SABİQ MƏMURUN ŞİRKƏTİNƏ 2 MİLYONLUQ DAHA BİR TENDER – “Azəri Servis LTD”-nin “udduğu” tenderlərin sayı-hesabı yoxdur

12:06 22.10.2019 810
SABİQ MƏMURUN ŞİRKƏTİNƏ 2 MİLYONLUQ DAHA BİR TENDER – “Azəri Servis LTD”-nin “udduğu” tenderlərin sayı-hesabı yoxdur

Müstəqil ekspertlərin əksəriyyəti Azərbaycanda büdcə vəsaitlərinin xərclənməsində ən çox şişirtmələrə və korrupsiya hallarına yol verilən istiqamət kimi dövlət qurumlarının keçirdikləri tenderləri göstərirlər. Xüsusi sübuta ehtiyacı olmayan həmin iddiaları bu və ya digər dövlət qurumunun tenderlərini 2-3 ayın, hətta bir neçə günün şirkətlərinin “udması”, yaxud bir nazirliyin tenderlərini daim eyni şirkətlərin qazanması da təsdiqləyir.

O da məlumdur ki, Azərbaycanda tenderləri qazanan iri şirkətlərin böyük əksəriyyəti məmur-oliqarxların, yaxud onların ətrafındakı şəxslərindir. Kiçik araşdırma aparmaq kifayətdir ki, dövlət qurumlarının hansı şirkətlərlə “işlədiklərini” və bu şirkətlərin kimlərə aid olduğunu aydınlaşdırasan.

Məsələn, ötən gün mətbuatda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin keçirdiyi 6.5 milyon manatlıq 3 tenderin qalibləri bəlli olub. Bunlar “Gidromaşservis” QSC ilə Füzuli rayonu ərazisində 1200 ha əkin sahəsi olan təsərrüfatın suvarma suyu ilə təmin edilməsi ilə əlaqədar 2 milyon 560 min 767 manatlıq, UĞUR-TİKİNTİ MMC ilə Astara rayonunun Pensərçay çayında sahilbərkitmə işləri ilə bağlı tədbirlərlə bağlı 1 milyon 824 min 399 manatlıq və “Azəri Servis LTD” MMC ilə Ağcabədi rayonunda yaradılan aqroparkın 850 ha əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün 2 milyon 212 min 500 manatlıq müqavilələrdir.

Sonuncu şirkətlə, yəni “Azəri Servis LTD” ilə bağlı kiçik araşdırmamız göstərdi ki, bu şirkət Meliorasiya və Su Təsərrüfatı ASC-nin “daimi müştərisidir”. Onun sahibi isə Nasir Nadir oğlu Mustafazadədir. O, 2000-ci ildən “Azəri Servis LTD” MMC-nin sahibidir. Əvvəllər “Azərkəndsutəchizatı” Dövlət Konsernində çalışıb. Onun məhz Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyinə yaxınlığına dair məlumatlar var.
SABİQ MƏMURUN ŞİRKƏTİNƏ 2 MİLYONLUQ DAHA BİR TENDER – “Azəri Servis LTD”-nin “udduğu” tenderlərin sayı-hesabı yoxdur
“Azəri Servis LTD”-nin əsas sifarişçiləri uzun illərdir Əhməd Əhmədzadənin rəhbərlik etdiyi “Meliorasiya və Su Təsərrüfatı”ASC, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, “Azərsu” ASC, Bakı şəhəri Mənzil Kommunal Departamenti və rayon icra hakimiyyətləridir. Bu şirkətin son zamanlarda qazandığı tenderlərin siyahısı ilə tanış olmaq kifayətdir ki, onun “çapı” barədə təsəvvür yaransın.

Əsasən tender yolu ilə aldığı dövlət sifarişləri:
– 8 qəsəbədə qəsəbədaxili yol, su təchizatı və elektrik təchizatı şəbəkələrinin tikintisi;
– 8 qəsəbədə daxili drenaj və suvarma şəbəkələrinin tikintisi;
– 4 yeni yaşayış məhəlləsində məhəllədaxili istilik təchizatı şəbəkəsinin qazanxana ilə birlikdə tikintisi;
– 16 məcburi köçkün qəsəbəsində yol-küçə şəbəkəsinin tikintisi;
– 8 qəsəbədə abadlıq işləri;
– 2 qəsəbədə yolların təmiri və bərbası işləri;
– 1 ədəd avtomobil körpüsünün,
– 5 ədəd 5 mərtəbəli 80 mənzilli,
– 1 ədəd 4 mərtəbəli 16 mənzilli,
– 1 ədəd 88 mənzilli 5 mərtəbəli,
– 1 ədəd 43 mənzilli 5 mərtəbəli yaşayış binalarının,
– 934 fərdi yaşayış evinin,
– 4100 şagird yerlik 8 ədəd məktəb binalarının tikintisi;
– 1 ədəd məktəb binasının təmiri və bərpası;
– 5 ədəd feldşer-mama məntəqəsinin,
– 2 ədəd ambulatoriya binasının,
– 2 ədəd 50 yerlik,
– 1 ədəd 115 yerlik uşaq baxçasının,
– 3 ədəd inzibati binanın,
– 4 ədəd klub-icma mərkəzinin,
– 2 ədəd rabitə evinin,
– 5 ədəd poçt şöbəsinin,
– 1 ədəd yanğınsöndürmə deposunun tikintisi.
– 7 yeni qəsəbənin ərazisində mühəndis hazırlığı, sel sularından mühafizəsi işləri;
– 2 yeni yaşayış məhəlləsində şaquli plandışdırılma işləri;
– Respublikanın 5 rayonunun ərazisində açıq suyığıcı və qapalı suyığıcı qurğuların,
– 4 rayonda nasos stansiyasının tikintisi,
– 7 ədəd subartezian quyusunun qazılması,
– 3 ədəd torpaq bənd, 1 rayonda beton bənd və açıq və qapalı drenlərin tikintisi,
– 4 rayonda Suvarma və Dranaj Şəbəkələrinin Bərpası işləri,
– 1 rayonda Gənclər Mərkəzinin tikintisi,
– Bakı şəhərində su xəttinin çəkilişi və s.

Nadir Mustafazadənin ölkə xaricindəki bizneslərilə bağlı isə bir müddət əvvəl müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənlinin araşdırması dərc edilmişdi.

Realmedia.az

SABİQ MƏMURUN ŞİRKƏTİNƏ 2 MİLYONLUQ DAHA BİR TENDER – “Azəri Servis LTD”-nin “udduğu” tenderlərin sayı-hesabı yoxdur
SABİQ MƏMURUN ŞİRKƏTİNƏ 2 MİLYONLUQ DAHA BİR TENDER – “Azəri Servis LTD”-nin “udduğu” tenderlərin sayı-hesabı yoxdur
SABİQ MƏMURUN ŞİRKƏTİNƏ 2 MİLYONLUQ DAHA BİR TENDER – “Azəri Servis LTD”-nin “udduğu” tenderlərin sayı-hesabı yoxdur
SABİQ MƏMURUN ŞİRKƏTİNƏ 2 MİLYONLUQ DAHA BİR TENDER – “Azəri Servis LTD”-nin “udduğu” tenderlərin sayı-hesabı yoxdur
SABİQ MƏMURUN ŞİRKƏTİNƏ 2 MİLYONLUQ DAHA BİR TENDER – “Azəri Servis LTD”-nin “udduğu” tenderlərin sayı-hesabı yoxdur
SABİQ MƏMURUN ŞİRKƏTİNƏ 2 MİLYONLUQ DAHA BİR TENDER – “Azəri Servis LTD”-nin “udduğu” tenderlərin sayı-hesabı yoxdur
SABİQ MƏMURUN ŞİRKƏTİNƏ 2 MİLYONLUQ DAHA BİR TENDER – “Azəri Servis LTD”-nin “udduğu” tenderlərin sayı-hesabı yoxdur
SABİQ MƏMURUN ŞİRKƏTİNƏ 2 MİLYONLUQ DAHA BİR TENDER – “Azəri Servis LTD”-nin “udduğu” tenderlərin sayı-hesabı yoxdur
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT