"Yeni İH başçısı dərhal əmr verdi, ancaq iki gün sonra..." - GİLEY

17:37 23.10.2019 465
"Yeni İH başçısı dərhal əmr verdi, ancaq iki gün sonra..." - GİLEY

Ağsu rayonunun Bico kəndinin örüş sahələri, təxminən 1000 hektara yaxın ərazi, 2004-2006-cı illərdə bələdiyyələr tərəfindən müxtəlif şəxslərə 99 illik icarə müqavilələri ilə verilib.

Qaynarinfo-ya daxil olan şkyatdə deyilir ki, hazırda kəndlilərin heyvan otarmaq üçün örüş sahələri, demək olar, qalmayıb. Sakinlərin sözlərinə görə, 200 hektar dağətəyi zonada yerləşən örüş sahəsi isə şumlanaraq həmin ərazidə əkin işləri aparılır:

"Sözügedən ərazi kənd sakinlərinin xəbəri olmadan, 2004-cü ildə bələdiyyə tərəfindən Batabat MMC-yə icarəyə verilib. "Batabat" sözügedən ərazinin bir hissəsində həmin ildə üzüm bağı salmışdı. Amma nədənsə bir-iki ildən sonra bağa nəzarət dayandırıldı və bağ solub qurudu. "Batabat" nümayəndələri Bicodan o gedən oldular. Sonradan həmin ərazini keçmiş icra başçısı Ənvər Seyidəliyev özü üçün taxıl sahəsinə çevirmişdi, ta ki, bu ilə qədər. Bu il isə guya Batabat MMC həmin 200 hektar ərazini notarial qaydada Ağsuda yerləşən "Rauf inşaat" adlı MMC-yə verib. Və artıq sahədə əkin aparılır. Maraqlıdır ki, bu vaxtadək Batabat MMC harda idi və 13 ildə maraqlanmadığı torpaqları başqasına necə icarəyə verə bilir?"

Camaatın sözlərinə görə, bu ayın 8-də Bico kəndində keçirilən görüş zamanı İH-nin yeni başçısı Vahid Tağıyevə bu barədə məlumat verilib:

"Başçı kənd rəhbərliyinə dərhal işin dayandırılması üçün göstəriş verdi. Lakin iki gündən sonra işlər davam etdirildi. Məlumata görə, işlərin davam olunmasına şəraiti rayon icra hakimiyyətinin qəbul şöbəsinin müdiri Cahangir Məhərrəmov yaradıb. Çünki C. Məhərrəmov həmin ərazidən özü üçün də 30 hektar yer götürüb. C. Məhərrəmov başçıya nə deyib, necə deyibsə, başçı örüş sahəsinin əkilməsinə mane olmayıb. Dövlət xəritəsində sözügedən ərazi örüş sahəsi kimi qeydiyyatdadır, lakin orda marağı olan məmurlar başçıya yalan məlumatlar verərək, onu fikrindən döndəriblər. Belə olmasaydi, icra başçısı kənd camaatının örüş sahələrini özlərinə qaytartdırardı.

İstər dağlıq, istərsə də dağətəyi ərazilər hamısı zəbt olunub. Eləcə də qonşu kəndlərə yaxın olan Bico əraziləri də bələdiyyə tərəfindən hər il qonşu kəndlərdən olan şəxslərə satılır. Bico kəndi mühasirədə qalıb. Bu barədə Prezidentə və Birinci Vitse-prezidentə kənd sakinləri adından yazılı müraciət də olub. Lakin hələ xəbər yoxdu. Ola bilsin, məktublar yolda "itib". Amma camaat ümidini itirməyib, inanır ki, ölkə rəhbərliyi Bico kəndindəki məmur özbaşınalığına son qoyacaq, kəndin bütün örüş sahələrini geri qaytarıb, kənd camaatının özünə bölüşdürəcək. Yerli orqanlardan kömək olmadığından, bicolular ümidlərini yalnız Prezidentə və Birinci Vitse-prtezidentə bağlayırlar".

Qaynarinfo
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar