BNA tıxacların qarşısında çarəsizdir... - Qurum isə əlavə vəsait tələb edir...

13:52 30.09.2019 459
BNA tıxacların qarşısında çarəsizdir... - Qurum isə əlavə vəsait tələb edir...

Bakıda nəqliyyat sisteminin bərbad vəziyyətdə olması ciddi narazılıq yaradır.

Son illərin müzakirə olunan aktual mövzulardan biri də məhz budur. Paytaxt sakinləri nəinki marşrut avtobuslarında, həm də ictimai nəqliyyatın digər növü olan metroda da ciddi problemlər yaşayırlar. İctimai nəqliyyatda xidmətin bərbad olması səbəbindən vətəndaşlar saatlarla yollarda qalmalı olur.

Prezident İlham Əliyev də “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı zamanı bu problemə toxunub. “Vətəndaşın rahatlığı hər şeydən üstündür”,- deyən İlham Əliyev bu rahatlığın təmin edilməsi üçün yüksək səviyyəli nəqliyyat şəraitinin yaradılmalı olduğunu bildirib. “Ona görə ən müasir avtobuslar alınır, nəqliyyatla və təhlükəsizliklə bağlı çox ciddi tədbirlər görülür. Bu işləri davam etdirin! Şəhərimizin hər bir yerində ən yüksək səviyyəli nəqliyyat şəraiti yaradılmalıdır”,- deyə Prezident eyni zamanda bu sahəyə böyük diqqət göstərildiyini vurğulayıb.

Xatırladaq ki, ötən ilin yayında gediş haqqı 50 faiz artırılan zaman bu qərarın ictimai nəqliyyatın inkişafına yönələcəyi deyilirdi. Bakı Nəqliyyat Agentliyindən də qiymət artımının xidmətə təsir edəcəyi bildirilirdi.

Agentliyin İctimaiyyətlə Əlaqələr Departamentinin sektor müdiri Mais Ağayev də Cebhe.info-nun “Qiymətlər artırıldı, xidmətlərin keyfiyyəti artırılacaqmı?” sualına cavabında xidmətin yüksələcəyini demişdi:

“Mütləq xidmətin keyfiyyəti artırılmalıdır. Son qiymət tənzimlənməsi daşıyıcılar üçün fəaliyyətlərini sərnişindaşımanın tələblərinə uyğun qurmaq üçün bir şansdır. Daşıyıcılar bu qərarın verdiyi imkandan istifadə edib sektorun inkişafına sərmayə yatırımını artırmalıdırlar. Yeni avtobusların alınması, istehsalat bazalarının yenilənməsi işləri artıq sürətləndirilməlidir. Bunun sayəsində təbii olaraq kart sisteminə keçid də sürətlənəcək. Bizim əsas məqsədimiz tətbiq edilən yeniliklərin, edilən hər hansı bir dəyişikliyin vətəndaşın rifahına xidmət etməsini təmin etməkdir. Və sərnişindaşımada keyfiyyətin artırılması da vətəndaşlarımızın rahatlığına hesablanan mühüm addımdır”.

Ötən ilin avqust ayının 8-də isə Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinə 300 ədəd sərnişin avtobusunun alınması məqsədilə 47 milyon 924 min manat vəsait ayrılması üçün sərəncam imzalayıb. Bakı Nəqliyyat Agentliyindən bu addımın yüksək qiymətləndirildiyi qeyd olunub, avtobus parkının yenilənəcəyi barədə açıqlama verilib: “Dövlət başçısının məlum sərəncamı bu istiqamətdə işlərin davam etdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Təbii ki, sərəncam Bakı Nəqliyyat Agentliyinin avtobus parkının yenilənməsi ilə bağlı başladığı işlərini daha da sürətləndirəcək. İyunun 21-də müasir sərnişin avtobuslarının alınması ilə bağlı tender elan edilib. Tenderin nəticələrinə uyğun olaraq sərnişinlərin rahatlığı və təhlükəsizliyi baxımdan müəyyən edilən tələblərə cavab verən müasir və komfortlu avtobusların alınaraq paytaxtımıza gətirilməsi təmin ediləcək. Və həmin nəqliyyat vasitələri qanunvericiliyin tələbinə uyğun müsabiqə yolu ilə marşrut xətləri üzrə istismara buraxılacaq. Bakı Nəqliyyat Agentliyi bütün müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması ilə bağlı qərar qəbul edib. Əlbəttə ki, müsabiqəyə ilk olaraq sərnişinlərin daha çox narazılığına səbəb olan, fəaliyyətini sərnişindaşıma tələblərinə uyğun qurmayan, işində ciddi nöqsanlara yol verən, müasir avtobus parkına və peşəkar sürücü heyətinə sahib olmayan daşıyıcıların istismarında olan xətlər çıxarılacaq. Beləliklə, işinə məsuliyyətsiz yanaşan, sərnişindaşıma sektorunun inkişafına sərmayə yatırmayan, bu sahəyə yalnız gəlir mənbəyi kimi baxan, sosial məsuliyyətlərini unudan daşıyıcılar marşrut şəbəkəsindən kənarlaşdırılacaq”.

BNA-nın açıqlamasında, həmçinin etiraf olunub ki, Bakı şəhərinin inzibati ərazisində müntəzəm marşrut xətləri üzrə fəaliyyət göstərən avtobusların 50%-dən çoxu istismar müddətini başa vurduğundan onların yenilənməsinə ciddi ehtiyac var. Eyni zamanda ətraf kənd və qəsəbələr istiqamətində olan sərnişin avtobusları texniki baxımdan köhnəldiyindən tələblərə cavab vermir: “Cənab Prezidentin 8 avqust tarixli sərəncamı bu kimi narahatlıqların aradan qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Yeni avtobusların alınıb gətirilməsi və marşrut xətləri üzrə istismara verilməsi prosesi təkcə bununla yekunlaşmayacaq və bütün marşrut şəbəkəsi üzrə avtobuslar yenilənədək davam edəcək. Vətəndaşa yüksək keyfiyyətli nəqliyyat xidmətlərinin, o cümlədən sərnişindaşıma xidmətinin göstərilməsi dövlət başçısı tərəfindən qarşımıza əsas tapşırıq olaraq qoyulub. Bakı Nəqliyyat Agentliyi də səlahiyyətlərinin icrası zamanı vətəndaşa xidmət amilini hər zaman prioritet hesab edir”

Bir neçə aydan sonra isə ictimai nəqliyyatda ardıcıl yol qəzaları baş verdi. Oktyabrın 1-də Xəzər rayonu Binə qəsəbəsində 160 saylı marşrut avtobusu ilə qatar toqquşması nəticəsində isə 3 nəfər həyatını itirdi, 33 nəfər isə yaralandı. Doğrudur, ictimai nəqliyyatla bağlı yol qəza hadisələri dünyanın hər yerində, o cümlədən də inkişaf etmiş ölkələrdə də baş verir. Amma həmin hadisə zamanı bir sıra faktlar üzə çıxdı ki, qəzaya qeyri-peşəkar yanaşma və nəzarətsizliyin səbəb olduğu deməyə əsas verdi.

Qeyd edək ki, Bakıda marşrut xətləri üzrə özəl sahibkarlar fəaliyyət göstərir. Amma bu sahəyə nəzarət Bakı Nəqliyyat Agentliyinə həvalə edilib. Bu səbəbdən yaranmış duruma görə məsuliyyət də məhz agentliyin üzərinə düşür. Bu qurumun bir ildən artıq bir müddətdə gördüyü işlər isə marşrut xətlərini müsabiqəyə çıxarmaq və azsaylı avtobusları yeniləməkdən ibarət olub. Verilən açıqlamalara və vədlərə baxmayaraq, nə ictimai nəqliyyatda xidmətlərin keyfiyyəti yaxşılaşmayıb, nə də bir neçə dayanacağın yerinin dəyişilməsi istisna olmaqla, paytaxtın tıxac probleminin həlli istiqamətində ciddi addımlar atılmayıb. Bu səbəbdən də ayrılan vəsaitin necə xərclənməsi ilə bağlı haqlı suallar yaranıb.

Bir il ərzində ölkə rəhbərliyi tərəfindən bu sahəyə diqqətin, eləcə də maliyyə vəsaitinin ayrılmasına rəğmən problemlərin həllini tapmaması vətəndaşaların BNA-nın fəaliyyətinin səmərə verəcəyinə inamını azaldıb.

Prezident İlham Əliyevin tövsiyələrindən sonra sərnişinlər bir daha BNA-nın nəqliyyat sisteminin inkişafı, o cümlədən də avtobus parkının yenilənməsi, marşrut avtobuslarının sayının artırılması, onlar arasında intervalların azaldılması, daşıyıcı şirkətlər üzərində nəzarətin gücləndirilməsi istiqamətində addımlar atacağı, bir sözlə öz fəaliyyətini vətəndaşların rahatlığını təmin etmək istiqamətində quracağına ümidlər artıb.

Görəsən, qurum bu dəfə ümidləri doğrulda biləcəkmi?

Hər halda, payız-qış mövsümü BNA üçün daha bir sınaq olacaq.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?