Türkiyəni təkləmək cəhdi: Vaşinqton təzyiqləri, Ankara israrını artırır - TƏHLİL

21:30 15.10.2019 432
Türkiyəni təkləmək cəhdi: Vaşinqton təzyiqləri, Ankara israrını artırır - TƏHLİL

Türkiyənin Suriyanın şimalında həyata keçirtdiyi “Barış bulağı” əməliyyatı Ankaraya qarşı təhdidləri artırıb. Son günlər Qərb mediasının da əsas mövzusunu Ankaraya hədə ritorikası təşkil edir.

ABŞ Prezidenti Donald Tramp isə artıq Türkiyəyə qarşı sanksiyalara əl atıb. Rəsmi Vaşinqton Suriyada həyata keçirilən “Barış bulağı” hərbi əməliyyatlara görə Türkiyənin iki nazirliyinin və üç nazirinin adını sanksiyalar siyahısına əlavə edilməsi barədə fərman imzalayıb. ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilən məlumatda Türkiyənin Müdafiə və Enerji və Təbii Sərvətlər nazirliklərinin, eyni zamanda Müdafiə naziri Hulusi Akar, Enerji və Təbii Sərvətlər naziri Fatih Donmez və Daxili İşlər naziri Süleyman Soylunun adı sanksiyalar siyahısına daxil edilib.

ABŞ və Qərb ölkələrinin Ankaraya qarşı sərt ritorikası davam edir. Vaşinqtonla yanaşı, Aİ ölkələri də Türkiyəni Suriyada hərbi əməliyyatları dayandırmağa çağırıb. Bununla belə, Aİ üzvü olan ölkələr Türkiyəyə qarşı silah embarqosu tətbiq etməkdən imtina edib. Çünki Aİ-na üzv ölkələr Ankaraya silah satışına embarqo tətbiq edilməsi məsələsində konsensus əldə edə bilməyib. Razılaşmanın əldə olunmamasının başlıca səbəbi isə Türkiyənin NATO üzvü olmasıdır. “Türkiyə NATO üzvüdür. Bu isə o anlama gəlir ki, alyans üzvlərinin silah və hərbi sursat satışı, habelə, müdafiə sahəsində əməkdaşlıqla bağlı müəyyən qarşılıqlı öhdəlikləri mövcuddur", - deyə Avropadakı mənbə Aİ Şurasında qəbul olunmuş bəyanatı şərh edərkən bildirib.

Lakin Ankaranın Suriyada hərbi əməliyyatlarına görə Türkiyəyə silah göndərilməsi məsələsini ciddi şəkildə koordinasiya etmək qərara alınıb. Aİ Şurasının dünən Lüksemburqda keçirilən toplantısının qəbul etdiyi bəyanatda bildirilir ki, Aİ-na üzv ölkələr Türkiyəyə silah göndərilməsi ilə bağlı vahid və sərt mövqeyə malikdir. Bölgədəki sabitliyi qorumaq üçün Aİ-nin formalaşdırdığı işçi qrup bu həftə ərzində qurumun bütün üzvlərinin mövqeyinin koordinasiya edilməsinə çalışacaq.

Bununla yanaşı, bəyanatda Türkiyənin Suriyada başlatdığı hərbi əməliyyatlar kəskin tənqid edilib, Ankaranın bu addımı bütün bölgədə sabitliyi pozan təhlükəli hərəkət kimi xarakterizə olunub.

Bütün təzyiqlərə baxmayaraq, Ərdoğan “Barış bulağı” əməliyyatını yarımçıq dayandırmaq fikrində deyil. Qərbin bu qədər aqressiyasını anlamaq çətindir. Məsələ ondadır ki, Ərdoğanın Suriya ilə sərhəddə təhlükəsiz zona qurmaq təklifi yeni deyil. Ankara 2012-dən bu təklifində israr edirdi. Əgər həmin vaxt Türkiyə “bufer zonası”nı qura bilsəydi, Suriyada müharibə bu dərəcədə şiddətli olmayacaqdı. Suriyada savaşı dərinləşdirmək üçün Vaşinqton ilk mərhələdə “cihadçılar”dan istifadə etdi. Obamanın prezidentliyi dövründə ABŞ bölgəyə xarici dövlətlərin girişinə imkan vermədi. Növbəti mərhələdə Obama Suriyada yaratdığı xaosu nisbətən tənzimləməyə başladı. Vaşinqton strateji M4 dəhlizinə NATO qüvvələrini, bunun ardınca isə özünün nəzarətində olan bəzi ərəb-sünni qruplaşmalarını cəmləşdirdi. Bütün bu ssenarini Türkiyə poza bilərdi, odur ki, Ankara sülhün bərqərar olması üçün Suriyadakı proseslərə müdaxilə etmək məcburiyyətində olduğunu dəfələrlə açıqlamışdı. Lakin ABŞ Ankaranın bu istəyinin qarşısını aldı. Obamanın prezident postundan getməsi ərəfəsində isə Türkiyə şimali Suriyaya daxil ola bildi. Ankara "Fərat qalxanı" əməliyyatına başladı. Lakin Vaşinqton PKK-nın nəzarət etdiyi ərazilərə Ankaranın daxil olmasına yenə də imkan vermədi, bu isə o dəməkdir ki, vəziyyətin bugünkü kəskin hal almasında ABŞ-ın məsuliyyəti daha artıq görünür.

