“Bu hakimlər “günahkarın səsini kəsmək üçün günahsızın başını kəsirlər” – FAKTLARA SÖYKƏNƏN ARAŞDIRMA

15:51 8.10.2019 500
“Bu hakimlər “günahkarın səsini kəsmək üçün günahsızın başını kəsirlər” – FAKTLARA SÖYKƏNƏN ARAŞDIRMA

Ötən yazımızda Xatai Rayon Məhkəməsinin hakimi İrahimli İbrahim Adil oglunun sədrliyi ila Yaqubova Natəvan Azik qızının Azarbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ilə bağlı ətraflı məlumat vermişdik.

7NEWS.az xəbər verir ki, iş üzrə ilkin Appelyasiya baxışı 27 sentyabr saat 15:30-a təyin edilmişdi. İclas vaxtı bəlli oldu ki, zərərçəkənin şikayəti olduğuna görə proses 2 oktyabr saat 11-ə təyin edilmişdi. Bu barədə təqsirləndirilən Natəvan Yaqubovanın vəkili Əli Hüseynov məlumat verib. Onun sözlərinə görə 2 oktyabr saat 11-də hakim Habil Məmmədovunsədrliyi ilə Appelyasiya instansiyasının ilkin baxışı baş tutub. Natəvan Yaqubovanın vəkili Əli Hüseynov birinci instansiya məhkəməsinin açıq-aşkar ədalətsizliyə yol verdiyini məhkəməyə faktlarla sübut edib və sonuncu, şəxsiyyəti bəlli olmayan "stajsız” ekspertin HEÇ OLMASA ATASININ ADININ müəyyən edilməsi, məhkəməyə dəvət edilməsi ilə bağlı vəsadət verib: "Mən vəsadət verdim ki, 30-40 ilin ekspertlərinin rəyinin nəzərə alınmamasını qoyuram bir kənara. Heç olmasa BU İŞ YERİ, STAJI, ŞƏXSİYYƏTİ BƏLLİ OLMAYAN ekspert Cavid İsmayılovunatasının adını dəqiqləşdirin, məhkəməyə dəvət edək. Vəsadətimdə qeyd etdim ki, Appelyasiya məhkəməsini qismən məhkəmə istintaqı aparılmaqla keçirilsin. Təbii ki, bununla da biz 1-ci Məhkəmə instansiyasının hansı özbaşınalığa, qanunsuzluğa yol verdiyini sübut etmiş olacağıq. Sözün düzü məhkəmə heyəti peşəkarlardan ibarətdir. Onlar çox gözəl bilirlər ki, vəsadətim təmin olunsaydı Natəvan Yaqubovanın günahsız olduğu ortaya çıxacaq, ilkin instansiyanın haqqa, ədalətə, hüquqa zidd getdiyi blli olacaqdı. Buna görə məhkəmə heyəti müşavirə otağına getdi, geri qayıdanda isə vəsadətin qəbul olunmadığı, məhkəmənin istintaq olmadan davam edəcəyini dedilər. Bu analoqu olmayan özbaşınalıqdır, bu Azərbaycan məhkəmə sitemini dünyada BİABIR etmək deməkdir, bu nonsensdir. Bu açıq-aydın haqqa, ədalətə meydan oxumaq deməkdir”

Araşdırmamız göstərir ki, burada çox maraqlı məqamlar, daha doğrusu vəzifə səlahiyyətlərindən sui-istifadə halları var.

Bu hallara hüquqi qiymət versən cinayət tərkibli olması da müəyyən edilə bilər. Son 1 ildə Azərbaycan məhkəmə sistemində aparılan islahatlar onu göstərir ki, rüşvət manipulyasiyayası üzərində qurulan fəaliyyətin sonu həbslə nəticələnir. Artıq son bir neçə ayda 10-a yaxın hakim rüşvətə görə işçdən azad edilib, haqqında cinayət işi başlanılıbdır. Bu onu deməyə əsas verir ki, ölkə başçısı İlham Əliyevin bu sahədə ortaya qoyduği iradənin icrası başlanılıb və bütün yollar ƏDALƏTƏ aparır.

Amma və lakin...

Görünən odur ki, bəzi hakimlər gedən islahatları düzgün dəyərləndirmir və "günahkarın səsini kəsmək üçün günahsızın başını kəsirlər”. Araşdırmmızda ortaya çıxan detallar olduqca böyük, bəzi hallrda mütəşəkkil cinayətin olduğunu ortaya qoyur.

Əvvalə belə bir suala aydınlıq gətirək: Niyə ölkənin 3 nüfuzlu hakimi 30-40 ilin ekspertlərinin rəyini bir kənara ataraq, İŞ YERİ, STAJI, ŞƏXSİYYƏTİ BƏLLİ OLMAYAN ekspert Cavid İsmayılovu məhkəməyə dəvət etmirlər? Məhkəmə bir tərəfə qalsın, niyə ümumiyyətlə bu adamın atasının adı işdə qeyd olunmur? Stajsız eksperti kim, hardan, necə və nə məqsədlə tapıbvə ya "kirayələyib”? Və bu ekspertin rəyi niyə 20-30-40 il stajı olan alim ekspertlərin rəyindən dəyərli olur?

İkincisi, Xatai Rayon Məhkəməsinin hakimi İrahimli İbrahim qanunsuz hökmünü hakim Habil Məmmədov qüvvədə saxlamaqla, işin ədalətli hüquqi həllini niyə və hansı marağa görə təmin etmir?

Üçüncüsü, qarşı tərəf təkcə məhkəməni ala almaqla kifayətlənməyib, eyni zamanda, ictimaiyyəti də aldadır. Məqalələrin birində qeyd olunub ki, Tunarın ailəsinin uzun müddət övladı olmayıb və o, 18 illik həsrətdən sonra dünyaya gəlibmiş. Bu da yalan məlumatdır. Ailənin 3 övladı var. Bu prosesə baxışda hüququ, qanunu kənara atıb, emosional davranışlar üzərindən cəmiyyəti aldatmaq, məhkəmə üçün rəy yaratmaq məqsədi daşıyır. Bu yalan məlumatı kim və niyə tirajlayır?

Dördüncüsü, bəzi saytlarda yenə ictimayyət aldadılıb. Belə ki, azyaşlı oğlanın boğazının şah damarı kəsilərək, əməliyyat masasında keçindiyi qeyd olunur. Bu da ağ yalandır. Xəstə əməliyyat olunduqdan sonra tam sağlam şəkildə evə buraxılıb, 4 dəfə ona lazımi amblator xidmət göstərilib.Azyaşlı Tunar öz evlərində, naməlum şəraitdə damarını zədələyib və dünyasını dəyişib.

Məlumat üçün qeyd edək ki, Xatai Rayon Məhkəməsinin hakimi İrahimli İbrahim Adil oglunun sədrliyi ila Yaqubova Natəvan Azik qızının Azarbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, Yaqubova Natavan Azik qizının Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilmişdi. Ölüm hadisəsi baş verəndən dərhal sonra məhkəmə-tibbi ekspertizası təyin olunur və 02 iyun 2018-ci il tarixli 35/MEŞ №-li ekspert rəyi alınır.Həmin ekspertiza rəyi ilə müəyyən olunur ki, azyaşlı Turanın ölümünə səbəb sol tərəfli tonzillektomiya cərrahi əməliyyat sahəsindən baş vermiş sonrakı qanaxma ilə əlaqədar tənəffüs yollarının qanla tutulması nəticəsində inkişaf edən aspirasion asfiksiya, kəskin tənəffüs çatışmamazlığı olmuşdur. Bundan sonra Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin Kriminalistika şöbəsinin böyük prokuroru Rzayev Orxan Bayram oğlu tərəfindən iş üzrə komisyon məhkəmə-tibbi ekspertizasının təyin edilməsi barədə qərar qəbul edilir.Müstəntiqin qərarı əsasında iş materiallarına əsasən keçirilmiş 05.09.2018-ci il tarixli 279/KEŞ №-li Komisyon məhkəmə-tibbi ekspertizasının rəyi alınır. Bu ekspertizaya Azərb. Respublikası Səhiyə Nazirliyinin MTE və PA Elmi-Təcrübi Tədris Birliyinin şöbə rəisi, ali dərəcəli ekspert Ziyafəddin Məmmədov başçılıq edir. Otolarinqoloq-mütəxəssis kimi isə ekspertizanın keçirilməsinə ATU-nun Otolarinqologiya kafedrasının dosenti Ayaz Qasımov, ekspertlər kimi 2011-ci ildən ekspert stajına malik Cavid Cahangirli və 2007-ci ildən ekspert təcrübəsinə malik Rafik Nuriyev cəlb edilirlər.Bu rəylə razılaşmayan hüquqi varis Rafiq İsayev müxtəlif instansiyalara şikayətlər etməyə başlayır və Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralov bu şikayətlərlə bağlı 15.01.2019-cu il tarixdə Azərbaycan Respublikasının Səhiyyə Naziri cənab Oqtay Şirəliyevə məktub ünvanlayır. Hörmətli Baş Prokuror Zakir Qaralovun xahişi nəzərə alınaraq, bu dəfə ekspertizanın keçirilməsinə Azərbaycan Respublikasının sözün əsl mənasında ən təcrübəli ekspertləri - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin Bakı şəhər şöbəsinin rəisi, tibb elmləri namizədi cənab Azər Dəmirov, 42 il ekspert təcrübəsinə malik (1977-ci ildən) Birliyin ali dərəcəli eksperti Elmira Hüseynova və mütəxəssis-otolarinqoloq, ekspertizanın keçirilməsinə ekspert kimi cəlb edilmiş, 35 illik iş təcrübəsinə malik (1984-cü ildən), M.Əfəndiyev adına 2 №-li şəhər xəstəxanasının burun-qulaq-boğaz şöbəsinin müdiri işləyən Elxan Məmmədov cəlb olunurlar. Bu ən yüksək səviyyəli ekspertlər 28.02.2019-cu il tarixli təkrar komisyon məhkəmə-tibbi ekspertizasının iş materialları üzrə keçirdikləri 28 №-li rəyini tərtib edərək, istintaq orqanına təqdim edirlər. Bu ekspertiza rəyi ilə də müalicə həkimi Natavan Yaqubovanın Turan İsayevin barəsində hər hansı bir qanun pozuntusuna yol verməməsi müəyyən edilir.

Artıq bunula yekunlaşmaq olardı! Bəs onda çıxış yolu nədədir? Yalnız Natavan Yaqubovanı şərləyib məhkəmə məsuliyyətinə verməkdə!

İstintaq orqanı belə də edir və Respublikanın ən mötəbər və ən təcrübəli ekspertlərinin ardıcıllıqla verdikləri rəyləri bir kənara tullayır, yenidən bir dəfə də 27 mart 2019-cu il tarixdə təkrar komisyon məhkəmə-tibbi ekspertizası təyin etmək barədə qərar qəbul edilir və bu dəfə ekspertizanın keçirilməsinə Azərbaycan Respublikası SəhiyyəNazirliyinin "Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin yerli şöbəsinin, yəni Nəsimi rayon şöbəsinin rəisi Eldəniz Şirinov, Ekspertiza Birliyinin sıravi eksperti Vüqar Məmmədov və otolorinqalogiya sahəsinin mütəxəssisi kimi Cavid İsmayılov adlı nə yaşı, nə atasının adı, nə də ki, bu ixtisas üzrə iş stajı, iş yeri və tutduğu vəzifəsi göstərilməyən bir şəxs ekspert qismində cəlb olunurlar. Tərəfimizdən aparılan araşdırma nəticəsində bəlli olur ki, bu "ekspert-otolarinqoloq” cavan bir oğlandır və təbii ki, onun təcrübəli mütəxəssis olmasından söhbət belə gedə bilməz. Məhz buna görə də onun kim olması təqsirləndirilən şəxsdən belə gizlədilir.

Məhkəmənin növbəti iclası oktyabrın 11-nə təyin edilib. Mövzunu davam etdirəcəyik.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu