Impera
XƏBƏR LENTİ
18:48Ərdoğan Aİ və Ərəb Dövlətləri Liqasını tənqid edib: - “Atdığımız addımdan vaz keçməyəcəyik”18:37Macarıstanın Baş naziri Azərbaycana gəldi18:23İlham Əliyev Ərdoğanla görüşdü - FOTO18:08Prezidentdən vacib - FƏRMAN17:56Kiyevdə qətlə yetirilən azərbaycanlı tələbənin anası danışdı: - “Cavidi öz dostu öldürüb”17:42Göygölün icra başçısı haqda ilginc iddia... - Belə deyirlər...17:28Nazir Sahil Babayevin dediyi ilə Statistika Komitəsinin dediyi üst-üstə düşmür - İnanılmaz FƏRQ16:12Akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib15:57Türkiyə Prezidenti Azərbaycana gəlib15:44Maliyyə Bazarlarına Nəzarət Palatasında süründürməçilik... - İTTİHAM14:28Hadi Rəcəblinin təklifi dəstəklənmədi - AÇIQLAMA14:02İcra başçısının qəbulunda ŞOK OLAY... - Şikayətçiyə cavab verə bilməyən müavin İSTEFA VERDİ13:30Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir13:17Azərbaycan birinci Dünya Çimərlik Oyunlarının medal sıralamsında altıncı yerdə qərarlaşıb13:00Ərdoğan Bakıya yola düşüb12:46Deputatdan UN MÖHTƏKİRLİYİ... - Qiymətləri qaldırdı...12:10"Nutrilak" körpələrimizi HƏDƏFƏ ALIB!!! - VİDEOFAKT11:35Putindən Paşinyana müəmmalı zəng: hədəf Türkiyədir? - İLGİNC11:14"Leş Tofiq"in "Ovçular"la nə əlaqəsi?.. - İTTİHAM10:59BNA-nın dayanma-durma oyunbazlığı... - Belə qayda yaratmırlar, narazılıq yaradırlar...10:42Azərbaycan nefti BAHALAŞDI10:19Ermənistan silahlı qüvvələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub16:52Həmyerlimiz Almaniya Radiologiya Cəmiyyətinin xüsusi təqaüdünə layiq görülüb16:39"Şəffaf" tenderlər rubrukasından: İcra Hakimiyyəti MTN-in pulunu aldığı şəxslə müqavilə bağladı – 259 min manat16:25Azərbaycanın yeniyetmə şahmatçısı dünya çempionu olub15:57İnhisarçılıq zəifləyərsə, nə baş verər?! - TƏHLİL15:40Azərbaycan “Keşikçidağ”ı gürcülər üçün açdı - Yalnız turist kimi gələ bilərlər...11:33"Bu yolda həm qardaş Türkiyəyə, həm də Azərbaycanımıza uğurlar diləyirik" - Əli Həsənov11:24Rafael Cəbrayılov prokurorluğa çağırılıb - keçmiş deputata məsləhət görülüb ki....10:59"Azəriqaz" yenə də narazılıq yaradır... - GİLEY10:41Qardaş ölkənin Suriyada başladığı 3-cü antiterror əməliyyatı ilə bağlı yaxın gözləntilər - əməliyyat uzana bilərmi...10:18Gəncə təhsilində pulyığma sezonu... - İDDİA18:22Paşinyanın casusla yazışması üzə çıxdı – İrəvan çalxalanır18:13“Dövlətin malını dədə malı kimi dağıdırdılar” - İTTİHAM18:03BDU-da “2 ELÇİN FAKTORU” – Universiteti kim idarə edir: Elçin Babayev, yoxsa Elçin Məmmədov?15:44BDU-da “2 ELÇİN FAKTORU” – Universiteti kim idarə edir: Elçin Babayev, yoxsa Elçin Məmmədov?15:13Əliyev Paşinyanı darmadağın etdi: Nikol isə yalana əl atdı - VİDEO13:28İşdən çıxarılan xanım dosent açıq məktub YAZDI - İTTİHAM13:10Bakı Nəqliyyat Agentliyinin rəsmisi saxta arayış verib - İTTİHAM12:44Oktyabrın 11-i ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycan Prezidenti seçildiyi gündür12:28Rüşvətxorlu ittihamı ilə qovulan general yenidən vəzifə ümidində... - ŞOK İDDİA11:29Məhərrəm Quliyevlə bağlı ilginc iddia... - "O, kimdən ehtiyat edir ki?"11:09Təhməzlinin rəhbərliyi altında işləmək istəmirlər... - İDDİA10:57Lənkəran şefi biznesə girişib... - İDDİA10:40Bu ərazilərdə qaz olmayacaq10:19Sentyabrda Azərbaycanın gündəlik neft hasilatı 755 min barrel olub10:03Atəşkəs rejimi 22 dəfə pozulub19:05Uğurlu siyasətin mütərəqqi nümunəsi: mürəkkəb geosiyasi regionda səmərəli inkişaf kursu18:23Masallıda sakinlər etiraz edir... - VİDEO18:03"Suriyanın xəritəsini öz xeyrinə dəyişdirmək istəyənlər bunu Azərbaycana da edə bilərlər"17:46Dilqəm və Şahbazla bağlı son durum: - Ailəsindən AÇIQLAMA15:12Bu müəllimlərin MAAŞLARI ARTIRILDI14:59ABŞ-ın KÜRD SEVDASI... - "Sülh çeşməsi"ndə boğulacaq14:47Bakıda müştəridən qanunsuz pul tələb edən “Başkent” restoranı - FOTOFAKT14:31Azərbaycanın ən böyük ticarət mərkəzilərindən biri sökülür? - VİDEO14:18Azərbaycanda 5 maliyyə qurumu HESABATINI NİYƏ GİZLƏDİR? - MÜƏMMA13:35Şair Alxasovun hesabat təlaşı... - İDDİA12:40Ceyhun Bayramova SUAL: - Tələbələrə təhsil kreditinin verilməsi niyə yubanır?12:16Azərbaycan Mərkəzi Bankının keçmiş əməkdaşı Rusiyada tutuldu, Bakıya təhvil verilir - KREDİT İŞİNİ SAXTALAŞDIRIB, 30 MİLYON MƏNİMSƏYİB...11:53Sabiq nazirin hegemonluğuna nə zaman “dur” deyiləcək? - Füzuli Ələkbərov zülmü ərşə qalxıb11:30İraqın Baş naziri parlamentdən yeni SƏLAHİYYƏT İSTƏDİ17:41Baş nazirin müavinləri də vəzifədən azad olunur?17:20Nəqliyyat Nazirliyinin binası bu quruma verildi17:08N.Məmmədovdan NİYƏ İMTİNA EDİLDİ? - Çünki o...16:54Ağacan Abıyev icra başçısına SƏSLƏNDİ: - "İdmanın adını batırmayın!"16:37Sıra icra başçılarına çatdı... - Ələmə gözlənilir...16:21“Sevimli Dad”ın məhsulu təhlükəlidir – MAĞAZALARDA YARARSIZ MƏHSULLAR SATILIR16:07Qazaxıstanlı ekspert: "Azərbaycan və Qazaxıstan arasında energetika sahəsində əməkdaşlıq potensialı qeyri-məhduddur"15:38Azərbaycanda yeni viza növü tətbiq ediləcək15:14“Ədəbiyyat qəzeti” yayınları seriyasından çap olunan kitablar təqdim ediləcək14:58Azərbaycanda ölümcül döyülərək yol kənarına atılan gənc qız öldü14:52İlham Əliyev Gürcüstanın Baş Nazirini qəbul edib - FOTO14:33“Azersun”a yaxın olan 1 milyon kapitallı ŞİRKƏT YARADILIB14:1427 illik hakimiyyət bitir? - Onu bu vəzifəyə Elçibəy gətirmişdi...13:25Əli Əsədovun təyinatı çox şeyi dəyişəcək... - Novruz Məmmədov niyə getdi?13:08"Elə şərtlər qoyublar ki, adı var özü yoxdur kimi..." - GİLEY12:52ABŞ neftin qiymətinə dair proqnozunu aşağı salıb12:40Əhmədzadənin kadrları da özü kimi "işləyir"... - İDDİA12:00BNA-nın "kor xəlifəsi"... - Və ya işləmək istəməyən Vüsal Kərimli...11:28GDU düzəlmir ki, düzəlmir... - İTTİHAM10:44Azərbaycanda insanları öldürən beş təhlükəli xəstəlik10:28Xəzərdə daha bir zəlzələ olub - YENİLƏNİB10:11“Türkiyə Suriyaya daxil olarsa, Konqresin “cəhənnəmdən gəlmə” sanksiyaları işə düşəcək" - Amerikalı senator19:53AXCP sədri Əli Kərimli camaatı piket adı ilə küçəyə icazəsiz yürüşə çağırıb, özü gəlmədi - Qorxudan gizləndi19:27Qara günlü Astara –Qəzənfər Ağayev 7 ildir ağ günə çıxara bilmir…19:10Bakı sakininə qarşı 34 min dollarlıq dələduzluq edilib16:02İlham Əliyevin bir çıxışı Ermənistanı qarışdırdı - ŞƏRH15:51“Bu hakimlər “günahkarın səsini kəsmək üçün günahsızın başını kəsirlər” – FAKTLARA SÖYKƏNƏN ARAŞDIRMA11:42Lütvəli Babayev camaatdan gizlənirsə... - "Hər dəfə icra hakimiyyətinə gedəndə boş vədlərlə yola salırlar"11:21"Sakit Göl Hotel Shamakhy"da ƏCAİB QAYDA - ETİRAZ11:02Baş nazir vəzifəsinə gətirilən Əli Əsədov kimdir? - DOSYE10:48Saxta əlillik qalmaqalı: Bir nazirlikdən başqa bir nazirliyə ittiham: - “Məsuliyyəti həkimlər daşıyır”10:36Novruz Məmmədov istefa verəcək10:24Neftin qiyməti bahalaşır20:03Fazil Məmmədovun bankı rəsmən çökdü – Yüksək vəzifəli şəxslər…19:52BNA-da şikayətlər səngimir: - “Məqsəd vətəndaşları cərimələyib pul yığmaqdırsa...”19:37Ölmüş heyvanlardan 2 manatlıq sosiska hazırlayırlar? – VİDEO19:18Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşünün vaxtı bilinib19:05Qoşqar Təhməzlidən kiçik yeyinti... - Dövlət büdcəsndən qəpik-quruş oğurluğu18:51Ermənistan “hamının hamıya” prinsipi ilə mübadiləni ləngidir - GƏLİŞMƏ
BÜTÜN XƏBƏRLƏR

"Qrunt suları torpaqları sıradan çıxarır, Meliorasiya heç bir İŞ GÖRMÜR" - GİLEY

07 Ekm 2019, 15:13   
"Qrunt suları torpaqları sıradan çıxarır, Meliorasiya heç bir İŞ GÖRMÜR" - GİLEY

Bərdənin Mustafaağalı kəndində sakinlər qrunt sularının qaynamasından şikayətlənirlər. Buna da səbəb sovetlər dövründə qurulmuş yeraltı drenaj sisteminin mühafizə olunmaması, kortəbii şəkildə həmin qurğuların məhv edilməsi olub.

Bununla yanaşı, qrunt sularını axıdacaq kanallar da təmizlənmir. Bu barədə danışan kənd sakinləri durumu izah ediblər.

Kənd sakini Əsli Muradova istifadəsində olan 7 ha torpaq sahəsini əkib-becərə bilmədiyini deyir: "İldən-ilə torpağımızın içərisində qaynayan qrunt suyu bir az da artır. Nə əkiriksə, xeyrini görmürük. Ötən illər pambıq əkirdik. Traktor pambıq kollarını becərmək üçün sahəyə daxil olanda batıb, orada qalırdı. Yığımında da belə olurdu. Bu il daha yüngül texnikadan istifadə edərək, ümid bağlayırdıq ki, yonca becərməklə, bəlkə, torpağımızdan istifadə edə bilərik. Ancaq yenə də səpdiyimiz yonca toxumundan bəhrə görmədik. Mart ayında 2000 manat pul verib, yonca toxumu səpmişdik, torpağa. İndi o toxumdan heç nə qalmayıb. Yonca yoxdur. Sahəni şor torpaqda bitən ot-ələf basıb".

