N.Məmmədovdan NİYƏ İMTİNA EDİLDİ? - Çünki o...

17:08 9.10.2019 483

Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirovun Redaktor.az-a müsahibəsini təqdim edirik:


N.Məmmədovdan NİYƏ İMTİNA EDİLDİ? - Çünki o...
- Ötən gün baş nazir postuna Əli Əsədov təyin edildi. İndiki dövrdə bu təyinatı şərtləndirən amillər hansılardır?

- Prezident İlham Əliyev xüsusilə sosial-iqtisadi sahədə çox ciddi islahatların həyata keçiriləcəyinin anonsunu verib. Bu islahatları həyata keçirmək üçün çox savadlı, bilikli, peşəkar kadrlar məsələsi hər zaman aktualdır. Ona görə də yeni şəraitdə - yəni ölkəmizdə islahatların dərinləşməsi xəttinin irəli sürüldüyü reallıqda onları həyata keçirmək üçün adekvat biliyə sahib mütəxəssislərə ehtiyac daha da aktuallaşır. Məsələyə bu məntiqlə baxanda ölkənin iqtisadi sferasında atılan addımların reallaşdırılmasında, islahatların həyata keçirilməsində Nazirlər Kabinetinin üzərinə böyük vəzifə düşür. Bu qurum prosesin lakomativi funksiyasını həyata keçirir. Buna görə də baş nazirin dəyişdirilməsi məsələsi aktuallaşdı. Heç şübhəsiz ki, Novruz Məmmədov uzun müddətdir PA-da işləyən, xarici siyasət məsələləri üzrə tanınmış mütəxəssisdir. Sədaqətli kadrdır. Lakin reallıqlar artıq yeni şərtlər irəli sürürdü. Bu baxımdan Novruz Məmmədovun iqtisadçı olmaması və Azərbaycanda iqtisadi sahədə dinamik proseslərin getməsi reallığında, onun bu sahədə bilik və bacarığının iqtisadi tələblərə adekvat olmaması dəyişikliyi zəruri etdi. Əsədovunsa praktiki vərdişləri ilə nəzəri bilikləri üst-üstə düşür. Bu da ona heç şübhəsiz ki, olan etimadı gücləndirən səbəbdir. Xüsusilə də uzunmüddətli idarəçilik təcrübəsinə malik olması, bu təcrübənin iqtisadi sahəni əhatə etməsi Ə. Əsədovun üstünlüyüdür. İndi isə onun qarşısında duran əsas vəzifələr bunlardır: Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafını yüksək səviyyəyə çatmasını təmin etmək, ixracyönümlü iqtisadiyyatın formalaşaması prosesini gücləndirmək, qeyri-neft sənayesinin inkişafı üçün münbit şəraitin yaradılmasını təmin etmək, “Made in Azerbaycan” brendi adı ilə Azərbaycan məhsullarının dünya bazarına çıxışının daha geniş əhatəsini təmin etmək və bütövlükdə Azərbaycanın iqtisadi imkanları və bu potensialı daha da genişləndirmək.



- Nazirlər Kabinetinin ləğvinin gözləndiyi bir vaxtda, baş nazirin dəyişdirilməsi prosesi həyata keçirildi. Baş nazirlik institutunun nüfuzunun artırılmasına yönələn siyasət aparılır. Azərbaycanda Birinci vitse-prezidentlik institutu formalaşdığı halda, Baş nazir postuna ehtiyac qalırmı?

- Azərbaycanda vitse-prezidentlik institutu olsa da, Nazirlər Kabineti də fəaliyyət göstərir. Hadisələrin gedişatı onu göstərir ki, Azərbaycan iqtisadiyyatının bundan sonrakı inkişafı məsələlərində Nazirlər Kabinetinin üzərinə böyük məsuliyyət düşür. Bu nöqteyi-nəzərdən bu institutun faəliyyətinin genişləndirilməsi, gücləndirilməsi və Azərbaycan iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi məsələsində də bu institut çərçivəsində müəyyən islahatlara, dəyişikliklərə, yeni kadrların təyin edilməsinə ehtiyac var. Ölkə başçısının seçimi də göstərdi ki, vitse-prezidentlik institutu və Nazirlər Kabineti bir-birinə mane olan, paralellik yaradan qurumlar deyil. Prezidentin seçimi Nazirlər Kabinetinin işinə dinamizm, çeviklik gətiriləcəyinə, peşəkarlığın gücləndirilməsinə ehtiyac olduğunu göstərdi.

- Qərbdə belə bir təcrübə yoxdur ki, həm baş nazirlik institutu, həm də vitse-prezidentlik institutu paralel fəaliyyət göstərsin...

- Azərbaycanda inqilabi yox, təkamül yolu ilə inkişafı təmin edən siyasət yürüdülür. Bugünkü reallıqlar və Azərbaycanın qarşısında duran hədəflər konteksində baxdıqda Nazirlər Kabinetinin saxlanması və inkişaf etdirilməsi məqbul sayılır. Amma bir neçə ildən sonra reallıqlar dəyişə bilər. Hər zaman söyləyirik ki, Azərbaycan prezidentinin siyasəti çevik siyasətdir. Çevik siyasət isə dəyişən reallıqlara adekvat cavab verə bilməkdi. Bu nöqteyi-nəzərdən gələcək reallıqlar konteksində vəziyyətdə dəyişiklik ola da bilər, olmaya da... Bunu gələcək göstərəcək. Bugünkü reallıqlar fonunda isə NK-nın işinə dinamizm vermək və iqtisadiyyatımızın inkişafı naminə onun fəaliyyətini gücləndirmək lazımdır.



- Yeni baş nazirin təyin edilməsi Azərbaycanın xarici siyasətində hansı dəyişikliklərə səbəb olacaq?

- Yeni baş nazirin peşəkarlığını, öz sahəsini mükəmməl bilməsi reallığını nəzərə alsaq, heç şübhəsiz ki, məhz Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsi labüd görünür. Azərbaycan məhsullarının dünya bazarına çıxarılması, bu məhsulların keyfiyyət və alıcılıq qabiliyyətinin gücləndirilməsi əsas hədəflər sırasındadır. Xüsusilə Azərbaycanın Rusiya ilə əlaqələrinin daha da gücləndirilməsi istiqamətində iş aparılacaq. Rusiya həm qonşu, həm də Azərbaycan məhsulları üçün böyük bazar olan dövlətdir. Bu baxımdan yaxın qonşu olaraq, beynəlxalq iqtisadi sferada əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün yeni çalar yarana bilər. Yeni baş nazir xüsusilə Rusiya kimi nəhəng bazarda Azərbaycan məhsullarının öz alıcısını tapması sahəsində də çox ciddi və labüd addımlar ata bilər.

- Bəs Qərb, Avropa bazarı necə?

- Qərb Azərbaycan üçün təbii ki, böyük bazardır. Heç kəsə sirr deyil ki, bu bazarda biz əsasən öz neftimiz və perspektiv qazımız ilə əsas iştirakçıyıq. Eyni zamanda biz maraqlıyıq ki, Azərbaycanın qeyri-neft sektoruna aid məhsullarının da Avropa bazarında çəkisi artsın. Amma nəzərə almalıyıq ki, Avropa bazarında rəqabət mühiti çox böyükdür. Bu nöqteyi-nəzərdən biz paralel olaraq, ilk növbədə qonşu ölkələrlə münasibətləri, bu sahədə əlaqələri genişləndirməkdə maraqlıyıq. Xüsusilə də bizim Çin ilə əməkdaşlığımızın çox geniş perspektivi var.

- Əli Əsədovun baş nazir təyinatının Rusiyadakı Valday forumundan sonra baş tutması bir sıra iddiaları da gündəmə gətirib. Baş nazir dəyişikliyi ilə Putin-Əliyev görüşünün bağlılığını axtaranlar var.

- Bu cür iddialarla qətiyyən razı deyiləm. Əsassız iddialardır. Prezident İlham Əliyev Azərbaycan üçün müstəqil, milli mənafeyə söykənən siyasət müəyyən edib. Bu nöqteyi-nəzərdən Rusiya bizim üçün dost dövlətdir, strateji tərəfdaşdır. Eyni zamanda biz Rusiya ilə çox geniş spektrlərdə əlaqələrin inkişafında maraqlıyıq. Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll etmək missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərdən biridir. Xüsusilə Ermənistana ən ciddi təsir imkanlarına malik bir dövlətdir. Bütün bunlar o demək deyil ki, Azərbaycanda kadr dəyişiklikləri Rusiyanın istəyi ilə həyata keçirilir. Azərbaycan müstəqil dövlətdir. Nə Azərbaycan Rusiyanın kadr dəyişikliyində iştirak edir, nə də Rusiya Azərbaycanın. Bu kimi iddiaların heç bir əsası yoxdur. Bu cür iddialar kimlərinsə, çox yüksək "fantaziya"ya malik olmasının məhsuludur.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:19

12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... - Nələr var, nələr...

13:38

Londonda 85 milyonluq məhkəmə işi ilə gündəm olan deputatın oğlu Bakıda obyekt tikir - DETALLAR

13:33

İcra başçısı üçün 57 minə xidməti avtomobil -Seymur Orucov maşınını yeniləyir

11:50

Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər?

11:08

Elm və Təhsil Nazirliyinin ŞÜBHƏLİ qrant müsabiqəsi - Pullar paylanıb, ancaq…

10:29

Türkiyənim Azərbaycandakı səfirinin qardaşı oğlu DƏLƏDUZ ÇIXDI - TƏFƏRRÜAT

10:06

"Azpetrol" məntəqələrində TOTAL TƏFTİŞ... - İnsanların həyatı təhlükəyə atılıb!

21:50

Ramazanın doqquzuncu gününün duası - İmsak və iftar vaxtı

18:51

Tenderə nəzarət edən dövlət qurumunun özü qanunsuz tender keçirir? – FOTOFAKT

18:26

" “Istanbul NS Klinikası Baku”nun cəlladları anamı öldürdülər!!!" - Jurnalist ÜSYAN ETDİ

17:35

Ağacları qırıb yerinə beton tökdülər - AXI NİYƏ?

16:58

“Bundan sonra bura Zəfər meydanıdır”

16:40

Prezident xalqı təbrik etdi

16:09

Şahbuzda müəllimlərin 7-ci sinifdə oxuyan qıza qarşı VƏHŞİLİYİ... - BU NƏDİ BELƏ?!

15:29

Ruhi elə bilir ki yardım paylayıb deputat olacaq... - VİDEO

14:36

Vergi Xidməti bu müəmmanı açacaqmı? - Bir ünvanda qeydiyyata alınmış onlarla MMC-nin arxasında kimlər durur

13:56

Dələduzluq edən sabiq bələdiyyə sədri ilə bacısı yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT

13:03

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib

12:36

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub - İLGİNC İDDİALAR...

11:50

"Bura gələndə özünüzlə yemək gətirin..." - GİLEY

10:57

Qazaxda diş həkimi azyaşlı xəstəni DÖYDÜ - Valideynlərinin GÖZÜ QARŞISINDA...

10:14

"Bəs sonra sizi mənim əlimdən kim alacaqdı?" - ETİRAZ

23:23

Müqayis Verdiyevin dələduzluğ əməli İFŞA OLUNDU – Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar…

17:02

Azərbaycan təhsilində kitab vəsaiti PROBLEMİ: - "Dərsliklər ali məktəbə hazırlıq üçün predmet deyil, məktəblini..."

16:03

Təhməzovun “OVQAT”I NİYƏ KORLANMIR? - İLGİNC İDDİALAR...

12:00

Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı QANUNSUZ ƏMƏLLƏRİ... - ŞOK İDDİA

11:30

Azərbaycanda insanlar daha çox taksi, avtobus, yoxsa metrodan istifadə edirlər? - VİDEO

11:00

Bakıda yeni hava limanı tikilir - Video

10:40

Kurskda PUA hücumu təhlükəsi elan edildi

10:20

Rusiyadakı seçkiləri diqqətlə izləyirik - Kirbi

10:00

Əhalinin DİQQƏTİNƏ! Təhlükəli mesajlar göndərilir

23:54

Ramazanın altıncı günü: İftar və imsak vaxtları

23:32

"Qarabağ"a qollar vurdu, həftənin ən yaxşısı oldu

18:56

Sabunçuda SİRLİ-SEHİRLİ inşaat işləri... - Hamı görür, amma kimsənin xəbəri yoxdur...