Impera
XƏBƏR LENTİ
12:41Bakıda beş avtomobil toqquşdu: sürücülər arasında dava düşdü - ANBAAN VİDEO12:38Gürcüstanda etirazçılar deputatları parlamentə buraxmayıblar12:36Zamirə Ədilovaya vəzifə verildi11:34Heyvanların müdafəsi üçün 40 min imza toplanılır11:32Kombilərdə bunu edin - qaza və işığa 35 faiz qənaət edəcəksiz - VİDEO11:31Bakıda arvadını öldürən kişi Gəncədə təslim olub10:57İranda aksiyalarda 25 nəfər öldü, 40 nəfər saxlanıldı - Hökumətdən xəbərdarlıq10:56Metroda Madonnanın sinəsini parça ilə örtən saxlanılıb20:15Gürcüstan müxalifəti aksiyalara başladı19:51Fransada “sarı jiletlilər”in aksiyasında 147 nəfər saxlanıldı19:50İcra başçısı barədə şok iddia: Qayınanasının adına subsidiya alıb, obyektlərinin sayı-hesabı yoxdur - VİDEO19:44Müəllimlərin ən yüksək maaş aldığı ölkələrin TOP 10-luğu15:00Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artıb14:35Gələn ilin büdcəsinə ən çox hansı qurum xeyir verəcək?13:12İstanbulda casusun sirli ölümü: Özbək qulluqçunun dedikləri12:1715 yaşlı APA...12:04Uşaqlar ip əvəzinə ilanla oynadılar - VİDEO16:31Bərdədə yanğın: Üç nəfər zəhərləndi - FOTO16:29Ulduz idmançılar Azərbaycana gəlir16:26Azərbaycana avtomobil idxalı kəskin artıb16:26Azərbaycana avtomobil idxalı kəskin artıb16:26Benzin BAHALAŞDI16:17Bakıya yağış, rayonlara qar yağacaq16:16"Fədayəyə oxumağı mən öyrətmişəm, bacısı nə danışdığını bilmir" - Tacir - VİDEO16:14Bakıda 16 yaşlı gənc metroda itkin düşdü16:14Prezident müsəlman din xadimlərini qəbul etdi - FOTO16:12Prezident Bilal Əliyevə mənzil bağışladı16:06Selfi sevgisi daha bir turisti öldürdü16:02Bakıda yeni metro stansiyaları bu ərazilərdə olacaq - Zığ, Bayıl, Yeni Yasamal... - XƏRİTƏ16:01Məşhur aktyorun oriental şousu təəccübləndirdi - VİDEO15:58Sərxoş kişi hamilə qadını döyüb xəstəxanalıq etdi - Video15:32Kran minik maşınını yolda belə sürüdü - ANBAAN VİDEO12:05Elmira Süleymanova: "Yalan məlumatdır"11:32Yeniyetmə bacısını timsahın ağzından xilas etdi - FOTO11:30Gecə Bakıda baş verən yanğında polislər körpələri evdən çıxarır - FOTOLAR11:27Vilayət Eyvazov generalı işdən çıxardı, polkovnikə yeni vəzifə verdi11:24Bakı Slavyan Universitetinin rektoru erməni əsillidir? - İDDİALARA CAVAB VERİLDİ20:123500-dən çox məhkuma ŞAD XƏBƏR - Əfv imzalandı20:11Prezident Bilal Ərdoğanla görüşdü20:10İlham Əliyev bu şəxslərə fəxri adlar verdi - SİYAHI20:06Prezident və xanımı Kirill ilə görüşdü20:03Bakıda qızları təhqir edən şəxsləri vətəndaşlar belə döydü - YENİ VİDEO19:59Hindistan, Çin və Rusiya xüsusi ödəniş sistemi yaradacaq19:48Əhaliyə şad xəbər: İstiliklə bağlı unikal sənəd Nazirlər Kabinetində16:49Oqtay Gülalıyevdən sarsıdıcı xəbər - FOTO16:47Bakıda doğulan qəribə körpə ÖLÜB - AÇIQLAMA16:45Adam öldürüb Azərbaycana qaçdı, 10 il sonra tutuldu16:33Sabah qar yağacaq - PROQNOZ12:41Bulvarda bir nəfər dənizə düşdü12:26Azərbaycanda doktoranturaya qəbul qaydaları dəyişib12:16Almaniyada siyasi mühacir alverinə qarşı böyük əməliyyat: Azərbaycanlı hüquqşünas da saxlanılanlar arasındadır11:23“Yerli seriallar gənc nəslin tərbiyəsini pozur”11:22“Bayquş” qanadlarını açır: Dubayda yeni superkar təqdim olundu – FOTO11:19Ərdoğan Trampın sözünü kəsib, səhvini düzəltdi - Video11:17“Facebook” feyklə mübarizə aparır: akkauntların 5 faizi saxta çıxdı11:14Paytaxtda Dünya dini liderlərinin II Bakı Sammiti başlayır11:13MMA döyüşçüsü insan oğurluğunda şübhəli bilinərək həbs edildi21:09Prezident sərəncam imzaladı21:04İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO21:00General bu şok səbəbə görə saxlanıldı20:55Arvadını narahat edən ailənin dörd üzvünü öldürdü - VİDEO20:45Bakı bulvarına yeni atraksionlar gətiriləcək14:56Mehriban Əliyeva şəhid ailəsini SEVİNDİRDİ14:54Yeni icra başçıları kollektivə təqdim olundu14:49Prezidentin tapşırığına uyğun olaraq Eldar Əzizovdan YENİ ADDIM13:02Yeni Təhsil naziri təyin olunub - Gürcüstanda12:43Ramiz Mehdiyev KARDİNAL DƏYİŞİKLİKLƏRƏ BAŞLAYIR - Bəzi qurumlar LƏĞV EDİLƏCƏK12:40Nazir onları işdən çıxartdı12:35Bu binanın sakinləri kirayə evlərə köçürüləcək - VİDEO11:08Ermənistan ordusu atəşkəs rejimini 22 dəfə pozub11:07Ərdoğanın partiyasında şok istefa10:45Varlılar banklara güvənmirlər10:44Deputatlıqdan daha yüksək vəzifəyə gedənlər — SİYAHI10:42“Facebook” onlayn ödəmə xidməti tətbiq edəcək10:41Elə sabahdan QIRMIZI SOĞAN yeməyə başlayacaqsız - Sən demə...15:39Arif Hacılı saxlanıldı15:30Şəmsəddin Xanbabayevin KORRUPSİYA “TƏMƏL”İ… – İTTİHAM15:28ŞOKA DÜŞƏN XƏSTƏYƏ TƏCİLİ YARDIM MAŞINI TAPILMADI – SƏS YAZISI12:57Nazarbayev Putinlə Zelenskini görüşdürür12:49“Ağ şəhər”də iki fəhlə kanalizasiya quyusuna düşərək ölüb12:48Kapital Bank növbəti beynəlxalq Kənd Təsərrüfatı Forumuna qatılıb12:47ATV-nin icraçı direktoru vəzifədən getdi12:46Nazirlik Bakıdakı bu doğum evinin təmirinə 10 milyona yaxın pul xərcləyəcək12:41Gömrük postunda avtomobillərdən soyuq silah aşkarlandı11:37“Cənab prezident, şəkil bulanlıq düşüb, yenidən çəkdirə bilərik?” — Video11:35Əli Həsənov: "Azərbaycan Konstitusiyası ölkənin davamlı inkişafı və tərəqqisinə xidmət göstərir"11:34Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - Foto11:32Argentina Bakıdan Əli Əkbər Vilayətinin həbsini tələb edib10:00Ermənistan ordusu atəşkəs rejimini 23 dəfə pozub12:24İcbari Tibbi Sığortanın “bismillah”ında aparat xarab olub - GİLEY11:46Yurçeviç millimizə 24 futbolçu çağırdı11:30Səhiyyə sistemində daha bir biabırçı ünvan... - İTTİHAM11:07Mikayıl Cabbarovun islahatlarının səmimiyyəti buradan görünəcək... - İllərdir "Azersun" bazarda meydan sulayır...09:47Bağça adıyla “yeyilən” milyonlar – Büdcədəki rəqəmlər işin üstünü açdı09:31Ermənistan silahlı bölmələri atəşkəsi 21 dəfə pozub09:16DSMF-nin Göyçay Şöbəsinin müdirinə şok ittihamlar-Gömrük generalı Ehtiram Xəlilovun adı hallanır08:58İmişlinin icra başçısı 7 ildir yaşadığı kottej villanın kirayə pulunu necə ödəyir?.. - Araz aşığındandır, Kür də topuğundan...08:44Səfər Mehdiyev öhdəlikləri yerinə yetirə bilmir? layihələr durdu, milyonlar getdi15:33SON DƏQİQƏ! Neft emalı zavodunda PARTLAYIŞ - Çox sayda yaralı var / VİDEO15:17Nazirdən hərbi qulluqçuların pul təminatı ilə bağlı - QƏRAR
BÜTÜN XƏBƏRLƏR

İki ay icra başçısında "haqq" çatdıra bilmədi işini itirdi - Alı Alıyev yerli məmurları necə şantaj edir?

17 Ekm 2019, 15:30   
İki ay icra başçısında "haqq" çatdıra bilmədi işini itirdi - Alı Alıyev yerli məmurları necə şantaj edir?

Fizulidə baş həkimin işdən çıxarılması işçiləri “ayağa qaldırdı», polis xəstəxananı mühasirəyə aldı.

Yəqin ki, məqaləni oxuyan hər kəs mövzunun hansı səbəbdən belə bir başlıq adı altında yazıldığı anlamına xüsusi diqqət yetirəcək və gündəlik gözü önündə baş verənləri bir daha yada salacaq. Diqqət ayrılası məqam o olacaq ki, bu gün də yaşadığımız ictimai həyatın ayrı-ayrı sahələrində saysız-hesabsız problemlər, bənzəri olmayan olaylar yaşanmaqdadır.

Bilib eşitdiyimiz həqiqət isə ondan ibarətdir ki, hələ bir neçə il bundan əvvəl də, səhiyyəmizdə yaşananlar daha çox ictimai müzakirələrə səbəb olurdu. Tam əksəriyyət o halın varlığını ittiham edirdi ki, nədən qəbul olunmuş qanunlar kağız üzərində qalır, vətəndaşlara verilmiş imtiyazlar, bir çox təminolunmalar boş-boş vədlərdən başqa bir şey olmur. Bütün bunlar qalsın bir yana, bir neçə gün bundan əvvəl Fizuli səhiyyəsində baş verən növbəti olay haqda məlumatları əldə etdikcə, sanki şoka deyil, birbaşa “şökə” düşməli olduq. Buna səbəb olan amillərdən biri də, Fizuli Rayon Diaqnostika Mərkəzinin fəaliyyətə başladığı ilk gündən, adı çəkilən səhiyyə müəssisəsində baş həkim vəzifəsini daşıyan Məmmədov Cümşüd Məmməd oğlunun, təqribən üç-dörd gün bundan əvvəl heç bir əsas olmadan daşıdığı vəzifəsindən uzaqlaşdırılması oldu. Məsələnin düşündürücü və müzakirələrə səbəb olan tərəfi odur ki, müəssisədə çalışan 215 nəfər əməkdaşın tam əksəriyyəti, bu şəxsin işdən çıxarılmasına kəskin etirazlarını ifadə etsələr də, nədənsə həmin şəxslərin etirazlarına bir kimsə məhəl qoymur. Onu da bildirək ki, 63 yaşlı Cümşüd Məmmədov Fizuli rayonunun Yuxarı Əbdürrəhmanlı kənd sakinidir və bu kənd erməni quldurları tərəfindən işğal olunarkən, bu şəxsin atası, qardaşı döyüş əməliyyatlarının gedişi zamanı şəhid olurlar. Yəni, sabiq baş həkim şəhid ailəsinin üzvüdür.

Bir faktı da qeyd edək ki, hal-hazırda Fizuli Rayon Mərkəzi Xəstəxanasında baş həkim vəzifəsini Natiq Şükürov adlı şəxs daşıyır və işdən çıxarılmış Diaqnostika Mərkəzinin baş həkimi vəzifəsinə, bu şəxsin qardaşı oğlu Şaiq Şükürov təyin olunub. Belə bir təyinatın verilməsinə qəti etirazlarını ifadə edən əməkdaşlar bildirirlər ki, “Cümşüd Məmmədov baş həkim olarkən neçə-neçə imkansız şəxsləri öz vəsaiti hesabına əməliyyat etdirib, müəssisədə çalışan şəxslərin hər birinə dayaq olub, son vaxtlar isə, “Fizuli Futbol Komandası”nı maliyyələşdirirdi. Bu şəxs iki ay idi ki, Fizuli RİH-nin başçısı Alı Alıyevə “haqq-hesab” çatdıra bilmədiyindən, o, Cümşüd Məmmədovun daşıdığı vəzifəsindən uzaqlaşdırılmasına nail ola bildi”. İddialara görə sabiq baş həkim hər ay icra başçısına 2 (iki) min manat “haqq-hesab” verirmiş.

Yaşanan olaylarla bağlı belə bir iddialar da səslənir ki, Diaqnostika Mərkəzinə yeni baş həkim təyin olunan Şaiq Şükürov, hər ay icra başçısına 5 (beş) min manat “haqq-hesab” verəcəyi haqda üzərinə öhdəlik götürdüyündən, RİH-nin başçısı bu yöndə addımını atır. Elə ki, 11 oktyabr 2019-cu il tarixdə, saat təqribən 10:30-da adı çəkilən səhiyyə müəssisəsində çalışan kollektiv üzvlərindən çoxu, verilmiş təyinata etiraz əlaməti olaraq Diaqnostika Mərkəzinin önünə çıxıb öz iradələrini ortaya qoydular, o halda ərazini polis əməkdaşları sanki “üzük qaşıtək” mühasirəyə aldılar.

Əldə etdiyimiz bəzi məlumatlara görə, Diaqnostika Mərkəzinə yeni təyin olunan baş həkimi kollektiv üzvlərinə Səhiyyə Nazirliyinin Anar adlı əməkdaşı və Fizuli Rayon Polis Şöbəsinin rəis müavini İsa müllim təqdim edirlər. İddialara görə Şaiq Şükürovla bağlı təyinatın verilməsi məsələsini, adı çəkilən şəxsin əmisi, hansı ki, hal-hazırda Fizuli MRX-da baş həkim vəzifəsini daşıyan Natiq Şükürov, Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə adlı şəxslə həll edir. Belə bir olayların varlığı onu göstərir ki, MRX-nın baş həkimi RİH-nin başçısı ilə əlbir olub müəyyən addımlarını atdığından, hər iki şəxsin işbirliyi rayonda korrupsiya hallarının “çiçəklənməsinə” yollar açır.

Söylənilənlərə görə, bu gün Natiq Şükürov Fizuli səhiyyəsini tam şəkildə özünün təsir dairəsində saxlayır. Məsələn, hal-hazırda bu şəxsin həyat yoldaşı Rəbiyyə xanımın MRX-nın kadrlar şöbəsində məsul vəzifədə çalışdığı bildirilir. Natiq Şükürovun qardaşı oğlu Şəfa Şükürov, rayonun Zoobcuq qəsəbəsindəki MRX-nın poliklinika şöbəsinə rəhbərlik edir. Başqa bir qardaşının oğlu Şaiq Şükürov isə, Fizuli Rayon Diaqnostika Mərkəzinə verilmiş təyinatına qədər, Horadiz Şəhər Xəstəxanasında baş həkim vəzifəsini daşıyırdı. Redaksiyamıza daxil olan ilginc məlumatlara görə, Natiq Şükürovun baş həkim olduğu MRX-nın qarşısındakı torpaq sahəsi, hələ bir müddət bundan öncə hansısa şəxsə satılır və həmin yerdə kommersiya məqsədilə obyekt inşa olunmaqdadır. Səslənən iddialarda o da bildirilir ki, uzun illər ərzində baş həkim vəzifəsini daşıyan bu şəxsin Böyük Bəhmənli kəndində eni-uzunu bilinməyən ölçüdə “parnik”i var və onun həmin “parnik”ə külli miqdarda vəsait qoyduğu da söylənilir. O halda sual oluna bilər ki, görəsən baş həkim vəzifəsini daşıyan bu şəxsin aylıq maaşı nə qədərdir ki, o, belə bir əmlaka malik olur. İddialarda o da vurğulanır ki, Alı Alıyev külli miqdarda daşınan və daşınmaz əmlaklara da sahibdir. Yəqin ki, bu yöndə aparacağımız araşdırmalar, icra başçısı ilə bağlı bir çox mətləbləri də aşkara çıxarmağa imkan verəcək.

Redaksiyamıza bu yöndə baş verən olaylardan başqa, hər kəsin daha çox müzakirə etdiyi və ciddi söz-söhbətə səbəb olan olaylar haqda da məlumatlar daxil olub. Məsələn, əldə etdiyimiz məlumatlarda bildirilir ki, hər həftənin ikinci günü Fizuli RİH-i başçısının qəbul günüdür. Elə ki, hansısa şəxs üz-üzə qaldığı problemin həlli məqsədilə Alı Alıyevin qəbulunda olur, o halda icra başçısı həmin şəxsin probleminin həll olunması yöndə söz verir. Verilmiş vəddən sonra həftələr keçsə də, həmin şəxsin problemi həll olunmur ki, olunmur. Belə olan halda həmin şəxs təkrar icra başçısının qəbul günü qəbulunda olmaq istəsə də, icra başçısı heç bir halda həmin şəxsi qəbul etmir. Belə bir səbəb üzündəndir ki, Fizuli rayonunda həftənin ikinci günü hər kəsin yaddaşına “Aldatma günü” kimi həkk olunub. Müəyyən iddialara görə, bu gün Alı Alıyev Fizuli rayonunda ən imkanlı şəxs hesab olunur. Məsələn, adicə bu şəxsin rayon ərazisində 15 min hektar torpaq sahəsinə sahib olduğu da bildirlir.

Bütün bunlar onu göstərir ki, hal-hazırda rayon rəhbərliyinin öz maraqlarının həlli məqsədilə atdığı addımlar, sakinlər arasında kütləvi narazılıq hissinin baş qaldırmasına səbəb olan halların varlığıdır. Etimal etmək olar ki, şəhid ailəsinin üzvü olan və bir neçə gün bundan əvvələ qədər Fizuli Rayon Diaqnostika Mərkəzində baş həkim vəzifəsini daşıyan 63 yaşlı Cümşüd Məmmədovun heç bir əsas olmadan daşıdığı vəzifəsindən uzaqlaşdırılması, adı çəkilən səhiyyə müəssisəsində çalışan 215 nəfər şəxsin tam əksəriyyətinin, dövlət-hakimiyyət orqanlarından narazı salınmaları yöndə atılmış məqsədli addımdır. Hətta, o haqda da düşünmək olar ki, ölkəmizin indiki həssas anlarında belə bir addımların atılması müxalif düşərgədə duranlara verilmiş “pərdəarxası” dəstəyin müəyyən formasıdır. Ona görə də düşünürük ki, məqalənin dərcindən sonra aidiyyəti qurumlar yaşanan olayların araşdırılması yöndə müəyyən addımlarını atıb, bəzi gizlinlərin ortaya çıxarılmasına nail ola biləcəklər. Məqalədə adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.azerinfo.az

Mövzu diqqətimizdədir.
OXŞAR MÖVZULAR