Türkiyə lideri Ərdoğan da həm ABŞ-ın, həm də Qərb ölkələrinin tutduğu mövqeni kəskin tənqid edib. O, tam haqlı olaraq, NATO-nun terrorçulara NATO üzvü olan ölkədən (Türkiyə) daha artıq dəstək verdiyini bildirib. Qərb ölkələrini yalançılıqda ittiham edən Ərdoğan qeyd edib ki, Aİ verdiyi vədlərə də heç vaxt əməl etmir. Onun sözlərinə görə, Suriyalı qaçqınlara görə Aİ 6 milyard avro məbləğində dəstək verməli olsa da, cəmi 3 milyard avro vəsait ayırıb. Türkiyə isə Suriya qaçqınlarına 40 milyard dollar məbləğində vəsait xərcləyb. Türkiyə Prezidenti bu məsələdə ədalətsiz mövqe tutan ərəb ölkələrini də sərt tənqid edib. Suriyanın Ərəb Dövlətləri Liqasından çıxarıldığını diqqətə çatdıran Ərdoğan Türkiyə hərbi əməliyyatlara başlayandan sonra Suriyanın yenidən Ərəb Dövlətləri Liqasına üzv etmək istənməsini ikiüzlülük adlandırıb.

Məsələnin maraqlı tərəfi odur ki, həm Ərdoğan, həm də digər rəsmilər Türkiyənin əməliyyat keçirməkdə yeganə məqsədinin bölgəni PYD/YPG və İŞİD-dən təmizləmək, təhlükəsiz zona yaratmaq olduğunu israrla bəyan edirlər. Lakin ABŞ, Qərb və ərəb ölkələri, eləcə də Rusiya və İran nəinki Türkiyəyə inanmaq, Ankaranın təhlükəsizliyini təmin etmək haqqını belə tanımaq istəmir. Belə olan halda da Türkiyənin başqa çıxış yolu qalmır.

Hər kəs anlayır ki, Türkiyə ordusunun Suriyada uzun müddət qalmaq niyyəti yoxdur. Həmin ərazilərə Əsədin qatı əleyhdarı olan 1 milyon “cihadçı”nın köçürülməsini, bununla da xaosun davam etməsini arzulayan Vaşinqton və digərləri isə Ankaraya təzyiq edir. Yaxın Şərq yenidən dizayn edilir. Türkiyə xaosun qarşını almaq istəyir. Vaşinqton isə çalışır ki, buna imkan verməsin. Əslində, Ankaranın apardığı savaş bölgənin yeganə xilas kəməri sayıla bilər. Lakin ABŞ-ın təsir dairəsində olan Qərb və ərəb ölkələri Türkiyənin “Barış bulağı” əməliyyatına qarşı çıxır. İranın mövqeyi bəllidir. İran bu savaş nəticəsində əsas dəhlizdən məhrum olur, odur ki, Tehran da Ankaranı bu məsələdə dəstəkləmir.

Bir sözlə, Ankara geosiyasi müstəvidə təklənmiş kimi görünür. Bununla belə, Türkiyə əməliyyatları məqsədinə çatana qədər davam etdirməkdə israrlıdır. Çünki bu, ölkənin təhlükəsizliyi ilə birbaşa bağlıdır. İndi əsas məsələ “Barış bulağı” əməliyyatını daha qısa müddətə, az itki ilə uğurla başa çatdıra bilməkdir. Belə olan halda, Türkiyə həm təhlükəsizliyini təmin edəcək, həm də regionda və dünyada nüfuzu artacaq.

APA Analytics
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu