Impera
XƏBƏR LENTİ
19:04Hansı oyun, hansı kanalda? - Avro-202018:48Ərdoğan Aİ və Ərəb Dövlətləri Liqasını tənqid edib: - “Atdığımız addımdan vaz keçməyəcəyik”18:37Macarıstanın Baş naziri Azərbaycana gəldi18:23İlham Əliyev Ərdoğanla görüşdü - FOTO18:08Prezidentdən vacib - FƏRMAN17:56Kiyevdə qətlə yetirilən azərbaycanlı tələbənin anası danışdı: - “Cavidi öz dostu öldürüb”17:42Göygölün icra başçısı haqda ilginc iddia... - Belə deyirlər...17:28Nazir Sahil Babayevin dediyi ilə Statistika Komitəsinin dediyi üst-üstə düşmür - İnanılmaz FƏRQ16:12Akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib15:57Türkiyə Prezidenti Azərbaycana gəlib15:44Maliyyə Bazarlarına Nəzarət Palatasında süründürməçilik... - İTTİHAM14:28Hadi Rəcəblinin təklifi dəstəklənmədi - AÇIQLAMA14:02İcra başçısının qəbulunda ŞOK OLAY... - Şikayətçiyə cavab verə bilməyən müavin İSTEFA VERDİ13:30Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir13:17Azərbaycan birinci Dünya Çimərlik Oyunlarının medal sıralamsında altıncı yerdə qərarlaşıb13:00Ərdoğan Bakıya yola düşüb12:46Deputatdan UN MÖHTƏKİRLİYİ... - Qiymətləri qaldırdı...12:10"Nutrilak" körpələrimizi HƏDƏFƏ ALIB!!! - VİDEOFAKT11:35Putindən Paşinyana müəmmalı zəng: hədəf Türkiyədir? - İLGİNC11:14"Leş Tofiq"in "Ovçular"la nə əlaqəsi?.. - İTTİHAM10:59BNA-nın dayanma-durma oyunbazlığı... - Belə qayda yaratmırlar, narazılıq yaradırlar...10:42Azərbaycan nefti BAHALAŞDI10:19Ermənistan silahlı qüvvələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub16:52Həmyerlimiz Almaniya Radiologiya Cəmiyyətinin xüsusi təqaüdünə layiq görülüb16:39"Şəffaf" tenderlər rubrukasından: İcra Hakimiyyəti MTN-in pulunu aldığı şəxslə müqavilə bağladı – 259 min manat16:25Azərbaycanın yeniyetmə şahmatçısı dünya çempionu olub15:57İnhisarçılıq zəifləyərsə, nə baş verər?! - TƏHLİL15:40Azərbaycan “Keşikçidağ”ı gürcülər üçün açdı - Yalnız turist kimi gələ bilərlər...11:33"Bu yolda həm qardaş Türkiyəyə, həm də Azərbaycanımıza uğurlar diləyirik" - Əli Həsənov11:24Rafael Cəbrayılov prokurorluğa çağırılıb - keçmiş deputata məsləhət görülüb ki....10:59"Azəriqaz" yenə də narazılıq yaradır... - GİLEY10:41Qardaş ölkənin Suriyada başladığı 3-cü antiterror əməliyyatı ilə bağlı yaxın gözləntilər - əməliyyat uzana bilərmi...10:18Gəncə təhsilində pulyığma sezonu... - İDDİA18:22Paşinyanın casusla yazışması üzə çıxdı – İrəvan çalxalanır18:13“Dövlətin malını dədə malı kimi dağıdırdılar” - İTTİHAM18:03BDU-da “2 ELÇİN FAKTORU” – Universiteti kim idarə edir: Elçin Babayev, yoxsa Elçin Məmmədov?15:44BDU-da “2 ELÇİN FAKTORU” – Universiteti kim idarə edir: Elçin Babayev, yoxsa Elçin Məmmədov?15:13Əliyev Paşinyanı darmadağın etdi: Nikol isə yalana əl atdı - VİDEO13:28İşdən çıxarılan xanım dosent açıq məktub YAZDI - İTTİHAM13:10Bakı Nəqliyyat Agentliyinin rəsmisi saxta arayış verib - İTTİHAM12:44Oktyabrın 11-i ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycan Prezidenti seçildiyi gündür12:28Rüşvətxorlu ittihamı ilə qovulan general yenidən vəzifə ümidində... - ŞOK İDDİA11:29Məhərrəm Quliyevlə bağlı ilginc iddia... - "O, kimdən ehtiyat edir ki?"11:09Təhməzlinin rəhbərliyi altında işləmək istəmirlər... - İDDİA10:57Lənkəran şefi biznesə girişib... - İDDİA10:40Bu ərazilərdə qaz olmayacaq10:19Sentyabrda Azərbaycanın gündəlik neft hasilatı 755 min barrel olub10:03Atəşkəs rejimi 22 dəfə pozulub19:05Uğurlu siyasətin mütərəqqi nümunəsi: mürəkkəb geosiyasi regionda səmərəli inkişaf kursu18:23Masallıda sakinlər etiraz edir... - VİDEO18:03"Suriyanın xəritəsini öz xeyrinə dəyişdirmək istəyənlər bunu Azərbaycana da edə bilərlər"17:46Dilqəm və Şahbazla bağlı son durum: - Ailəsindən AÇIQLAMA15:12Bu müəllimlərin MAAŞLARI ARTIRILDI14:59ABŞ-ın KÜRD SEVDASI... - "Sülh çeşməsi"ndə boğulacaq14:47Bakıda müştəridən qanunsuz pul tələb edən “Başkent” restoranı - FOTOFAKT14:31Azərbaycanın ən böyük ticarət mərkəzilərindən biri sökülür? - VİDEO14:18Azərbaycanda 5 maliyyə qurumu HESABATINI NİYƏ GİZLƏDİR? - MÜƏMMA13:35Şair Alxasovun hesabat təlaşı... - İDDİA12:40Ceyhun Bayramova SUAL: - Tələbələrə təhsil kreditinin verilməsi niyə yubanır?12:16Azərbaycan Mərkəzi Bankının keçmiş əməkdaşı Rusiyada tutuldu, Bakıya təhvil verilir - KREDİT İŞİNİ SAXTALAŞDIRIB, 30 MİLYON MƏNİMSƏYİB...11:53Sabiq nazirin hegemonluğuna nə zaman “dur” deyiləcək? - Füzuli Ələkbərov zülmü ərşə qalxıb11:30İraqın Baş naziri parlamentdən yeni SƏLAHİYYƏT İSTƏDİ17:41Baş nazirin müavinləri də vəzifədən azad olunur?17:20Nəqliyyat Nazirliyinin binası bu quruma verildi17:08N.Məmmədovdan NİYƏ İMTİNA EDİLDİ? - Çünki o...16:54Ağacan Abıyev icra başçısına SƏSLƏNDİ: - "İdmanın adını batırmayın!"16:37Sıra icra başçılarına çatdı... - Ələmə gözlənilir...16:21“Sevimli Dad”ın məhsulu təhlükəlidir – MAĞAZALARDA YARARSIZ MƏHSULLAR SATILIR16:07Qazaxıstanlı ekspert: "Azərbaycan və Qazaxıstan arasında energetika sahəsində əməkdaşlıq potensialı qeyri-məhduddur"15:38Azərbaycanda yeni viza növü tətbiq ediləcək15:14“Ədəbiyyat qəzeti” yayınları seriyasından çap olunan kitablar təqdim ediləcək14:58Azərbaycanda ölümcül döyülərək yol kənarına atılan gənc qız öldü14:52İlham Əliyev Gürcüstanın Baş Nazirini qəbul edib - FOTO14:33“Azersun”a yaxın olan 1 milyon kapitallı ŞİRKƏT YARADILIB14:1427 illik hakimiyyət bitir? - Onu bu vəzifəyə Elçibəy gətirmişdi...13:25Əli Əsədovun təyinatı çox şeyi dəyişəcək... - Novruz Məmmədov niyə getdi?13:08"Elə şərtlər qoyublar ki, adı var özü yoxdur kimi..." - GİLEY12:52ABŞ neftin qiymətinə dair proqnozunu aşağı salıb12:40Əhmədzadənin kadrları da özü kimi "işləyir"... - İDDİA12:00BNA-nın "kor xəlifəsi"... - Və ya işləmək istəməyən Vüsal Kərimli...11:28GDU düzəlmir ki, düzəlmir... - İTTİHAM10:44Azərbaycanda insanları öldürən beş təhlükəli xəstəlik10:28Xəzərdə daha bir zəlzələ olub - YENİLƏNİB10:11“Türkiyə Suriyaya daxil olarsa, Konqresin “cəhənnəmdən gəlmə” sanksiyaları işə düşəcək" - Amerikalı senator19:53AXCP sədri Əli Kərimli camaatı piket adı ilə küçəyə icazəsiz yürüşə çağırıb, özü gəlmədi - Qorxudan gizləndi19:27Qara günlü Astara –Qəzənfər Ağayev 7 ildir ağ günə çıxara bilmir…19:10Bakı sakininə qarşı 34 min dollarlıq dələduzluq edilib16:02İlham Əliyevin bir çıxışı Ermənistanı qarışdırdı - ŞƏRH15:51“Bu hakimlər “günahkarın səsini kəsmək üçün günahsızın başını kəsirlər” – FAKTLARA SÖYKƏNƏN ARAŞDIRMA11:42Lütvəli Babayev camaatdan gizlənirsə... - "Hər dəfə icra hakimiyyətinə gedəndə boş vədlərlə yola salırlar"11:21"Sakit Göl Hotel Shamakhy"da ƏCAİB QAYDA - ETİRAZ11:02Baş nazir vəzifəsinə gətirilən Əli Əsədov kimdir? - DOSYE10:48Saxta əlillik qalmaqalı: Bir nazirlikdən başqa bir nazirliyə ittiham: - “Məsuliyyəti həkimlər daşıyır”10:36Novruz Məmmədov istefa verəcək10:24Neftin qiyməti bahalaşır20:03Fazil Məmmədovun bankı rəsmən çökdü – Yüksək vəzifəli şəxslər…19:52BNA-da şikayətlər səngimir: - “Məqsəd vətəndaşları cərimələyib pul yığmaqdırsa...”19:37Ölmüş heyvanlardan 2 manatlıq sosiska hazırlayırlar? – VİDEO19:18Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşünün vaxtı bilinib19:05Qoşqar Təhməzlidən kiçik yeyinti... - Dövlət büdcəsndən qəpik-quruş oğurluğu
BÜTÜN XƏBƏRLƏR

Sahil Babayev ən uğursuz kadr kimi... - İTTİHAM

07 Ekm 2019, 14:19   
Sahil Babayev ən uğursuz kadr kimi... - İTTİHAM


Sahil Babayev...2018-ci ildən adı illər əzbəri olan bu gənc adam, bu gənc nazir sanki siyasi harakiri (samurayların intihar növü, əsasən qarın yırtmaq, özünü doğramaq üsulu ilə - müəllif) ilə məşğuldur. Axı bu sürətlə siyasi intihara doğru irəliləməyin mənası nədir, cənab Babayev?!
Bu sətirlərin şifrələrini, kodlarını sizin üçün açmağa çalışaq - onunla paralel təyin olunan yeni nazirlərin heç biri özünüməhvə belə addımlamır.
Anaxeber.info təklif edir ki, gəlin baxaq: İnam Kərimov aqrar sektor kimi ağır sahədə astagəldir, amma başabəla deyil, Vüsal Hüseynov miqrasiya sistemində haradasa, nəysə etməyə çalışır, Ceyhun Bayramov problemləri başdan aşan təhsil sahəsində kosmetik fəallığını nəzarətdən buraxmır, işlədiyi görüntüsünü yaradır, Rövşən Rzayev ən azı qaçqınları üzərinə qaldırmır, aşkar haqsızlığa yol vermir, korrupsiya ittihamı yoxdur, amma Nazirlər Kabinetinin yeni üzvlərindən olan Sahil Babayev “çiçəyi burnunda”, kresloda oturmağın həzzini hələ yaşamamış elə qanunsuzluqlara yol verir, elə saxtakarlıqlara göz yumur ki, hamı bir nəfər kimi haqlı olaraq soruşur - niyə islahat getmir???
Bu suallar boşdan yaranmayıb, çünki saxta əlillik, məşğulluq mərkəzlərində rüşvət və s. çirkinliklər aradan qalxmayıb. O cümlədən, özünüməşğulluq proqramı da mənimsəmələri üzə çıxardı.
Sahil Babayevin yaxşılıq etmək əvəzinə, kəndliyə qoca, xəstə inəklər bağışlayıb pislik eləməsi onun bütün nazir xarizmasını, reputasiyasını göydən yerə gumbultu ilə endirdi.
İndi əhali iki ad və ünvan eşidəndə qəzəblənir: Milli Məclisin Sosial Siyasət Komitəsi və onun sədri Hadı Rəcəbli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və rəhbəri Sahil Babayev...
Hər ikisi aztəminatlı təbəqəni qızışdırmaq, əsəblərini tarıma çəkmək, haqqı nahaqqa verməklə məşğuldur.
H.Rəcəbli bir yana, hamı ondan əlini üzüb, amma ən gənc və islahatçı nazir kimi təqdim edilən S.Babayevə həm prezidentin, həm vətəndaşların böyük etimadı varıydı.
O isə gəldiyi gündən nə Səlim Müslümovdan, nə Füzuli Ələkbərovdan fərqlənir. Sanki bu nazirliyin alnına rüşvət, əyri-üyrülük, yeyinti, saxta əlillik, məşğulluq xidmətlərini bazara çevirmək yazılıb. Kim gəlirsə, islahat aparmır, dəyişmir, şəffaflığı təmin etmir.
Məsələn, Biləsuvar rayon Ovçubərə kənd sakinləri Süleymanov Hüseyn Əhməd oğlu və İsmayılov İsmayıl Şahüseyin oğlunun müraciəti də bu qəbildəndir.
Müraciətdə deyilir ki, S.Babayev prezidentin qanunlarına zidd gedərək keçmişdə nöqsanı olan məmura təzədən vəzifə verib:
“Bu şəxs Biləsuvar Məşğulluq Mərkəzini ələ keçirmiş Mübariz Mustafayevdir. Bu adam rüşvətxorluqla, saxtakarlıqla məşğuldur.
İdarənin baş məsləhətçisi Şahin Cəfərov isə saxta sənədlər əsasında dövlətin külli miqdarda vəsaitini talan etməkdə ona dəstək verməkdədir.
Amma Sahil Babayev belə adamlara vəzifə verib. Onlar heyvandarlığın inkişafı proqramından şəxsi məqsədləri üçün istifadə edirlər.
Necə olur ki, dəfələrlə həm işlə təmin olunmaq, həm heyvandarlığın inkişafı proqramından yararlanmaq üçün Biləsuvar Məşğulluq Mərkəzinə müraciətlər etmişik, heç biri yerinə yetirilməyib.



Mütləqdir ki, ya Mübariz Mustafayevlə qohum olasan, ya Şahin Cəfərova “şapka” verəsən, onda müraciət müsbət həllini tapır. Budur islahat?”
Müraciətin ən sensasion hissəsi isə Biləsuvar Məşğulluq Mərkəzi rəisi M.Mustafayevin nazirlikdə bir şəxslə əlaqə quraraq özünə II qrup gözdən əlillik təyin etdirməsidir. Gözdən əlil və idarə rəisi...Bəs, nazir yüzlərlə saxta əlliliyi aşkarlayıb ləğv edildiyini söyləmişdi?
Məktubda deyilir ki, nazirliyin Daxili Nəzarət və Audit Şöbəsinin rəhbərliyi, Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev yerlərdə belə məmurlara himayədarlıq edirlər.