Şəhid anası Əsli Muradova Bərdədə yerləşən Qarabağ Meşə Meliorasiya İdarəsinə müraciət etsə də, problemin həlli üçün addım atılmayıb.

"Bizim sahələrdə qrunt sularının artması şor kanallarının təmizlənməsi, drenaj quyularının bərpası istiqamətində işlərin görülməməsi ilə bağlıdır. Müraciət etdiyim idarədən gəlib sahəni gəzib, gediblər. Sonra da bir məktub göndəriblər ki, sizin torpağın ərazisində qaynayan qrunt suyunun drenaj kanallarıyla heç bir əlaqəsi yoxdur. Belədirsə, əvvəllər niyə bu problem olmayıb? Ona görə ki, qabaqlar drenaj kanallarında vaxtlı-vaxtında təmizləmə işləri aparılır, qulluq göstərilirdi. İndi isə bu kanalların qarşısını torpaqla doldurub, qrunt sularının axımına mane olmaqla nasoslar vasitəsilə suvarma işləri aparırlar. Belə kortəbii hərəkətlər isə məhsuldar torpaqların məhvinə səbəb olur", - deyə Ə.Muradova bildirib.

Kənd sakini Zabil Mehrəliyev də qrunt sularının qaynamasından zərər çəkib: "Belə getsə, bir neçə ildən sonra istifadə etdiyimiz torpağımız əkinə yaramayacaq. İldən-ilə problem dərinləşir. Meliorasiya və Su Təsərrüfatı İdarələri isə heç bir iş görmürlər. Seyrçi mövqe nümayiş etdirirlər. Müraciətlərə cavabları problemin məsuliyyətindən yayınmaqdır. 100-150 metrlik kanalda təmizləmə aparmaqla hesab edirlər ki, üzərlərinə düşən işi görüblər. Ancaq drenaj kanallar şəbəkəsi həmin 100-150 metrlik kanaldan ibarət deyil. Bütünlüklə kanallar təmizlənməlidir. Meliorasiya tələblərinə uyğun zəruri tədbirlər görülsə, heç şübhəsiz ki, qrunt suları qaynamaz".

Digər kənd sakinləri Maarif Seyidov, Zaur Musayev, Azər Mehrəliyev də kanalların təmizlənmədiyini, nəticədə qrunt sularının onların təsərrüfatlarına ziyan vurduğunu bildiriblər.

Ekoloq alim, "Ekoloji İnformasiya" İB-nin sədr müavini Xosrov Musayev hazırda qrunt sularının torpağın səthinə çıxmasını torpaqların şoranlaşması üçün ciddi təhlükə adlandırıb: "İldən-ilə bu problem genişlənir. Heç şübhəsiz ki, bu da drenaj kanalları və yeraltı drenaj quyularının sıradan çıxması ilə bağlıdır. Drenaj kanalları təmizlənmədiyindən qrunt suları üst qatdan aşağı doğru sorulub axa bilmir. Suvarma suları torpağa düşdükdə isə özünə yol tapa bilməyən qrunt suyu qaynamağa başlayır. Tərkibi duzlu olduğuna görə torpaqların da şorlaşması baş verir. Bu da tədricən yararlı torpaqların sıradan çıxmasına səbəb olur".

Qarabağ Meşə Meliorasiya İdarəsinin müdiri Anar Rzayev isə drenaj kanallarının dərin olduğunu, ona görə də təmizlənməsinə ehtiyac olmadığını deyir. O, ərazidə qaynayan suların drenaj kanalları ilə hər hansı bir bağlılığının olmadığı qənaətindədir.

Ümid edək ki, Meliorasiya və Su Təsərrüfatı ASC-də yaranmış vəziyyət nəzarətə götürüləcək. Fermerlərə düşdükləri çətin vəziyyətdən çıxmaq üçün əməli yardımlar göstəriləcək. Ərazidəki drenaj sisteminin yenidən qurulması minlərlə hektar torpağın şoran səhralığa çevrilməsinin qarşısını alacaq. Nəticədə isə həm fermerlər, həm də ölkə iqtisadiyyatı qazanacaq.
"Sputnik-Azərbaycan"
OXŞAR MÖVZULAR