Oliqarxların pulu ölkəyə qaytarıla bilər - İDDİA

14:44 4.10.2019 482
Oliqarxların pulu ölkəyə qaytarıla bilər - İDDİA

Korrupsiya ilə mübarizə istiqamətində atılan addımlar bəhrəsini verir.

Azərbaycan Beynəlxalq Bankının (ABB) sabiq sədri Cahangir Hacıyevin həbsi bunun əyani sübutudur. Qeyd edək ki, C.Hacıyev külli miqdarda valyutanın ölkədən çıxarılmasında suçlandırılır. Ancaq hesab olunur ki, bu, ölkədən çıxarılan milyardların yalnız bir hissəsidir. Hələlik ictimaiyyətə məlum olmasa da, bununla bağlı müəyyən istintaq işlərinin aparıldığı istisna edilmir.

Belə bir məqamda İsveçrə bankları Azərbaycan da daxil olmaq şərtilə 19 ölkənin vətəndaşı olan müştəriləri haqqında məlumatları müvafiq dövlətlərin hökumətlərinə təqdim edəcəyi haqqında məlumat yayıb. Bu haqda isə İsveçrənin maliyyə naziri Uli Maurer məlumat bildirib. O deyib ki, İsveçrə korrupsiyaya, “çirkli pulların yuyulması”na, vergilərdən yayınma hallarına qarşı mübarizəyə dair İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) yeni standartlarını tətbiq etməli olduğu üçün xarici vergi idarələrinə avtomatik rejimdə məlumat ötürmək məcburiyyətindədir. Əks təqdirdə, ölkə sanksiyalarla üzləşə bilər, bundan isə ilk növbədə iqtisadiyyata ziyan dəyəcək. Məlumatların isə 2020-ci ilin yanvar ayından toplanacağı, 2021-ci ilin əvvəlində aidiyyatı ölkələrin hökumətlərinə göndəriləcəyi bildirilir.

Yayılan məlumatdan sonra ictimaiyyəti bu sual maraqlandırır: Siyahıda adı olan şəxslərin adı açıqlanacaqmı?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bu məsələnin Azərbaycan hökumətinin səlahiyyətində olduğunu bildirib. “Bu barədə məlumat ictimaiyyətə açıqlanmayacaq. Necə ki, Azərbaycan banklarında olan məlumatlar açıqlanmır, eynilə xarici banklarda bizim vətəndaşların yerləşdirdiyi vəsaitlər barədə də məlumatlar açıqlanmayacaq. Bu siyahıya korrupsiya ilə əldə etdiyi vəsaitləri xarici banklarda saxlayan məmurlar, həmçinin vergidən yayınan yerli sahibkarlar da daxil ola bilər. Hər bir halda, sözügedən mexanizm, ona görə tətbiq edilir ki, bütün dünyada korrupsiya və “çirkli pulların yuyulması”na qarşı mübarizə aktualdır. Məlumat, ona görə Azərbaycan hökumətinə veriləcək ki, hökumət özü baxsın və sözügedən Azərbaycan vətəndaşının bu pulu hansı yolla əldə etməsini müəyyənləşdirsin. Bir sözlə, bu, sırf Azərbaycan hökumətinin sərəncamında olan bir məsələdir”-deyə, Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında deyib.

Məsələnin diqqəti çəkən digər tərəfi oliqarx məmurların ölkədən çıxardığı milyardlardır. Sirr deyil ki, zamanında yüksək post tutan bir çox məmurlar sonradan öz bizneslərini xarici ölkələrə daşıyıblar. İsveçrə banklarında onlara məxsus vəsaitlərin olduğu da istisna deyil. Digər tərəfdən, ölkədən vəsaitlərin hansı yolla çıxması, bunun bəyan edilib-edilməməsi, eləcə də vəsaitlərin miqdarı açıqlanmır. Digər tərəfdən azərbaycanlı oliqarx məmurların, qeyri-rəsmi milyarderlərin vəsaitlərini yatırdığı banklar təkcə İsveçrə ilə məhdudlaşmır. Həmin vəsaitlərin ölkəyə qaytarılması üçün də heç bir mexanizm yoxdur. Təbii ki, ölkədən çıxarılan milyardların geri qaytarılması, real iqtisadiyyata yatırılması vacibdir. Amma bu, hələlik mümkünsüz görünür. Çünki ölkədən çıxarılan pulların hansı hesablara yatırılması və ya rəsmi olaraq qeydiyyata alınıb-alınmamasını yoxlayacaq mexanizm yoxdur.

İsveçrə hökumətinin isə azərbaycanlıların adına olan bank hesablarını açıqlaması əslində, hökumət üçün yeni fürsət olacaq. Bu, korrupsiyaya qarşı mübarizədə müstəsna rol oynaya bilər. Hesab olunur ki, hökumət bu məlumatları ictimaiyyətə açıqlamalı, xalq bu şəxslərin kimliyi, onların gəlirlərinin haradan əldə olunması haqqında məlumatlanmalıdır. Bu, şəffaflığın təmini və korrupsiya ilə mübarizədə əsaslı dönüş ola bilər. Ekspertlər isə bütün bu məsələlərin gələcəkdə də yaşanmaması üçün gəlir deklorasiyası haqqında qanunun qəbul edilməsinin vacibliyini vurğulayır.

Məsələn, Əkrəm Həsənov deyir ki, ölkədən qanunsuz olaraq çıxarılan vəsitlərin dövlətə qaytarılması üçün bu qanunun qəbul edilməsi vacibdir: “Heç kimə sirr deyil ki, məmurların, sahibkarların pulunun əlindən alınması hadisələri olub. Ola bilər ki, bu məlumatdan da kimsə özü üçün istifadəyə cəhd etsin. Buna yol vermək olmaz. Bu baxımdan, gəlir və xərclərin bəyan edilməsi haqqında qanunvericilik olmalıdır. İlk növbədə ona görə ki, qeyri-qanuni yolla əldə edilmiş pullar xaricə çıxarılmasın. Çıxarılsa belə, iş aşkarlanıb pullar geri qaytarılanda dövlətə verilsin”.
Cebhe.info
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar