Sığorta şirkətlərinin fəaliyyətində MÜƏMMA - İLGİNC

21:18 15.10.2019 491
Sığorta şirkətlərinin fəaliyyətində MÜƏMMA - İLGİNC

Sığorta sektoru iqtisadiyyatın çox mühüm seqmenti kimi dəyərləndirilir.

2015-ci ildə baş verən devalvasiyanın səbəb olduğu böhran bütün sektorlarda olduğu kimi, bu sahədən də yan keçmədi. Pozulmuş maliyyə sabitliyi müflis elan edilmiş və lisenziyası ləğv edilmiş sığorta şirkətlərinin sayını artırdı. Bu isə sektorun ildən-ilə kiçilməsinə səbəb oldu.

Qeyd edək ki, 2019-cu ilin yanvar-avqust aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 469,8 milyon manat məbləğində sığorta haqqı toplanıb, 175,5 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib. Müqayisə üçün bildirək ki, 2018-ci ilin analoji dövründə 516 923,7 min manat məbləğində sığorta haqqı toplanıb.

Cari ilin 8 ayı üzrə göstəricilər sığorta bazarında gedən daralma tendensiyasının dəyişmədiyini göstərir. Hazırda sığorta şirkətlərinin gəlirlərinin təxminən yarısı avtomobillərin icbari sığortasından formalaşır. Ötən illərdəki iqtisadi kiçilmə nəticəsində avtomobil satışlarındakı azalma sığorta bazarının da daralmasına səbəb oldu. Müşahidələr göstərir ki, ilin nəticələrinə görə sığorta bazarında yığımlar ötən ilkindən daha az olacaq. İcbari sığorta növü üzrə yığımların artması ehtimal olunur. Yeni qaydalara görə, daşınmaz əmlakın alğı-satqısı üçün sığortalanması şərt kimi qoyulub. Buna görə də daşınmaz əmlak sığortasında da müəyyən artımlar hiss olunur. Amma ekspertlər bunu da qanunun tələbi olduğu üçün bir növ icbari, yəni məcburi yığım hesab edir. Ümumilikdə bazarda qeyri-stabillik var. Bazarda öz risklər portfelini diversifikasiya edən və bir sığorta növündən asılı olmayan şirkətlərdə vəziyyət daha sabit dəyərləndirilir. İqtisadi şərtlərin çətin olduğu dövrdə sığortalanma dərəcəsinin artırılması mümkün deyil. Sığorta xidmətlərindən imtina edən vətəndaşların sayının artması da bunun göstəricisidir. Çünki ölkəmizdə sığorta hələ də lüks bir məhsul olaraq görülür.

Sığorta şirkətləri mənfəətlərinin azalmasını fərqli yollarla gizlətməyə çalışırlar. Bunu daha çox hesabatların vaxtında açıqlanmaması ilə ört-basdır edirlər.

“Cümhuriyət” qəzeti xəbər verir ki, hazırda fəaliyyət olan 22 sığorta şirkətindən 12-si bu ilin I yarısının yekunlarına dair maliyyə hesabatını açıqlamayıb. Qeyd edək ki, həmin şirkətlər “A-Qrup Sığorta”, “Atəşgah Həyat Sığorta”, “Atəşgah Sığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Azsığorta”, “Naxçıvan Sığorta”, “PAŞA Həyat Sığorta”, “PAŞA Sığorta”, "Qala Sığorta", "Xalq Həyat Sığorta", “Xalq Sığorta” ASC-lər, eləcə də Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətidir (“Azərsığorta”).

Ekspertlər hesab edir ki, rüblük maliyyə hesabatlarını açıqlamayan, zərərlə işlədiklərini ört-basdır edən şirkətlər bazarda varlıqlarını qorumaq, ya da ümumi dövriyyələrini gizlətmək məqsədi güdür. Bu da sığorta bazarına olan inamsızlığı daha da artırır. Hesab olunur ki, sığorta şirkətlərinin təklif etdiyi xidmətlərdən istifadə etmək istəyən vətəndaş həmin qurumun maliyyə və digər vəziyyətini bilməli və müstəqil seçim etmək imkanı olmalıdır. Məlumatların gizlədilməsi sonda vətəndaşların haqlı olaraq sektora inamsızlığına səbəb olur. Buna avtomobillərin icbari sığortasında baş verən problemləri misal göstərmək mümkündür. Söhbət qəza zamanı dəymiş zərərin sığorta şirkəti tərəfindən ödənilməməsi və ya süni əngəllərin yaradılması ilə məbləğin daha az hesablanmasından gedir.

Qanunvericilik Azərbaycan sığorta bazarına xarici investorların cəlb edilməsini dəstəkləyir. Amma bu bir reallıqdır ki, bazarda beynəlxalq sığorta prinsiplərinə uyğunlaşdırılma prosesində ciddi problemlər var. Buna görə də sığorta bazarında olan mövcud vəziyyət xarici investorlar üçün cəlbediciliyi ciddi şəkildə azaldır. Təklif olunur ki, xarici şirkətlərin bazara daxil olması üçün prosedurlar maksimum dərəcədə sadələşdirilsin və dövlət tərəfindən həmin şirkətlərə təminat verilsin. Bazarda xarici aparıcı sığorta şirkətləri fəaliyyət göstərməsi, həm rəqabət yaradar, həm də maraqlı innovasiyalar və təcrübə gətirər. Amma təəssüf ki, hələlik bu istiqamətdə ciddi addımların atıldığını müşahidə etmirik. Bu da bazardakı rəqabətli mühitin tamamilə məhv olmasına gətirib çıxarır.

Nəticədə sığorta bazarının hazırkı vəziyyəti qənaətbəxş hesab edilmir. Aidiyyəti qurumlar sığorta bazarının müsbətə doğru inkişafı üçün yeni maliyyə proqramına ya başlamalı, əgər başlayıbsa, daha da sürətləndirməlidir. Qeyd edək ki, sığorta bazarının vəziyyəti həm də ölkənin iqtisadi durumunu göstərən amillərdən biridir.
Cebhe.info
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT