TN-də gizli QAZANC YERLƏRİ... - İDDİAV

11:21 26.09.2019 450
TN-də gizli QAZANC YERLƏRİ... - İDDİAV

Son zamanlar müəllimlərin işə qəbulu zamanı vakant yerlərin gizlədilməsi ilə bağlı şikayətlər olduqca artıq.

Gənc müəllimlər iş tapa bilməməkdən, məktəb direktorlarının vakant yerləri müsabiqəyə təqdim etməməsindən narazılıq edirlər.

Maraqlıdır, direktorların vakant yerləri sistemdən gizlətməsi mümkündürmü?

“Bu prosesdə neqativ məqamlar qaçılmazdır”

Təhsil eksperti Kamran Əsədov məsələ ilə bağlı “Cümhuriyət”ə açıqlamasında bildirib ki, direktorların əksəriyyəti vakant yerlərə müəyyən razılaşma qarşılığında müqaviləli işçilər götürürlər:

“İlk növbədə qeyd edim ki, son dövrlər vakant yerlərin gizlədilməsi ilə bağlı bizim mərkəzə də müraciət edənlərin sayı çoxalıb. Belə ki, MİQ imtahanında yüksək bal toplayanlar vakant yerin olmamasından narazıdırlar. Xatırladım ki, şəhər və qəsəbə məktəblərində həvəsləndirmə tədbirləri tətbiq olunmayan vakant yerlərin toplanması İnsan Resursları Mərkəzi tərəfindən həyata keçirilir. Vakansiyaların toplanmasında məqsəd hər bir müəssisədə layiqli, yüksək bal toplamış bir müəllimin olmasıdır. Əgər orada müəllim varsa, yer vakansiyaya çıxarılmır. Vakant yerlərin toplanması zamanı tədris edən müəllimlərin dərs yükündə dəyişiklik edilməməsinə də diqqət yetirilir. Çalışılır ki, həmin məktəbdə olan müəllimlərin dərs yükü və əmək haqlarında ciddi fərq yaranmasın. Vakansiyaların açıqlanması prosesində neqativ məqamlar qaçılmazdır. Əksər direktorlar mütləq şəkildə həmin yerlərə sonradan bu və ya digər qeyri-qanuni yollarla müqaviləli işçilər götürür”.

“Yerləşdirmə müstəqil bir quruma həvalə olunmalıdır”

Kamran Əsədov eyni zamanda bu cür qeyri-qanuni işlərin qarşısını almaq üçün çıxış yolunu da göstərib. Ekspert vakansiyaların imtahandan əvvəl çıxarılmalı olduğunu vurğulayıb. Ümumilikdə isə onun fikrincə, problemin köklü şəkildə həll edilməsi üçün MİQ və yerləşdirmə müstəqil bir quruma həvalə olunmalıdır:

“Təhsil Nazirliyi bu problemi aradan qaldırmaq üçün müqaviləli işçilərin də işə qəbulunu mərkəzləşmiş qaydada həyata keçirəcək. Hesab edirəm ki, vakansiyalar imtahandan öncə çıxarılmalıdır ki, hər kəs istəyinə uyğun yeri tapa bilsin. Əgər kimsə uyğun vakansiya tapa bilmirsə, imtahanda iştirak etməyəcək. MİQ imtahanlarında yüksək bal toplayan namizədlər var ki, məktəblərdə onların işə qəbulu çox aşağı səviyyədədir. Ona görə Təhsil Nazirliyi qısa müddətdə müəllimlərin atestasiyasını, yüksək bal toplayan müəllimlərin işə qəbulunu həyata keçirməlidir. Düşünürəm ki, orta məktəblərdə vakant yerlərin gizlədilməsinin qarşısını almaq lazımdır, vakant yerlər barədə məlumatların toplanılması üçün elektron sistem fəaliyyət göstərməlidir, vakant yerlər barədə məlumatlar elektron qaydada toplanmalıdır. Amma elektron sistemdə yalnız vakant yerlər haqqında deyil, həm də məktəblərdəki pedaqoji heyətin ümumi dərs yükü, məktəbdəki müəllimlərin sayı, onlara nə qədər dərs saatının verilməsi barədə bütün məlumatlar yer almalıdır ki, bu zaman vakant yerlər daha dəqiq müəyyənləşə bilər. Hesab edirəm ki, MİQ imtahanının və yerləşmənin Təhsil Nazirliyindən alınıb müstəqil bir quruma verilməsi bütün problemləri həll edə bilər”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...

08:48

Sakinlər ETSN-nin bu idarəsini İTTİHAM EDİR - MÜRACİƏT

20:23

Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi