“Dedilər, bu işlər elə-belə görülmür” - Ağdamda NARAZILIQ

15:48 21.10.2019 487
“Dedilər, bu işlər elə-belə görülmür” - Ağdamda NARAZILIQ“Aprel döyüşlərində evimə ciddi zərər dəydi. Ev tam yararsız vəziyyətə düşdü. Məndən 2000 manat aldılar ki, evimi təmir-bərpa eləsinlər. İki ildən çox vaxt keçib, pul da getdi, ev də bərpa olmadı. İndi deyirlər, sübut elə ki, pul vermisən, get, əlin hara qədər çatır, şikayət elə” .

DİA.AZ bildirir ki, bunu Ağdamın təmas xəttinə yaxın Çəmənli kəndində yaşayan Rəhbər Məmmədov deyir. Onun sözlərinə görə, məlum hadisələrdən 3 ildən çox vaxt keçsə də, çoxsaylı müraciətlərinə baxmayaraq, evi hələ də qəzalı vəziyyətdə qalıb.

Rəhbər Məmmədov iddia edir ki, təmir-bərpaya görə kəndin icra nümayəndəliyinə 2 min manat da verib: “O vaxt kənddəki evlərin təmir-bərpasına başlayanda dedim, mənim də evim mərmidən silkələnib, divarları aralanıb, şiferlərinə, divarlarına güllə dəyib. Dedi, bu işlər elə-belə görülmür, gətir 2 min manat ver, sənin də evini siyahıya alaq, yerində ev tikək. Mən də qohumlardan pul topladım, icra nümayəndəsinə verdim, sonra da arxasınca düşdüm ki, gəl, evi tik...”

Rəhbər Məmmədovun sözlərinə görə, iki ildən çoxdur Ağdam Rayon İcra Hakimiyyətinə gedib-gəlir, ancaq müsbət nəticəsi olmayıb: “Başçının birinci müavini deyir, evlər tikilib, proses bitib, get, hara istəyirsən şikayət elə. Pul vermisən, verməyəydin, tək adamsan, qoca kişisən, neynirsən təzə evi, get, başını saxla...”

Rəhbər Məmmədov iddia edir ki, aidiyyəti qurumların rəhbərləri aprel döyüşləri zamanı qəzalı vəziyyətə düşən evlər üçün ayrılmış vəsaitləri xərcləməkdə “simiclik” ediblər: “Kənddə çox ev yararsız hala düşüb. Ancaq o vaxt gəlib, baxış keçirib akt yazıblar ki, evin qəzalı vəziyyətə düşməsinin mərmiylə əlaqəsi yoxdur. Rəsmi belə yazıblar, şifahi isə deyirlər ki, “prezidentin pul ayırması elə-belə şeydir, əslində, pul-filan ayrılmayıb. Ayrılıbsa da, gəlib əlimizə çatmayıb ki, sizin evləri təmir-bərpa edək”.

Rəhbər Məmmədovun özünün bu işləri görməsi üçün vəsaiti yoxdur. Təqaüdçüdür, son artımdan sonra 200 manat civarında təqaüd alır. Qəzalı evin içərisində səksəkə içərisində yaşayır: “İki otaqdır, ikisinin də tavanı dağılıb, divarları aralanıb. Yayda çarpayını atıb həyətdə yatıram. Qışda yenə otağa yığışıram. Erməni evin böyrünə bir dənə də mərmi atsa, damın altında qalacam. Onsuz da cəbhə xəttində yaşamağın özü bir zülmdür. Üstəlik, məmurların bizi incitməsi vəziyyətimizi daha dözülməz edir”.

Çəmənli sakini mərmidən qəzalı vəziyyətə düşən evində bərpa işlərinin aparılmasını tələb edir.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ

17:54

Ov mövsümü hamı üçün bitib? - Restoranlar çöl quşlarından kabab təklif edirlər - VİDEO

17:10

Bir ailənin 6 üzvü qəzada ÖLDÜ

16:09

Bakıda liftdən meyit tapıldı