Baş liftçi Qüdrət Şükürovun kürəkənlərinin məhkəməsində ilginc faktlar üzə çıxır

09:44 3.05.2018 546
Baş liftçi Qüdrət Şükürovun kürəkənlərinin məhkəməsində ilginc faktlar üzə çıxır
Rəfael Əsgərov: “İştirakımla araşdırma aparsınlar, Qüdrət Şükürovun necə böyük bir korrupsioner olduğuna özləri də əmin olacaqlar”
Mayın 3-də Nərimanov Rayon Məhkəməsində hakim İslam Qurbanovun sədrliyi ilə Qüdrət Şükürovun kürəkəni Elşən Əsgərli və digərlərinin işi üzrə məhkəmə iclası keçiriləcək. İttiham aktında yazılanlara inansaq, Elşən Əsgərli keçmiş arvadı Aysel Şükürovanın indiki əri Oktay Əhmədova qarşı xuliqanlıq edib. İttiham aktında yer alan məlumatlara görə, o, xuliqanlıq edərkən dostları yanında olublar.

7 yanvar 2017-ci il tarixdə Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində yerləşən avtomobil dayanacağında baş verən mübahisə zəminində Oktay Əhmədova zor tətbiq edildiyi qeyd olunur. Elşən Əsgərlinin atası Rafael Əsgərov deyir ki, əslində döyülən də, iş üzrə təqsirləndirilən şəxs statusuna gətirilən də onun oğludur: “Oğlumu döyüblər, indi də Qüdrət Şükürov korrupsiya yolu ilə dövlət büdcəsindən taladığı pullar hesabına oğlumu təqsirləndirilən şəxsə çevirib. Onlar istəyirlər ki, oğlum Elşən Əsgərova təzyiq göstərib öz övladından imtina etməsinə nail olsunlar. Qüdrət Şükürov xəbər göndərir ki, Elşən öz oğlundan - yəni onun qızından olan oğlundan imtina etməsə həbsə gedəcək. Qüdrət Şükürov oğlumu həbsdə öldürəcəyi ilə hədələyir. Bu adam dövlətdən taladığı pullara arxayın olub mənim oğluma qarşı belə çirkin oyunlar təşkil etdirir. Ümid edirəm ki, Nərimanov Rayon Məhkəməsi Qüdrət Şükürovun əlində alətə çevrilməyəcək”.

Rafael Əsgərov deyir ki, oğluna qarşı 3 dəfə cinayət törədilib. Oğlu Qüdrət Şükürovun qızı ilə boşanandan sonra öz uşağı ilə görüşmək istəyərkən gözətçinin üzərinə hucum edib. Həmin vaxt gözətçini cəzalandırmaq əvəzinə, Elşən Əsgərlini günahlandırıb 500 manat cərimə ediblər. Növbəti dəfə Qüdrət Şükürovun yeni kürəkəni Oqtay və onun dəstəsi Elşən Əsgərlini metronun “Gənclik” stansiyasının yanına guya danışığa çağırıb onu beysbol ağacı ilə döyüblər. Sonra da maşının nömrələrini qopardıb aparıblar: “Məhkəmədə hadisənin şahidi olan yol partul xidmətinin əməkdaşları ifadə verdilər, dedilər ki, Elşəni qarşı tərəf döyüb xəsarət yetirib. Biz şikayət etdikdən sonra Oqtay maşının nömrələrini yol polisinə təhvil vermişdi. Hadisənin baş verdiyi yerdə olan kameraların görüntüləri də bu günə qədər ortaya çıxarılmır. Mən məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Miqrafar Seyidovun qəbulunda olmuşam. Qüdrət Şükürovun oğluma qarşı təşkil etdiyi qanunsuz əməllər haqda məlumat vermişəm. Bundan başqa, Prezident Administrasiyası Hüquq Mühafizə Orqanları ilə iş üzrə şöbənin müdiri Fuad Ələsgərovun da qəbuluna getdim. Oradan sənədləri araşdırıb baş prokuror Zakir Qaralovun qəbuluna yazdılar. Mənim oğlum günahsızdır. Əgər oğlum qanunsuz həbs oluncaqsa, intihar edəcəyəm”.
Baş liftçi Qüdrət Şükürovun kürəkənlərinin məhkəməsində ilginc faktlar üzə çıxır

Rəfael Əsgərov deyir ki, Qüdrət Şükürov erməni əsilli şəxsdən keyfiyyətsiz liftlər alıb Bakının rayonlarındakı binalarda quraşdırmaqla böyük pullar ələ keçirib: “Bu gün yeni təhsil naziri və Dövlət İmtahan Mərkəzi araşdırma aparsınlar, məlum olacaq ki, Qüdrət Şükürovun oğlu da, qızı Aysel də İqtisad Universitetinə Dağıstan universitetindən köçürmə yolu ilə daxil olublar. Oğluna görə 50 min, qızına görə 35 min dollar pul verib. Bu gün Qüdrət Şükürovun qızından kimsə qəfil 7 vur 6 neçə edir soruşsa, əminəm ki, cavab verə bilməyəcək. Amma Aysel Şükürova İqtisad Universitetinin maliyyə fakültəsini bitirib! Bunu ona görə deyirəm ki, Qüdrət Şükürovun hər şeyi pulla, o pullarla ki, dövlətdən talanıb, məhz pulla həll etmək vərdişi var. O, özünü azərbaycanlı saymır. Ermənilərlə çörək kəsib biznes qurmaqdan da çəkinmir. Mən dövlət qurumlarından dönə-dönə xahiş edirəm, iştirakımla araşdırma aparsınlar, Qüdrət Şükürovun necə böyük bir korrupsioner olduğuna özləri də əmin olacaqlar”.

Rəfael Əsgərov Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək Qüdrət Şükürovun korrupsiya əməllərini araşdırmağa çağırıb.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...