Impera
XƏBƏR LENTİ
23:53Bakıda başı telefona qarışan sürücü ağır qəza törətdi - ANBAAN VİDEO23:41AZƏRBAYCANDA QƏZA: Yüzlərlə evə qaz verilişi dayandırıldı23:30“Deputatlar özlərini elə apardılar ki, sanki parlamentdə deyillər” — Politoloq23:01“Şahdağ”da qiymətlər 15 faiz endirilib - RƏSMİ22:58İsa Qəmbərin oğlunun namizədliyinə deputatdan REAKSİYA - “Çox yaxşı bir haldır”22:54Məhərrəm Əliyev yeni vəzifəsində ilk dəfə... - FOTOLAR22:46Bakıda amansız qətlin təfərrüatı: Kişi doğmalarını öldürmək üçün Bakıya gəldi22:42Bakıda “Infiniti” ilə qəza törədən qız adamlara hücum çəkdi -VİDEO22:38Nazir Naxçıvan məhkəmələri ilə bağlı əmr imzaladı22:33Könül Kərimovanın oğlu xəstəxanaya yerləşdirildi - Əməliyyat olundu21:32İlham Əliyev sərəncam İMZALADI21:30Siyasi şərhçi: “ABŞ kiçik və mənasız Ermənistana görə qondarma soyqırımı tanıdı”21:24Oqtay Gülalıyevin son durumu: İrəliləyiş var21:19Qadının məzarı kişininkindən niyə dərin qazılır? - Din xadimi SƏBƏBİ açıqladı21:16AST Telmanın qohumu həbs olundu: 230 min dollarlıq “Ferrari” söhbəti13:27Nikola Yurçeviç istefaya göndərildi13:24Külli miqdarda pirotexniki vasitə ələ keçirildi13:23Bakıda vətəndaşlara bıçaqla hücum edən yarıçılpaq şəxslərlə bağlı YENİ MƏLUMAT13:19"EuroHome"da növbəti aksiya: "Kredit borcları bağlansın" - "kompensasiya ödənlisin"12:07“Özbaşıma növbəti seçkilərə qatıla bilmərəm!” — Ramiz Mehdiyevin kürəkəni - FOTO11:02Azərbaycana gətirilən konfetin içindən görün nələr çıxdı - FOTO10:55Dəhşətli kadrlar: şir zoopark işçisinin qolunu parçaladı – VİDEO10:51ABŞ müqavilə ilə qadağan olunmuş ballistik raketi sınaqdan keçirdi?10:46İmişlidə yük maşını iribuynuzlu heyvanları vurub öldürdü10:32ABŞ senatı qondarma “erməni soyqırımı” qətnaməsini qəbul etdi21:31Mehman Hüseynov polisə çağırıldı - SƏBƏB10:14Bu gün Heydər Əliyevin anım günüdür16:02Ermənistanın keçmiş prezidenti: "Nikol Paşinyan özünü Xilaskar İsus kimi təsəvvür edir"15:59Heydər Əliyev Fondu Oqtay Gülalıyevə dəstəyi davam etdirəcək - Fonddan açıqlama15:57Merkeldən Putinə gözlənilməz sözlər: “Bu gün sən qalibsən...”15:54Azərbaycanla Avropa Birliyi arasında imzalanacaq sənədin bəzi detalları AÇIQLANDI15:52Ağdamda güclü partlayış olub, xəsarət alanlar var15:51Vilayət Eyvazov mayora yeni vəzifə verdi15:49Qarabağ İcmasının sədri: Ermənistanın yalanlarına inanmırlar12:26Türkdilli sahibkarlar üçün ortaq biznes portalı yaradılıb12:24Elxan Məmmədovdan Dadaşlinskiyə: Bu sualı iş adamlarına verin - VİDEO12:23Azərbaycanda işdən çıxarılan məmur ölkədən qaçdı - Foto12:20Azərbaycanlı həkim 6 milyon dollar mükafat aldı - Foto12:19Mikayıl Cabbarovdan qərar – İcrasına şəxsən özü nəzarət edəcək12:17Bakıda 31 yaşlı qadın bacısının evində ölü tapılıb12:06Sərhəddə silahlı insident: Yaralanan var12:05Yanğın baş verən "Eurohome"dakı son vəziyyət - VİDEO12:03Ehtiyacımız olmayan əşyaları almağımızın səbəbi – Didro effekti12:02Bakıda məktəbdə yanğın baş verib17:38Ramiz Zeynalov yanğın yerində17:36İranda güclü zəlzələ17:34Vilayət Eyvazovdan yeni - TƏYİNAT17:30Sabah yenə yağış yağacaq17:27“Böyük yanğın deyil ki, Heydərov ora gəlsin” - Gereraldan AÇIQLAMA17:25Azərbaycanda 6 vəzifəli şəxs işdən çıxarıldı - YENİ TƏYİNATLAR17:00“EuroHome”da malları yanan sahibkar: Bazarın yarısının sığortası yoxdur12:13Şirvanda yeni doğulan körpə ölüb12:12Bakıdakı GÜCLÜ YANĞIN bu yollarda TIXAC yaratdı12:08Dünyanın ən gənc qadın baş naziri bu həftə işə başlayacaq - Foto12:07Yanan ticarət mərkəzinin sahibi bu şəxsdir12:06Abşeronda partlayış: Yaralılar var11:56Yanğın yerinə 3 helikopter göndərildi - VİDEO - YENİLƏNİB11:49Bu gün Konqresin Trampa qarşı ittihamları açıqlanacaq11:42Azərbaycanlı reperlərin avtomobili atəşə tutuldu13:14SON DƏQİQƏ – Xırdalanda güclü partlayış, yaralı var13:09Sürücülərin diqqətinə - Polis müraciət yaydı - FOTO13:07Faktiki hava açıqlanıb13:06ABŞ-ın Azərbaycandakı səfirliyinin attaşesi qəzaya düşüb13:04İcra başçısının 1 milyon manatlıq tender “qazanan” qohumu DOST-dan maaş alırmış - SƏNƏD13:01İran ABŞ hərbi bazasını raket atəşinə tutub12:58Canlı yayımda aparıcını çətin vəziyyətdə qoydular - VİDEO12:56BDU-dan Xoşqədəm-Nazilə qalmaqalına cavab: "Gedin, işinizlə məşğul olun!" - AÇIQLAMA12:54“Uduzmağı bacarmaq özü bir mədəniyyətdir”12:53Yağışlı havada Bakıda baş verən ağır qəzalar - ANBAAN VİDEO12:52Yağışlı havada Bakıda baş verən ağır qəzalar - ANBAAN VİDEO12:49Erməni əsir və girovluğundakı azərbaycanlılar - 29 uşaq, 98 qadın, 112 qoca, 604 hərbçi...12:47Xələf Xələfov: "Azərbaycanla Rusiya arasında demarkasiya prosesi növbəti 2-3 ildə yekunlaşacaq"12:45Bakıda avtobusda biabırçı görüntülər - Sərnişinlərin nəzərinə! - FOTO12:41Diplomatik qalmaqal: Meksikanın Argentinadakı səfiri görün nə oğurlayıb? - Geri çağırıldı - VİDEO12:39Soyuq havada evdən çıxan körpə donaraq öldü22:06Təhsil nazirinin müavini rüşvət aldığına görə həbs edildi - SON DƏQİQƏ15:08Rəhbərlik dəyişibmi? - Xəzər TV-dən AÇIQLAMA15:05Ruhani büdcəni təqdim etdi15:04Cazibədar müğənni də deputat olmaq istəyir: Milli Məclisin önündən FOTO15:01İsrail əsgərləri fələstinli qadını həbs etdi14:57Ermənilər Kəlbəcər meşələrində diversiya qrupları yaradır - VİDEO17:22"WhatsApp" sabahdan kütləvi mesajları qadağan edir17:19“Valeh Ələsgərov 15 il deputat oldu, seçicilərlə 1 dəfə görüşdü” - Video14:48Donald Tramp: "ABŞ Səudiyyə Ərəbistanına 12 min hərbçi göndərmək niyyətində deyil"14:12Kapital Bank yenilənən Cəlilabad filialını istifadəyə verdi14:05Mühafizə müdiri ona qapı açmayan qadınları vəhşicəsinə döydü — VİDEO13:56Vilayət Eyvazov Dövlət Yol Polisi barədə göstəriş verdi13:17Speys TV “tam məxfi” sənədləri yaydı – Video11:33Vilayət Eyvazov Dövlət Yol Polisi barədə göstəriş verdi - İNSTAGRAMLA BAĞLI11:29Ermənistan ordusu atəşkəs rejimini 23 dəfə pozub11:22İran hakimiyyəti minlərlə etirazçının qətlində ittiham edilir10:29Azərbaycanda ŞOK HADİSƏ!!! Əmi 11 yaşlı qardaşı qızını öldürüb basdırdı10:25BMT-nin təmsilçisi: “Vəziyyət çox təhlükəlidir”16:39DİN-dən yeni təyinat16:38Bu da çıxdı - Bənövşəyi çörək16:37Aleksandr Lukaşenko: “Tərkibə daxil olmağa hazırlaşmırıq. Hətta qardaş Rusiya ilə də”16:36Yerə yıxılan köməksiz yaşlı xanıma lağ edib gülürdülər16:28Bu il 16 icra başçısı işdən azad edilib - SİYAHI16:26Ağdamda silahlı insident - Faktla bağlı cinayət işi başlanıb16:25Atanın dovşana tuşladığı güllə oğlunu öldürdü
BÜTÜN XƏBƏRLƏR

