya " şöbə müdiri vəzifəsinə gedib.

Ramiz Mehdiyev AMEA prezidenti olandan sonra onu yenidən əvvəlki vəzifəsinə dəvət etsə də, Ağasiyev orada çox işləyə bilməyib: “6-7 ay işlədim və gördüm ki, bu adamla işləmək mümkün deyil. Onun ambisiyaları tamamilə başqadır. Yenidən əvvəlki işimə qayıtdım. Ancaq Mehdiyev burada da məndən əl çəkmədi.

2021-ci ilin noyabrındaRamiz Mehdiyevin göstərişi və təkidi ilə buradakı vəzifəmdən azad edildim. Bunu mənə Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafazadə bildirdi. Həmin ərəfədə məndən başqa 20-yə yaxın əməkdaş işdən azad olundu. Hazırda işsizəm”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
FHN gəlib elə şərtlər qoyur ki... – Sahibkarlarla bağlı moratoriuma qarşı
"Məsələyə diferensial qaydada yanaşmaq lazımdır. Sahibkarlıq obyektlərinin yoxlanılmasına qoyulan moratorium həqiqətən də köklü şəkildə fiskal orqanları nöqteyi-nəzərindən böyük müsbət nəticələrə səbəb olub”. Zamantv.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov sahibkarlıq subyektlərinin yoxlanılmasına qoyulan qadağanın özünü nə dərəcədə doğrultduğu barədə suala cavabında deyib:

"Ən azından 10 il bundan öncəki fiskal orqanlarla sahibkarlar arasındakı münasibətə diqqət yetirsək, həmin dövrdə əməlli-başlı "soyqırım”ın getdiyini görərdik. Həmin illərdə vergi xidmətləri, gömrük və hüquq mühafizə orqanları sahibkarlara normal fəaliyyət göstərməyə imkan vermirdi. Müxtəlif yollarla müdaxilələr olunurdu, yaxud da bəzi qurumlar yoxlamalar zamanı səlahiyyətlərindən kənara çıxırdı”.

Ekspert bildirir ki, belə yoxlamaların dayandırılması dayanıqlı sahibkarlıq mühitinin genişlənməsinə şərait yaradıb:

"Ancaq sahibkarlıq subyektlərinin yoxlanılmasının dayandırılmasından keçən dövrdə isə artıq sahibkarlar normal nəfəs almağa imkan tapıblar. Belədə, onların fəaliyyətində bu illər ərzində kifayət qədər irəliləyişlər əldə olunub. Eyni zamanda, dayanıqlı sahibkarlıq mühiti artıb”.

Bununla belə, həmsöhbətimiz prosesdə bəzi mürəkkəbliyin olduğunu da deyir:

"Yalnız fiskal orqanlar olmayan digər orqanlar Ədliyyə Nazirliyindən xüsusi məhkəmə qərarı əsasında yoxlamalar keçirə bilir. Məsələn, Fövqəladə Hallar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və s. Bu da aktualdır. Hər ikisi sahibkarları yoxlamaq mənasında deyil, yardım nöqteyi-nəzərindən araşdırmalıdır. Adicə yanğın sisteminin tətbiqilə bağlı Fövqəladə Hallar Nazirliyi sahibkarlar qarşısında elə şərtlər qoyur ki, onu yerinə yetirmək qətiyyən mümkün deyil. Yəni belə mürəkkəbliklər də mövcuddur.

Ümumiyyətlə, elə dövrdəyik ki, avtomatik idarəetmə sistemi vasitəsilə sahibkarın fəaliyyətini rahatlıqla izləmək mümkündür. Bundan ötrü, müəssisəyə ayaq basıb yoxlamağa ehtiyac yoxdur”.

XƏBƏR LENTİ

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi