Azərbaycana Qarabağda antiterror əməliyyatı aparmağa nə MANE OLUR… - TƏHLİL

10:31 16.10.2019 422
Azərbaycana Qarabağda antiterror əməliyyatı aparmağa nə MANE OLUR… - TƏHLİL

Türkiyə Silahlı Qüvvələri artıq bir həftədir ki, Suriyada, Fərat çayının şərqində “Sülh çeşməsi” (“Barış pnarı”) adlı antiterror əməliyyatları aparır. Türkiyənin sərhədlərini mühafizə etmək məqsədilə həyata keçirilən əməliyyatlarda terror təşkilatı PKK/PYD-YPG-nin 600-dən çox üzvü zərəsizləşdirilib.

Türkiyənin bu böyükmiqyaslı hərbi əməliyyatı torpaqları uzun illərdir işğalda olan Azərbaycan xalqında da ruh yüksəkliyi yaradıb. Sosial şəbəkələrdə, cəmiyyətdə səsləndirilən fikirlərdən aydın olur ki, xalq qardaş ölkəni nümunə götürərək, Azərbaycan hərbçilərinin də Qarabağda belə bir əməliyyat keçirməsini, torpaqlarımızı erməni işğalçılarından azad etməsini arzulayır.

Ancaq təbii ki, bu istəyin bir də siyasi tərəfi, diplomatik münasibətlər və geosiyasi maraqlar məsələsi də var.

Bu konteksdən yanaşdıqda belə bir sual ortaya çıxır: “Sülh çeşməsi” kimi böyük bir hərbi əməliyyatı Qarabağda – işğal altında olan öz topaqlarında keçirməyə Azərbaycana nə mane olur?

Modern.az-a bu barədə danışan politoloq İlqar Vəlizadə Türkiyənin “Sülh çeşməsi”nə başlayarkən Amerika və Rusiyanın razılığını aldığını xatırladıb. O qeyd edib ki, razılıqla bağlı dolayı və birbaşa sübutlar da mediada səsləndirilib:

“Azərbaycanın bu cür əməliyyatı həyata keçirmək üçün hər hansı dövlətdən razılıq almasına ehtiyac yoxdur. Çünki biz öz ərazilərimizdə bunu həyata keçirəcəyik. İstənilən halda ən azı Türkiyə kimi sığortalanmalıyıq. Bizə hər kəs açıq deyir ki, regionda hərbi əməliyyatları dəstəkləmirik. Bu o deməkdir ki, Qarabağda hər hansı əməliyyat başlasa, təzyiqlərlə üzləşə bilərik.

Qarşı tərəf çox həyasız, norma və qaydaları gözləməyən, siyasətini təxribatlar əsasında quran və yalançı lobbiyə sahib dövlətdir. Belə bir düşmənə qarşı əməliyyat keçirsək, Ermənistan üçüncü tərəfi məsələyə cəlb edərək, kiminsə arxasında gizlənməyə çalışacaq. Bu mənada bizim risklərimiz müqayisə olunmazdır”.

İ. Vəlizadə hesab edir ki, indiki vəziyyətdə razılaşdırılmamış əməliyyat keçirsək, bu, Rusiyanın birbaşa maraqlarına toxunacaq:

“Belə bir əməliyyatı həyata keçirmək üçün ciddi danışıqlar aparmağa ehtiyac var. Türkiyənin özü də uzun müddətdir, sərhədlərini terrorçulardan təmizləmək istəyini qətiyyətlə bəyan edir, dünya ictimaiyyətini buna hazırlayırdı. Biz də dünyanı hazırlamadan, birdən-birə hərbi əməliyyat aparsaq, sonu istədiyimiz kimi olmaz. Ona görə, tək hərbi müstəvidə deyil, demokratik müstəvidə də danışıqlar aparılmalı, ondan sonra addım atılmalıdır”.

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanovun fikrincə isə bu gün kim qərar qəbul edib, düşünülmüş addım atırsa, o da qazanır:

“Müharibə siyasətdə qoyulan məqsədlərin hərb yolu ilə həyata keçirilməsidir. Bu gün Türkiyə öz təhlükəsizliyini təmin edir və vəziyyətdən asılı olaraq, lazımı addım atır. Qardaş ölkə hazırkı durumda dünyadan göstəriləcək təzyiqləri nəzərə alıb və riskləri hesablayıb.

Azərbaycan isə öz torpaqlarını azad etməli, antiterror əməliyyatlarını məhz öz torpaqlarında həyata keçirməlidir. Bizim əsas məqsədimiz ərazi bütövlüyümüzü bərpa etməkdir. İndiki geosiyasi durum, düşmən ölkədə hökm sürən hərc-mərclik, Azərbaycan liderinin güclü siyasətçi kimi özünü təsdiqləməsi, ordumuzun ən güclü 50 ordu sırasında qərarlaşması antiterror əməliyyatları həyata keçirərək, torpaqlarımızı azad etməyimizə imkan verir. Bu sahədə də Türkiyəni nümunə götürərək, məqsədlərimizi həyata keçirə bilərik”.

Polkovnik əlavə edib ki, hazırda beynəxalq qurumların ancaq gücü qəbul etdiyi aydın görünür:

“Türkiyə 5-6 gündə 1000 kvadrat kilometrdən çox ərazini azad edib. Dağlıq Qarabağın ən uzaq nöqtəsi, ərazi bütövlüyümüzü təmin etmək üçün bizə lazım olan ərazi isə 100 kilometrdən çox deyil. Ona görə, 5-6 gün kifayət edər ki, torpaqlarımızı işğaldan azad edək. Bununla bağlı planların olmadığını düşünmürəm. Yəqin ki, ölkə rəhbərliyi götür-qoy edir. Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyi gün uzaqda deyil
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...