Elə bu günlərdə saytımıza daxil olan digər məktubda da təsdiqlənirdi ki, rəmzi adı “əlillər klubu” olan şəbəkə nazirliyin Daxili Audit şöbəsində fəaliyyət göstərir.
Belə ki, daxili audit şöbəsinin əməkdaşlarının əksəriyyəti saxta əlilliyi olan, əlillik müavinəti alan və əmək qabiliyyəti olmayan şəxslər kimi qeydiyyata düşmüş insanlardır.
Xüsusilə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminatı şöbəsinin müdiri Eyvaz İsmayılovun, Dövlət Sosial Müdafiə Fondunun Sosial yardım sektorunun sektor müdiri, DSMF-nin monitorinq qrupunun rəhbəri Fikrət Məmmədovun özlərinə II qrup əlillik pensiyası düzəltdikləri məlum olmuşdu. Hətta Səlim Müslümovun kadrları bunu etməzdilər...
II qrup əlillik dərəcəsi təyin olunması üçün tibbi rəy verilməlidir. Adıçəkilən məmurlar azı 6 ay stasionar müalicədə olmalıdırlar.
Amma onlar tək deyil, nazirlikdə vəzifə tutan Heybət İmanov, Cəmil Kərimov, Rüfət Bəbirov və bir neçə digər əməkdaşlar da saxta yolla əlillik əldə ediblər.
Axı bu gənc naziri nə vadar edir ki, belə qeyri-şəffaf işləsin? Nə üçün hələ ki haqqında pozitiv danışılan kənd təsərrüfatı naziri İnam Kərimov kimi ola bilmir?
Özünüməşğulluq proqramı ciddi maxinasiyalar, sosial güzəranın heç də yaxşılaşmaması ilə müşayiət edilməkdədir.
Bu layihədən istifadə edənlərin sosial yardımdan asılılığı azalmalıydı. Amma necə – qısır, xəstə, bala verməyən, qoca heyvanla? Bu cür hallar bir deyil, beş deyil, hər əyalətdən, hər kənddən şikayətlərin ardı-arası kəsilmək bilmir.
Belədə isə dövlətin 35 milyonu havaya sovrulub yoxsa çırpışdırılıb, bu bəlli deyil, fakt faktlığında qalır ki, layihə blefdir, vətəndaşların ünvanlı sosial yardımdan asılılığı qalmaqdadır.
Bütün bu eybəcərliklər həm də ona görə baş verdi ki, Sahil Babayev nazir təyin edildikdən sonra vaxtı ilə işlədiyi İqtisadiyyat Nazirliyi və biznes sahəsindən tanıdığı xeyli dostlarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) yüksək vəzifələrə təyin etdi.
Bu kadr “siyasəti” bu cür də nəticələndi. Məsələn, ƏƏSMN-ə Aparat rəhbəri təyin olunan Hidayət Abdullayev Sahil Babayevin vaxtı ilə işlədiyi İqtisadiyyat Nazirliyindəki dostlarından biridir.
S. Babayevin maraqlı təyinatlarından biri də elə yuxarıda söz açdığımız cümlə problemlərə bais Dövlət Məşğulluq Xidmətinin rəisi F.Musayevlə bağlıdır.
Nazir xidmətin rəisi Anar Bədəlbəylini vəzifəsindən kənarlaşdıraraq, onun yerinə uzun illər əvvəl bank sektorundan tanıdığı dostu Fuad Musayevi gətirməklə az qala “Dostluq” komandası yaratdı.
Fuad Musayev Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin oğludur.
Sahil Babayev - Fuad Musayev işbirliyinin bağları çox dərindir. Yəqin elə bu səbəbdəndir ki, Sahil Babayev hətta böyük pulların dövr etdiyi yoxsullara paylanılan inəklərin və digər mal-materialların alınması kimi “böyük məsələ”ni də dolayısı ilə Fuad Musayevin nəzarətinə verib.
Anaxeber.info
OXŞAR MÖVZULAR