Əli Əsədovun kabineti yenilənir... - Daha kimlər yol üstündədir?..

12:37 22.10.2019 453
Əli Əsədovun kabineti yenilənir... - Daha kimlər yol üstündədir?..

ktyabrın 21-də prezident İlham Əliyev baş nazirin iki müavininin - Əli Həsənovun və Hacıbala Abutalıbovun vəzifələrindən azad olunmaları barədə sərəncam imzalayıb.

Novruz Məmmədov baş nazir vəzifəsindən azad edildikdən sonra Nazirlər Kabinetində müavin postlarında da əvəzlənmələrin olacağı barədə iddialar var. Bildirilir ki, yeni baş nazir Əli Əsədovun ilk işi müavinlərinin əvəzlənməsi istiqamətində atacağı addımlar ola bilər. Prezident oktyabrın 17-də keçirdiyi iqtisadi müşavirədə mümkün kadr dəyişikliyinin anonsunu vermişdi. Prezident yeni baş nazir Əli Əsədovun qarşısına bir sıra vəzifələr qoyduğunu demişdi. Sitata diqqət edək: “Yeni hökumət qarşısında bir çox vəzifələr qoyulub. Mən Əli Əsədovu bu vəzifəyə təyin edərkən ona bir çox vəzifələr tapşırdım. Onun qarşısına vəzifə qoydum ki, islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları. Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik? Nə qədər biz təbii resurslara arxalanaraq, necə deyərlər, belə ətalət yolu ilə gedə bilərik? Düzdür, islahatlar aparılır, dediyim rəqəmlər bunun əyani sübutudur. Hər bir ölkə bu nəticələrlə öyünə bilər. Ancaq biz bilirik ki, ehtiyatlarımız çoxdur. Onu da bilirik ki, əgər hər hansı dövlət və ya özəl quruma təmiz, bilikli və Vətənə bağlı kadr gətirilirsə, biz orada dərhal dəyişiklikləri görürük”.

Qeyd edək ki, Əli Həsənovun ötən ilin aprel ayının 21-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad olunduqdan sonra baş nazirin müavini postunda saxlanılması bir qədər təəccüblü görünmüşdü. Çünki baş nazirin üç müavini yaş həddinə görə işdən azad edilmişdi. Amma aydın idi ki, prezident uzun illərdir çox mühüm - qaçqınlar və məcburi köçkünlərlə iş kimi həssas bir postda işləmiş Əli Həsənovu birdəfəlik hökumətdən uzaqlaşdırmaq istəməmişdi. Dövlət başçısının onu işdən getməsi ilə bağlı qəbul etməsi və fəaliyyətinə görə təşəkkür bildirməsi də Ə.Həsənovun uzunmüddətli fəaliyyətinə verilmiş qiymətdir. Baş nazirin müavini kimi Əli Həsənova əsasən, hüquq-mühafizə orqanları ilə iş, meliorasiya sahəsi və s. məsələlərə nəzarət həvalə edilmişdi. O, 21 ildir ki, baş nazirin müavini idi. 71 yaşlı Əli Həsənov bu vəzifəyə 18 noyabr 1998-ci ildə təyin edilmişdi.

Prezidentin qəbulunda olan və işdən getməsi barədə ərizə verən Hacıbala Abutalıbov da uzun illərdir ki, hakimiyyət komandasında təmsil olunurdu. Əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olan H.Abutalıbov da ötən il iş yerini Nazirlər Kabinetinə dəyişmişdi. H.Abutalıbovun meriyadan uzaqlaşdırılmasından sonra onun da təqaüd vaxtının çox uzaqda olmadığı aydın idi. H.Abutalıbov da bunun fərqində idi.

Baş nazirin keçmiş müavin Abid Şərifovun nəzarətində olan sahələrə baxan 75 yaşlı Abutalıbovun son aylar demək olar ki, heç bir fəaliyyəti gözə dəymirdi.

Ə.Həsənovun və H.Abutalıbovun məhz prezidentin son müşavirədə islahatlara qarşı olan qüvvələrin mövcudluğu barədə danışandan sonra işdən çıxarılmaları təbi ki, bəzi suallar yaradacaq. Üstəlik, Ə.Həsənovun xeyli tənqidlərə məruz qalan Əhalinin Siyahıyaalınması üzrə komissiyanın rəhbəri olmasını da xatırlatmağın yeri var. Amma bir həqiqət də var ki, media uzun illər bu artıq sabiq hesab olunan məmurlarla bağlı müxtəlif qalmaqallardan, korrupsiya ittihamlarından yazsa da, onların hansısa qruplaşmada hakimiyyətə qarşı çıxa biləcəkləri iddiası yer almayıb. Həm Ə.Həsənov, həm H.Abutalıbov əvvəl mərhum prezident Heydər Əliyevə, sonra isə İlham Əliyevə sadiq olublar. Şübhə yoxdur ki, onlar yaş həddinə görə Nazirlər Kabinetindəki otaqlarını boşaltmalı olublar. Son müşavirədə də prezidentin qeyd etdiyi kimi, yeni baş nazirin üzərinə yeni vəzifələr qoyulub və ona daha çevik komanda lazım olacaq. Baş nazir müavinləri postuna hələ ki, yeni təyinatlar yoxdur. İstisna deyil ki, kadr dəyişiklikləri digər nazirlik və komitələrdə də davam edəcək...
“Yeni Müsavat”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...