Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib

10:12 18.10.2019 461
Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib

Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, “Scandic Continental” otelində reallaşan tədbir Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə təşkil olunub.

Qonaqları salamlayan tədbirin təşəbbüskarı, biznesin inkişafı üzrə mütəxəssis Ulrika Nazimson öz fəaliyyəti və bu tədbirin keçirilməsi ilə bağlı qarşıya qoyulmuş məqsədlərdən söz açıb.

“Bu gün biz Azərbaycanı İsveçdə daha da yaxşı tanıtmaq istəyirik və bunun üçün biznes sahəsinin verdiyi imkanlarından istifadə etməyə çalışacağam. Gələcəkdə, bu tədbirin davamı kimi mən iki ölkədən olan iş adamlarının birgə görüşünü də keçirmək istəyirəm”, - deyə Ulrika Nazimson bildirib.

Sonra çıxış edən Azərbaycanın İsveç Krallığındakı səfirliyinin birinci katibi Vaqif Seyidbəyov, bu tədbirin baş tutması təşəbbüsünün irəli sürdüyünə və keçirilməsi üçün fəaliyyətinə görə Ulrika Nazimsona təşəkkür edib. Diplomat bildirib ki, bu gün Azərbaycanın mədəniyyəti, tarixi, adət-ənənəsi və gözəl təbiəti haqqında daha çox məlumat verməklə və ölkəmizi daha da yaxşı tanıtdırmaqla yanaşı, bura, eyni zamanda, İsveç iş adamlarına Azərbaycan ticarət və investisiya imkanlarını nümayiş etdirmək üçün yaxşı şansdır.

Vaqif Seyidbəyob deyib: “Bu layihə İsveç və Azərbaycan arasında əlaqələrin daha da inkişafına mühüm töhfə verəcək və bir daha Azərbaycan hökumətinin iki ölkə arasında əlaqələrin və tərəfdaşlığın inkişaf etdirməyə marağını nümayiş etdirəcək”.

O bildirib ki, Azərbaycanın İsveçdəki səfirliyi 2008-ci ildə fəaliyyətə başlayıb və ötən 10 ildən çox müddətdə səfırlik ikitərəfli münasibətləri inkişafına töhfə verərək yaxşı dost əlaqələrinin qurulması üçün əlindən gələni edib.

“Bu gün biz bir daha əməkdaşlıq etməyə və birlikdə işləməyə hazır olduğumuzu göstərmək üçün buradayıq. Onu da əlavə etmək istərdim ki, bu tədbirin keçirilməsi üçün Diasporlarla İş üzrə Dövlət Komitəsi yanında Azərbaycan Diasporuna Dəstək Fondu, tərəfindən yaradılan təşkilat xaricdə yaşayan azərbaycanlıları da dəstəkləyir”, - deyə diplomat qeyd edib.

İsveçin Rusiya və MDB ölkələri üzrə Ticarət Palatasının rəhbəri və idarə heyətinin üzvü Hainz Syoqren, keçiriləcək təqdimatın əhəmiyyətini vurğulayaq bildirib ki, Azərbaycanla İsveç arasında olan münasibətlər iki ölkənin potensialını əks etdirmir: “150 il əvvəl ölkələrimiz arasında çox sıx münasibətlər mövcud olmuşdur, hətta Nobel qardaşları öz var-dövlətlərinin böyük hissəsini Azərbaycanda qazanıb. Onların Bakıdakı neft sahəsində işləri o qədər uğurlu olub ki, 1880-cı illərdə onlara çalışanların sayı 15 min nəfərdən çox olub”.

Hainz Syoqren bildirib ki, həmin illərdə Nobel qardaşları İsveçə xas yanaşmanı Bakıda da nümayiş etdirib, çünki onlarla çalışan işçilərin sosial rifahı üçün bir sıra məsələlər həll olunub.

“Təəssüflər olsun ki, biz bir vaxtlar mövcud olmuş bu əlaqələri yaddan çıxartmışıq, ona görə bu kimi tədbirlərin keçirilməsi və davamlı olması çox vacibdir”, - deyə Hainz Syoqren söyləyib.

Azərbaycan Respublikasının Diasporlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun aparıcı mütəxəssisi Xıdır Kazımov təmsil etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat verib. O bildirib ki, ötən il Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Fond, digər ölkələrdə Azərbaycan mədəniyyətini, milli-mənəvi dəyərlər və ənənələrinin qoruyub saxlanılması habelə, xaricdə yaşayan azərbaycanlıların fəaliyyətinin güclənməsinə və diaspor sahəsində müxtəlif layihələrin reallaşdırılmasına dövlət dəstəyinin verilməsini təmin edir.

Azərbaycanla İsveç arasındakı əlaqələrə də toxunan X. Kazımov qeyd edib ki, Nobel qardaşlarının ölkəmizdə buraxdığı miras bu gün də qorunur. O bildirib ki, bu qəbildən olan fəaliyyətlər arasında Nobel təqaüdü, Bakı Nobel İrsi Fondu və Nobel qardaşları Muzeyini qeyd etmək olar.

Tədbirin əsas hissəsində biznes inkişafı üzrə mütəxəssis Ulrika Nazimson Azərbaycanla bağlı təqdimat edib. Təqdimatda ölkəmizin tarixi və mədəni aspektləri, iqtisadi inkişafın gələcək modeli haqqında ətraflı məlumat verilməsi ilə yanaşı, İsveç və Azərbaycan arasındakı işgüzar və mədəni əlaqələrin inkişaf etdirmə perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Azərbaycanın turizm potensiyalı haqqında xüsusi videoların nümayiş olunmasından sonra, ölkəmizin tarixi mədəni müxtəlifliyi haqqında məlumat verilib. Azərbaycanın inkişaf modeli, neft qaz, layihələri ilə bağlı ətraflı məlumatın da yer aldığı təqdimatda respublikanın digər tərəfdaş ölkələrlə əlaqələri haqqından da bəhs olunub.

Azərbaycanın həyata keçirdiyi nəqliyyat layihələri haqqında da məlumat verən Ulrika Nazimson, hava nəqliyyatının inkişafı, Xəzərin ən böyük limanı olan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi çərçivəsində görülən işlərdən və İsveç iş adamlarını maraqlandıra biləcək digər layihələr haqqında da məlumat verib.

Telekomunikasiya texnologiyalarının da Azərbaycanda böyük vüsət aldığını diqqətə çatdıran biznes inkişafı üzrə mütəxəssis U. Nazimson, Azərbaycan Milli Aerokosmik Agentliyi tərəfindən müxtəlif peyklərin istifadə edildiyini və bunun Azərbaycanda kosmik sənayenin inkişafı üçün ilk addım olduğunu bildirib.

Azərbaycanda “Volvo”, ABB, “Ericsson”, “Electrolux”, “Oriflame”, “SKF”, “Husqvarna” və “Vsab” kimi İsveç şirkətlərin fəaliyyət göstərdiyini bildirən Ulrika Nazimson bu əlaqələrin daha da inkişaf edə biləcəyini qeyd edib, bəzi sahələrə daha çox diqqətin yetirilməli olduğunu vurğulayıb.

Tədbir əsnasında ingilis dilində nəşr edilmiş “Cry” (Ağı) kitabının təqdimatı da keçirilib. Burada çıxış edən şairə Leyla Bəyim, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın təcavüzü haqqında məlumat verərək münaqişə haqqında həqiqətlərin İsveçdə də yayılmasının vacibliyini bildirib.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu