Ceyhun Bayramov Misir Mərdanov yolu gedir: məktəblərdə “payız yığımı”…

15:10 25.09.2019 508
Ceyhun Bayramov Misir Mərdanov yolu gedir: məktəblərdə “payız yığımı”…

Bu yazı ibrətamiz bir dövrdə, hamının nəcib insanla vidalaşdığı vaxtda qələmə alınıb.

TQDK sədri ola-ola öz bacısına saxta yolla bal yığdırmaqdan imtina edən Vurğun Əyyubla vidalaşarkən ikrah hissi doğuran xəbərlər gəlməkdəydi: məktəblərdə pul yığmağa başlanıb…

Hə, Vurğun Əyyub bir nur idi, ziyası hər yeri aydınlaşdırdı, bu günə kimi azərbaycanlı balaları onun test üsulunun meyvələrini yeməkdədir.

Kasıbı da, yoxsulu da test imtahanının hesabına, rüşvətsiz ali məktəbə daxil olmaq, tələbəlik sevincini yaşamaq haqqına malikdir. Bəli, bu kişinin zəhmətinin, bu ziyalının əməyinin bəhrəsidir.

Ancaq xalq Vurğun bəyin gedişinə göz yaşı tökərkən, adamın ətini tökən məlumatlar dolaşmağa başladı: yenə də Müəllimlər Günü münasibəti ilə xərac, ianə, sədəqə yığmaq prosesi vüsət götürüb.

İntəhası, indi müasir dövrdü, həyat elektronlaşıb, texnoloji yeniliklərlə ayaqlaşmaq zamanıdır. Ona görə də məktəblərin valideyn komitələri tərəfindən yaradılan vatsap qruplarında bu məsələlər həll olunur.

Reportyor.info-ya sızan informasiyalara görə, yeni tədris ili başlar-başlamaz, şagirdlər dərslərə uyğunlaşmamış artıq 4 oktyabr hazırlıqları start götürüb.

Konkret bir məktəbdən, hansısa təhsil ocağından söhbət getmir. Ümumiyyətlə, kütləvi şəkildə orta məktəblərdə, liseylərdə Müəllim Gününə görə adambaşı aşağısı 20 manatdan başlayaraq ən “burjuy” təhsil ocaqlarında isə 100 manata qədər yığılır.

Geriyə dönüb bir 1992-ci ilin işıqlı insanı, gözütox adamı, bacısı üçün belə saxtakarlıq etməyən mərhum Vurğun Əyyuba baxırsan, bir də günümüzün islahatçısı kimi təqdim olunan gənc təhsil naziri Ceyhun Bayramovun fəaliyyətinə…

Biz iddia etmirik ki, yığılan pullardan nazirə çatır və ya nazirin xəbəri ola-ola belə “təhsil bazarı” davam edir.

Hər halda nazirlikə məsul şəxslərin, Bakı Təhsil İdarəsinin, rayon təhsil şöbələrinin “payız yığımı”ndan xəbəri var.

Çünki piramida şəklində bölüşdürülən, iyerarxik sistemə çevrilən bu işdə məktəblərin direktorlarının, müavinlərin, müəllimlərin payından əlavə, daha da “yuxarı”ların öz “haqqı” olmamış deyil.

Artıq vatsap qruplarda valideynlər arasında məbləğlər razılaşdırılır, Müəllim Günü nə qədərdən pul yığılması müəyyənləşdirilir və komitə rəhbəri ilə sinif rəhbərinin sövdələşməsi əsasında bütün valideynlərə danışıqların ümumi nəticəsi çatdırılır.

Əvvəllər, sosial şəbəkələr inkişaf etməmişdi, müəllimlər üçün pul yığılması ağızdan-ağıza, kustar formada həyata keçirilirdisə, indi “müasirləşib” və vatsapla məsələlər həll olunur, heç bir risqə, direktorların, müəllimlərin qorxu keçirməsinə ehtiyac qalmır.

Əldə etdiyimiz məlumatlarda deyilir ki, istərsə Bakı, istərsə ətraf qəsəbələrin, istərsə də regionların orta məktəblərində analoji proses gedir.

Məsələ isə bunda deyil, insanlar vərdiş ediblər, normaya çevrilməkdədir.

Məsələnin mahiyyəti bu ölkənin təhsil sistemində hələ də Misir Mərdanovdan qalma qaydaların hökm sürməsinin faciəsidir. Bu acınacaqlı vəziyyət, utanverici mənzərə davam edir. Misir Mərdanovdan sonra iki təhsil naziri olub.

Mikayıl Cabbarovun dövründə də müəllimlər günü üçün pul yığılması ənənəsinə son qoyulmayıb, Ceyhun Bayramovun rəhbərliyi altında da təhsil ocaqlarında biabırçı yığım davam etməkdədir.

Hər iki nazir islahatçı kimi cəmiyyətə təqdim edilir, hər ikisi guya təhsil sistemində reformalar aparıb, amma adicə 5 oktyabr “bazarı” yığışdırılmır.

Necə olur ki, nazir məsələdən xəbər tutmur? Axı, bu cür pulyığma kampaniyaları C.Bayramovu da, görülən işləri də gözdən salır?! İndi hansı zəmanədir, hansı dünyadır ki, hələ də Misir Mərdanovun sistemi ilə gedilir?

Bəs, bunun harası islahat oldu? Prezident dəyişikliklər həyata keçirir, islahatlar aparır, şəffaflığın təmin olunması üçün kadr və struktur yeniləmələri edir, amma görürsən ki, Ceyhun Bayramovun vaxtında da arxaik, neolit dövründən qalmış Misir Mərdanov hökmləri hakimdir.

Bizdən konkret məktəb adı soruşmayın, valideyn olanların hamısı bilir ki, bütün təhsil ocaqlarında 5 oktyabr hazırlığı gedir. Hətta bir çoxunda pullar yığılıb, növbəti həftələrdə müəllimlərə mükafat, bayram hədiyyəsi olaraq təqdim ediləcək.

Sual edən yoxdur ki, bu müəllim şagirdə hansı savadı, biliyi öyrətdi, nə məqsədlə ona peşə günü ilə bağlı ənam verilməlidir.

Nazirlik hərə dəfə bəyan edir ki, fond pulu və digər yığımlar olmamalıdır, nəzarət gücləndirilib, sistem dəyişib. Amma köhnə qaydaların tətbiq olunduğu göz qabağındadır.

Baxmayaraq ki, nəsil dəyişib, gənc pedaqoqlar işə cəlb edilib, düşüncə, təfəkkür və ən əsası idarəçilik hec dəyişməyib…

Deməyə söz qalmır, sadəcə, geriyə dönüb bir 1992-ci ilin işıqlı insanı, gözütox adamı, bacısı üçün belə saxtakarlıq etməyən mərhum Vurğun Əyyuba baxırsan, bir də günümüzün islahatçısı kimi təqdim olunan gənc təhsil naziri Ceyhun Bayramovun fəaliyyətinə…Teref.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür