12 may 2018-ci ildə Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibovun 80 illik yubileyi tamamlanır. Bu münasibətlə Moderator.az-ın rus versiyasının əməkdaşı tarixin çox mürəkkəb və ziddiyyətli bir dövründə Azərbaycanın müstəqil dövlətçiliyinin formalaşmasında vacib rol oynamış bu dövlət xadimindən geniş müsahibə götürüb.
Eks-prezidentin həyatının bütün əsas mərhələlərini əhatə edən müsahibədə Azərbaycanın sabiq rəhbərinin tərcümeyi-halının gözlənilməz məqamları açıqlanır. Məsələn, məlum olur ki, nə vaxtsa sovet dövürndə Ayaz Mütəllibov 5 il ərzində hazırda erməni işğalı altında olan Şuşa şəhərində yaşayıb...
Zamantv.az