Impera
XƏBƏR LENTİ
22:12Bakıda internet xidmətinin göstərilməsində fasilələr yaranacaq22:10Tələbələrinin zəhərlənməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb20:58Azərbaycanda ətlə bağlı xəbərdarlıq – Yeni qadağa bahalaşma gətirəcək20:55Azərbaycanda yeganə Ədliyyə Ordu Generalı kimdir? - DOSYE20:53Qarabağ əlilinin jurnalist xanımını işdən çıxardılar - Mətbuat Şurası araşdıracaq20:49Sulu qar yağacaq20:48İcra başçısı özünə 250 minlik “Rang Rover” aldı22:32Şeyx Fərqanə Qasımovaya bisavad deyən şairi YIXIB-SÜRÜDÜ: O, heç özü bilmir ki...22:04Mədəniyyət Nazirliyi və Yazıçılar Birliyindən mərhum şairə HÖRMƏTSİZLİK - "Bacı kimi əlimdən gələni edirəm..."22:00Sumqayıtın inkişafında xidmətləri olan şəxslər təltif edilib - SİYAHI11:32Ermənistan ordusu atəşkəs rejimini 23 dəfə pozub10:5335 min nəfər əhaliyə ŞAD XƏBƏR - Prezident sərəncam imzaladı21:37Sabah bəzi yerlərdə yağış yağacaq - PROQNOZ AÇIQLANDI21:35Bunu edənlər 1000 manat CƏRİMƏLƏNƏCƏK - QANUN DƏYİŞDİ21:31Bakı metrosunda qapıları tutan 20 sərnişin cərimələndi – Hərəsi 50 AZN – VİDEO21:29TANAP-ın istismara veriləcəyi tarix açıqlandı21:26Bakıda tuneldə qəza: yük maşını belə aşdı - ANBAAN VİDEO21:25Əli Əsədov onu da vəzifəsindən azad etdi21:2326 yaşlı hicablı qaydasız döyüşçü nokauta düşüb öldü - VİDEO21:21ABŞ-dan İrana XƏBƏRDARLIQ - Qətllərə son qoy, interneti bərpa et21:19Bakıda böyrəyini satışa çıxaran qadınla bağlı ŞOK XƏBƏR11:15Lukaşenko zarafatla vəzifə təklif etmişdi, deputat oldu - FOTOLAR11:11Sumqayıtda FACİƏ: naqil oğurlamaq istəyən şəxs...11:10Erməni fəalı: Sorosçular Paşinyanı əsir götürüblər11:04Nüşabə Ələsgərli həyat yoldaşı ilə tanışlığından DANIŞDI: "Aşiq olmamışam" – VİDEO11:02Çingiz Əhmədovdan həmkarına sərt mesaj: "Rəhman “kukla oynadan” olub da, kim olub ki?!"20:42Millimizlə oyunöncəsi NÖVBƏTİ İTKİ20:41Polisin saxladığı avtomobilin sürücüsü hadisə yerindən qaçıb20:40Şəfəq Ağacanın məhkəməsi başlayır20:38Avropa Gimnastika İttifaqının adı dəyişdirilib20:36“Miss Azərbaycan-2019”: Keçmiş sevgilim 21 yaşımda məni qaçırmışdı - MÜSAHİBƏ (FOTO)20:32Bir ailənin dörd üzvü TIR-ın altında əzilib öldü20:30Oqtay Gülalıyevdən yeni XƏBƏR VAR20:29Rüfət Səfərov azadlığa çıxdı - Foto20:27Sumqayıtda görülməmiş hadisə: Helikopterlərdən dəvətnamə atdılar - Foto20:23SON DƏQİQƏ: İranı çalxalayan aksiyada Ruhanidən GÖZLƏNİLMƏZ QƏRAR20:22Şəbnəm Tovuzluya ağır itki - VİDEO20:20Qəbələdə "VAZ" 60 yaşlı kişini vurub öldürdü12:41Bakıda beş avtomobil toqquşdu: sürücülər arasında dava düşdü - ANBAAN VİDEO12:38Gürcüstanda etirazçılar deputatları parlamentə buraxmayıblar12:36Zamirə Ədilovaya vəzifə verildi11:34Heyvanların müdafəsi üçün 40 min imza toplanılır11:32Kombilərdə bunu edin - qaza və işığa 35 faiz qənaət edəcəksiz - VİDEO11:31Bakıda arvadını öldürən kişi Gəncədə təslim olub10:57İranda aksiyalarda 25 nəfər öldü, 40 nəfər saxlanıldı - Hökumətdən xəbərdarlıq10:56Metroda Madonnanın sinəsini parça ilə örtən saxlanılıb20:15Gürcüstan müxalifəti aksiyalara başladı19:51Fransada “sarı jiletlilər”in aksiyasında 147 nəfər saxlanıldı19:50İcra başçısı barədə şok iddia: Qayınanasının adına subsidiya alıb, obyektlərinin sayı-hesabı yoxdur - VİDEO19:44Müəllimlərin ən yüksək maaş aldığı ölkələrin TOP 10-luğu15:00Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artıb14:35Gələn ilin büdcəsinə ən çox hansı qurum xeyir verəcək?13:12İstanbulda casusun sirli ölümü: Özbək qulluqçunun dedikləri12:1715 yaşlı APA...12:04Uşaqlar ip əvəzinə ilanla oynadılar - VİDEO16:31Bərdədə yanğın: Üç nəfər zəhərləndi - FOTO16:29Ulduz idmançılar Azərbaycana gəlir16:26Azərbaycana avtomobil idxalı kəskin artıb16:26Azərbaycana avtomobil idxalı kəskin artıb16:26Benzin BAHALAŞDI16:17Bakıya yağış, rayonlara qar yağacaq16:16"Fədayəyə oxumağı mən öyrətmişəm, bacısı nə danışdığını bilmir" - Tacir - VİDEO16:14Bakıda 16 yaşlı gənc metroda itkin düşdü16:14Prezident müsəlman din xadimlərini qəbul etdi - FOTO16:12Prezident Bilal Əliyevə mənzil bağışladı16:06Selfi sevgisi daha bir turisti öldürdü16:02Bakıda yeni metro stansiyaları bu ərazilərdə olacaq - Zığ, Bayıl, Yeni Yasamal... - XƏRİTƏ16:01Məşhur aktyorun oriental şousu təəccübləndirdi - VİDEO15:58Sərxoş kişi hamilə qadını döyüb xəstəxanalıq etdi - Video15:32Kran minik maşınını yolda belə sürüdü - ANBAAN VİDEO12:05Elmira Süleymanova: "Yalan məlumatdır"11:32Yeniyetmə bacısını timsahın ağzından xilas etdi - FOTO11:30Gecə Bakıda baş verən yanğında polislər körpələri evdən çıxarır - FOTOLAR11:27Vilayət Eyvazov generalı işdən çıxardı, polkovnikə yeni vəzifə verdi11:24Bakı Slavyan Universitetinin rektoru erməni əsillidir? - İDDİALARA CAVAB VERİLDİ20:123500-dən çox məhkuma ŞAD XƏBƏR - Əfv imzalandı20:11Prezident Bilal Ərdoğanla görüşdü20:10İlham Əliyev bu şəxslərə fəxri adlar verdi - SİYAHI20:06Prezident və xanımı Kirill ilə görüşdü20:03Bakıda qızları təhqir edən şəxsləri vətəndaşlar belə döydü - YENİ VİDEO19:59Hindistan, Çin və Rusiya xüsusi ödəniş sistemi yaradacaq19:48Əhaliyə şad xəbər: İstiliklə bağlı unikal sənəd Nazirlər Kabinetində16:49Oqtay Gülalıyevdən sarsıdıcı xəbər - FOTO16:47Bakıda doğulan qəribə körpə ÖLÜB - AÇIQLAMA16:45Adam öldürüb Azərbaycana qaçdı, 10 il sonra tutuldu16:33Sabah qar yağacaq - PROQNOZ12:41Bulvarda bir nəfər dənizə düşdü12:26Azərbaycanda doktoranturaya qəbul qaydaları dəyişib12:16Almaniyada siyasi mühacir alverinə qarşı böyük əməliyyat: Azərbaycanlı hüquqşünas da saxlanılanlar arasındadır11:23“Yerli seriallar gənc nəslin tərbiyəsini pozur”11:22“Bayquş” qanadlarını açır: Dubayda yeni superkar təqdim olundu – FOTO11:19Ərdoğan Trampın sözünü kəsib, səhvini düzəltdi - Video11:17“Facebook” feyklə mübarizə aparır: akkauntların 5 faizi saxta çıxdı11:14Paytaxtda Dünya dini liderlərinin II Bakı Sammiti başlayır11:13MMA döyüşçüsü insan oğurluğunda şübhəli bilinərək həbs edildi21:09Prezident sərəncam imzaladı21:04İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO21:00General bu şok səbəbə görə saxlanıldı20:55Arvadını narahat edən ailənin dörd üzvünü öldürdü - VİDEO20:45Bakı bulvarına yeni atraksionlar gətiriləcək
BÜTÜN XƏBƏRLƏR

BNA-nın dayanma-durma oyunbazlığı... - Belə qayda yaratmırlar, narazılıq yaradırlar...

14 Ekm 2019, 10:59   
BNA-nın dayanma-durma oyunbazlığı... - Belə qayda yaratmırlar, narazılıq yaradırlar...

Bakı Nəqliyyat Agentliyinin dayanma-durma qaydalarını pozan sürücülərə qarşı cərimə tətbiq etməsi, uzun müddətdir ki, ictimaiyyətdə sərt şəkildə tənqidlərə səbəb olur. Sürücülər bildirirlər ki, ilk növbədə BNA avtomobillərin qanuni park edilməsi üçün yerlər yaratmalı, təkliflər verməli, sonra bu cür cərimələri yazmalıdır. Eyni zamanda bildirilir ki, bu cür cərimələr BNA tərəfindən heç bir xəbərdarlıq edilmədən yazılır.

Qurumla sonuncu bu cür qalmaqal müğənni Aybəniz Həşimovanın arasında yaşanıb. Belə ki, A.Həşimova sosial şəbəkədə yazdığı statusda BNA-nın işçilərinin yazdığı cərimələrdən gileylənmiş, bunu biabırçılıq adlandırmışdı. Söyləmişdi ki, əgər marketlərin qarşısında maşın saxlamağa qadağanız varsa, onda zəhmət olmasa bunu insanlara bildirin. Onlar da bilsinlər ki, marketdən alış-veriş etmək üçün yalnız taksidən istifadə etməlidirlər:

“Ödəniş aparatı qoyulub bir neçə marketin qarşısına. İnsanlar orada pulu ödəyib, marketə daxil olurlar. Evə çatmamış isə artıq BNA-nın cəriməsi gəlir. Bunu necə başa düşək? Zəhmət olmasa bu yerlərə bir işarə qoyun, insanlar da bilsin ki, orada maşın saxlamaq olmaz”.

BNA-nın mətbuat katibi Mais Ağayev isə İTV-də yayımlanan “3D” verilişində qonaq olarkən, A.Haşımovanı tənqid edərək, bunları deyib:

“Əməkdar artist Aybəniz Həşimova səhər saat 7-8 arası bir status paylaşmışdı ki, BNA bizim insanlara həyətlərində belə maşın saxlamağa imkan vermir. Dərhal xanım müğənnimizlə əlaqə saxladım və avtomobilinin dövlət qeydiyyat nişanını istədim. Əməkdar artist avtomobilin nömrəsini verdi, sağ olsun. Baxdım ki, düz 4 yerdə qayda pozub. Sual verdim ki, bu ünvanların hansında yaşayırsınız? Heç birində. Biri restoranın qarşısıdır, biri gözəllik salonunun qarşısı, digəri isə ticarət mərkəzinin. Yəni bu gün mən restorana və ya başqa yerə gedirəmsə, mənim ora getməyimə görə ictimai nəqliyyatdan istifadə edənlər əziyyət çəkməməlidir”.

“Yeni Müsavat”a danışan nəqliyyat eksperti İlqar Hüseynli bildirib ki, əslində BNA ondan gözlənilənləri tam doğrultmadı:

“Əsas gözləntilər ondan ibarət idi ki, şəhər ərazisində ciddi infrastruktur imkanları yaradılacaq və BNA da buna hər hansı bir töhfələr verəcək. Eyni zamanda ölkənin ən ciddi problemlərindən olan parklanma ilə bağlı ciddi irəliləyişlərin olacağına ümid var idi. Lakin çox təəssüf ki, Bakı Nəqliyyat Agentliyi vətəndaşlara xidmət sektorundan daha çox, cərimə yazan, sürücülərin problemlərini artıran qurum funksiyasına gəlib-çıxdı. Bu qurum özünü ölkə ictimaiyyətinə dediyim formada təqdim edə bilib. Əgər biz məsələyə sırf qanunvericilik baxımından yanaşarsaq, dayanma və durma ilə bağlı qadağan olunan işarələrin olduğu yerdə sürücüyə cərimənin yazılmasında qanunsuz məqam yoxdur. Burada deyə bilmərəm ki, Bakı Nəqliyyat Agentliyi qanunu pozub. Əvvəllər məlum olduğu kimi bu məsələlərlə Azərbaycan Dövlət Yol Polisi məşğul olurdu. Ancaq dəyişikliklərdən sonra bu işlə məşğul olmaq bilavasitə Bakı Nəqliyyat Agentliyinin səlahiyyətlərinə verildi. O cümlədən də cərimələrin tətbiqi məsələsi də bu quruma tapşırıldı. Ona görə də işarələrin olduğu yerdə yazılan cərimələr, qanunvericiliyə uyğundur. Konkret olaraq Aybəniz Həşimovanın məsələsinə gəlincə isə burada da məsələnin qeyd etdiyim tərəfinə baxmaq lazımdır. Lakin məsələ başqadır”.

Ekspert bildirib ki, istər prospektlərin infrastruktur imkanlarının artırılması, istərsə də ölkədə ödənişli parklanmaların təşkili baxımından ciddi işlər görülmür:

“Şəhərdə nəqliyyatın durmadan artımı bu məsələlərdə də ciddi problemlər yaradır. Vətəndaş maşınını saxlayıb bir neçə dəqiqəlik aptekə, mağazaya daxil olur, qayıdanda isə cərimələrlə üzləşir. Yaxud da nəqliyyat vasitəsinin aparılması halları ilə üzləşirsə, sözsüz ki, narazı qalacaq və qalır da. Ona görə də öncə infrastruktur imkanları artırmaq lazımdır. Parklanma və dayanma-durma yerlərinin sayı nə qədər çoxalacaqsa, o qədər də vətəndaşların rahatçılığını təmin edib, cərimədən yaxa qurtarma hallarını artıracağıq.

Burada məsələ mübahisəlidir. Sözsüz ki, Bakı Nəqliyyat Agentliyini bu məsələ üzərində düşünməlidir. Onlar öz fəaliyyətlərini elə qurmalıdırlar ki, vətəndaşlar narazı qalmasınlar. Burada vətəndaş konkret olaraq qeyri-bərabər vəziyyətə salınıb. Çünki parklanma üçün yer yoxdur, bir tərəfdən də harada saxlayırsa, gəlib cərimə yazırlar. Yəni məsələyə vətəndaşların gözü ilə baxdıqda, onlar haqlı durumdadırlar. Ona görə ki, ilk növbədə maşın saxlamaq üçün şərait yaratmaq lazımdır. Bu şəraitə əməl edilmədikdə isə cərimə yazmaq haqqın var. Əgər dayanmağa başqa yer yoxdursa, insanlar nə etməlidirlər? Bütün bunlar nəzərə alınarsa, vətəndaşlarla BNA arasında yaşanan və davamlı hala gələn narazılıq aradan qalxar. Əks halda problem daha da genişlənəcək və narazılıqlar getdikcə artacaq”.

“Yeni Müsavat”
OXŞAR MÖVZULAR