“Dövlətin malını dədə malı kimi dağıdırdılar” - İTTİHAM

18:13 11.10.2019 418
“Dövlətin malını dədə malı kimi dağıdırdılar” - İTTİHAM

“Təzə rəis dirəşmişdi ki, borcu olanların hamısının işığını kəs. Dedim, rəis, evində xəstə körpəsi olanı, qocası, əlili var... Borcları da böyük deyil. Allah götürməz axı, mən onları necə qaranlıqda qoyum? 1 gün ərzində öz cibimdən abonentlər üçün ümumilikdə 287 manat pul ödəmişəm ki, işıqlarını kəsməyim. 5 manat bunun borcu, 10 manat onun borcu...Bu hərəkətim rəisi qıcıqlandırdı, məni işdən qovdu. Halbuki, özünün 1000-1500 manat borcu olan yerliləri vardı, tapşırırdı ki, filan-filan ünvanlara getmə, laçınlıların işığına dəymə...”

DİA.AZ bildirir ki, bu barədə danışan Ağcəbədi sakini Rövşən Məmmədov 2 ildən çox Ağcabədi rayon Elekrtik Şəbəkəsində nəzarətçi-mühəndis işləyib. Ötən ilin iyul ayında işdən çıxarılıb. Deyir, hər şey “Azərişıq” ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin rəhbərliyi Ağcabədi rayon şöbəsinə yeri rəis təyin edəndən sonra baş verib. Onun sözlərinə görə, təzə rəis Fariz İsmayılov köhnə işçilərlə qərəzçilik apararaq onları işdən çıxarıb. İşdən çıxarılanların bəziləri sonradan müxtəlif yollarla yeni rəislə dil taparaq işinə qayıdıb, bəziləri məhkəmələrdə hakimlərə yol taparaq işinə məhkəmə yolu ilə bərpa olunub. O isə yalnız Azərbaycan Respublikasının qanunlarına söykənib, deyir, nə pulu, nə də arxasında dayananı olmadığına görə, məhkəmələr onun işə bərpası tələbini təmin etməyib.

Rövşən Məmmədov işdən çıxarılmasının səbəblərini sadalamaqda davam edir: “Mənimlə qərəzçilik aparırdı. Çünki qanunsuz hərəkətlərinə susmurdum. Dövlətin malını dədə malı kimi dağıdırdılar, etiraz edirdim. Bütün bunların nəticəsi idi ki, çalışırdı məni öz xidməti yerimdən “sürgün” eləsin, əvvəlcə uzaq kəndlərə göndərirdi, sonra özümdən xəbərsiz xidməti yerimi dəyişdi. Mən bundan yeni xidməti vəsiqəm veriləndə xəbər tutdum. Baxdım ki, xidməti ərazim Laçın sahəsi göstərilib. Soruşdum, bu, kimin ağlına gəlib? Mənim xidməti ərazim Ağcabədidir. Dedirlər, rəis belə məsləhət gördü”.

Rövşən Məmmədov deyir, işə götürülərkən onunla yalnız 1 aylıq sınaq müddəti müqaviləsi bağlanıb. Sonrakı vaxtlarda müqavilə bağlanmayıb. Ancaq məhkəmə vaxtı qarşı tərəf məhkəməyə guya vaxtilə onunla bağlanmış müqavilələr təqdim edib:

“Rəhbərlik öbaşınalıq edərək guya məni 3 aylığa müddətli işə götürdüyünü yazıb. Guya sonralar da müqavilənin müddəti bitdikcə, hər dəfə 3 aylıq müqavilə bağlanıb və ilyarım əvvəl növbəti 3 aylıq müqavilənin müddəti bitdikdən sonra şəbəkə rəhbərliyi növbəti müqaviləni bağlamayıb. Səbəb kimi göstərib ki, mən iş davamiyyətini pozmuşam, halbuki, hər gün işdə olmağımla bağlı tabeldə gündəlik imzalarım vardı. Rəhmərlik mənimlə 3 aydan bir müqavilə bağladığını bildirsə də, mənə verdiyi xidməti vəsiqənin etibarlılıq müddəti 31 dekabr 2020-ci il tarixədək idi. Məhkəmədə sual verdim ki, bu müqavilələr müddətli idisə, müddətli müqaviləylə işləyən işçiyə niyə 2021-ci ilədək etibarlı olan xidməti vəsiqə verilib? Susdular...”

Rövşən Məmmədov hesab edir ki, nəzarətçi-mühəndis vəzifəsi daimi xarakterli iş olduğundan müqavilələrin müddətli bağlanması qanunsuz olub: “Təzə rəis işə başladığı ilk günlərdən işçilərlə yaxşı münasibət qurmuşdu. Ancaq sonradan problemlər başladı. Qanunla nəzarətçi-mühəndisin vəzifəsi sayğacların üstünün oxunması, xətlərdəki nasazlığı, oğurluğu aşkar edib rəhbərliyə məruzə etməkdən ibarətdir. Qapı-qapı düşüb abonentlərdən işıqğulu toplamaq, borcu olanın işığını kəsmək bizim vəzifəmizə daxil deyil. Təzə rəhbərlik bunu bizdən tələb edirdi. Mən də yuxarı qeyd etdiyim kimi, xəstənin, əlilin, əli körpəli ailələrin işığını kəsmirdim. Təzə rəhbərlik də mənimlə qərəzi ən iyrənc formalarda davam etdirirdi. Məsələn, çox yaxın qohumumu itirmişdim, başım möhkəm qarışıq idi, üzümü təraş etməyə imkan tapmamışdım. Bu vəziyyətdə işə getməli oldum, tabelə qol çəkib hüzr yerinə qayıtmaq istəyəndə məni yanına çağırdı. Dedi: “Bundan sonra atan, anan da ölsə, üzünü tüklü görməyim”. Bu, bir müəssisə rəhbəri tərəfindən işçisinə qarşı olduqca qeyri-etik davranış idi. Oxşar davranışlar tez-tez baş verirdi”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...