"Bütün bunlardan artıq bezmişik" - Xaçmazda ÖZBAŞINALIQ

21 Ekm 2019, 11:27   
"Bütün bunlardan artıq bezmişik" - Xaçmazda ÖZBAŞINALIQ

“Məlum qüvvələr qəsdən müxtəlif yollarla bizi təxribata çəkmək istəyirlər. Qəsdən bəzi reket jurnalistlərin əli ilə cəmiyyətə və yuxarılara məlumat ötürürlər ki, guya biz xalqı mitinqlərə, aksiyalara çıxması üçün çalışırıq. İllərdir ki, hər cür böhtan və şantaja məruz qalan ailəmiz, yenə də belə ittihamlarla üz-üzədir. Səbəb isə dəyişməyib, təki başımız qarışsın, təki yuxarıda oturan vəzifə sahiblərində bizim barəmizdə mənfi obraz yaransın və nəticədə heç bir şikayətlərimizə məhəl qoymadan anamızın qanını batırsınlar”

Bu sözləri Xaçmaz şəhərində yerləşən “Arzu” Ticarət Mərkəzinin rəhbəri Gülnarə Həbibova söyləyib. Onun sözlərinə görə, rayonun bəzi vəzifəli şəxsləri onların ailəsinə qarşı məqsədli şəkildə şantaj və böhtan kampaniyası aparır.

“2006-cı ildən bu günə qədər, ailəmiz rayonun vəzifəli şəxsləri tərəfindən öyrədilmiş xüsusi adamların hədəfinə çevrilib. Elə bir gün, elə bir həftə yox idi ki, biz məhkəmə, prokurorluq orqanlarının qapılarında olmayaq. Nəticə olaraq, anam, şairə xanım Nəcimə Babayeva 2010-cu ilin sentyabrın 15-də, öz yaşadığı evdə, vəhşicəsinə, xüsusi amansızlıqla qətlə yetirildi. Bu günə qədər də qatilin və ya qatillərin, sifarişçinin və ya sifarişçilərin tapılması istiqamətində heç bir nəticə əldə olunmayıb. Nə vaxt anamın qatillərinin tapılmasını tələb etsək, bizimlə qəsdən mülkiyyət və ya başqa bir formada “şikayətçi” peyda olur və başımızı qarışdırırlar. Bütün bunlardan artıq bezmişik”

Gülnarə Həbibovann sözlərinə görə, hələ anasının sağ vaxtı özəlləşdirdiyi “Arzu” Ticarət Mərkəzinin yerləşdiyi torpağa görə, onlara rayon səviyyəsində qəsdən, bilərəkdən şantaj xarakterli təhdidlər mövcuddur. Belə ki, ailənin bildirdiyinə görə, analarının qətlindən 9 ildən çox müddət keçsə də, nəinki heç bir nəticə əldə edilməyib, əksinə öz hüquqlarını tələb edən ailəyə qarşı iddialar, ittihamlar səngimir.

“Maraqlıdır ki, bizə qarşı təhqir, təhdid yağdıran heç kəs cəzalandırılmır, əksinə müxtəlif hüquqi fəndlərlə bizim fəaliyyətimizə mane olurlar. Bizə qarşı şikayət edən, bizi ittiham edənlərin şəxsiyyətlərini və əlaqələrini araşdıran yoxdur. Araşdırın, görəcəksiniz ki, başımıza gələnlər hansı “mətbəxin” məhsuludur. Axı nə qədər olar? Bir ailə olaraq, bütün bunları yaşamaq üçün bizim günahımız nədir? Heç kəsin işlərinə qarışmayan adamlarıq, bizdən nə istəyirsiz?”

Sahibkar xanım bildirir ki, artıq baş verənlərin şairə xanımın qətli ilə birbaşa bağlı olduğunu düşünürlər. Onun bildirdiyinə görə, hər dəfə anasının qətlinin açılması ilə bağlı kiçik belə bir addım atan kimi, ortaya qondarma mülkiyyət davaları atılır və ailə uydurma ittihamlarla məhkəmələrə cəlb edilir. Gülnarə Həbibova bildirir ki, ailə ehtimal edir ki, nəticəsinin əvvəldən məğlubiyyət olduğu aydın olan bütün iddia və ittihamlar qəsdən ortaya atılır ki, həm ailənin başı qarışsın, həm də qətlin motivinin yalnız bazar məsələsi, yəni maddi məsələ olduğu güman edilsin.

“Bunu qəsdən edirlər. Çünki bazar və mülkiyyət məsələsində ailənin özünü də şübhəlilər siyahısına daxil etmək olardı. Belə də oldu. Ailənin özünü yalnız maddi məsələləri ortaya atmaqla günahlandırmaq olardı, axı anamın şerlərinə görə biz təqsirləndirilən şəxs ola bilməzdik?! Bilirlər ki, neçə illərdir ki, ölümün motivini bazar və mülkiyyət olduğunu ehtimal edən istintaq tədbirləri heç bir nəticə verməyib. Belə əməllərlə dolayısı ilə istintaqa kənar təsir göstərərək, düzgün versiya irəli sürüb, araşdırılmasına mane olurlar. Olduqca hiyləgər və güclü əlaqələri olan bir qrupla üz-üzəyik. Biz ailə olaraq, hesab edirik ki, anamın qətlinin motivi təkcə mülkiyyət davaları deyil, həm də onun şerləridir. Bu istiqamətdə də araşdırma aparılmasını tələb edirik. Bu tələbi nə zaman ortaya atsaq, dərhal bizə qarşı rayon səviyyəsində hücumlar başlayır. Başımıza gələnlərin ssenari müəlliflərinin, icraçılarının şəxsiyyətlərinə diqqət edəndə, əslində bu cinayət işinin niyə açılmamasının səbəbləri gün kimi aydın olur”.

Zərərçəkən sahibkar bildirir ki, əlacsız qalaraq, anasının qətli ilə bağlı faktları ictimailəşdirəndən sonra, indi də başqa təxribatla üz-üzə qalıblar. Onun sözlərinə görə, qonşu sahibkar “Azəri qardaşları” MMC-nin təsisçi və rəhbərləri tərəfindən, ortada olan məhkəmə qərardadı, bilərəkdən xalqa yanlış izah edilərək, onları etiraz aksiyaları təşkil etməyə səsləyirlər.

“Qəsdən belə edirlər. İki il bizimlə qərəzli formada məhkəmələri gəzib, nəticədə uduzan adamı, bir gecənin içində “bazarın müdiri” vəzifəsinə təyin edib, bizi KİV-də təhqir elətdirdilər. Paytaxtdan gətirilən “xüsusi təyinatlı jurnalistlər” bu olayı “Xaçmazda etiraz aksiyaları başladı” kimi başlıqlarla cəmiyyətə sırıdı. Belə jurnalistika olur? Gəlmisən, xoş gəlmisən, o tərəfi çəkəndə, bu tərəfdən də bir soruş da, axı nə baş verib? Ortada uzun sürən proseslərdən sonra əldə etdiyimiz bir məhkəmə qərardadı var. Dövlətin sənədləri ilə bizə məxsus olan ərazidə, qanunsuz olaraq inşa edilən bəzi çıxışları bağladıq. Çünki, ailəmiz xırda qanunsuzluqdan belə çəkinir. Düşmənlərimiz var, heç bir qanunsuz hərəkətlərə yol verə bilmərik. Sonra yenidən məhkəmələr, prokurorluq orqanları gəzməli oluruq. Ona görə də, işimizi bu başdan elə qurmaq istəyirik ki, sabah bizim qapımızı kimsə, hansısa qanunsuz əmələ görə döyməsin. Ancaq öz giriş-çıxışlarını tamahlarına görə, qanunsuz satan adamlar, xalqa yanlış istiqamət göstərək, guya bizim yolları bağladığımızı deyir, xalqı üsyana səsləyir, ünvanımıza cinayətkar, təxribatçı, araqarışdıran olduğumuzu elan edir. Bunu biz kiməsə eləsək, dərhal bizi həbs edərlər, ancaq bu adamlara heç nə deyən yoxdur. Görəsən niyə? Səbəblər gün kimi aydındır. Biz hesab edirik ki, ailəmizi susdurmaq üçün atılan belə təxribatçı addımlara görə, hər kəs vəzifəsindən asılı olmayaraq qanun qarşısında cavab verməlidir. Bütün vəzifəli şəxslərdən, o cümlədən ölkə başçısından xahiş edirəm ki, ailəmizə qarşı aparılan bu dağıdıcı, təxribatçı fəaliyyətin hardan qaynaqlandığı, sifarişçilər tapılsın və hər kəs öz əməlinə görə cavab versin!”

Onu da qeyd edək ki, oktyabr ayının 8-də, bəzi saytlarda və kanallarda Xaçmaz bazarının rəhbəri Gülnarə Həbibovanın xalqı ayağa qaldırmaq üçün bazarın yollarını bağlaması, hətta öz anasının qətlini də özünün sifariş etməsi barədə məlumatlar yayıldı. Məlumatda bildirilirdi ki, Həbibovlar ailəsi bazarın giriş-çıxış yollarını bağladığı üçün, xalq guya əsəbləşib, Prezident Aparatına yürüş etmək, rayonda etiraz aksiyaları keçirmək istəyir.

Hadisənin əslində necə baş veridiyini sizə heç bir şərh olmadan təqdim edirik. //konkret.az//
OXŞAR MÖVZULAR