İmişlidə maliyyə maxinasiyaları... - İTTİHAM

11:48 16.10.2019 466
İmişlidə maliyyə maxinasiyaları... - İTTİHAM

Ötən gün ölkə mediası sabiq nazir Fizuli Ələkbərov haqqında hüquq-mühafizə orqanlarının araşdırmaya başlamaları ilə bağlı məlumatlar dərc etdilər. Məlumatlarda qeyd edilirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olmuş F.Ələkbərov özünə məxsus şirkətlər vasitəsilə ölkədən qanunsuz olaraq külli miqdarda valyuta çıxarıb. Məsələnin daha dərinliyinə varmaq artıq hüquq-mühafizə orqanlarının işidir. Biz Conflict.az olaraq xatırlatma etdik. Sadəcə maraqlı nüans odur ki, nə üçün hüquq-mühafizə orqanlarının “külli miqdarda” dediyi valyuta ölkədən çıxarıldıqdan sonra hüquqi işləmlərə start verilir? Görəsən ölkə qanunlarına müvafiq olaraq bu məsələni müvafiq orqanlar daim nəzarətdə saxlaya bilməzdilərmi? Əlbətdə bilərdilər. Bəs bu laqeyidliyin səbəbi nədir?
Diqqətli oxucuların nəzərinə çatdıraq ki, təxminən iki il öncə İmişli rayon Mədəniyyət və Turizm idarəsinn rəisi Süleyman Bəşirov nazirin müvafiq əmri ilə vəzifəsindən azad edilmişdi. S.Bəşirovun azad edilməsi prosedurundan sonra hüquq-mühafizə orqanı dövlət əmlakının külli miqdarda mənimsənilməsi faktı ilə cinayət işi başlamışdı. Məhz bu məsələ ilə bağlı araşdırmaların nəticəsi olaraq müəyyən edilmişdir ki, S.Bəşirov işlədiyi dönəmdə “ölü canların” saxlanılması, şişirdilmiş rəqəmlərlə təmir-tikinti işlərinn aparılması və s. məsələlərdən istifadə etməklə dövlət vəsaitinə həm də külli miqdarda olmaqla əl qoyub. Məsələnin daha maraqlı məqamı isə rayon maliyyə idarəsinin, konkret olaraq bu idarənin rəisi Rəhim Rəhimovun Süleyman Bəşirovun talama siyasətinə göz yumması olmuşdu. Görəsən Rəhim Rəhimov kifayət qədər böyük dövlət müəssisəsindəki ölü canlardan necə xəbər tuta bilməzdi ki? Və ya R.Rəhimov mal-materialların bazar qiymətini bilmirmi? Axı İmişli nə boyda əraziyə malikdir ki, bir dövlət müəsisəsində kimin harada işləyib işləmədiyini bilmək mümkün olmasın? Həm də bu işə bilavasitə məsul olan şəxs kimi. Lakin hadisələrin gedişini müşahidə edən media olaraq bu məsələdə hər-hansı qurumun İmişli Maliyyə idarəsindən hesabat tələb etdiyini görmədik. Ən azından bu miqyasda mənimsəmə faktı ilə bağlı nə Mədəniyyət və Turizm nazirliyi, nə də hüquq-mühafizə orqanları ictimaiyyətə və mediaya məlumat vermədilər. Halbuki qanunla bu məlumatın verilməsinə bilavasitə borclu idilər. Bəs nə baş verdi? Süleyman Bəşirov həmişə olduğu kimi bu gün də azadlıqdadır. Rəhim Rəhimov isə görəvinin başında. Məhz qanuna bu tip sayqısızlığın nəticədir ki, ötən ay İmişli rayon Yalavac kənd bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanov Süleyman Bəşirovun əməllərini təkrar edərək – yəni dövlət əmlakını külli miqdarda mənimsənilməsi faktı ilə haqqında iki aylıq həbs qəti imkan tədbiri seçildi. Oxucuların nəzərinə onu da çatdıraq ki, Qəhrəman Qəhrəmanovun qanunsuz əməlləri ilə bağlı mətbuat zaman – zaman məlumatlar dərc edib. Lakin el dili ilə desək “yerlə-göylə əlləşən” bələdiyyə sədrinə kimsə dur demirdi. Xatırladaq ki, bu şəxs bir zamanlar ölkə başçısı haqqında xoş sözlər yazılan və şəkili olan qəzeti bələdiyyə sədrinə hədiyyə etmək istəyən jurnalistin başına vurmuşdu. Bundan başqa İmişli rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında rayon sakinlərindən biri ilə əlbəyaxa döyüşə çıxmışdı. Qəribədir ki, yuxarıda qeyd etdiyimiz hər iki məsələdən İmişli rayon icra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev və rayonun hüquq-mühafizə orqanları xəbər tutsalar da, reaksiya sıfır həddində oldu. Çünki Vilyam Hacıyevin İmişliyə rəhbərliyi dönəmində bu ilk məmur qarşıdurması deyildi.

Ondan bir müddət əvvəl İmişli Maliyyə İdarəsinin rəisi Rəhim Rəhimov rayondakı “Nərgizim” şadlıq sarayında rəhbərlik etdiyi qurumun baş mühasibi Aqil Məmmədovun oğlunun toyunda sərxoş vəziyyətdə etdiyi yersiz hərəkətlərinə, o cümlədən uzun müddət diskoteka mahnılarına rəqs etməsinə etiraz edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İmişli rayon şöbəsinin baş mühasibi Kərim adlı şəxsi oğlu ilə birləşərək döyüb, ona fiziki xəsarətlər yetirmişdi. Həmin hadisədən sonra görəvindən uzaqlaşdırılan Rəhim Rəhimov yenidən əvvəlki işinə qayıtmağı bacardı. Rayonda ciddi rezonans doğuran bu hadisədən bir müddət sonra xuliqanlığa görə görəvindən alınmış şəxsin yenidən öz postuna qayıdışı kluarlarda bəzi mətləblərlə bağlı müzakirələrə səbəb olmuşdu. Və suallardan da biri bu idi ki, nə baş verdi ki, Vilyam Hacıyev Rəhim Rəhimovun məlum hadisəyə görə aylarla görəvindən uzaqlaşdırrılmasına nail olsa da, sonda qalib yenə də Maliyyə idarəsinin rəisi oldu?

Ardı sabahkı sayımızda.

Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.

Növbəti sayımızda:
1. İmişli Maliyyə idarəsinin avtomobillərinin yanacaq təminatı üçün müvafiq dövlət qurumları tərəfindən verilən pulsuz yanacaq kartı Rəhim Rəhimovun hansı qohumundadır?
2. Prezidentin iradəsinə qarşı çıxaraq 50 illik yubileyini atəşfəşanlıqla keçirən Rəhim Rəhimov kimin kadrıdır?
3. “Özləri üçün böyük məclislər düzəldirlər, təmtəraqlı toylar düzəldirlər” - deyə məmur özbaşınalığını şiddətlə qınayan Prezidentin iradlarını Rəhim Rəhimov nə üçün qəbul etmir?
4. Rəhim Rəhimov oğlunun toy mərasimini keçirmək üçün nədən “Aqora”nı seçdi?
Conflict.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...