Impera
XƏBƏR LENTİ
22:32Şeyx Fərqanə Qasımovaya bisavad deyən şairi YIXIB-SÜRÜDÜ: O, heç özü bilmir ki...22:04Mədəniyyət Nazirliyi və Yazıçılar Birliyindən mərhum şairə HÖRMƏTSİZLİK - "Bacı kimi əlimdən gələni edirəm..."22:00Sumqayıtın inkişafında xidmətləri olan şəxslər təltif edilib - SİYAHI11:32Ermənistan ordusu atəşkəs rejimini 23 dəfə pozub10:5335 min nəfər əhaliyə ŞAD XƏBƏR - Prezident sərəncam imzaladı21:37Sabah bəzi yerlərdə yağış yağacaq - PROQNOZ AÇIQLANDI21:35Bunu edənlər 1000 manat CƏRİMƏLƏNƏCƏK - QANUN DƏYİŞDİ21:31Bakı metrosunda qapıları tutan 20 sərnişin cərimələndi – Hərəsi 50 AZN – VİDEO21:29TANAP-ın istismara veriləcəyi tarix açıqlandı21:26Bakıda tuneldə qəza: yük maşını belə aşdı - ANBAAN VİDEO21:25Əli Əsədov onu da vəzifəsindən azad etdi21:2326 yaşlı hicablı qaydasız döyüşçü nokauta düşüb öldü - VİDEO21:21ABŞ-dan İrana XƏBƏRDARLIQ - Qətllərə son qoy, interneti bərpa et21:19Bakıda böyrəyini satışa çıxaran qadınla bağlı ŞOK XƏBƏR11:15Lukaşenko zarafatla vəzifə təklif etmişdi, deputat oldu - FOTOLAR11:11Sumqayıtda FACİƏ: naqil oğurlamaq istəyən şəxs...11:10Erməni fəalı: Sorosçular Paşinyanı əsir götürüblər11:04Nüşabə Ələsgərli həyat yoldaşı ilə tanışlığından DANIŞDI: "Aşiq olmamışam" – VİDEO11:02Çingiz Əhmədovdan həmkarına sərt mesaj: "Rəhman “kukla oynadan” olub da, kim olub ki?!"20:42Millimizlə oyunöncəsi NÖVBƏTİ İTKİ20:41Polisin saxladığı avtomobilin sürücüsü hadisə yerindən qaçıb20:40Şəfəq Ağacanın məhkəməsi başlayır20:38Avropa Gimnastika İttifaqının adı dəyişdirilib20:36“Miss Azərbaycan-2019”: Keçmiş sevgilim 21 yaşımda məni qaçırmışdı - MÜSAHİBƏ (FOTO)20:32Bir ailənin dörd üzvü TIR-ın altında əzilib öldü20:30Oqtay Gülalıyevdən yeni XƏBƏR VAR20:29Rüfət Səfərov azadlığa çıxdı - Foto20:27Sumqayıtda görülməmiş hadisə: Helikopterlərdən dəvətnamə atdılar - Foto20:23SON DƏQİQƏ: İranı çalxalayan aksiyada Ruhanidən GÖZLƏNİLMƏZ QƏRAR20:22Şəbnəm Tovuzluya ağır itki - VİDEO20:20Qəbələdə "VAZ" 60 yaşlı kişini vurub öldürdü12:41Bakıda beş avtomobil toqquşdu: sürücülər arasında dava düşdü - ANBAAN VİDEO12:38Gürcüstanda etirazçılar deputatları parlamentə buraxmayıblar12:36Zamirə Ədilovaya vəzifə verildi11:34Heyvanların müdafəsi üçün 40 min imza toplanılır11:32Kombilərdə bunu edin - qaza və işığa 35 faiz qənaət edəcəksiz - VİDEO11:31Bakıda arvadını öldürən kişi Gəncədə təslim olub10:57İranda aksiyalarda 25 nəfər öldü, 40 nəfər saxlanıldı - Hökumətdən xəbərdarlıq10:56Metroda Madonnanın sinəsini parça ilə örtən saxlanılıb20:15Gürcüstan müxalifəti aksiyalara başladı19:51Fransada “sarı jiletlilər”in aksiyasında 147 nəfər saxlanıldı19:50İcra başçısı barədə şok iddia: Qayınanasının adına subsidiya alıb, obyektlərinin sayı-hesabı yoxdur - VİDEO19:44Müəllimlərin ən yüksək maaş aldığı ölkələrin TOP 10-luğu15:00Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artıb14:35Gələn ilin büdcəsinə ən çox hansı qurum xeyir verəcək?13:12İstanbulda casusun sirli ölümü: Özbək qulluqçunun dedikləri12:1715 yaşlı APA...12:04Uşaqlar ip əvəzinə ilanla oynadılar - VİDEO16:31Bərdədə yanğın: Üç nəfər zəhərləndi - FOTO16:29Ulduz idmançılar Azərbaycana gəlir16:26Azərbaycana avtomobil idxalı kəskin artıb16:26Azərbaycana avtomobil idxalı kəskin artıb16:26Benzin BAHALAŞDI16:17Bakıya yağış, rayonlara qar yağacaq16:16"Fədayəyə oxumağı mən öyrətmişəm, bacısı nə danışdığını bilmir" - Tacir - VİDEO16:14Bakıda 16 yaşlı gənc metroda itkin düşdü16:14Prezident müsəlman din xadimlərini qəbul etdi - FOTO16:12Prezident Bilal Əliyevə mənzil bağışladı16:06Selfi sevgisi daha bir turisti öldürdü16:02Bakıda yeni metro stansiyaları bu ərazilərdə olacaq - Zığ, Bayıl, Yeni Yasamal... - XƏRİTƏ16:01Məşhur aktyorun oriental şousu təəccübləndirdi - VİDEO15:58Sərxoş kişi hamilə qadını döyüb xəstəxanalıq etdi - Video15:32Kran minik maşınını yolda belə sürüdü - ANBAAN VİDEO12:05Elmira Süleymanova: "Yalan məlumatdır"11:32Yeniyetmə bacısını timsahın ağzından xilas etdi - FOTO11:30Gecə Bakıda baş verən yanğında polislər körpələri evdən çıxarır - FOTOLAR11:27Vilayət Eyvazov generalı işdən çıxardı, polkovnikə yeni vəzifə verdi11:24Bakı Slavyan Universitetinin rektoru erməni əsillidir? - İDDİALARA CAVAB VERİLDİ20:123500-dən çox məhkuma ŞAD XƏBƏR - Əfv imzalandı20:11Prezident Bilal Ərdoğanla görüşdü20:10İlham Əliyev bu şəxslərə fəxri adlar verdi - SİYAHI20:06Prezident və xanımı Kirill ilə görüşdü20:03Bakıda qızları təhqir edən şəxsləri vətəndaşlar belə döydü - YENİ VİDEO19:59Hindistan, Çin və Rusiya xüsusi ödəniş sistemi yaradacaq19:48Əhaliyə şad xəbər: İstiliklə bağlı unikal sənəd Nazirlər Kabinetində16:49Oqtay Gülalıyevdən sarsıdıcı xəbər - FOTO16:47Bakıda doğulan qəribə körpə ÖLÜB - AÇIQLAMA16:45Adam öldürüb Azərbaycana qaçdı, 10 il sonra tutuldu16:33Sabah qar yağacaq - PROQNOZ12:41Bulvarda bir nəfər dənizə düşdü12:26Azərbaycanda doktoranturaya qəbul qaydaları dəyişib12:16Almaniyada siyasi mühacir alverinə qarşı böyük əməliyyat: Azərbaycanlı hüquqşünas da saxlanılanlar arasındadır11:23“Yerli seriallar gənc nəslin tərbiyəsini pozur”11:22“Bayquş” qanadlarını açır: Dubayda yeni superkar təqdim olundu – FOTO11:19Ərdoğan Trampın sözünü kəsib, səhvini düzəltdi - Video11:17“Facebook” feyklə mübarizə aparır: akkauntların 5 faizi saxta çıxdı11:14Paytaxtda Dünya dini liderlərinin II Bakı Sammiti başlayır11:13MMA döyüşçüsü insan oğurluğunda şübhəli bilinərək həbs edildi21:09Prezident sərəncam imzaladı21:04İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO21:00General bu şok səbəbə görə saxlanıldı20:55Arvadını narahat edən ailənin dörd üzvünü öldürdü - VİDEO20:45Bakı bulvarına yeni atraksionlar gətiriləcək14:56Mehriban Əliyeva şəhid ailəsini SEVİNDİRDİ14:54Yeni icra başçıları kollektivə təqdim olundu14:49Prezidentin tapşırığına uyğun olaraq Eldar Əzizovdan YENİ ADDIM13:02Yeni Təhsil naziri təyin olunub - Gürcüstanda12:43Ramiz Mehdiyev KARDİNAL DƏYİŞİKLİKLƏRƏ BAŞLAYIR - Bəzi qurumlar LƏĞV EDİLƏCƏK12:40Nazir onları işdən çıxartdı12:35Bu binanın sakinləri kirayə evlərə köçürüləcək - VİDEO
BÜTÜN XƏBƏRLƏR

Qardaş ölkənin Suriyada başladığı 3-cü antiterror əməliyyatı ilə bağlı yaxın gözləntilər - əməliyyat uzana bilərmi...

12 Ekm 2019, 10:41   
Qardaş ölkənin Suriyada başladığı 3-cü antiterror əməliyyatı ilə bağlı yaxın gözləntilər - əməliyyat uzana bilərmi...

Türkiyə ordusunun Suriyada sayca 3-cü hərbi əməliyyatı “Sülh çeşməsi” artıq 4-cü günündədir. Oktyabrın 9-da saat 16:00-da Türkiyə ordusu Suriyanın şimal-şərqində YPG silahlı təşkilatının daxil olduğu “Suriya Demokratik Qüvvələri” (SDQ) koalisiyasının nəzarətində olan bölgədə hərbi əməliyyata başlayıb.

İlk olaraq gündüz saatlarında aviasiya və artilleriya YPG mövqelərini bombalamağa başlayıb, gecə isə quru qüvvələri Suriya-Türkiyə dövlət sərhədini (artıq 5 ildir ki, Suriya hökumət qüvvələri sərhədi tərk edib - K.R.) keçərək döyüş əməliyyatlarına başlayıb. Hazırda əməliyyatlar Suriyanın Ras əl-Ayn və Tel Abyad məntəqələri arasındakı 120 kilometrlik ərazidə gedir. Artıq Türkiyə ordusu 1, müttəfiq “Suriya Milli Ordusu” qüvvələri isə 4 əsgər itirib. Qarşı tərəfdən isə itkilərin sayı 300 nəfərə çatıb.

Qeyd edək ki, Türkiyə daha əvvəl sərhədlərində terror təhlükəsini əsas gətirərək iki dəfə Suriya ərazisində hərbi əməliyyatlar keçirib. Birinci dəfə hərbi əməliyyatlar 2016-cı il 24 avqust başlayıb. “Fərat Qalxanı” adlanan əməliyyat 5 aydan çox davam edib, nəticədə Suriyanın Aziz və Cerablus məntəqələri arasında 100 kilometrdən bir qədər az ərazi əl-Bab məntəqəsinə qədər dərinliyə azad edilib. Türkiyənin Suriyada ikinci əməliyyatı YPG qruplaşmasına qarşı 2018-ci ilin yanvarında başlayıb. “Zeytun Budağı” adlı əməliyyat nəticəsində Afrin rayonu kürdlərin əlindən alınıb.

“Sülh Çeşməsi” sayca 3-cü əməliyyatdır. Bu əməliyyatın hədəfi İraq sərhədindən Cerablusa qədər olan ərazidə Türkiyə-Suriya sərhədini kürd silahlı qruplarından təmizləmək, ərazidə “sülh dəhlizi” yaratmaqdır.

Türkiyə nə istəyir?

Türkiyə hökuməti bəyan edib ki, ərazini YPG-nin nəzarətindən azad edib burada 140 kənd və 10 qəsəbə salmaq, Türkiyədəki 1 milyon suriyalı qaçqını buraya köçürmək planı hazırlayıb. Bu əməliyyatın əsas hədəfi Türkiyənin Suriya ilə sərhədini Ankaranın terrorçu hesab etdiyi YPG-nin nəzarətindən azad etmək, son 5 ildə bu bölgədə formalaşmış “kürd koridoru”nu dağıtmaq, Suriyadakı YPG ilə Türkiyədə fəaliyyət göstərən PKK və digər separatçı terror təşkilatları ilə bağını qırmaqdır.

Çünki uzun zaman hesab olunurdu ki, Suriyada savaşın bir hədəfi də kürdlərin şimali İraqdan Aralıq dənizi sahillərinə qədər uzanan zolağı nəzarətə götürməsidir. Faktiki olaraq iki il əvvələ qədər Türkiyə-Suriya sərhədinin əksər hissəsi kürd qüvvələrinin nəzarətində idi. Türkiyə hökuməti daha əvvəl kürdlərlə danışıqlara cəhd etsə də, YPG-nin PKK ilə əməkdaşlığı və Suriyada kürd muxtariyyəti yaratma cəhdi Ankaranı daha sərt addımlara sövq elədi. Türkiyənin bu əməliyyatlarda ikinci hədəfi Suriyanın şimalında Ankaranın müttəfiqi olan müxalifətin nəzarətində olan ərazilərin genişlənməsidir.

Məsələn, daha əvvəlki əməliyyatlarda azad edilən Aziz Cerablus arası və Afrin rayonu hazırda əsas etibarı ilə formal olaraq suriyalı müxaliflərin nəzarətindədir. Bu da o deməkdir ki, yaxın aylarda başlayacaq Suriyada siyasi keçid prosesində Türkiyənin dəstəklədiyi müxalifət əsas tərəflərdən biri kimi masada olacaq. Nəhayət, kürdlərin Türkiyə ilə sərhəddə muxtariyyət qurması baş tutmayacaq, kürdlər bu arzularına nail olsalar belə, Türkiyə ilə birbaşa sərhədləri olmayacaq. Hansı ki, bu əməliyyat nəticəsində kürdlərin muxtariyyət planının böyük ölçüdə zərbə alması gözlənilir.

Əməliyyatı kimlər həyata keçirir?

“Sülh Çeşməsi” əməliyyatında ümumilikdə 60 min hərbçi iştirak edir. Bunların 40 min nəfəri Türkiyə ordusunun hərbçiləri, 20 min nəfər isə suriyalılar, yəni “Suriya Milli Ordusu” döyüşçüləridir. Türkiyə ordusunda əsas zərbə qüvvəsini xüsusi təyinatlılar, polis xüsusi təyinatlıları, jandarma qüvvələri təşkil edir.

Hava qüvvələrində əsasən F-16 döyüş təyyarələri, T-129 ATAK hücum vertolyotları iştirak edir. Əməliyyatın artilleriya dəstəyini 155 mm-lik T-155 özüyeriyən haubitsaları, o cümlədən T-300 “Qasırğa” və “Qasırğa-K” raket qurğuları həyata keçirir. Bundan başqa, əməliyyatda Türkiyə ordusunun istifadəsində olan “Kripi”, “Kobra” zirehli texnikaları, tanklardan istifadə olunur.

“Sülh Çeşməsi” əməliyyatında Suriya müxalifətini “Suriya Milli Ordusu” adlı ordu, daha dəqiqi bu ordunun 20 min hərbçisi təmsil edir. Qeyd edək ki, “Suriya Milli Ordusu” (Ceyş əl-Vatani) daha əvvəl mövcud olmuş “Azad Suriya Ordusu” və “Milli Qurtuluş Cəbhəsi” qruplarının birləşməsi olaraq bu il oktyabrın 4-də yaradılıb. Bu qrupa daxil olan qüvvələr əsasən İdlib, Afrin və daha əvvəl Türkiyə ordusunun azad etdiyi ərazilərdə yerləşir. Bir qismi isə Türkiyə ordusu ilə birlikdə daha əvvəlki əməliyyatlarda iştirak edib və hazırda azad olunmuş ərazilərdə patrul fəaliyyətləri, asayişin mühafizəsini həyata keçirir. “Milli Ordu”nun əsas komandiri Səlim İdrisdir. Milli Ordu 3 korpusdan ibarətdir. Bu 3 korpusda ümumilikdə 40 minə yaxın döyüşçü var. Bundan başqa İdlibdə yerləşən Türkiyəyə yaxın müxalif silahlı dəstələrin təşkil etdiyi 4 korpusda 70 minə yaxın silahlı var. Yəni ümumilikdə hazırda Suriyada Türkiyə ilə bağlantılı olan silahlıların sayı 110 min nəfərə yaxın hesab olunur. Bunların tərkibində türkmənlərdən ibarət Sultan Murad, Fateh Sultan Mehmet briqadaları, eləcə də daha əvvəl ABŞ ordusunun təlim keçdiyi Həmzə, Muntasir Billah briqadaları da var. Ancaq bu qrupların hazırda ABŞ-la hər hansı əlaqəsi yoxdur.

Bundan əlavə, “Əhrar əş-Şərqiyyə”, “Ceyş əl-Şərqiyyə”, “Ceyş əl-Şamiyyə”, “Ceyş ən-Nasr”, “cəbhə ən-Nasr” və digər qruplar var. Hazırda bunların 14 min nəfəri Türkiyə ordusu ilə birlikdə əməliyyatda iştirak edir.

Qarşı cəbhədə kimlər var?

Türkiyənin hazırda hərbi əməliyyat keçirdiyi Suriyanın şimal-şərq bölgəsi artıq 4 ildən çoxdur ki, “Suriya Demokratik Qüvvələri” adlanan koalisiyanın nəzarətindədir. Bu koalisiya 2015-ci ildə təşkil olunub. Kürdlər, ərəblər, türkmənlər, süryani və digər kiçik qruplar təmsil olunur. Ancaq SDQ-nin əsas gücü bu ərazidə əsas çoxluq olan kürd qüvvələridir. Daha dəqiqi, YPG və onun yan qruplarıdır. Bölgədə eyni zamanda ABŞ və daha bir neçə Avropa ölkəsinin hərbi qüvvələri var.

ABŞ-ın hazırda Suriyada kürdlər ərazisində (daha bir hərbi bazasının Suriya-İordaniya sərhədinə yaxın ət-Tənf bölgəsində yerləşir - K.R.) 18 hərbi bazası və təxminən 2 min hərbçisinin olduğu güman edilir. Daha 5 hərbi bazanın isə Fransa ordusuna məxsus olduğu güman edilir

SDQ-nin hərbçilərinin sayı dəqiq bilinmir. Bəzi ehtimallara görə 80 min hərbçi var. Bunlardan 50 min (bəzi mənbələr 60 minə qədər deyir - K.R.) silahlı YPG və ya başqa sözlər kürd silahlı qrupları, 24 ərəb silahlı qrupları, yerdə qalan isə kiçik etnik və dini qrupların silahlı dəstələri. Bölgədə 7 fərqli kürd silahlı qrupunun olduğu ehtimal edilir. Bunlardan ən böyüyü PYD siyasi kürd təşkilatının silahlı qanadı olan YPG (Xalq Müdafiə Qüvvələri) və onun qadın briqadaları olan YPJ-dir.

Onu da qeyd etmək lazımdır ki, YPG üzvlərinin üçdə birini qadın silahlılar təşkil edir. YPG və kürd qüvvələri Kobani mühasirəsi, eləcə də Raqqanın İŞİD-dən geri alınmasına qədər bir sıra əməliyyatlar həyata keçirib və döyüş təcrübəsinə malikdir. 2014-cü ildən ABŞ-la yaxından əməkdaşlıq edən kürd qüvvələrinə Pentaqon ötən müddətdə minlərlə silah və texnika yardım edib.

Artıq əməliyyatın ilk mərhələsi başlayıb və ehtimal ki, hazırda 120 kilometrlik ərazidə 4 istiqamətdə davam edən döyüşlər qarşıdakı günlərdə daha geniş əraziyə yayılacaq. Lakin kürdlərin daha çox düzənlik olan ərazilərdə uzun müddət nizami Türkiyə ordusuna müqavimət göstərməsi mümkün deyil. Üstəlik, hava sahəsi açıq olduğu üçün Türkiyə ordusu düşmən mövqelərini bombalayır. Türkiyə ordusu indiki etapda 30 kilometrə qədər dərinliyə irəliləməyi hədəfləyib. Kürdlərin müqaviməti böyük ölçüdə Qərbdən gələcək dəstəkdən asılı olacaq. Əgər lazımı dəstək olmasa SDQ ehtimal ki, 30 kilometr geriyə çəkiləcək. Əks təqdirdə müharibənin uzanması riski var.
“Yeni Müsavat”
OXŞAR MÖVZULAR